abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Stalinin qızı

Şərh

Onun nekroloqu illərlə əvvəldən yazılmışdı. ABŞ qəzetləri ölüm faktını gözləyir, dərhal məlumatı yaymaq yarışında uduzmamağa hazırlaşırdı. Ancaq o, öləndə heç kim xəbər tutmadı. Gecikdilər nekrofillər. Qoca qadının taleyi onlara ancaq informasiya kimi maraqlıydı. Svetlana Alliluyeva bir diri insan kimi artıq 25 ildi maraqsızlaşmışdı.
Ölüm xəbəri noyabrın 29-da yayıldı. Sonra məlum oldu ki, Stalinin qızı noyabrın 22-də vəfat edib. Və dünyanın əks qütbündə baş verənləri canlı yayan informasiya agentlikləri 7 gün gecikib.
7 günmü? Onun son illərini yaşadığı Viskonsinin dəfn şirkətlərindən biri hətta ölümün bir neçə ay əvvəl baş verdiyini irəli sürdü.
Hələ dəfn olunmayıb. Bu, xərc tələb edir. O isə yoxsul idi. Birotaqlı taxta mənzildə televizorsuz yaşayırdı. ABŞ-da yaşayan kiçik qızını son (ötən il verdiyi) müsahibəsində heç yada da salmamışdı. Kasıbçılıqdan gileylənmişdi.
İndi isə ABŞ-da yaşayan kiçik qızı (paltar mağazasının müdiri) müsahibələr paylayır, anası ilə dostluğundan danışır, ona tez-tez baş çəkdiyini söyləyir. Reklamdır – bəlkə pul verərlər. Ölüm üstündə qazanılan pul.
Nə vaxtsa bu pullar Svetlananın da başından tökülürdü. 1967-ci il, 40 yaşlı Alliluyeva Nyu-Yorkda mətbuat konfransı keçirir, atasını pisləyir, kommunizmi lənətləyir. Ona “orda oturma, burda otur” deyirlər, onu hakimiyyət salonlarına dəvət edirlər, o da məmnuniyyətlə “Soyuq savaş”ın arqumentinə çevrilməyə razılıq verir. “Dostuma 20 məktub” kitabını yazır – 2 milyon dollar qazanır. “Şpigel” kitabın qəzet variantını dərc etməyin eksklüziv hüququnu ondan böyük məbləğə satın alır. Stalinin qızı Vətənini lənətləmək üstündə kapital yığır, nüfuz toplayır…
Öləndə isə həmin Amerika xəbər tutmur.
“İnsanlar birlikdə yaşayıb tənhalıqda ölürlər” – Markes yazırdı. Kapitalizmdə sən izafi dəyər yaratmırsansa, əlavə gəlir qazandırmırsanma, elə yaşayırsan ki, sanki ölürsən. Yəni – tənha. 30 ildir lazımsızlaşan Svetlana da 30 ildir ölürdü.

Marksdan qalma “Yadlaşma”. Cəmiyyətin atomlaşması. İnsan gərəksizləşib, ondan nə vaxtsa yararlanırdılar, istifadə müddəti bitib – və morqda heç kəsin xəbəri olmadan həftələrlə uzanır.
… Bu ilin tibb üzrə Nobel mükafatını 69 yaşlı Ralf Steymana verdilər. Kanadalı həkim xərçənglə bağlı tədqiqatlar aparırdı. Nobel komitəsi onun adını açıqlayanda Steyman artıq dünyada yoxdu – mədəaltı vəzin xərçəngindən vəfat etmişdi. Bunu elm aləmində bir kimsə bilməmişdi. Hətta 42 il çalışdığı Rokfeller Universitetindəki iş yoldaşları da. Budur “yadlaşma”…
Bundan sonra təəccüblüdürmü ki, Svetlana Alliluyevanın ölümündən yalnız həftə(lər) sonra xəbər tutublar?
O, SSRİ-də 2 övladını qoyub getdi. Övladları bunu ona sonadək bağışlamadı. Ancaq Vətəni bağışladı.
1984-cü ildə, Çernenkonun Baş katib olduğu o uzaq zamanda Svetlana 13 yaşlı qızını da götürüb SSRİ-yə qayıtdı. Onu Çernenko qəbul etdi. Ona vətəndaşlığını qaytardılar. Ona ev verdilər, xidməti avtomobil ayırdılar. O, mətbuat konfransı keçirdi və “Amerikada yaşadığım 20 ildə 1 gün də azad olmamışam” dedi. Və yenə “Soyuq savaş”ın arqumentinə çevrildi. Görünür, dolları rubla dəyişmək həvəsi yaranmışdı.
Ancaq alınmadı. 34 yaşlı oğlu və 32 yaşlı qızı ondan imtina etdilər. Moskvadan Tbilisiyə yollandı. 2 il SSRİ-də qaldı, sonunda Qorbinin razılığı ilə ABŞ-a qayıtdı. Daha orada lazımsızlaşdığını hələ bilmədən. Təhqir etdiklərinin xatirələri, yaxud xatirələrin alveri üzərində qurulan ömür birotaqlı, televizorsuz taxta evdə bitdi.
Vətəni ilə alver etməklə epizodik şöhrət qazanmaq olar, ancaq bu, alverə verilən qiymətdir, insana verilən dəyər yox…

                                               (c) SOLFRONT

Oxşar yazılar:

Baxış sayı:8664