abunə ol: Yazılar | Şərhlər | Еmail

Janaozendə üsyan başlanıb. 70-dən çox etirazçı öldürülüb (yeniləndi)В Жанаозене началось восстание. Убито более 70 рабочих-нефтяников

Şərh

Bu gün, 16 dekabr tarixində 3000-dən çox insan Janaozen şəhər mərkəzində meydanda dinc mitinq keçirmək üçün toplanıblar.

Tətil edən neftçilər və işçiləri dəstəkləməyə gəlmiş vətəndaşlar Qazaxıstan hökumətinə öz dinc etirazlarını bildirməli idilər. Amma nümayişin qızğın vaxtında polis avtomobili məqsədli şəkildə toplanmış kütlənin içinə soxuldu ki, bunun nəticəsində mitinq kortəbii şəkildə iğtişaşlara çevrildi. Polis meydandan çəkilməkdə ikən, daxili qoşunlar meydana zəbt etməyə və nümayişçiləri atəşə tutmağa başladı.

Şəhərdə atışmalar davam edir. Bütün şəhər çaxnaşma içindədir. Toqquşma nəticəsində 3 polis öldürülüb, yüzlərlə yaralı var. Öldürülən neftçilərin sayı 70-ə çatır, 500-dən çox yaralı var. Şəhərə 1500 dəniz piyada əsgərləri yeridilib. Polislər tərəfindən 16 yaşlı qız qətlə yetirilib.

Janaozendə neft hasilatı tamamilə dayandırılıb. Neftçilərə dəstək olaraq, regionda bütün istehsal tamamilə dayandırılmışdır. Manqistau vilayətindəki bütün neft hasilatı və emalı müəssisələri tətil elan ediblər. Həmrəylik nümunəsi olaraq, neft hasilatı ilə bağlı olmayan digər sahələrin də işçiləri öz fəaliyyətlərini dayandırıblar. Ümumi tətil başlanıb.

Həmçinin şəhərdə internet xidməti dayandırılıb, mobil əlaqədə böyük çətinliklər yaşanır. Janaozen şəhərinin akimat binası, OzenMunayQaz müəsissəsinin istehsalat filialı yandırılıb.

ABŞ şəhərlərində, Almaniya və Rusiyada Janaozen etirazçılarına dəstək olaraq, aksiyalar keçirilir. Həmçinin Qazaxıstanın Aktau şəhərində 150 nəfərdən çox nümayişçi toplanıb.

 Qazaxıstan hökuməti neftçilərə qarşı cinayət işinin qaldırılmasını tələb edir (baxmayaraq ki, polislər neftçiləri atəşə tutmağa davam edirlər).

“Rusiyanın Əmək Konfederasiyası” və Rusiya kommunist partiyasının işçi məsələri üzrə komissiyası bəyanatlar edərək, Qazaxıstan hökumətinin bu əməllərini pisləmiş və xalqa qarşı aparılan repressiv əməliyyatları dərhal dayandırmağı tələb etmişlər.

Tətilçilərin etirazları artıq 7 aydır ki, davam edir. Onlar daha insani əmək şəraiti uğrunda və amansız istismara qarşı mübarizə aparırlar.

Rəsmi məlumata əsasən, prezident Nazarbayev tətil edən neftçilərə və əhaliyə qarşı “cəzalandırıcı əməliyyatlara” başçılıq edəcəyini bildirib. Prezident “dövlətə qarşı etiraz aksiyalarında” günahkar olan insanların cəzalandırılması üçün xüsusi komissiya yaradıb. Komissiya baş verən çıxışları araşdırmaq üçün Janaozenə yol düşüb. Silahsız və dinc əhaliyə atəş açan polislər haqqında isə bir kəlmə belə deyilməyib.

Hal – hazırda Janaozenə yol bağlıdır, şəhərə nəqliyyat buraxılmır. Zərər çəkmişlərin sayı həddən artıq çoxdur, Janaozen xəstəxanaları vəziyyətin öhdəsindən gələ bilmədiyi üçün, xəstələt Aktauya aparılır. Xüsusi təyinatlı polis dəstələri itlərin köməyi ilə 150 neftçini avtobuslara doldurub Aktauya gətiriblər. Hal – hazırda onlarla profilaktik söhbətlər aparılır. Sabah ərtaf aullardan Intımak meydanına etiraz üçün insanlar toplaşacaqlar.

(c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:8415