abunə ol: Yazılar | Şərhlər | Еmail

Pol Kreyq Roberts | Tarixin sonu

Şərh

Qəddafinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əlaltıları tərəfindən qətlindən sonra Liviyanın taleyi necə olacaq?

Əgər Vaşinqtonun planları həyata keçərsə, bu zaman Liviya növbəti Amerika “kukla”sına çevriləcək.Ölkənin şəhər, qəsəbə və infrastrukturunun böyük hissəsi NATO-nun hava hücumları nəticəsində məhv olmuşdur. Avropa və Amerika şirkətləri ölkə infrastrukturunun bərpası üçün yağlı müqavilələr qazanacaqlar. Bərpa olunmuş mülkiyyət ətrafinda yeni vaşinqtonsayağı idarəedici təbəqə formalaşacaq.

Afrikanın Amerika tərəfindən istilası (müstəmləkələşdirilməsi) başlayacaq. Obama “Tanrıya qarşı müqavimət ordusu” ilə – Uqandanın ömürlük diktatoruna qarşı döyüşən kiçik müqavimət  qruplaşması ilə –  mübarizə aparmaq adı altında ABŞ ordusunu artıq Mərkəzi Afrikaya göndərmişdir. Nümayəndələr Palatasının spikeri Con Bexner Amerika qoşunlarının Mərkəzi Afrikaya yeridilməsinin “milli təhlükəsizliyin və ABŞ xarici siyasətinin maraqlarını qorumasını” elan edərək, yeni müharibənin perspektivini dəstəklədi.

Respublikaçı – senator Ceyms İnxof bu çıxışa “Uqanda uşaqlarının” müdafiəsi kimi mənəvi frazeologiya əlavə edərək, bu siyasəti dəstəklədi. Hansısa səbəblərə görə liviyalı, iraqlı, əfqan və fələstinli uşaqların taleyi onu daha az narahat edirdi.

Vaşinqton “hakimiyyət uğrunda böyük oyun”u yenidən başlayır və Çinlə müharibəyə başlayır. Çin Afrikaya investisiya və infrastruktur göndərdiyi halda Vaşinqton ora qoşun, bomba və hərbi bazalar göndərir.

Gec və ya tez Vaşinqtonun Çin və Rusiyaya qarşı aqressivliyi bizim üzümüzə dağılacaq.

Vaşinqton Afrika İmperiyasının maliyyələşdirilməsinə pullar haradan alınacaq? Xeyr, Liviya neftinin gəlirlərindən deyil. Çünki, həmin gəlirlərin böyük hissəsi bu açıq aqressiyada fəaliyyətlərinə görə artıq fransızlara və britaniyalılara vəd edilib.

Bu pullar 23% işsizlik səviyyəsi ilə kollaps halına gəlmış amerika iqtisadiyyatına gələn vergi ödənişlərindən də ayrıla bilməz.

Büdcədə yaranmış hazırkı defisit zəminində pullar yalnız çap maşınından gələ bilər.

Vaşinqton istehlak indeksinin qiymətini illik 3,9 %-ə və istehsal indeksinin qiymətini isə illik 6,9 %-ə qaldırmaq üçün çap dəzgahını artıq lazımı sürətlə işə salıb.

Statistik Con Vilyams göstərdi ki, rəsmi inflyasiya sosial müavinətlər alanlar üçün istehlak səbətinin qiymətini çərçivədə saxlamaq və bununla da imperiya müharibələrini maliyyələşdirmək məqsədilə saxtalaşdırılır. ABŞ-da inflyasiyanın doğru səviyyəsi 11,5 %-ə bərabərdir.

Yunan istiqrazları ilə risk etməmək üçün əmanətçilər hansı əmanət faizlərinə arxalana bilərlər?

ABŞ bankları FDİC-in sığortalanmış depozitlərinə görə 0,5 %-dən az ödəyirlər. Hökumətin qısamüddətli dövlət istiqrazları fondu heç onu da əmanətçilərə verə bilmir. Buna görə də onlara maraq faktiki olaraq “0” –a bərabərdir.

Bununla da rəsmi amerika statistikasına görə, amerika əmanətçiləri kapitalını illik 3,9 %-dən 4,4 %-ə qədərini itirir. Con Vilyamsın inflyasiya səviyyəsi üçün hesablamalarına görə, əmanətçilər hər il öz ehtiyatlarının 11,5 %-ni itirirlər.

