abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Bataqlıqda inqilab

Şərh

“Bu əşya nümayişlərinizi korlanmış ayaqqabılar nümayişinə çevirməyə icazə verməyəcək. Vacib deyil ki, ədalətli seçki uğrunda mübarizə bir cüt ayaqqabınıza başa gəlsin. Klassik ayaqqabı markası Con Lob üçün qaloşları norveç Svims şirkəti istehsal edir. Üç rəngi vardır. Sarılar vanil və azadlıq ətri saçır.”

internetdə reklam

Aleksis de Tokvil nə vaxtsa demişdi ki, pis hakimiyyət hər cür çirkin əməlləri edəndə yox, düzəlməyə çalışanda da böhran keçirir. Dövlət Dumasına seçkilərin keçirilməsi hadisəsi dəqiqliklə bu fikrə uyğun gəlir. Əgər hakimiyyət öncədən seçkilərin saxtalaşdırılmasını planlaşdırsaydı, ehtiyatla ona hazırlaşsa və dəqiq əməliyyat planı hazırlasaydı, onda yəqin ki, qanun pozuntularının, bazar ertəsi 5 dekabr günü obıvatellərin başlarına sel kimi yağan məlumatların onda biri də olmazdı. Ən azı seçkilərin təşkilatçıları rəqəmləri elə hazırlaya bilərdilər ki, toplamda faizlər 140-150 yox, keçən il olduğu kimi yüz, maksimum 102-103 çıxardı.

Hakim dairələr tanış ssenari – “Vahid Rusiya” üçün minimum fırıldaq, maksimum səs ilə problemləri həll etməyə arxalanaraq, həqiqətən də batdıqları böhranın miqyasını dərk etmirdilər. Təlxəklərin “rəsmi müxalifət” rolunda çıxışları bu məsələni həll etməli idi. Lakin aydın oldu ki, əhalinin daha ədalətli hissəsi – xüsusilə də apolitik obivatellər “lotu və oğru”lardansa, təlxəklərə üstünlük verdilər. Görünür, Moskva saatı ilə 18.00-da hakimiyyətin yüksək eşalonundakılar irəliləyən seçki fəlakətini dərk etdilər və vəziyyəti hansı yolla olursa-olsun xilas etməyi əmr etdilər. Təşkilatçı və icraçıların  kobud və axmaq saxtalaşdırılması başladı ki, bu hər addımbaşı aşkar olunurdu. Sonda isə misilsiz tarixi nəticə alındı: hakimiyyət eyni zamanda seçkiləri qazanmadan seçkini saxtalaşdırmağa  cəsarət etdi. Sırf rus intiharı.

Hakimiyyət böhranına 4 dekabr seçki fəlakətinin səbəb olmasını düşünmək düzgün deyil. Əksinə, seçkilərin  uğursuzluğu yuxarıların irəliləyərək artan böhranının nəticəsidir, nə vaxt ki, hakimiyyət özü diskoordinasiya edilmiş, səriştəsiz, dağınıq olmuşdu. İnqilabi vəziyyət seçki komissiyasının sədri, “sehirbaz” Çurovun məhşur nağıldakı ovsunçunun şagirdi kimi təəccüblü publikaya öz 146%-lik nəticəsini təqdim edəndə yox, daha əvvəl, sistem obyektiv olaraq iqtisadi və sosial böhranın təzyiqi nəticəsində dağılmağa başlayanda yaranmışdı. Hakimiyyətin bunu boynuna almaması və kursunu yenidən tənzimləmək arzusunda olmaması, onun sosial sahədə neoliberal islahatlara təhrik edilməsi  hakim qrup və xalq arasında total yadlaşmaya gətirib çıxardı.

