abunə ol: Yazılar | Şərhlər | Еmail

Lenin – Dövlət və İnqilab (IV fəsil)

Şərh

SOLFRONT.org rus marksisti, inqilabçı və filosofu Vladimir İliç Leninin dünyaca məşhur, lakin bizim bukinistlərdə belə tapılması çətin olan “Dövlət və İnqilab” əsərinin elektron variantının hazırlanmasına başlayır. Kitabın ilk 4 fəsli artıq hazırdır. Digər fəsillər də hazır olduqca sayta yerləşdiriləcək və sonda tam yükləmə faylı ilə birgə oxuculara təqdim olunacaq. Unutmayın ki, bu dünya tarixini dəyişən kitablardandır.

          I FƏSİL                              II FƏSİL                                    III FƏSİL  

IV   FƏSİL

ARDI. ENGELSİN ƏLAVƏ İZAHATLARI

    Marksın Kommunanın təcrübəsinin əhəmiyyəti məsələsində əsas cəhətləri verilmişdir. Engels elə həmin mövzuya dəfələrlə qayıdaraq Marksın təhlilini və çıxartdığı nəticələri izah etmiş və məsələnin başqa cəhətlərini bəzən elə bir qüvvətlə və əyani şəkildə aydınlaşdırmışdır ki, bu izahatlardan ayrıca danışmaq lazımdır.

 1. “MƏNZİL  MƏSƏLƏSİ

    Engels mənzil məsələsi haqqındakı əsərində (1872-ci il) Kommuna təcrübəsini nəzərə alaraq dövlət məsələsində inqilabın vəzifələrindən bir neçə dəfə danışır. Maraqlıdır ki, konkret mövzu üzərində işləməklə, bir tərəfdən, proletar dövləti ilə indiki dövlətin bir-birinə bənzəyən cəhətləri, – yəni hər iki halda dövlət haqqında danıçmaq üçün əsas verən cəhətlər, – digər tərəfdən bu iki dövləti bir-birindən cəhətlər, yaxud, başqa sözlə desək, dövlətin məhv edilməsinə keçmək məsələsi tamamilə aydınlaşdırılır.

         “Mənzil məsələsini necə həll etməli? Müasir cəmiyyətdə bu məsələ də tamamilə  hər bir  başqa ictimai məsələ kimi həll olunur: tələblə təklifin tədricən iqtisadi tarazlaşması yolu ilə həll olunur, bu isə məsələnin elə bir həllidir ki, məsələni daim yenidən özü doğurur, yəni məsələni heç bir sayaqla həll etmir. Bu məsələni sosial inqilabın necə həll edəcəyi nəyinki yalnız zaman və məkan şəraitindən asılıdır, həmçinin daha dərin məsələlərlə də bağlıdır və bu  məsələlərin ən mühümlərindən biri şəhərlə kənd arasında əksliyin ləğv edilməsidir. Biz gələcək cəmiyyətin utopik quruluşu sistemlərini icad etməklə məşğul olmadığımıza görə, bunun üzərində dayanmaq çox lüzumsuz bir şey olardı. Bir şey şübhəsizdir, o da məhz budur ki, artıq indi böyük şəhərlərdə kifayət qədər yaşayış binaları vardır və həmin binalardan ağıllı-başlı istifadə olunsa, mənzilə olan həqiqi ehtiyacı ödəməyə dərhal kömək edə bilər.
Aydındır ki, bu indiki ev sahiblərini mülkiyyətdən məhrum etmək yolu ilə və yurdsuz fəhlələri, yaxud indi həddinən artıq dolmuş mənzillərdə yaşayan fəhlələri həmin evlərə köçürmək yolu ilə edilə bilər. Proletariat siyasi hakimiyyəti öz əlinə alan kimi, cəmiyyətin xeyri üçün tələb olunan bu cür tədbir və müasir dövlətin başqa mülkiyyətlərindən məhrum etmək və mənzilləri tutmaq təbbirləri kimi asanlıqla yerinə yetirilə bilər” (1887-ci il almanca nəşrin 22-ci səhifəsi).