Buna görə də amerika təqaüdçüləri öz ehtiyatlarına görə faiz əldə etmədiklərindən öz kapitallarını xərcləmək məcburiyyətində qalırlar. Hətta ən hiyləgər təqaüdçülərin bələ mənfi əmanət faizi şəraitində tab gətirməsi onların yığdıqları əmanət azaldıqdan sonra mümkün olmayacaq.

Əllərinə son illərin bütün gəlirlərini yığmış, yerdə qalan Amerikanı isə zibil qutusuna atmış Vaşinqtonun sevimlisi olan əhalinin 1 %-ni təşkil edən varlılar istisna olmaqla. 2007-ci ilin dekabrından başlayan maliyyə böhranıyla əlaqədar yerdə qalan 99 % əhali üçün hökumət heç bir şey etməmişdir. Buş və Obama, respublikaçılar və demokratlar 99 % əhaliyə şiş göstərərək yalnız 1 %-in maraqlarını qorumaq barədə düşünüblər.

Nəhayət, hamısı olmasa da xeyli amerikalı onları tarixin zibil qutusuna çəkən bu “patriotizmin” qırmağına keçmədi. İndi onlar məğlub olmaq istəmirlər və küçələrə çıxırlar. “Uol-Striti işğal et” güclənir və genişlənir. Bu hərəkatı qarşıda nə gözləyir? Soyuq hava, qar və buz nümayişçiləri dağıdacaqmı yoxsa onlar ictimai binaları tutacaqlarmı? Vaşinqtona xidmət edən yerli hökumətlər əhalinin dövlətə inamını itirməsi faktına nə qədər dözəcəklər?

Nümayişlər dayanmasa və genişlənməkdə davam edərsə, hakimiyyət orqanları nümayişçilərin sıralarına polis provakatorlarını göndərərək polislərə atəş açdıracaq. Bununla isə nümayişçilərə atəş açmağa və sağ qalanlarını isə “terrorist” və ya “ekstremist” kimi həbs edərək  hökumət tərəfindən xüsusi olaraq inşa edilmiş düşərgələrə salmağa bəraət qazanacaq. Amerika Polis dövləti Amerika Həbs Düşərgəsi dövlətinə çevriləcək.

Eyni vaxtda da konservatorlar ölkənin homoseksual nigahları, abort və “liberal KİV” tərəfindən parçalandığı barədə çıxışlara başlayacaqlar. Vətəndaş nigahının tərəfdarı olan liberal təşkilatlar qadınların abort əməliyyatları etməsini dəstəkləməyə davam etdiyi halda, “Amnesti İnterneşnl” Obamanın törətdiyi hərbi cinayətlərə göz yumaraq Vaşinqtona növbəti hərbi hücum hədəfini müəyyənləşdirməyə kömək edəcək. Əgər indiyə kimi İsrail Vaşinqtonun göstərişi ilə hərbi cinayətlər, körpələrin öldürülməsi, beynəlxalq hüquq normalarına nifrət, fələstinlilərin öz evlərindən qovulması, bu evlərin buldozerlər vasitəsilə dağıdılması, Livan və Qəza bölgəsinə vəhşi hücumu, mülki əhalinin kütləvi məhvi və s. kimi cinayətləri törətdiyinin şahidi olmuşuqsa, İsrailin himayəçisi olan Vaşinqtonun özünün hansı qatı cinayətlər törətməyə  qadir olduğunu təsəvvür edə bilərik.

XXI əsrin əvvəllərində Vaşinqton  ABŞ konstitusiyasını, hakimiyyətin bölüşdürülməsi və hökumətin xalq qarşısında məsuliyyətini, beynəlxalq hüquq normalarını kobudcasına pozdu. O, dünya ağalığına sahib olmaq üçün bütün əxlaqi norma və prinsipləri qurban verdi. Bu dəhşətli ambisiya proqramı Uol-Strit üzərindən bütün məhdudiyyətlərin götürülməsi və onun tamamilə nəzarətdən azad edilməsi ilə müşayət olundu. Ona Amerika iqtisadiyyatını məhv etməyə, bununla da dünyaya qarşı olan Vaşinqton aqressiyasını əsasını məhv etməyə icazə verildi.

20.10.2011

Tərcümə: Günel                                                             (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:8933