Lemminqlərin qiyamı

Çurov sehirbazlığını özünə təhqir kimi görən paytaxtın orta sinfi qəzəbləndi və küçələrə çıxdı. Gözlənildiyi kimi, yeni rus inqilabı ən axmaq və qeyri-ciddi səbəbə görə başladı. Daha çox seçkilərdə iştirak etməyən və ya “quşbeyinlikdən” səs verən gənclər öz arxaları ilə yaşlı nəsli dartaraq, etiraz aksiyalarına hücum çəkdi. İnsanları sadəcə olaraq hakimiyyət “bezdirdi”, lakin heç bir ortaq şüar, ortaq məna kəsb edən və anlaşılan səbəb yox idi. Praktik olaraq həmrəylik mədəniyyətinin dağıldığı cəmiyyətdə nə təhsil sisteminin məhvi, nə ödənişsiz səhiyyənin yox olması, nə  real əmək haqqının düşməsi kütləvi etiraza səbəb olmamışdı, baxmayaraq ki, ümumi qıcıqlanmaya səbəb olmuşdu. Lakin seçkilər çoxları üçün son damla oldu. Moskva və Peterburq ayağa qalxdı.

Təəssüf ki, Rusiyanın paytaxt sakinləri küçələrə axışaraq siyasi infantilliyin möcüzələrini nümayiş etdirdi, necə deyərlər, layiq olduğu hakimiyyətə sahib olduğunu göstərdi. Bazar günü insanlar əvvəlcədən seçkilərin və müxalifətin saxta olduğunu bilərək səs verməyə tələsirdilər. Növbəti gün isə həqiqətən yalana görə qəzəbləndilər, baxmayaraq ki, hiyləbazlarla oynadıqlarını yaxşı bilirdilər. Bu absurdun mükəmməl ifadəsi 10 dekabr Bolotnı meyanında yaranmış “Mən bu əclaflara səs verməmişəm! Mən başqa əclaflara səs vermişəm! Səslərin yenidən hesablanmasını tələb edirəm!” şüarı oldu.

Lemminqlərlə həmrəy ziyalı və orta təbəqə də nümayişlərə axışdı. Hakimiyyət özünü itirdi. Vəziyyət həqiqətən də ciddi bir hal aldı. İki günlük küçə toqquşmalarından sonra aydın oldu ki, etirazçıların sayı artır, polislər isə onlarla bacarmaq iqtidarında deyil. Şənbə günü 10 dekabra İnqilab Meydanında təyin olunmuş nümayiş saysız-hesabsız insanın toplaşması təhlükəsini yaradırdı. İkimənalı vəziyyət (nümayişə icazə var, lakin iştirakçıların sayı üç yüzə qədər məhdudlaşdırılıb) daha çox hakimiyyətə qarşı yönəlirdi: hədələrə baxmayaraq, insanlar gəlmək qətiyyətində idilər, nəzərə alsaq ki, sayın məhdudlaşdırılması konstitusiyaya aşkar ziddir. Regionlarda eyni günə təyin olmunmuş həmrəylik aksiyaları hədələyici görünürdü – heç kim dəqiq bilmirdi ki, çoxlu insan gələcəkmi, lakin paytaxtlarda gözlənilməz etiraz aktivliyinin fonunda əyalatlərdə  kütləvi nümayiş riski tamamilə real görünürdü.

Rəhbərlik ümidsizliklə etiraz dalğasını dağıtmaq üçün yollar axtarırdı. Xoşbəxtlikdən müxalifət ona köməyə gəldi. Əvvəlcə “sistem”, sonra isə qeyri-sistem müxalifəti.

Xəyanət siyasi norma kimi

Dumanın rəsmi hakimlərinin küçələrdə mübarizəsini dəstəkləməməsi əvvəlcədən aydın idi. Baxmayaraq ki, küçə aktivistləri onlara müraciətlər etmişdilər, bu daha çox siyasətçilərin, özlərini tamamilə etibardan salması üçün edilmişdi. “Ədalətli Rusiya”dan bir qadının ifadə etdiyi kimi, mitinqlər “bizə ancaq mane olur”. Təbii ki, Çurovun sehri nəticəsində meydana gələn mandatları heç kim əldən vermək fikrində deyildi, həm ümumiyyətlə narazılıq üçün müxalifət rəhbərlərinin heç bir səbəbi yox idi. Onların icraçıları yerlərində tərpəndi, lakin uğursuz oldu.

