abunə ol: Yazılar | Şərhlər | Еmail

Mən KubayamЯ Куба

Şərh

“Soy Cuba” (Mən Kubayam) filmi 1964-cü ildə rus rejissor Mixail Kalatozovun rejissorluğu ilə Sovet İttifaqı-Kuba birliyi ilə çəkilmişdir. Film özündə bir-biri ilə əlaqəli olan və Kuba xalqının inqilabdan öncəki həyatının müxtəlif aspektlərini əks etdirən bir neçə novellanı birləşdirən süjet xəttinə malikdir. Film beynəlxalq festivallarda bir neçə mükafata layiq görülmüşdür.

***

Üç damla yoxsulluq, köləlik və qan

Mən Kubayam. Nə vaxtsa Xristofor Kolumb bura gəlib çıxmışdı.O, öz gündəliyində yazırdı: “Buralar insan gözünün indiyə qədər gördüyü ən gözəl torpaqlardır”. Təşəkkürlər, cənab Kolumb. Siz ilk dəfə məni görəndə mən oxuyur və gülümsəyirdim, yelkənləri xurma yarpaqları ilə salamlayırdım, mən elə bilirdim ki, gəmilər xoşbəxtlik gətiriblər.

Mən Kubayam. Gəmilər mənim şəkərimi aparıb göz yaşlarımı mənim üçün saxladılar. Şəkər qəribə nəsnədir, cənab Kolumb: tərkibində nə qədər göz yaşı var, lakin özü şirindir.

İlk damla. Kuba möcüzəvi ölkədir. Burada musiqilər yağır, insanlar rəqs edir, burada bəyaz təbəssümlər, ekzotik xurma ağacları, qızmar günəş altında çimərlik var. İnsanlar buraya problemlərini unutmaq, fikirlərini dağıtmaq, öz aləmində cənnət görmək üçün gəlirlər. Hovuzlar, kokteyllər, kabarelər* (kapitalist ölkələrində: estradası olan kafe, restoran), fahişələr – budur buranın diqqətəlayiq yerləri. Zəngin insanlar buraya gəlib yoxsul əhalinin hesabına əylənirlər, hansı ki, onların artıq maddi heç bir sərvəti qalmayıb və indi onlar qalan mənəviyyatlarını qoruyurlar. Bura baş çəkənlər də elə məhz bu dəyərlər haqqında  unudurlar. Onlar buraya gələn, məişətdən uzaq qalmaq üçün özünə istənilən rahatlığı almağa hazır olan və bununla yanaşı yerli əhalinin həyatındakı bütün bu yoxsulluğu və yükü görməmək üçün gözünü yumub qaçan  kapitalistlərin quluna çevrilərək başqalarından asılı hala düşürlər.

Mən Kubayam. Niyə qaçırsan? Axı sən buraya əylənməyə gəlmişdin. Məgər bu şən rəsm əsəri deyil? Gözlərini çəkmə, bax! Mən Kubayam – sənin üçün kazino, bar, mehmanxana, ictimai binalar, lakin bu qocaların və körpələrin əlləri də mənəm – Kubayam.

İkinci damla. Lakin burada, yəni, Kubada insanlar üzərində hakimlik edən yerli kapitalistlər də vardır. Bütün ömrünü övladlarını bəsləyib böyütmək üçün qamış sahəsini becərməklə keçirən qocanın həyatı onların vecinə deyil. Düzgün, əməksevər, sahədə əziyyətlə çalışan kəndli bilir ki, qanunla torpaq onundur: o burada şəkər çuğundurunu becərənə qədər onu bəsləyib, suvarıb, bu işdə tər töküb. Torpaq icarəsindən məhrum olduqda o heç nəsiz qalır: təsərrüfatsız, işsiz və nəhayət satılan torpaqda yerləşən öz daxmasını itirir. Kim onun haqqını müdafiə edəcək, ona torpağını və işini qaytaracaq?

Mən Kubayam. Bəzən mənə elə gəlir ki, mənim xurma ağaclarımın gövdəsi qanla suvarılıb. Bəzən mənə elə gəlir ki, ətrafda dəniz deyil, göz yaşları dalğalanır.

Üçüncü damla. Kubada azadlıq mübarizəsi gedir, sistemə qarşı müharibə. Gənc qiyamçılar anlayırlar ki, insanları öldürməklə sistem qırılmayacaq, əvvəlki ənənələri davam etdirərək yararsızları məhv edən yenisini yaradacaq. Xalqı heçə saymırlar, onların nə hüquqları var, nə də azadlıqları. İnqilabın yaradıcıları hazırkı sistemə qarşı toxunulmazlığı olanlar, mövcud hakimiyyətə antoqonist* ( bir – birinə zidd) yanaşanlardır – onlar hər şeyə hazırdırlar, polis tüfənglərinin nişanı altında belə onlar şüarlar səsləndirir, hətta onlardan biri fürsət tapıb qaçaraq “Fidel əslində sağdır” yazısı olan bir yığın kağız nüsxələrini pəncərədən tullayır. Yaşasın inqilab! Yaşasın azadlıq! Bu onların seçimidir – polis onlara arxadan atəş açır. Ulduzun seçimi insan qanı ilə işarələnmiş yoldur. Bu ədalət yolunda bir nəfər yıxılacaqsa, onun əvəzinə minlərlə başqası qalxacaq, insanlar qalmadıqda isə daşlar artacaq.

