abunə ol: Yazılar | Şərhlər | Еmail

Kapitalizmin islami üzü

Şərh


Kapitalizmin müvəffəqiyyəti qısa müddətdə dünyaya yayılması və qarşısı alınmaz bir güc halına gəlməsi ilə ölçülə bilər. Lakin islam cəmiyyətlərində bu müvəffəqiyyət fərqli bir əhəmiyyət kəsb edir. Əvvəllər islami təlimlərə görə, qəbul edilən istehlak, israf, faiz kimi bir çox anlayış kapitalizm rəhbərliyində yenidən oxunur və yeni təriflər qazanır. Bu müddətdə istehlak qəlibləri islami təlimdən gedərək uzaqlaşır, dünyəviləşir.

Murat Erdin 2008-ci ildə nəşr olunan “Bir  müsəlman mersedesə minərmi?” kitabında əslində bu mövzuya toxunmuşdu, lakin bu əhəmiyyətli sual yazıçının Türkiyədəki zəngin mühafizəkar təbəqə üzərində apardığı bir neçə müşahidədən kənara getməyərək cavabsız qaldı. Kitabın adı etibarı ilə soruşulan sual ümumiyyətlə bütün islam cəmiyyətlərinə yönləndirilə bilər. İslamın qatı olaraq yaşandığı ərəb dünyasında bu sual tam fərqli bir məna qazanır. Cavab isə İslam və istehlak arasındakı əlaqənin dinamikasını tapmaq baxımından ortaq xüsusiyyətlər daşıyır.

Dünyanın ən zəngin ölkələrindən biri olan Qətər kapitalist sistemin İslam üzərindəki təsirinin ən dəqiq göründüyü yerlərdən biridir. Əsasən Hindistan, Filippin kimi ölkələrdən gələn işçilər ölkədə cüzi məvacib qarşılığında işlədiyi halda, Qətər xalqı əsasən təbii qazdan gələn gəliri öz aralarında bölüşür. Yerli xalq arasında varlı və kasıb deyə iki ayrı qütb yoxdur. Bu fərq qətərlilər və qətərli olmayanlar arasında aşkar bir şəkildə hiss olunur. Ölkədəki iqtisadi siniflərin ən bariz fərqi yerli xalqın geyindiyi və çıxış nöqtəsi etibarı ilə İslami olan paltarlar üzərində görülə bilər. Qətərli kişilər “tub” adlanan ağ paltar geyir. Bu onların ictimai kimliyini, buna bağlı olaraq və bundan daha əsası iqtisadi siniflərini ifadə edir. Böyükdən kiçiyə bütün qətərli kişilər tərəfindən geyilən və maddi olaraq böyük bir dəyəri olmadığı hiss olunan bu paltarlar, bəzi detallarla birləşəndə islami bir mənsubiyyətdən əvvəl digər siniflərdən ayrılmanı təmsil edir. Necə ki, son dərəcə dəbdəbəli avtomobillərin içində ağ paltarlı qətər kişilərini görmək bir müddətdən sonra insana o paltarların dini və mədəni mənalardan çox, zənginliyin və üst sinfə mənsub olmanın gizli bir ifadəsini xatırladır.

 Oxşar bir vəziyyət qətərli qadınlar üzərindən də oxuna bilər. Onlar da “abaye” adlanan, çadraya bənzəyən qara rəngli geyim geyirlər. Lakin bu geyim bir çox xüsusiyyəti ilə çadradan fərqlənir. Səudiyyə Ərəbistanından və ya İrandakına bənzər qatı şəriət rejiminin tətbiq edilmədiyi Qətərdə bütün qətərli qadınların abaye geyməsi hüquqi bir məcburiyyətdən yox, ictimai təzyiqlərdən qaynaqlanır. Abayedə maddi vurğu kişilərin geydiyi yerli paltarlardan daha çox hiss olunur. Belə ki, ilk baxışda gözə çox islami görünən bu geyim buna zidd bəzi detallar diqqətə alınan zaman bir məna qarışıqlığı yaradır. İstifadə edilən ətriyyatdan abayenin altında hündür dabanlı müxtəlif rəngli ayaqqabılara, Gucci, Louis Vuitton kimi dəbdəbəli marka çantalara qədər hər bir detal qatarlı qadınlar üçün fərqlənmə simvoludur. Çadranın bunu geyən qadınlar üçün gözə batmama, mümkün qədər gizləmə kimi bilinən məqsədlərindən tamamı ilə fərqli olaraq, abaye mümkün qədər göz önünə çıxarmaq kimi xüsusiyyəti ilə fərqlənir. Belə vəziyyətdə, geyimin ehtiva etdiyi standart islami qayğı arxa planda qalır, iqtisadi qayğı və zənginlik vurğusu ilk planda olur. Həmçinin qara rəngli abayenin on il əvvələ görə çox böyük dəyişiklilərdən keçməsi, növlərinin çoxalması, istifadə olunan parça və bahalı daş-qaş ilə vizual mənada zənginləşməsi və bütün bunlara paralel olaraq bahalaşması nəzəri cəlb edən başqa bir nüansdır. Dini fikirlərdən gedərək uzaqlaşan bu geyim zamanla qətərli qadınların tərzini və modayla əlaqəli fikirlərini də daşıyacaq hala gəldi.

