abunə ol: Yazılar | Şərhlər | Еmail

Ternel Ebbot – “Oklendi işğal et” və “Dəmir daban”

Şərh


Cek London mənim ulu babamdır, lakin bundan daha vacib olan onun işçi sinfin qəhrəmanı olmasıdır. Və o, çox şeyi qabaqcadan görürüdü. Mən bələdiyyə binasının qarşısına əkilmiş həmin o palıd ağacına baxır və onun burada tribunadan necə çıxış etdiyini, sosializm haqqında necə danışdığını, onu burada nə vaxtsa necə həbs etdiklərini təsəvvür edirdim.

 Cek Londonun nəticəsi Oklenddə polisin nümayişçiləri necə dağıtması haqda danışır, bu nümayişlərdə Skott Olsen  ağır yaralanmışdı

 Oklenddə (Kaliforniya) 14 – cü küçə ilə Brodveyin tinində palıd ağacı bitir (Bu ağac 1917 – ci ilin yanvarında Cek Londonun ad gününün il dönümü şərəfinə yazıçının antikapitalist nitqlə çıxış etdiyi və ilk dəfə polis tərəfindən tutulduğu yerdə əkilmişdir – redaktorun qeydi). Polis etirazçılara onun ətrafında toplaşmağa icazə vermir. Mən yaxınlıqdakı skamyaya oturdum: və ordaca gözyaşardıcı qaz gözlərimi qamaşdırdı və səs qumbarası qulağımı batırdı. Polis dağılışmağı tələb edirdi, lakin gözləri qamaşmış və qulağı batmış halda bunu etmək inanılmaz dərəcədə çətindir.

Mən etiraz marşında iştirak edirdim – ona minə yaxın müxtəlif irq və millətlərə mənsub kifayət qədər coşqun və əksəriyyəti gənclərdən ibarət olan insanlar çıxmışdılar. Bəziləri öz uşaqları ilə birlikdə idilər. Bu, dinc marş idi. Yalnız bir uşaq maşının kapotunun üstünə hoppandı, ictimai asayişi pozmaq kimi qiymətləndiriləcək başqa heç bir hərəkət görmədim. Əksinə, məni bu cür izdihamda hökm sürən sakitlik qürurlandırırdı. Həyat, qətiyyət, ümid  dolu bu qədər insanın ətrafında olmaq mənə sevinc duyğusu yaşadırdı. Onlarda köhnə sosial quruluşu dəyişməyin vacib olduğunu dərk etmə yaranırdı. Onlar ümid edirdilər ki, biz pula və hakimiyyətə nəzarət edən yuxarılardakı 1% – in proqramlaşdırdığından daha yaxşı olan gələcəyə can ata bilərik və bunu etməliyik. Mən bu nümayişçilər izdihamının onları hüquqlardan məhrum edənlərə qarşı narazılıqlarını bu qədər sadə və aydın şəkildə göstərdiklərinə sevinirdim. Onlar dərk edirdilər ki, ölkələri, cəmiyyətləri varlılar, korporativ elita və KİV tərəfindən zəbt olunub. Mən ətrafımda olan insanlara baxırdım və hiss edirdim ki, bizim iqtisadi ədalət, azadlıq və demokratiya kimi ümumi istəklərimiz var. Yox əgər məğlub olsaq, onda “Dəmir daban” bizi əzəcək.

 Axşam saat səkkizdə marş Cek Londonun palıd ağacının bitdiyi 14 – cü küçəylə Brodveyin tinində dayandı. Ola bilsin ki, polis tərəfindən “dağılışmaq” əmri həmin vaxt səsləndi, lakin izdiham içində o eşidilmirdi. Nə baş verdiyinə baxmaq üçün bir qadınla birlikdə önə keçdik. Sonra mən polis zabitlərinə bizim dinc toplaşmaq hüququmuza əməl olunmalı olduğunu deyirdim.