   Burada dövlət hakimiyyəti formasının dəyişilməsi nəzərdən keçirilmir, yalnız onun fəaliyyətinin məzmunu götürülür. İndiki dövlətin sərəcamı ilə də mülkiyyətdən məhrum etmə halları olur və mənzillər tutulur.İşin rəsmi cəhəti götürülərsə, proletar dövləti və mənzilləri tutmaq və evləri müsadirə etmək “sərəncamı verəcəkdir”. Lakin aydındır ki, köhnə icraiyyə aparatı, burjuaziya ilə bağlı olan məmurlar proletar dövlətin sərəncamlarını həyata keçirmək üçün heç də yaramazdı.

          “…Qeyd etmək lazımdir ki, bütün əmək alətlərinə, bütün sənaye zəhmətkeş xalqın həqiqətdə yiyələnməsi prudonistlərin irəli sürdükləri “ödənc tələbinin lap əksidir. Sonuncu halda hər bir ayrıca fəhlə mənzil, bir parça kəndli torpağı, əmək alətləri mülkiyyətçisi olur; birici halda isə “zəhmətkeş xalq” evlərin, fabriklərin və əmək alətlərinin məcmu mülkiyyətçisi olaraq qalır. Hər halda keçid dövründə bu evlərin, fabriklərin və sairənin istifadə edilmək üçün xərci alınmadan ayrı-ayrı şəxslərə və ya şirkətlərə veriləcəyini çətin ehtimal etmək olar. Eyniylə də torpaq mülkiyyətinin məhv edilməsi deyil, bəlkə onun dəyişilmiş bir formada olsa da, cəmiyyətə verilməsi nəzərdə tutulur. Deməli, bütün əmək alətlərinə həqiqətdə zəhmətkeş xalqın yiyələnməsi kirayəni saxlamağı və kirayəyə verməyi əsla aradan qaldırmır” (səh. 68).

  Bu mülahizədə toxunulan məsələdən, yəni dövlətin ölüb getməsinin iqtisadi əsasları məsələsindən biz sonrakı fəsildə bəhs edəcəyik. Engels son dərəcə ehtiyatla danışaraq deyir ki, “hər halda keçid dövründə” mənzilləri proletar dövlətinin pulsuz paylaşdıracağını “çətin ehtimal etmək olar”. Bütün xalqa məxsus olan mənzillərin ayrı-ayrı ailələrə pulla kirayəyə verilməsi bu kirayə haqqının alınmasını da, müəyyən bir nəzarət olmasını da, mənzillərin bu və ya  başqa bir norma üzrə paylaşdırmasını da nəzərdə tutur. Bütün bunlar müəyyən bir dövlət forması olmasını tələb edir, lakin heç də xüsusi və bürokratik bir aparat olmasını və burada xüsusi imtiyazlı vəziyyətə malik vəzifə sahiblərinin olmasını tələb etmir. Mənzillərin pulsuz verilə biləcəyi bir vəziyyətə keçmək isə dövlətin tamamilə “ölüb getməsi ilə bağlıdır.

   Kommunadan sonra və onun verdiyi təcrübənin təsiri altında blankistlərin prinsipial marksizm mövgeyinə keçmələrindən danışırkən, Engels ötəri olaraq bu mövgeyə aşağıdaki tərifi verir:

    “…Siniflərin və onlarla birliktə dövləti ləğv etməyə keçmək üçün proletariatın siyasi fəaliyyəti və onun diktaturası  lazımdır…” (səh.55)

   Hərfi tənqid həvəskarları və ya “marksizmi məhv edən” burjualar “dövlətin ləğvi haqqındakı bu etirafla, “Anti-Dürinq”dən yuxarıda verilən parçada bu formulun anarxist bir formul kimi rədd edilməsi arasında, bəlkə də, ziddiyyət olduğunu göstərələr. Opportunistlər Engelsi də “anarxistlər” cümləsinə daxil etsəydilər, burda təəcüblə bir şey olmazdı,-beynəmiləlçiləri sosial-şovinistlərin anarxizmdə ittiham etməsi indi keçdikcə daha geniş sürətdə yayılır.

