abunə ol: Yazılar | Şərhlər | Еmail

Əxlaq, ateizm və din haqda bəzi müşahidələr

Şərh

Əxlaq, ateizm və din haqda bəzi müşahidələr

Dini propaqandistlər dinin cəmiyyət üçün “vacib” və “əhəmiyyətli” olmasını əsaslandırmağa çalışmaqla düşmən obraz yaratmaqda davam edirlər. Əlbəttə ki, düşmən obraz ateistlər hesab olunur. “Allah yoxdursa, hər şey mümkün olan, əxlaqı və dəyərləri olmayan ateist cəmiyyəti” əks etdirən qorxunc şəkillər təsvir edirlər. Bəs əslində həqiqət necədir? Bu yaxınlarda  dünyanın ən dindar ölkələrindən olan ABŞ – da əhalinin müxtəlif qruplarında dinin yayılması ilə bağlı aparılan işlərlə əlaqədar maraqlı mövzu nəzərimi çəkdi. Beləliklə, 1998 – ci ildə bəlkə də dünyanın ən prestijli elmi nəşri olan “Nature” jurnalında alimlərin cəmi 7% – nin (təbiət elmlərinin nümayəndələrindən – 5,5%) allaha inanmasıyla bağlı məqalə nəşr olunmuşdur. Yerdə qalan 93% alim – ateist və ya aqnostikdir.

Digər tədqiqatçılar dinin cinayətkarlar arasında yayılmasını tədqiq etmişdilər. Bəs nə aydın olmuşdu? Demək olar ki, cinayətkarların 90% – i ibrahim dinlərindən birinə və onların qollarına qulluq edir. Cinayətkarların cəmi  0,029% – ni isə ateistlər təşkil edir.

Rusiya həbsxanalarında isə, Rusiya Federal Cəzavermə Xidmətinin  2007 – ci il üçün tərtib olunmuş hesabatına əsasən, sorğu edilmiş cinayətkarlardan 84,4% – i özünü dindar, bunlardan 76% – i isə özünü pravoslav hesab edir.

Buradan çıxan nəticə?

Əgər ateistlərdən qorxunc məxluq yaradanlar haqlı olsaydılar, hər şey əksinə olardı. Həbsxanalar ateistlərlə dolu olardı, cəmiyyəti inkişafa doğru aparan alimlərin isə hamısı dindar olardılar və əlbəttə ki, allaha aparan yolu tapmağa çalışardılar.

Halbuki, utanmaz dini propaqandistlər ateizm haqda dəhşətli miflər yayaraq, cəmiyyətə əxlaq normaları aşıladığı üçün dinin vacibliyini qeyd edirlər. Yeri gəlmişkən, ateistlər arasında boşanma halları da konservativ xristianlardan fərqli olaraq xeyli azdır. Demək ki, din təklif etdiyi “əxlaq və qaydalarla” oğurluq, soyğunçuluq və boşanmaya da mane olmur.

Yoldaşlar, əgər sizin ətrafınızda hər hansı bir dini propaqandist “dinsiz cəmiyyət cəhənnəmə yuvarlanar”, din barəsində “din cəmiyyətə əxlaq və mənəvi dəyərlər aşılayır”, “əgər allah olmasa, insan heç nədən çəkinməz” və xüsusilə “uşaqların məktəbdə dinlə tanışlığının vacibliyi” kimi zəhlətökən  mahnılarla  beyninizi doldurmaq istəyərsə, bu rəqəmləri yadınıza salın və yalan axınını dayandırın.

Necə bir cəmiyyətdə yaşamaq istərdiz?

Düşünün,  necə bir cəmiyyətdə yaşamaq istərdiz. O cəmiyyətdə ki, ətrafınız savadlı insanlardan ibarətdir, digər insanların hüquq və azadlıqlarını qəbul edirlər, hörmət edirlər və  bunu cəmiyyətin fundamental dəyəri hesab edirlər?

Yoxsa ki, yeni orta əsrdə, harada ki, sizi uydurulmuş fövqəltəbii qüvvədən qorxduqları üçün öldürürlər, dini ayin kahinlərinin isə sizə qarşı hələ ki, iddiası yoxdur?

Axı bu çox rahatdır – oğurluq edirsən, soyğunçuluq törədirsən, fırıldaq edirsən, sonra da peşman olursan, rahibə maşın hədiyyə edirsən, şam yandırırsan və çox asanlıqla da allah hər şeyi bağışlayır, yenidən davam edə bilərsən. Məşhur bir mahnıda oxunduğu kimi: “Axı bizim allah bizə hər şeyi bağışlayır”.

Dini uydurmalar üzərində əxlaq mümkün deyil

Əxlaqı allah qorxusu ilə əvəz etmək mümkün deyil. Əxlaqi normaları uydurulmuş allahdan və dini nağıllardan doğurmaq mümkün deyil. Yalan üzərində yaranmış normalar uçuruma aparır. Əgər biz cəmiyyətdə yaşam tərzimizin yaxşı və təhlükəsiz olmasını, ölkəmizin inkişafca geri qalmamasını istəyiriksə, onda heç bir halda dinin deyil, təhsilin və cəmiyyətin humanist dəyərlərinin yayılmasını təmin etməliyik. Amma təəssüf ki, bu gün hərəkətin əks istiqamətdə getdiyinin şahidi oluruq.

29 sentyabr 2011

 

(c) SOLFRONT

 

 

Oxşar yazılar:

Baxış sayı:12198