Amma küçələrə axışan müxalifət isə həqiqətən ümid dolu idi. Baxmayaraq ki, hamı Boris Nemtsovun və ətrafının liberal baxışlarını bölüşmürdü, yenə də, ən cəzbedici olmasa da, cəmiyyətin şüuruna hansısa bir alternativ gətirdi. Həmçinin “narazılar” toplusunda ekoloqlar və sol radikallar da daxil olmaqla, çoxlu fərqli kütlə vardı. Öz tərəfindən hakimiyyət bir neçə günə orientasiya olundu və jurnalistlərdən birinin ifadəsinə görə, Nemtsov və onun qrupu ilə, “etiraza lisenziyaları olan” insanlar kimi əlaqə yaratdı.

Cümə axşamından cümə gününə keçən gecə bazar nümayişinin carçıları hərəkatın iştirakçılarından heç bir səlahiyyət almadan, heç kimlə məsləhətləşmədən aksiyanı İnqilab Meydanından BolotnıMeydanına keçirdilər.

Köçürmənin simvolik əhəmiyyəti aşkarır. Lakin təbii ki, iş təkcə simvollarda deyildi. Birincisi, köçürülmə barədə razılaşma əvvəlcə liberal qrup tərəfindən şərti-nominal olaraq başçılıq edilən hərəkata real nəzarət qoymaq üçün çox vacib idi. İkincisi, etirazçılar cərgəsində parçalanmaya gətirib çıxardı. Üçüncüsü, bu təkcə narazı kütləni yaşayış mərkəzindən uzaqlaşdırmaqla qeyri-zorakı müqavimət təhlükəsini azaltmağa yox, eyni zamanda Bolotnı Meydanındakı dalanda bağlamaq üçün idi. Müşahidəçilər dərhal nəzər yetirdilər ki, bu yerə polis tərəfindən nəzarət etmək asandır. Lakin əsas şeyə nəzər yetirmədilər – Bolotnıdakı izdiham təşəbbüsdən məhrum olmuş, fəal kütlədən liberal rəhbərlər tərəfindən idarə olunan tribuna kütləsinə çevrilmişdi.

Tarixdən yaxşı bəllidir ki, müəyyən mərhələdə liberal burjuaziya demokratiyaya xəyanət edir. Bu XIV əsrdən başlayaraq bütün avropa inqilab və hərəkatlarında olmuşdu. Lakin satqınlığın inqilabın artıq dördüncü günü baş verməsi, bu əlbəttə ki, Ginnes rekordlar kitabına layiq nailiyyətdir.

9 dekabrda liberalların Bolotnı meydanına getməsindən sonra baş vermiş parçalanma solçular və radikallara seçim qoydu – ya İnqilab Meydanında polislərin dəyənəkləri altında qalmaq, ya da liberalların arxasınca Bolotnıya getmək, bu təkcə şəhər meriyasının uğurlu taktik gedişinin nəticəsi deyil, həm də rəhbər dairələrin strateji seçiminin göstəricisidir. Hakimiyyət etirazçı gəncləri açıq şəkildə marjinallaşdırmaq məqsədi ilə məhz “narıncılarla” danışığa ona görə getdi ki, təkcə küçə müqaviməti dalğasını “obivatellər”in dəstəyindən məhrum etməklə söndürməyə cəhd etmirdi, həm də özü üçün “B planı” kimi “narıncı” ssenari də hazırlayırdı. Axı “narıncılarla” böyük ehtimalla yeganə narazılıq kimin hansı kabineti tutmasında olacaq.

