abunə ol: Yazılar | Şərhlər | Еmail

Ən zənginlər ən yoxsullardan 9 dəfə daha varlıdırlar

Şərh



Dünyanın ən zəngin və ən yoxsul insanlarının gəlirləri arasındakı fərq – son üç onillikdə olan rekord həddə çatıb. İqtisadi əməkdaşlıq və inkişaf üzrə təşkilatın (İƏİT) 1985 – 2008 – ci illər arasındakı dövr ərzində aparılmış tədqiqatların əsas nəticəsi belədir.

İƏİT – nin 34 üzv ölkələri arasında ən böyük fərq (25 dəfədən çox) Meksika və Çilidə müşahidə olunur, siyahının ən sonunda isə Almaniya, Danimarka və İsveçrə durur – burada nisbət 6:1 – dir.

“İƏİT ölkələrində gəlirlər arasında fərq bu gün son yarım əsrdə ən yüksək həddə çatıb. İƏİT – nin 10% ən varlı və 10% ən yoxsul ölkələri arasındakı fərq – 9 dəfəyə çatır. 25 il əvvəl bu rəqəm daha az, 7 dəfə idi” – təşkilatın baş katibi Anxel Qurriya Parisdə hesabatı təqdim edərkən demişdir.

Tədqiqatın göstərdiyi kimi, 25 il ərzində fərq daha çox Meksikada, ABŞ – da, İsraildə və Böyük Britaniyada böyümüşdür. Mülkiyyət bərabərsizliyini Fransada, Türkiyədə və Yunanıstanda azaltmaq mümkün olmuşdur.

Hesabat  təşkilata üzvlüyə namizəd olan ölkələrə, o cümlədən Rusiyaya da aiddir. Ən zəngin və ən yoxsul ruslar arasındakı fərqi İƏİT 16 dəfə olaraq dəyərləndirmişdir ki, bu da ABŞ – dakı rəqəmlərlə (14 dəfə) müqayisə oluna bilər. Braziliyada bu göstərici dəfələrlə yüksək – 50 dəfədir, tədqiqatda iştirak edən ölkələr arasında mütləq birincilik isə CAR – a məxsusdur ki, burada göstərici 147:1 – dir.

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:6501