abunə ol: Yazılar | Şərhlər | Еmail

Maykl Parenti | ABŞ-ın siması

Şərh

“Çirkin həqiqət” kitabından, 1996-cı il

Mühafizəkarlar bu dövlətin necə valehedici, xoşbəxt, çiçəklənən olduğundan danışmağı sevirlər. Təkcə bir şey onların ölkəyə olan alovlu sevgisi ilə müqayisə oluna bilər – insanlara, onun sakinlərinə qarşı tamamilə laqeyid olmaları. Onlar üçün az təminatlıların qəzəbli hönkürtüləri uğursuz yazıqların zingiltisini xatırladır. Onlar mövcud sistemi tənqid edənləri, öz həmvətənlərinin halına acıyanları “yumşaqqəlbli” adlandırırlar. Lakin çirkin həqiqət bundan ibarətdir ki, ABŞ-da daima ehtiyac, kədər, əzab, xəstəliklər, təcavüz və digər ictimai çatışmazlıqlar mövcuddur.

Aşağıda göstərilən rəqəmlər sayı milyonlara bərabər olan qurbanların siyahısını aşkara çıxarır. Bütün bunları düşünün. Hər il ərzində:

85 000 odlu silahdan yaralanır.

5 500 000 həbs olunur (yol hərəkəti qaydalarının pozlması nəzərə alınmadan).

437 000 siqaretin səbəb olduğu xəstəliklərdən vaxtından əvvəl dünyasını dəyişir. Onlardan 53 000-i siqaretdən istifadə etməyənlərdir.

37 000 000 və daha artıq sayda uşaqlar qəddar davranışdan və ya nəzarətsizlikdən şikəst qalır. ABŞ-da uşaqlar  arasında leykemiya, yol qəzaları və infeksion xəstəlikləri olanların ümumi sayından daha çox uşaq məhz bu səbəbdən əziyyət çəkir. İşsizliyin səviyyəsinin artması ilə valideynlərin uşaqlarla qəddar davranması kəskin çoxalır.

1 000 000 uşaq əsasən valideynlərin, digər böyüklərin seksual təcavüzü daxil olmaqla, pis davranış səbəbindən evdən qaçır. Öz evində seksual təcavüzün qurbanı olanların 83%-i ağ dərililərdir.

5 000 000 işçi sənaye xəsarəti alır, onlardan 150 000-i  bədən üzvlərinin itirilməsi, iflic, görmə, eşitmə, qabiliyyətinin itirilməsi və sonsuzluq daxil olmaqla xronikidir.

100 000 təhlükəli iş şəraində ağ ciyər silikozu (şaxtaçılarda), bissinioz [1] (tekstil işçilərində), xərçəng və vərəm olmaqla ciddi şəkildə xəstələnir.

5 100 000 dəmir barmaqlıqlar arasındadır və ya zaminliyə buraxılıb (2000-ci ildə 6 000 000 – ə yaxın), onlardan 2 700 000-i federal həsxanalarda, yerli həbsxanalarda, ştat həbsxanalarında və ya hüquq –mühafizə orqanlarının nəzarati altındadır. Hər həftə 1600 insan həbs edirlər, nəinki azadlığa buraxırlar. Həbs olunnaların sayı 1980-ci ildən bəri 200% artıb. Həbs olunanların təxminən 40%-i qeyri-zorakı, narkotiklə bağlı olan cinayətlərə görə saxlanılıblar. Afro-amerikanlar narkotikdən istifadə edənlərin 13 %, narkotikə görə saxlanılanların 35%, buna görə məhkum olunanların 55% və həbs olunanların 73%-ni təşkil edirlər. Narkotiklə bağlı olmayan cinayətlərdə, eyni cinayətə görə afro-amerikanlar ağ dərililərə nisbətdə 10% daha uzunmuddətli cəza alırlar.

6 000 000 daimi olmayan, müvəqqəti iş yerlərində işləyirlər. Onlardan 60%-i daimi iş yerini üstün hesab edir.

15 000 000 və daha çoxu “müqavilə ilə” tam iş günü işləmir , tam məşğulluğa ehtiyac duyur və heç bir müavinət almır ( məzuniyyət, tibbi sığorta,təqaüd və s.).

Daha 3 000 000 işsiz, lakin onlarin işsizlik müavinətlərinin müddəti  bitdiyinə  və ya iş tapmaq ümidləri  itdiyinə, yaxud da başqa məşğuliyyət tapmadıqlarına görə əsgərliyə getdikləri üçün işsiz sayılmırlar.

80 000 000 nəfər ABŞ əmək nazirliyinin  “rahat həyat” üçün vacib olduğunu hesab etdiklərindən daha aşağı miqdarda gəlir əldə edir. Onlardan 35 000 000-u yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

12 000 000 daimi aclıq içində yaşayır. Yoxsul səviyyədə yaşayanların çoxu ən azı ilin bir yarısını aclıq çəkir.

 Qeydlər:

1. Bissianoz (pambıq, kətan tozu) – bronxospatik sindrom.

Tərcümə: Nərminə Hacıyeva                         (c) SOLFRONT.org

[Yazı left.ru saytından Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:12616