Sollara gəlincə isə, onlar ümumi dezorientasiya işinə öz tutarlı payını gətirdilər. Aydın oldu ki, bir neçə üzv boykot çağırışlarına görə həbsdə olarkən, məsələn, boykotu müdafiə edən ardıcıl inqilabi təşkilata daxil olmaq, amma eyni zamanda da RFKP-ə səs vermək, bu haqda da kütlə içində danışmaq mümkündür.  Aydın oldu ki, siyasi xətti hər gün, hərdən də gündə iki dəfə dəyişmək olar. Məhşur anarxist həyəcanla Züqanovun partiyasını dəstəkləgərək seçkilərə getməyə səsləyirdi, sonra da xalqın seçki farsını rədd edməsi ilə fərəhlənirdi, bundan sonra isə Qırmızı Meydanı tutmağı tələb edirdi, amma liberallar Kreml qarşısında etiraz aksiyasını pozanda, sevinclə onların arxasınca Bolotnıya gedərək, bunu böyük nailiyyət adlandırırdı. Məhşur sol radikal blogger səhər liberalların yalanlarını ifşa edirdi, axşamlar isə öz oxucularını onlarla Bolotnıya getməyə şağırırdı. Bütün bunlar ən kiçik təhlil, birini digəri ilə əlaqələndirilməyin ən kiçik cəhdi belə olmadan baş verirdi.

Bununla da İnqilab Meydanındakı nümayişin təşəbbüskarlarından olan Levıy Front (LF) çox çətin vəziyyətdə qaldı. Kifayət qədər lax koalisiya kimi, o özü parçalanma həddinə gəlmişdi. Cümə günü gecə gec saatlarda əldə edilən yekun razılaşma solçular üçün çox da xoş deyildi, amma vicdanlı olsaq, LF arxasında heç bir möhkəm təşkilat olmadan, mətbuatsız, öz tərəfdarlarına məlumat verə bilmək imkansızlığı, vahid rəhbərlik belə olmadan bundan daha yaxşısına çətin ki, nail ola bilərdi. Sollar İnqilab Meydanında toplaşmağı, sonra isə bir kolonna şəklində Bolotnı meydanına getməyi qərara aldılar.

Bolotnıya yürüş

Nümayiş sadəcə kütləvi yox, misilsiz kütləvi idi.  O hətta yüz minəcən insanın yığıldığı 1989-cu ildə Lujnikidəki məhşur mitinqdən belə daha kütləvi idi. Yalnız meydan və ona bitişik körpü yox, Kadaşevski sahil kənarı da insanlarla dolu idi. Həm də gələnlərin mühüm hissəsi artıq dağılışandan sonra da insanlar yaxınlaşırdı. Meydanın ətrafında daim dövr olurdu. Kimlərsə dostları ilə əyləndikdən sonra gedir (onsuz da natiqlərin səsi eşidilmirdi), kimlərsə də onların yerini tuturdu.  Mitinqin bağlanışında kağızdan qətnaməni oxuyan zaman meydanda min qırx nəfər insan vardı, bunlar hələ əsasən aksiyanın əvvəlində gələnlər idi.

Bolotnı meydanında yeni əsr başlanandan Moskvada ən kütləvi siyasi nümayiş keçdi (avtobuslarla gətirilən insanların daxil olduğu rəsmi mərasimlər də daxil olmaqla). Hakimiyyət hamını bezdirməyi bacardı. Hadisələrin necə inkişaf etməsinə baxmayaraq, müəyyən müddət küçələr siyasət üçün azad arenaya çevrilir.

Bu, sonradan tənəzzülün qaçılmaz olduğu lemminqlər inqilabının zirvəsi idi. Öz kütləviliyi ilə fərəhlənən tələbə  gənclər və orta sinif nəyin baş verdiyini anlamadılar. Şəhər mərkəzində təsiredici yürüşdən sonra yığılan kütlə  bir neçə saat natiqlərin Putini və seçkiləri söyən həyəcanlı monoton nitqlərini dinləyirdi. Sosial mövzulardan mümkün cəhdlə qaçılırdı. Sol təşkilatçılardan çox da narazı deyildilər, lakin ultrasağlar Blovi-Potkin və Demuşkindən iştirakçılara salam deyən cənab Krılovu çıxış etməyə dəvət etmişdilər.