Qətərdə dəbdəbəli həyat

 Kapitalizmin təsiri Qətərdə təkcə geyimlərdə hiss olunmur. Qadın və kişilərin geyimləri nəzəri olaraq dini olmasına baxmayaraq, təcrübədə bundan nə qədər fərqlənirsə, bənzər şəkildə gündəlik həyata dair bəzi nümunələr də eyni təzadları ehtiva edir. Qətərli orta sinif bir ailənin (iqtisadi vəziyyət nəzərə alındığında bu anlayış Türkiyə şərtlərində super varlı bir ailəni ifadə edir) həyat tərzi heyrətləndiricidir. İslam dininin nəsihət etdiyi təvazökar və dəbdəbədən uzaq bir yaşam tərzindən fərqli olaraq, Qətərdə yerli xalqın həyat standartı çox yüksəkdir. Qətərli hər ailənin saraya bənzəyən evlərində, pul qazanmaq üçün başqa ölkələrdən gəlmiş olan xidmətçilər, çox da yüksək olmayan məvaciblər müqabilində işləyir. Həmçinin bu xidmətçilər qətərli qadınların ev xaricində də xidmətində olur. Məktəbə lüks avtomobilləri ilə sürücüləri tərəfindən aparılan qızların bəzilərinin dəftər və kitabları siniflərə qədər daşınır, dərs bitəndən sonra da eyni şəkildə evə aparılır. Axşamlar lüks ticarət mərkəzlərində qətərli qadınların bir neçe metr arxasından gedən və uşaqlarla maraqlanan xidmətçiləri görmək son dərəcə normal bir vəziyyətdir. Həyat standartlarının davamını təmin edən evlilik mexanizmi də sevgidən daha çox iqtisadi təmələ dayanır. Qətərli bir qadın ilə evlənməyin xərci çoxdur və bunu sadəcə bir qətərli kişi qarşılaya bilər. Beləliklə, atasının evində son dərəcə yaxşi şəraitdə yaşayan qətərli qız həyat yoldaşı vasitəsi ilə eyni həyatı davam etdirə bilir.

 Qətəri əsas götürərək edilən bütün bu müşahidələr ümumiyyətlə zənginləşən İslam dünyasında bir kökündən dəyişməni göstərir, həyat tərzləri, istehlak qəlibləri və islami qavrayış xəttində yaşanan dünyəviləşməni əks etdirir. Ərəb cəmiyyətlərində görüldüyü kimi, İslam iqtisadi zənginliyin artması ilə müəyyən sahələrin xaricində tutulmağa başlanır. Murat Erdinin sualı Qətərdə son model avtomobillərə minmək, Louis Vuitton çanta istifadə etmək nə qədər İslama uyğundur kimi bir suala çevrildiyində verilən cavab kapitalizmin uğurunu göstərməkdədir. Həm istədiklərini alacaq, həm də zəkatlarını verəcək qədər gəlirə sahib olduqlarını söyləyən qətərli qızlar üçün dəbdəbəli istehlak İslamla ziddlik təşkil etmir. Kapitalist anlayışın dini anlayışı necə dəyişdiyini açıq aşkar göstərən bu fikir bir müsəlman mersedesə minərmi sualının cavabı ola bilər.

 Tərcümə: Elşad Müzəffərov                     (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:8590

Şərhlər

  1. vuqar deyir:

