abunə ol: Yazılar | Şərhlər | Еmail

Dostumun dostu Alberto Korda. Guerrillero heróico

Şərh

Qəhrəman partizanın fototarixi. Guerrillero heróico

Müəllif-dost Alberta Kordadır (14.09.1928 – 26.05.2001)

“XX əsrin Mono Lizası”, magik foto 1968-ci il tələbə hərəkatından sonra inqilab və üsyan simvoluna çevrildi. ”Guerrillero heróico” nı Maryland Institute College of Art “XX əsrin simvolu və ən tanınmış fotosu” (symbol of the 20th century and the world’s most famous photo) elan etmişdir.

Kulta dönmüş əsər 5 mart 1960-cı ildə Havana sahillərində “La Coubre” silah gəmisinin partlaması (4 mart 1960) zamanı həlak olanlara  anım mərasimində çəkilmişdi (Partlayış CİA agenti William Alexander Morganın sabotajı idi). Çe bir neçə saniyəlik tribunaya çıxır. Bu zamanı-anı Korda düzgün qiymətləndirir. Müəllif sonradan etiraf edir: “Ernesto Çe Gevaranın fotosu əslində təsadüfən yarandı.”
Həmin gün – 100000 min insanın iştirak etdiyi mitinqdə fotoqraf bir neçə kadr çəkə bilmişdi. Lakin “Revolución” qəzetinin redaktoru qəzetin növbəti sayında yalnız Fidelin Simona de Bovuar və Jan-Pol Sartrla olan şəkillərini dərc edir. Və “o”  ikona 7 il Kordanın mənzilinin divarında  asılı qalır, o vaxta qədər ki, jurnalist Cancakomo Feltrinelliyə bu foto hədiyyə olunur (Korda buna kimi şəkli bəzi qəzetlərə göndərsədə 7 il ərzində nəşr olunmadı).
Boliviya gündəliyini çap etdirmək üçün kitabın üzünə şəkil axtaran Cancakomo Feltrinelli (sonradan özünün “Partizan Hərakatı dəstəsini” yaradır) Kuba dövlətindən Çenin yaxşı bir şəklini tapmaqda kömək istəyir. Bu zaman o, “məsləhətli” şəkil almağa Kordanın yanına göndərilir.
– “Bu mənim ən sevdiyim (favorit) Çe şəklimdir”.
Kubalı fotoqraf qarşısındakı nüfuzlu italyan jurnalisti tanımırdı. Amma biləndə ki, o kommunizmin və inqilabın dostudur, puldan imtina edir (Ümumiyyətlə müəllif şəkilə görə heç bir qazanc əldə etməyib, 2000 – ci ildə şüşələrində bu foto ilə araq istehsal edən Smirnoff şirkətini məhkəməyə verir, 50 000 dollar ziyanın əvəzi pulunu kubalı uşaqlara yardıma köçürür).
Şəkillə jurnalist Milana gəlir, burada kitablar və poster seriyası publikasiya edir. Ağ-qara versiyada foto 1967 – ci ilin oktyabrında Milanda, Chenin ölümü xəbərinə cavab olaraq spontan etirazlar əmələ gəldiyi vaxtlar yayılır. İtalyan fotoqraf Corcio Mondolfo sonralar şəklin magik gücü haqda deyirdi: “Birinci dəfə Alberto Kordanın çəkdiyi şəkli görəndə müəllifin kim olduğu məni maraqlandırmamışdı. Mənim ancaq 15 yaşim olardı, o, bizi- çoxları üçün birinci dəfə – küçələrə çıxıb “Çe yaşayır!” deməyə vadar edən şəkil idi.”

“Viva Che”
…1968-ci ildə ağ – qara kontrastlı şəkil Cim Fitzpatrik tərəfindən stilləşdirilir.
“Psixodelik Çe, hazırladığım birinci şəkildə o dəniz yosunu kimi görsənir. Onun saçları saç deyil. Bunlar mənim hiss etdiyim və verdiyim əlavə ölçülər idi. Bu şəkil onun vəfat etməzdən qabaq xəyalımdakı jurnal üçün hazırladığım qeyri – adi surətidir. Birinci dəfə bu dərc olunmadı. Bu çox güclü və inqilabi hesab edilirdi. Mən onun Boliviyaya səyahətindən ruhlanmışdım. Che korrupsioner hakimiyyətlə vuruşmağa, amerkalılara köməyə getmişdi və orada həlak oldu. Mən düşünürəm ki, o nə vaxtsa yaşamış dahi insanlardan biridir. Onu öldürəndə mən özüm – özümdə aydınlaşdırdım ki, nəsə etmək istəyirəm, buna görə də bu posteri yaratdım. Mən hiss edirdim ki, bu şəkil çıxmalıdır və ya o yad olunmayacaqların olduğu yerə gedəcək. Haradan ki, adətən anonim qəhrəmanlar çıxır” — Cim Fitzpatrik.

Yeniləşmiş foto Parisdə tələbələrin üsyanının hərəkətverici qüvvəsinə çevrilir.

 …kommunist Korda sadiq insan idi. Ömrünü son günlərində özünü xoşbəxt görürdü, çünki sosialist Kubada – azadlıq adasında  yaşadı.

“Mən milyonerəm, çünki bu əsrarəngiz torpaqda yaşayıram, yeməyə heç nəyi olmamış uşaqlarla sona çatan İnqilab ilə bir yerdə, vaxtıyla  həkimə ödəmək üçün pulu olmayan insanlarla, təhsilə imkanı olmayan hər  kəslə. İnqilabımızın 40 il ərzində nail olduqları məni sevindirir.”



Oxşar yazılar:

Baxış sayı:8995