Yenidənqurma illərində də kütləvi nümayişlərdə müxtəlif baxışlı insanlar yığışmışdı, lakin o zaman hamımızın sülhlə yaşamaq və müzakirə çərçivəsində ümumi işin olması, azadlığın fəthi illüziyası vardı. Burada keçən sağ və sol kolonnalar, milliyətçilər və sosialistlər bir-birini fit və uğultu ilə qarşılayırdılar, tribunadan uzaqda xoşbəxtlikdən dava-dalaşla bitməyən qəzəbli deyişmələr baş verirdi (maraqlısı bundadır ki, öz təəssüratlarını Feysbukda ifadə edən onlarla müəllif nəinki buna nəzər yetirməmiş, hətta faşist və demokratların bir meydanda olmasını demişlər). Əgər seçkilərin ləğv edilməsi çağırışlarını nəzərə almasaq, kütlənin heç bir siyasi hərəkatı yox idi. Maraqlısı budur ki, Krılov “rus inqilabının” başlanmasını elan edəndə kütlədə milliyətçi çağırış yox, “inqilab” sözü  təlatüm yaratdı. “İnqilab yoxdur!” deyə onlar etiraz edirdilər. Bundan yarım saat əvvəl Bolotnıya “İn-qi-lab!” deyə qışqıraraq Levıy Front və onun müttəfiqləri kolonnası daxil oldu.

Seçkilərin ləğv olunması tələblərini elan edərək,  10 dekabr nümayişi buna necə nail olmağın cavabını vermədi. “Bolotnı liberallarının” hətta öz tərəfdarlarının çoxu tərəfindən dəstəklənən gündəlikdəki sosial məsələlərdən şüurlu və tamamilə aydın imtinası özü hər şeyi ifadə edir. Eyni zamanda insanların çox da olmadığı əyalətlərdəki nümayişlər onu göstərir ki, hərəkat açıq-aydın orta sinif çərçivəsindən kənara çıxa bilmir, hətta onun özünü belə tam şəkildə birləşdirməyə qadir deyildir. Gündəlikdəki sosial məsələlərdən imtina hətta kütləvi eyforiyaya qapılan Bolotnı Meydanının ətrafındakılarının belə qaçılmaz demobilizasiyası deməkdir.

Müxalifətin ehtiyatda yeni gedişləri daha yoxdur, öz realizasiyasını almayan səslərin yenidən hesablanması və seçkilərin ləğvi öz aktuallığını itirəcək (getdikcə artan sosial problemlərdən fərqli olaraq). Tarixi perspektivdən, əlbəttə ki, zaman hakimiyyətin əleyhinə işləyir. Lakin yaranmış seçki böhranı vəziyyətində o, hakimiyyətə işləyir. 4 dekabrdan nə qədər çox gün keçirsə, də insanları nəticələrə yenidən baxılması şüarı altında mobilizə etmək bir o qədər çətinləşəcək. Xüsusən də bu şüarlar şənbə gəzintilərinin iştirakçıları da daxil olmaqla, nümayişçilər üçün daha axmaq və mənasız gələcək.

Kütləvi nümayişdən yaranan eyforiya etirazçılara məğlub olmalarını anlamalarına mane olur. Onlar “tamamilə” məğlub olmadılar, axı dekabr hadisələri ictimai mühiti və psixologiyanı dəyişdi, bu ki az deyil. Amma qələbə üçün bu kifayət deyil.

Liberal rəhbərlərin strategiya və taktikaları, Kremldən sanki “etirazlara lisenziya” alması onlara nümayişlərin keçirilməsi imkanını verir. Sonra yenə nümayişlər. Sonra yenə. O vaxta kimi ki, insanlar yorulacaq ya da şaxtalar başlayacaq. Aşağılardakı heç bir özünütəşkildən söz getmir, kütlə isə buna kortəbii şəkildə hazır deyil. Aydındır ki, hər həftə  120 minə qədər adam yığmaq mümkün deyil. Hərəkat artıq boğulur. Moskva həftəsonu eyforiyasından sonra qaçılmaz olaraq ağır baş ağrısı ilə depressiya gələcək.