Mən Kubayam. Budur, sonradan adlarına əfsanələr yaradılacaq insanlar. Hər tərəfdən onlar dağlara gedirlər. Azadlıq uğrunda mübarizə aparmağa gedirlər. Mən Kubayam. Sənin əllərin toxaya öyrəşib, lakin indi əllərində tüfəng var. Sən öldürmək üçün atəş açmırsan. Sən öz keçmişinə atəş açırsan. Sən gələcəyini qorumaq üçün atəş açırsan.

Hazırladı: Nərminə Hacıyeva           (c) SOLFRONT.org

«Я — Куба» (исп. Soy Cuba) — двухсерийный художественный фильм режиссёра Михаила Калатозова, вышедший на экраны в 1964 году.

Фильм состоит из нескольких новелл, в каждой из которых рассказ о судьбах людей, накануне и во время революционных событий на острове Куба.

 ***

ТРИ КАПЛИ БЕДНОСТИ, РАБСТВА И КРОВИ

 Я — Куба. Когда-то здесь высадился Христофор Колумб. Он записал в своем дневнике: «это самая прекрасная земля, которую видели глаза человеческие». Спасибо, синьор Колумб. Когда вы впервые увидели меня, я пела и смеялась, я приветствовала пальмовыми ветвями паруса, я думала, что корабли привезли счастье.

Я — Куба. Мой сахар увозили корабли, мои слезы оставляли мне. Странная вещь сахар, синьор Колумб: столько в нем слез, а он сладкий.

Первая капля. Куба — чудесная страна. Здесь льются песни, люди танцуют, здесь широкие белозубые улыбки, экзотические пальмы, пляж под знойным солнцем. Сюда приезжают, чтобы забыть о проблемах, отвлечься, побывать в таком себе рае. Бассейны, коктейли, кабаре, проститутки — вот тутошние достопримечательности. Приезжают состоятельные люди развлечься за счет бедных жителей, которые не владеют материальными ценностями и поэтому дорожат оставшимися — моральными. Как раз об этих ценностях забывают наведавшиеся сюда люди. Одни зависят от других, становясь рабами приехавших капиталистов, готовых купить себе любое удовольствие, лишь бы уйти от повседневности, при этом опустить глаза и убежать, чтобы не видеть всю бедность и тягость жизни местных жителей.

 Я — Куба. Что же ты бежишь? Ты ведь приехал сюда развлекаться. Развлекайся. Разве это не веселая картина? Не опускай глаза, смотри! Я, Куба, — для тебя казино, бары, отели, публичные дома, но руки этих детей и стариков тоже я, Куба.

Вторая капля. Но здесь, на Кубе, есть и местные капиталисты, имеющие власть над людьми. Им плевать на жизнь старика, который работал всю жизнь, выращивая в поле тростник, чтобы прокормить и вырастить детей. Честный трудолюбивый крестьянин, тяжело работающий в поле, знает, что земля по праву его: он проливал пот на нее, орошал и удобрял, выращивая тростник. Он раб своего арендодателя, собственника земли. Оставшись без ренты на землю, он остается без ничего: без хозяйства, без работы, наконец, без своей хижины, которая располагается на проданной земле. Кто вернет ему землю и работу, защитит его права?

 Я — Куба. Иногда мне кажется, что стволы моих пальм напоены кровью. Иногда мне кажется, что вокруг колышется не море, а слезы. Кто отвечает за эту кровь, кто отвечает за эти слезы?

Третья капля. На Кубе идет борьба за свободу, война против системы. Повстанцы молодых людей понимают, что, убив человека, система не сломится, а поставят нового, который будет продолжать традиции, убивая неугодных. Народ не ставят ни во что, у него нет ни прав, ни свобод. Творцы революции, имеющие иммунитет на действующую систему, антагонисты действующей власти — эти люди готовы на многое, даже под прицелом винтовки полицейского они кричат лозунги, а один из них, вырвавшись, бежит к окну и выбрасывает стопку копий бумаг с текстом о том, что Фидель на самом деле жив. Да здравствует революция! Да здравствует свобода! Получить выстрел в спину от полицейского — это их выбор. Выбор звезды, путь к которой отмечен человеческой кровью. Путь, где во имя справедливости падет один человек, но поднимутся тысячи других, а когда не останется людей, то камни восстанут.

 Я — Куба. Вот они те люди, о которых потом сложат легенды. Со всех сторон они идут в горы. Идут сражаться за свободу. Я — Куба. Твои руки привыкли к мотыге, но сейчас у тебя в руках винтовка. Ты стреляешь не для того, чтобы убивать. Ты стреляешь в свое прошлое. Ты стреляешь, чтобы защитить свое будущее.

Oxşar yazılar:

Baxış sayı:8360