   Siniflərin ləğvi ilə bərabər dövlətin də ləğv olacağını marksizm həmişə göstərmişdir. “Anti-Dürinq”dən “dövlətin ölüb getməsi” hamıya məlum olan parça, anarxistləri sadəcə olaraq dövləti ləğv etməyə tərəfdar olduğlarına görə deyil, bəlkə dövləti guya “günü sabah” ləğv etmək mümkün olduğunu təbliğ etdiklərinə görə təqsirləndirir.

   Dövlətin məhv edilməsi məsələsində marksizmin anarxizmə münasibəti hazırda hökm sürən “sosial-demokrat” doktrinası vasitəsi ilə tamamilə təhrif edidiyi üçün Marks və Engelsin anarxistlərlə bir mübahisəsini xatırlatmaq xüsusilə faydalıdır.

2. ANARXİSTLƏRLƏ MÜBAHİSƏ

    Bu mübahisə 1873-cü ilə aiddir. Marks və Engels prudonistlər, “müxtariyyətçilərə” və ya “antiavtoritaristlərə” qarşı İtaliya sosialist məcmuəsinə məqalələr vermişdilər, bu məqalələr ancaq 1913-ildə almancaya tərcümə edilərək, “Neue Zeit”də çıxmışdır.

   Marks siyasəti inkar edən anarxistlərə rişxəndlə yazmışdı:

  “…Əgər fəhlə sinfinin siyasi mübarizəsi inqilabı formalar alırsa, əgər fəhlələr burjuaziya diktaturasının yerinə öz inqilabi diktaturasını qoyurlarsa, onlar prinsipləri təhqir etmək kimi dəhşətli  bir cinayət törədirlər, çünki fəhlələr öz gündəlik cüzi, qaba ehtiyaclarını ödəmək üçün, burjuaziyanın müqavimətini qırmaq üçün, silahı yerə qoymaq və dövləti ləğv etmək əvəzində dövlətə inqilabi və keçici bir forma verirlər…” (“Neue Zeit”, 1913-1914, 32-ci il, 1-ci cild, səh. 40).

   Marks anarxistləri təkzib edirkən dövlətin ancaq belə kəğvi əleyhinə idi! Heç də siniflərin yox olması ilə dövlətin ləğv olacağı əleyhinə deyil, əksinə fəhlələrin silah işlətməkdən, mütəşəkkil zorakılıqdan imtina etməsi əleyhinə idi, yəni “burjuaziyanın müqavimətini qırmaq” məqsədinə xidmət etməli olan dövlətdən imtina etmələri əleyhinə idi.

  Marks proletariat üçün zəruri olan dövlətin “inqilabı və keçici formasını” qəsdən təkildə qeyd edir ki, onun anarxizmlə mübarizəsinin əsl mənasını təhrif etməsinlər. Proletariata dövlət ancaq müəyyən bir zaman üçün lazımdır. Bir məqsəd olmaq etibarı ilə dövləti ləğv etmək bizimlə anarxistlər arasında fikir ixtilafları yoxdur. Biz deyirik ki, sinifləri məhv etmək üçün məzlum sinifin müvəqqəti diktaturası lazım olduğu kimi, dövləti ləğv etmək məqsədinə çatmaq üçündə istismarçılara qarşı dövlət hakimiyyətinin silahlarından, vasitələrindən və üsullarından müvəqqəti istifadə etmək lazımdır. Marks anarxistlərə qarşı məsələniən kəskin və ən aydın şəkildə qoyur: fəhlələr kapitalistlərin əsarətini yaxdıqdan sonra “silahı yerə qoymalıdırlarmı”, yoxsa kapitalistlərin müqavimətini  qırmaq üçün bu silahdan kapitalistlərə qarşı istifadə etməlidirlər?  Bir sinfin başka bir sinfə qarşı silahdan müntəzəm istifadə etməi dövlətin “keçici forması” deyildirsə, bəs nədir?

   Qoy hər bir sosial-demokrat özündən soruşsun:  anarxistlərlə mübahisədə o, dövlət məsələsini belə mi qoyurdu? İkinci intrenasionalist rəsmi sosialist partiyaların böyük əksəriyyəti  həmin məsələni beləmi qoyurdu?