“Bataqlıq” var, “Dağ” isə yoxdur

İnqilab Meydanından gedərkən tarixi müzakirəyə alışan sol aktivistlər Robespyer dövrünün Fransasını xatırlayır və Rusiyada Konventin yaranmasından xeyli əvvəl formalaşan liberal “boloto” barədə zarafat  edirdilər. Liberal “Bolotaya” əks olan Moskva “Qora”sının harda yerləşəcəyini müzakirə edirdilər. Cavab tapa bilmədilər.

Sol və sağların, nümayişin Bolotnı meydanına keçirilməsi qalmaqalı ilə müşayiət olunan faktiki ayrılması, əgər tamamilə formalaşmadısa, ən azından qeydə alındı. Solçuların kolonnası kifayət qədər böyük idi, birliyi isə görünməmiş idi. Burda da bal küpünün içində qətran qaşığı görünür, özü də bir yox. Aktivistlər öz aralarında yalnız özlərinin anladığı şüarları qışqıraraq əlaqə saxlamağa davam edirlər, onlar hələ ki, sosial mobilizasiyanın mərkəzi kimi çıxış etmir, ətraf  cəmiyyətlə ümumi dil tapa bilmirlər. “İnsanların olduğu yerdə olmaq” (meydanlarda “ümumi demokratik” nümayişlərdə iştiraka haqq qazandıran) çağırışları bu insanlarla işləmək və danışmaq və bacarığı, arzusu olmadan heç bir məna vermir.

Bu, əlbəttə ki, başına kül səpməyə səbəb deyil. Məsələ öz siyasi xəttini hazırlamaq və az-çox ona səmtlənməkdədir. Amma aktivistlərin çox hissəsi üçün ilkin məsələ “siyasi xəttin” nə olduğunu, onun nəyə və nə üçün lazım olduğunu anlamaqdır, onu elan etməklə praktikada riayət etmək lazımdır.

Lemminqlərin inqilabının gözlənilən tənəzzülü bizə baş verəcək hadisələrə hazırlaşmağa imkan verir. Hakimiyyət müxalifətlə sazişlərə girərək, onu aldada və dezorientasiya edərək, nümayişlərin nəticəsizliyi ilə  kütləni demoralizə edərək tədricən paytaxtlardakı vəziyyət üzərində öz nəzarətini bərpa edəcək. Seçkilərin nəticələrinə yenidən baxılmasına cavab olaraq MSK artıq səslərin yenidən hesablanmasına başlayıb… müxalifətin qalib olduğu dairələrdə. Ona görə nümayişlərin nəticəsi EdRa (Vahid Rusiya) deputatlar korpusundan 2-3 mandatın artması olacaq.

Lakin siyasi prosesləri idarə edərək hakim dairələr getdikcə parçalanan iqtisadiyyatı və öz bürokratik strukturunu idarə edə bilmir. Eyni surətdə də narazılıq artacaq. İqtisadi model kimi neoliberalizmin böhranı obyektiv xarakterə malikdir və siyasi texnoloqların heç bir cəhdləri ilə onun qarşısı alına bilməz. Daha pisi, bu  böhran nə lokal, nə də qlobal səviyyədə radikal dönüşsüz aradan qaldırıla bilməz. Müqavimətdə bu gün kənarda qalan yeni sosial qruplar cəlb olunacaq, orta sinfin özü isə iqtisadi çətinliklərin zərbəsi altında radikallaşacaqdır. Onun sol istiqamət alıb-almayacağı aydın deyil, amma yəqin ki, liberallardan uzaqlaşacaq.

Məsələ, solların İnqilab Meydanında konsolidasiyaya başlayaraq yeni etirazçı kütləni birləşdirməyə qadir siyasi qüvvəyə çevrilə bilməkləri ya da  liberalların arxasınca bataqlığa getməklərindədir. 10 dekabr hadisələri göstərdi ki, bu gün hər iki ehtimal mümkündür.

(c) SOLFRONT.org 

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:10392