abunə ol: Yazılar | Şərhlər | Еmail

“İntellektual mülkiyyət” cəlbedici mirajdır

Şərh

Riçard M.Stollman

Müəllif hüququ, patent və ticarət markalarını “intellektual mülkiyyət” adlandırmaq dəbə çevrilib. Bu dəb təsadüfi olaraq yaranmayıb – bu şəkildə  təyin edilmə həmin anlayışları sistematik  şəkildə korlayır və bir-biri ilə qarışdırır, onun istifadəsi isə belə bir qarmaqarışıqlıqda marağı olan kəslər tərəfindən genişləndirilib və genişləndirilməkdə davam edir. Bu hüquqları özü üçün aydın təsəvvür etmək istəyən hər bir kəs doğru olaraq bu anlayışı rədd etməlidir.

Onun əsas təsirlərindən biri müəllif hüququna, patentlərə və ticarət markalarına analoji olaraq fiziki obyektlər üzərində mülkiyyət hüququ kimi baxmaqdır. (Bu analogiya ticarət markaları, müəllif və patent hüququ haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsaslanmır, lakin yalnız mütəxəssislər bu barədə bilir.) Faktiki olaraq bu qanunlar fiziki obyektlər üzərində mülkiyyət qaydalarından çox da fərqlənmir, amma bu şəkildə təyin edilmə qanunvericilik tərəfindən uyğun olduğundan çox kimi təqdim olunması zəruriliyini yaradır. Belə dəyişiklik müəllif hüququ, patent və ticarət markalarının gücündən istifadə edən şirkətlərə sərf etdiyindən bu anlayışın geniş yayılması üzərində işlər aparırlar.

Stenford universitetinin professoru Mark Lemleyin fikrincə, “intellektual mülkiyyət” anlayışının bu gün hər yerdə istifadə olunması 1967-ci ildə əsası qoyulmuş Ümumdünya “intellektual mülkiyyət” təşkilatının yaranmasından bu yana gələn, həqiqi olaraq isə yalnız son illərdə geniş yayılmış qəribəlikdir. (Rəsmi olaraq ÜİMT BMT-yə aiddir, amma faktiki olaraq müəllif hüquqlarının, patentlərin və ticarət markalarının maraqlarını əks etdirir.)

Belə mövzularda lazım olduğu kimi mühakimə yürütmək istəyən insanlar sonradan götürülmüş bu ifadədən imtina etməlidirlər. Çox insanlar bu kateqoriya üçün mənə başqa bir ad seçməyi təklif etdilər və özləri də alternativ təkliflər irəli sürdülər. Təklif etdilər: “İmposed Monopoly Privileges”-dən İMP-i və “Government-Originated Legally Enforced Monopolies”-dən GOLEM. Kimsə başqa biri “xüsusi hüquqi rejimlər” barəsində danışırdı, amma bütün bunlar hüquqi məhdudiyyətlərə keçidi bildirir – eyni ikimənalılıqdır.

“İntelektual mülkiyyət” ifadəsini digər bir adla əvəz etmək yanlışdır. Digər adlandırma qabaqcadan hasil olmuş yanlış fikri istisna edə bilər, amma bu anlayışın daha dərin problemini də aradan qaldıra bilər. Bununla belə burada “intellektual mülkiyyət” kimi unifikasiya edilmiş başqa heç nə yoxdur. Bu – çox güman ki, onun mövudluğunu ehtimal edən şərtlərə görə həqiqətdə mövcud olan miraj kimi görünür.

“İntelektual mülkiyyət” seçilmədən, qarışıq halda eyniköklü olmayan müxtəlif qanunların topa şəklində müəyyənləşdirilməsidir. Müxtəlif qanunlara aid edilmiş bu ifadəni eşidən hüquqşünas olmayan hər kəs özü üçün ümümi psinsiplərə yönəlir və eyni cür hərəkət edir. Bundan başqa heç nə..

Bununla belə, bu qanunlar ayrı-ayrılıqda qəbul ediliblər, müxtəlif yollarla inkişaf ediblər, müxtəlif sahələri əhatə edirlər, hər biri müxtəlif qayda və normalardan ibarətdir və müxtəlif sualları ictimai müzakirəyə çıxarırlar. Müəllif hüququ ədəbiyyat və incəsənət sahəsində fəaliyyət üçün işlənib-hazırlanıb və həmin sahələrdə görülən işlərin detallarını əhatə edir. Patent qanunvericiliyi ideya sahibinin təyin etdiyi qiymətə həmin ideyaların nəşrinə dəstək  üçün nəzərdə tutulmuşdur- hər hansı bir sahədə qiymət bəlkə də qane etmir, amma bundan başqa bir qiymət mövcud deyil. Ticarət markaları haqqında qanunvericilik hər hansı işgüzarlığı təmin etmək üçün deyil, istehlakçını aldığı məhsul barədə məlumatlandırmaq üçün nəzərdə tutulmuşdur; buna baxmayaraq “intellektual mülkiyyət” adı altında onu məhsul reklamına da aid etmişlər.

Bu qanunlar bir-birindən asılı olmadan hazırlandığından hər biri detallarına görə fərqləndikləri kimi baza məqsədlərində və metodlarında da fərqlənirlər. Buna görə də, siz müəllif hüququ barədə bir neçə faktı öyrənsəniz, patent qanunvericiliyindən tamamilə fərqləndiyinə əmin ola bilərsiniz.