    İran-da, RƏNGLİ YOX, SOSİALİST İNQİLABI UĞRUNDA.
    Piter Saymonds
    25 iyun 2009.
    Keçən bazar günləri Tehranda keçən etirazlar, iran klerikal rejiminin dominant fraksiyasına qarşı çıxış edən opponetntlərinin sosial bazasının məhdud xarakterə malik olmasını nümayiş etdirdi. Müxalif hərəkat nəinki öz tərəfinə zəhmətkeşlərin geniş kütləsini cəlb edə bilmədi, həm də müəyyən qədər zəiflədi.
    Lap əvvəldən, hal-hazırda prezident olan Mahmud Əhmədinejatı seçkidə uduzmuş Mir Hüseyn Musəvi ilə əvəz etmək məqsədi güdən, “rəngli inqilablar” la analoqiya üzrə təşəbbüs olunan kampaniya, – xüsusi ilə keçmiş prezident-millyarder Əli Əkbər Haşimi Rəfsəncani, bir sıra başqa dissident ünsürlərin rəhbərliyi, ABŞ- ın yardımı və ustalıqla qoyulmuş ssenari üzrə həyata keçirilirdi.
    Qarşılarına qoyduqları məqsədlərdə mütərəqqi heç nə yoxdur. Onların həmkarları ilə fikir ayrılıqlarının məğzi ondan ibarətdir ki, Musəvi və onun yandaşları, ABŞ tələblərinə daha dərin uyğunlaşma yolu və bazar münasibətlərinin islahatı proqramının kəskin sürətləndirilməsi vasitəsi ilə, rəsmi siyasətdə əlavə sağ yön vermək istəyirlər. Zəhmətkeş əhali üçün belə proqramın reallaşdırılmasının iqtisadi fəlakət vəd etdiyinə görə, ona istinad etmirlər. Müxalifətin sosial bazası, müəyyən burjua qruplaşmalara, həmçin şəhərli orta sinfin imtiyazlı və eqoist kəsiminə aid edilir.
    Seçkilərdə uduzaraq, Musəvi qəti olaraq, seçkilərin nəticələrinin ləğv edilməsini və yeni seçki keçirilməsini nəzərdə tutmayan hər bir qərardan imtina etdi. Seçkilərin saxtalaşdırılmasını sübut edən heç bir sənədi və dəlil təqdim etmədən, müxalifət faktiki olaraq qərbyönümlü KİV –lərin dəstəyi ilə saray çevrilişi etməyə cəhd göstərir. Hətta mümkündür ki, öz fraksiya opponetntlərinə qarşı əlavə istifadə üçün yaraya bilən, dövlət aparatının cavab cəza tədbirlərində maraqlı idilər.
    Sözsüz ki, tələbələr, gənclər və Musəvinin başqa tərəfdarları sadəlöhvcəsinə, onu, demokratik islahat keçirəcəyinə ümid etdiklərinə görə dəstəkləyirlər. Lakin onlar, Musəvinin, qarşılarında olduğu rejimin çoxillik təmsilçisi olduğunu və onun da əllərinin qana batdığını gözardına vururlar. XX əsr həm də tək bir iranda yox, hərəkatların, belə kapitalist sinfin “mütərəqqi” fraksiyalarına tabe olmaları səbəbindən, satılmaqları nümunələri ilə doludur. “İran”-ın bütün tarixi, hər hansı bir fraksiyanın əsas demokratik hüquqların təmin olunması üçün əsas bazisin yaradılması işində tamamilə üzvü surətdə imkansız olduğunu nümayiş etdirir, hələ zəhmətkeşlərin nisbətən layıq həyatlarına zəmanət verilməsindən danışmırıq.
    “İran” da islam hərəkatının qalxması, fəhlələrin müstəqil surətdə səfərbər olunmasını dəstəkləməyən stalinist Tudə partiyasının çoxillik xəyanətkarlığı və fəhlə müxalifətini iran brujua dissident fraksiyalarına dəstək olmaq siyasətinə meylliliyinin birbaşa nəticəsi idi. Belə hərəkət edərək, Tudə partiyası, şah əleyhinə genişlənən hərəkatda öz nüfuzunu Xomeyniyə güzəştə gedərək, öz gələcək məhvi üçün zəmin hazırlayırdı. 1979-cu ildə baş verən siyasi təlatümlər stalinistləri rahat buraxmadı. Yeni klerikal rejim dərhal Tudə və başqa sol partiyalara qarşı repressiyalara başladı. 80-ci illərin çoxunda baş nazir vəzifəsində çalışaraq, Musəvi minlərlə solçunun məhv edilməsində və daha çoxusuna qarşı represiyalara görə birbaşa məsuliyyət daışıyır.
    Bütün bunlardan düzgün siyasi nəticələr çıxarılmalıdır. Həqiqi demokratik hüquqları dəstəkləyən əsasın yaradılması, bütün burjua fraksiyalara qarşı mübarizə olmadan mümkün deyil. Bütövlükdə cəmiyyətin yenidənqurulması və varlı azlığın yox, mütləq əksəriyyətin tələblərini təmin etməyə qadir qüvvə ancaq – işçi sinfidir. İşçi sinfinin inqilabi rəhbərliyin yaradılması kimi çətin məsələdən istənilən yayınmalar cəhdi, təhlükəli avantürist ilişmələr və siyasi qəzalar kimi nəticələnə bilər.