   Engels eyni fikirləri daha müfəssəl daha aydın şəhr edir. Ən əvvəl, o, özlərini “antiavtoritarist” adlandırılan, yəni  hər cür avtoriteti, hər cür tabeliyi, hər cür hakimiyyəti inkar edən prudonistlərin fikirlərinin dolaşınığlığına rişxənd edir. Engels deyir ki, fabriki, dəniz yolunu, açıq dənizdəki gəmini götürün, – müəyyən bir tabelik olmazsa, maşınlar tədbiqinə və bir çox şəxslərin müntəzəm əməkdaşlığına əsaslanmış olan bu mürəkkəb texniki müəssislərdən heç birinin işləyə bilməyəcəyi məgər aydın deyilmi?

   Engels yazır:

   “…Əgər mən ən ötkəm antiavtoristlərə qarşı dəlilləri irəli sürürəmsə, onlar mənə ancaq aşağıdakı cavabı verə bilərlər: “Bəli! Bu doğrudur, lakin burada məsələ bizim öz nümayəndələrimizə verdiyimiz avtoritet deyil, məhz müəyyən tapşırıqdadır.” Bu adamlar belə zənn edirlər ki, biz müəyyən bir şeyin adını dəyişdirməklə onun özünü də dəyişdirə bilərik…”

   Beləliklə, Engels avtoritetin və muxtariyyətin nisbi anlayışları olduğunu, ictimai inişafın müxtəlif mərhələlərində onların tədbiq edilməsi sahəsinin dəyişdiyini, onları mütləq hesab etməyin mənasız bir şey olduğunu göstərərək, maşınların və iri istehsalın tətbiq edilməsi sahəsinin getdikcə genişləndiyini əlavə edərək, avtoritet haqqında ümumi mülahizələrdən dövlət məsələsinə keçir.

   Engels yazır:

  “…Əgər müxtariyyətçilər yalnız onu demək istəsəydilər ki, gələcəyin sosial təşkilatı avtoritetə ancaq istehsal şəraitinin labüddən tələb etdiyi bir dərəcədə yol verəcəkdir, o zaman onlarla ümumi dil tapmaq olardı. Lakin onlar avtoriteti zəruri edən bütün faktları əsla görmürlər və buna görə də kəlməyə qarşı qızğın mübarizə edirlər.

Nə üçün anti avtoritaristlər siyasi avtoritetə, dövlətə qarşı çığır-bağır salmaqla kifayətlənmirlər? Bütün sosialistlər belə bir fikrə şərikdirlər ki, dövlət və onunla birlikdə siyasi avtoritet də gələcək sosial inqlab nəticəsində yox olub gedəcəkdir, yəni ictimai vəzifələr öz siyasi xarakterini itirəcək və sosial mənafelərə nəzər yetirən sadə inzibati vəzifələrə çevriləcəkdir. Lakin antiavtoritaristlər tələb edirlər ki, siyasi dövlət, onu doğurmuş olan sosial münasibətlər hələ ləğv edilməmişdən əvvəl, bir zərbə ilə ləğv edilsin. Onlar tələb edirlər ki, sosial inqilabın birinci tədbiri avtoriteti ləğv etməkdən ibarət olsun.

         Bu cənablar heç ömürlərində inqilab görmüşlərmi? İnqilab, şübhəsiz, mümkün ola biləcək ən avtoritar bir şeydir. Inqilab elə bir hadisədir ki, əhalinin bir hissəsi tüfənglər, süngülər, və toplar vasitəsi ilə, yani son dərəcə avtoritarlı vasitələrlə öz iradəsini əhalinin digər hissəsinə qəbul etdirir. Həm də qalib gələn partiya zəruri olaraq öz hökmranlığını, öz silahı ilə irticaçıların canına saldığı qorxu vasitəsi ilə saxlamağa məcbur olur. Əgər Paris Kommunası burjuaziyaya qarşı silahlı xalqın avtoritetinə arxalanmasaydı, məgər bir gündən artıq yaşaya bilərdimi?  Əksinə biz Kommunanı bu avtoritetdən çox az istifadə etdiyinə görə qınamaqda haqlı deyilikmi? Beləliklə: iki şeydən biridir. Ya budur ki, antiavtoritaristlər nə dediklərini heç özləri də bilmirlər və bu halda ancaq dolaşıqlıq salırlar. Ya da budur ki, onlar bunu bilirlər və bu halda onlar proletariatın işinə xəyanət edirlər. Hər iki halda onlar ancaq irticaya xidmət edirlər” (səh. 39) .

