abunə ol: Yazılar | Şərhlər | Еmail

Ərzaq talonu ala bilməyən amerikalı qadın uşaqlarını yaralayıb və silahla intihar edib

Şərh

Dövlətdən ərzaq yardımı ala bilməyən Texas sakini öz uşaqlarını silahla vurmuş, bundan sonra intihar etmişdir. Bu barədə Associated Press (AP) məlumat verir.

Atışma Texasın səhiyyə  və sosial xidmət departamentində Laredoda polislə yeddi saatlıq qarşıdurmadan sonra baş verib.

38 yaşlı Raşel Qrimmerin (Rachelle Grimmer) övladları – 10 yaşlı oğlan və 12 yaşlı qız – kritik vəziyyətdədirlər.

Qrimmer ərzaq yardımı üçün hələ iyul ayında müraciət etmişdi. Ona rədd cavabı vermişdilər, çünki o, kifayət qədər məlumat təqdim etməmişdi. Sosial xidmət ofisinə Qrimmer övladları ilə 5 dekabr, axşam saat 5 radələrində gəlib. Orada silahını göstərib. Bir müddət əsir kimi saxladığı department işçisini qadın azad buraxıb.

Polis Qrimmerlə danışıqlar aparmağa cəhd edib. Kens5.com xəbər verdiyinə əsasən, qadın polislərə, olduğu müəssisənin, həmçinin digər dövlət orqanlarının fəaliyyəti barədə şikayət edirdi. Axşam 11:45 radələrində silah səsləri eşidilir. Polis binaya daxil olur və Qrimmerin, həmçinin onun yaralı övladlarının bədənləri ilə qarşılaşır.

Ərzaq yardımı proqramı üzrə ödəmələrin həcmi ailənin gəlirindən asılıdır. Orta hesabla, AP – nin məlumatına görə, Texasda bir ailə ayda təxminnə 294 dollar yardım alır. Pullar xüsusi plastik kartlara köçürülür ki, bu kartlar vasitəsilə yalnız ərzaq almaq olar. Hal – hazırda bu proqramdan ABŞ – da 46 milyon nəfər istifadə edir.

kens5.com

(c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:7438