    Burada 20 il əvvəl keçmiş sovetlərdə və Şərqi Avropa ölkələrində stalinist rejimlərin dağılması nəticələrini yada salmaq yerinə düşərdi. Beynəlxalq trotskist hərəkatının, stalinizmə qarşı mübarizə dərsləri ilə qırılmaz bağlı olan, sosialist alternativin olmaması şəraitində, bürokratik elitanın ən uzaqgörən kəsimi ABŞ və başqa Qərb dövlətlərinin dəstəyi ilə, cəmiyyətə öz siyasi maraqlarını sırıya bildilər. Onların demokratik hüquqlar və kapitalist bazarının vəhdət təşkil etdiyi barədə moizələri tezliklə tüstü kimi sovuşdu. Yeni korrupsiyalaşmış burjua rejimlər öz qarşılarına tezliklə dünya kapitaliszmi ilə inteqrasiyanı qoydular ki, bu da sıravi vətəndaşların həyat səviyyəsinin görünməyən dərəcədə düşməsinə gətirib çıxardı.
    Sovetlərin hüquqi ləğvi, xalqın həqiqi kütləvi hərəkatına heç bir aiddiyatı olmayan, bir sıra “rəngli inqilabın” başlaması ilə yadda qaldı. 2000-ci ildə, Serb lideri Slobodan Miloşeviçi devirən “buldozer inqilabı” bu sırada birinci idi, ardınca 2003-cü ildə Gürcüstanda Mixail Saakaşvilini gətirən”qızıl gül” inqilabı”, 2004cü ildə Ukrainada “narıncı inqilab” və 2005-ci ildə Qırğızstanda “zanbağ inqilabı”.
    Bütün bu “inqilablar” biri o birisinə çox oxşayırdı və eyni ssenari üzrə inkişaf edirdi. Elita daxilindəki Qərbyönlü dissident qruplaşmalar, öz rəqiblərini devirmək üçün, öz tərəflərinə narazı və istiqamətini itirmiş orta sinifi və gəncliyi çəkərək, ustalıqla məşq edilmiş, yaxşı maliyyə dəstəyi olan kampaniyaya başladılar. Bəziləri amerikan araşdırma mərkəzləri və fondları ilə birbaşa əlaqəsi olan, çeşidli qeyri-hökumət təşkilatları, tələbə qrupları, həmkarlar təşkilatları, yerli KİV-lər və başqa qruplarla əlaqə yaradaraq, ümumi “marketinq” planı üzrə, zəmin yaratmağa başladılar. Hər bir ayrıca halda, müxalif partiya seçkiləri uduzaraq bunu, xarici KİV-lərin birmənalı dəstəyi və saxtakarlıq barədə heç bir sübutla əsaslandırılmadan, hakimiyyət uğrunda qızğın mübarzəyə girişirdi.
    Şərqi Avropa və keçmiş Sovetlərdə, özündən öncəkilərdən zərrə qədər də demokratik olmayan yeddi ABŞ pərəst rejimin yaranması bunun nəticəsi idi. Bütün bu “inqilabların” rəhbər prinsipi, zəhmətkeş kütlələrin məqsədləri və tələblərini yerinə yetirmək yox, öz hakimiyyət dairəsini, xüsusi ilə enerji daşıyıcılarla zəngin olan Qafqaz və Orta Asiya ölkələri hesabına genişləndirməyə çalışan, amerikan imperializminə xidmət etməkdir. Amerikan istiblişməntinin çoxillik arzusu isə, qeyd olunan Yaxın Şərq regionları bağlı olan “İran” da öz dominantlığını bərpa etməkdir.
    Obama müdiriyyəti, öz sələflərindən heç də az yırtıcı məqsədlər güdmür. Amerikan siyasi istiblişmentinin nüfuzlu dairələrinin Obamanın seçkiqabağı platformasını dəstəkləməsi faktorlarından ən vacibi, Buşun İraqda və Əfqanıstanda apardığı cinayətkar savaşların nəticəsində və amerikan siyasi və diplomatik nüfuz rıçaqlarının iflasa uğradmaqda olan dünyada yayılan antiamerikan ehval-ruhiyyəsini, neytrallaşdırmaq məqsədi idi. Sonrakı üç il ərzində “rəngli inqilabların” iflası qələbələrindən daha çox idi, məsələn Azərbaycan və Belarus. Mürtəce məqsədlərin maskalanması üçün yeni üz tələb olunurdu.
    “İran”daki indiki “yaşıl inqilabı” fərqli bir şey olduğunu düşünənlər, ya özlərini aldadır, ya da hər hansı başqa məqsəd güdürlər. Mərkəzi siyasi məqsəd indi fəhlə və kəndli hakimiyyəti uğrunda müstəqil siyasi hərəkatın yaradılması, dünyanın və Yaxın Şərqin Birləşmiş Sosialist Dövlətlər tərkibində sosialist “İran”-ı uğrunda mübarizəsidir. Bunun üçün, elmi sosialist proqramı ilə silahlanmış və XX əsrin strateji təcrübələr dərsləri üzərində qurulan inqilabi fəhlə partiyasının yaradılmasına ehtiyac var.