Belə bir bölgüdə yalnız meşşan maraqlı deyil. Mən tez-tez rast gəlirem ki, patent qanunvericiliyi, müəllif hüququları haqqında qanunvericilik və ticarət markaları haqqında qanunvericilik sahəsində mütəxəssislər, hətta bu fənnləri tədris edən professor-hüquqşünaslar da onlara aydın olan faktlara əks olan “intellektual mülkiyyətin” aldadıcı ümumi vəziyyətində maraqlıdırlar. Bu anlayış onları yoldan çıxararaq öz biliklərini istifadə etməyə mane olur.

İnsanlar adətən “intellektual mülkiyyət” barədə danışarkən əslində “intellektual mülkiyyət” anlayışından yuxarı və ya aşağı olan fərqli kateqoriyanı nəzərdə tuturlar. Məsələn, varlı ölkələr kasıb ölkələrin ehtiyyatlarını, pulunu  fırıldaqla əllərindən almaq məqsədiylə qanunlarını sırıyarkən. Bu qanunları əksər hallarda  “intellektual mülkiyyət” anlayışına aid edirlər və onların ədalətinə güvənməyən  insanlar da uyğunsuzluğa baxmayaraq həmişə bu yarlıqdan istifadə edirlər. Bu isə səhv düşüncələrə və dumanlı fikirlərə gətirir. Belə vəziyyətdə mən “qanunverici kolonizasiya” anlayışından istifadə etməyi  məsləhət görürəm, hansı ki, diqqəti predmetin mərkəzi aspektlərinə yönəldir – hər halda bu misalda  məsləhət gördüyüm termin “intellektual mülkiyyət” anlayışından daha yaxşıdır.

“İntelektual mülkiyyət” anlayışı həm də insanları bəsit düşüncələrə yönləndirir. Onları belə bir fikrə yönəldir ki, bu fərqli qanunların məhdudlaşdırılmış unifikasiyası xüsusi şərait yaradır, hansında ki, onların mahiyyətinə məhəl qoyulmadan alınması və satılması mümkün olur – onlardan hər birinin xüsusi məhdudiyyətləri və nəticədə də bütün məsuliyyət ictimaiyyətə həvalə edilir.

Belə geniş miqyasda insanlar nə müəllif hüququyla bağlı əsas ictimai məsələni, nə patent qanunvericiliyinin müxtəlif məsələlərini, nə də onlardan heç bir məsələni düzgün həll edə bilməzlər. Belə məsələlər məhz həmin dəqiqliklərdən doğur ki, “intellektual mülkiyyət” anlayışı həmin məsələləri nəzərə almır, üstündən xətt çəkir. Məsələn, müəllif hüququyla bağlı bir sual – musiqi ilə əvəzləşdirmə  mümkündürmü? Patent qanunvericiliyində bu haqda heç nə yoxdur.

Bununla belə, patent hüququ belə bir sual qaldırır: Kasıb ölkələrə həyat üçün vacib olan dərmanlar istehsal etməyə və insan həyatını qorumaq üçün daha ucuz qiymətə satmağa icazə verilsinmi? Bu sualla bağlı müəllif hüququ heç bir şey edə bilməz. Bu məsələlərdən heç biri sırf iqtisadi xarakter daşımır və iqtisadi perspektiv baxımından yanaşan istənilən adam bu məsələlərdən heç nə əldə edə bilməz.

Beləliklə, “intellektual mülkiyyət haqqında istənilən məsələ (sual)” haqqında istənilən nəticə axmaq bir şeydir. Əgər siz bu hüquqlar haqqında eyni kateqoriyaya aid olduqlarını düşünürsüzsə, bu zaman  onların əsl mahiyyətini deyil, sizə  izah edilən  formada fikirləri qəbul edəcəksiniz. Bu fikirlərdən hansını seçməyinizin əhəmiyyəti yoxdur.

Əgər siz patent hüququ, müəllif hüququ və ya ticarət markaları barəsində  məsələlər haqqında aydın təsəvvürə malik olmaq istəyirsizsə və ya sadəcə olaraq bu qanunların haqqında məlumatlı olmaq istəyirsizsə, ilk olaraq bu üç qanunu bir yerə toplamaq ideyasını unudun, müxtəlif qanunlar kimi nəzərdən keçirin. Əgər cəmiyyəti bu barədə məlumatlandırmaq və aydın təsəvvür yaymaq üçün məqalə yazmaq istəyirsizsə, bu qanunlardan hər birini ayrı-ayrılıqda öyrənin.

Oxucuya faydalı ola biləcək bir neçə şərh.

1. Professor Mark Lemley (Mark Lemley) parlaq hüquqi təhsilə malikdir – 1991-cidə Kaliforniya 1988-ci ilində Stenford universitettində təhsil almış, harada ki, intellektual mülkiyyət üzrə mühazirələr oxuyur, kompyuterlərə və İnternetə toxunan qanunvericiliyə patent qanunvericiliyinə və antimonopolizm barədə, həminki problemli sahədə Keker & Van Nest firmasında konsultant işləyir, Genentech-in onun müştərilərinin arasında, Inc, Google, Inc., Grokster, Ltd, Intel Corp., Netflix və Kolorado universiteti. Lemley – bir çox elmi işin həmçinin, ikicildli IP and Antitrust müəllifidir.

 

 (c) SOLFRONT


 

 


Oxşar yazılar:

Baxış sayı:12511