abunə ol: Yazılar | Şərhlər | Еmail

Subkomandante Markos | İdeyanın özü dә silah ola bilәr

Şərh

Subkomandante İnsurxent Markos: “İdeyanın özü dә silah ola bilәr”

 

Məqalə və nitqlərindən. Fotoqraf Bernar Bisson
Corbis / Fotosa.ru

 

İnqilabçı, 53 yaşlı, yaşayış yeri bilinmir.

 

– Yalan kimi bir israfçılığı özümә rәva bilmәrәm.
– Maskanın altındakı vacib deyil, әsas onun nәyin rәmzi olmasıdır.
– Bәli, Markos homoseksualdır. Markos San-Fransiskoda homoseksual, Cәnubi Afrikada qara, San İsidroda (Meksika ilә sәrhәddә yerlәşәn Amerikan şәhәri – red) anarxist, İsraildә fәlәstinli, San-Kristobalda hindli maya, Almaniyada yәhudi, Polşada qaraçı, Kvebekdә hindli mohok, Bosniyada pasifist, axşam saat 10-dan sonra metroda tәnha qadın, torpaqsız kәndli, gecәqondularda oğru, işsiz fәhlә, bәdbәxt tәlәbә vә әlbәttә ki, dağlarda zapatistdir. Markos zülm edilәn, tәhqir olunan vә әzilmiş azlıqdır vә o baş qaldırıb deyir: artıq yetәr!
– Azad olmaq üçün heç kimdәn icazә almaq tәlәb olunmur.
– Azadlıq günәşin doğuşuna bәnzәyir. İnsanların әksәriyәti bu vaxt yatmağa üstünlük verirlәr. Ancaq bu anı qaçırmamaq üçün hәlә gecәykәn yuxudan qalxanlar da var.
– Biz mәcbur etmәliyik ki, hakimiyyәtdә olan hәr bir kәs özünü narahat hiss etsin.
– Qarşıdan gәlәn seçkilәrdә kimin qalib olacağı mәnim üçün önәmli deyil. Çünki bu şәxs kim olursa, olsun devrilәcәk.
– Biz xәyalpәrәstlәr ordusuyuq. Ona görә dә gözә görünmәzik.
– Әgәr sәn tәklikdә xәyala dalırsansa, xәyal, xәyal olaraq qalır.Başqaları ilә xәyala dalırsansa, reallıq yaradırsan.
– Biz içindә әn müxtәlif dünyaların mövcud ola bilәcәyi bir dünyanın qurulmasının istәyirik.
– Mәn olduğum kimi dә varam, elә siz dә olduğunuz kimisiz Gәlin elә bir dünya quraq ki, orada hәm mәn, hәm dә siz özümüz kimi qala bilәk. Belә olanda, nә mәnim, nә dә sizin başqalarını özümüzә oxşamağa mәcbur etmәyә haqqımız olmayacaq.
– Düşmәnlәrimiz bizi cahillikdә ittiham edirlәr, çünki onların başqa çıxış yolu yoxdur.
– Әn sonda mәdәniyyәt әriyәn qәhvәyә bәnzәyir: onu әritmәk asandır vә bu birdәfәlik dә ola bilәr. Lakin hәr halda, bu, qәhvә deyil.
– Çoxlu mütaliә edirәm. Әvvәllәr orduda asudә vaxtdan silah tәmizlәmәk üçün istifadә edirdim. Amma bizim silahımız – sözdür, mәn isә bu seçimdәn daim asılılıq hiss etdiyimdәn, hәr an hazır vәziyyәtdә olmalıyam.
– İdeyanın özü dә silah ola bilәr.
– Biz öldürmәk, yaxud öldürülmәk üçün doğulmamışıq. Ancaq eşidilmәk üçün dünyaya gәlmişik.
– Hәrbçi absurd peşәdir, ona görә ki, o yalnız onu bu işә cәlb edәn adamın әsl hәqiqәti bildiyinә hәr kәsi inandırdıqdan sonra, әlinә silah almalıdır.
– Müharibә – dairәdir: onun nә әvvәli, nә dә axırı var.
– Әsl hәyat uzun müddәtli planlara ehtiyac duymur.
– “Әlvida” sözünü gәrәk dәrhal deyәsәn. Onda ayrılıq elә dә acı olmayacaq.
– Ölüm ağır deyil – unudulmaqdan fәrqli olaraq.
– Narahatçılığa görә üzr istәyirik, amma bu, inqilabdır.

“Fikir Sexi” kitabından     

***
Subkomandante Markos: “Mən sizə iki şey göstərəcəm. Birinicisi öz şəklimi göstərəcəm, maskasız şəklimi. İkincisi isə maskamı çıxaracağam. Oldu?”

 

 

(c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:9989