 Bir cavan polis bir qədər təəssüflü baxışlarla mərhəmətli şəkildə mənə başı ilə razılıq verirdi. Mən onlardan hansının başçı olduğunu soruşdum –  hərçənd heç biri mənə cavab verə bilməzdi, bütün polislər respirator taxmışdılar.

 Mən sütunun başına doğru hərəkət etdikcə fiziki təsir hədəsi formasında bildirilən dağılışmaq əmrləri aydın şəkildə eşidilməyə başladı. Mən uniforma geyinmiş hansısa veteranın izdihamın ortasında əlində bayraqla durduğunu gördüm. Çaşqınlıq, qorxu, panika – heç kim nə edəcəyini bilmirdi. Mən səkidəki skamyaya tərəf getdim və orada oturdum. Mənim plakatımda “99% Biz boğaza yığılmışıq” yazılmışdı. Məni tutmadılar, hərçənd bir anlıq tutulmağımı istəyirdim və mən özümün dinc toplaşmaq hüququmu qoruya bilərdim.

 Cek London mənim ulu babamdır, lakin bundan daha vacib olan onun işçi sinfin qəhrəmanı olmasıdır. Və o, çox şeyi qabaqcadan görürdü. Tam o vaxt mən bələdiyyə binasının qarşısına əkilmiş həmin o palıd ağacına baxırdım və bir anlıq özümdə o böyük insanın ruhunu hiss elədim. Mən onun burada tribunadan necə çıxış etdiyini, necə sosializm haqqında danışdığını, çıxış etmək üçün icazəsi olmadığına görə onu necə həbs etdiklərini təsəvvür etdim. Dayanıb onun haqqında düşünürdüm, onun “İnqilabı”, “Uçurum insanlarını”, “Dəmir dabanı” necə yazdığını təsəvvür edirdim. Və mən hal – hazırda məhz bu insanların faşizmin dəmir dabanına meydan oxuduqlarını hiss elədim. Bilirdim ki, mən də ona müqavimət göstərməliyəm. Birdən məndə güclü şəkildə təslim olmamaq duyğusu yarandı və mən nə olursa olsun qalmaq qərarına gəldim. Mən özümü körpəsini qoruyan ana kimi hiss edirdim. Sakitlik və bununla yanaşı qəzəb hiss  edirdim. Polisin nümayişçilərə dağılışmaq üçün verdiyi saniyələri necə saydığına qulaq asırdım. Sonra mənə biri yaxınlaşdı və skamyaya söykənərək soruşdu: “Sənin burda qalmağa cəsarətin çatacaq?”

 “Bilmirəm” – deyə cavab verdim. Arxadakı qadın çiynimi sıxdı. Mənim hamıyla birgə dözməli olduğum fırtınadan əvvəlki sakitlik çökdü. Polisə heç kim heç nə atmırdı. Sonra düz mənim yanımda gözyaşardıcı qaz buraxmağa başladılar. Mən tamamilə iflic oldum və düz qaz dumanının içində oturmuşdum. Sonra parıltı, göz qamaşdıran işıq və izdihama atılan səs qumbaralarının qulaq batıran gurultusu. Mən oturmaqda davam edirdim. Üzüm və boğazım dözülməz şəkildə yanırdı, bədənimin qalan hissəsi keyləşmişdi. Dizi üstə yıxıldım və qusmağa başladım. Hansısa oğlan var gücüylə qışqırmağa başladı: “Onlar adam vurdular. Onlar adam vurdular”.(Dəniz piyadaçısı, İraq müharibəsi veteranı Skott Olsen polis tərəfindən ağır yaralanmışdı). Məni isə vəkil Enn Veys və hansısa oğlan xilas etdilər – onlar məni ordan çıxardılar və süni tənəffüs etdilər.

(c) SOLFRONT.org

[Məqalə liva.com.ua saytının materialları əsasında Solfront.org üçün hazırlanmışdır] 

 

 

 


Oxşar yazılar:

Baxış sayı:9877