   Həmin mülafizədə, dövlət ölüb gedərkən iqtisadiyyat ilə siyasət arasında qarşılıqlı münasibət mövzu ilə (bundan sonrakı fəsil bu mövzuya həsr edilmişdir) əlaqədar sürətdə nəzərdən keçirilməli olan məsələlərdən bəhs olunur. İctimai vəzifələrin siyasi vəzifə halında çıxıb sadəcə inzibati vəzifələrə çevrilməsi və “siyasi dövlət” məsələsi bu qəbildəndir. Dolaşıqlığa daha çox səbəb ola biləcək “siyasi dövlət” ifadəsi dövlətin ölüb getməsi prosesini göstərir,: ölüb getməkdə olan dövləti ölüb getməsinin müəyyən pilləsinə qeyri-siyasi dövlət adlandırmaq olar.

   Engelsin bu mülahizəsində ən gözəl cəhət yenə anarxistlərə qarşı məsələnin qoyulmasıdır. Engelsin şagirdi olmaq istəyən sosial-demokratlar 1873-cü ildən bəri anarxistlərə qarşı milyon dəfələrlə mübahisə etmişlər, lakin məhz marksistlərin edə biləcəkləri və etməli olduqları kimi mübahisə etməmişlər. Engels məsələni belə qoyurdu: dövlətin ləğvi haqqında anarxist təsəvvürü dolaşıqdır və inqilabi deyildir. Anarxistlər inqilabin meydana gəlib inkişaf etməsində, onun zor, avtoritet, hakimiyyət, dövlət haqqında spesifik vəzifələrində məhz inqilabın özünü görmək istəmirlər.

   Anarxizmin hazırki sosial-demokratlar tərəfindən adi tənqidi tamamilə meşşan bayağılığına çevrilmişdir: “axı biz dövləti qəbul edirik. Anarxistlər isə qəbul etmirlər!”. Əlbəttə belə bayağılıq az-çox düşüncəli və inqilabçı fəhlələrin nifrətinə səbəb olmaya bilməz. Engels başqa cür deyir: o qeyd edir ki, sosialist inqilabının nəticəsi olaraq dövlətin yox olacağını bütün sosialistlər etiraf edirlər. Sonra Engels inqilab məsələsini konkret sürətdə qoyur, halbuki sosial-demokratlar öz opportunistlikləri adətən məhz həmin məsələyə göz yumurlar və bu məsələni, necə deyirlər, “işləyib hazırlamağı” təkcə anarxistlərin öhtəsinə buraxırlar. Həm də Engels bu məsələni qoymaqla işin lap məğzindən bəhs edir: Kommuna dövlətin, yəni hakim sinif halında təşkil olunmuş silahlı proletariatın inqilabi hakimiyyətindən daha çox istifadə etməli deyildimi?

   Hakim rəsmi sosial-demokratiya inqilabda proletariatın konkret vəzifələri məsələsindən adətən ya filisterlərə məxsus bir rişxənd ilə. Ya da ən yaxşı halda, sofistlərə məxsus: “o zaman məlum olar” sözləri ilə baş qaçırmışdır. Anarxistlərdə belə bir sosial-demokratiya əleyhinə: o, fəhlələrə inqilabi tərbiyə verməkdən ibarət olan öz vəzifəsinə xəyanət edir deməyə haqq qazandırdılar. Engels proletariatın həm banklara. Həm də dövlətə qarşı nə şəkildə hərəkət etməli və bu hərəkəti necə etməli olduğu məsələni məhz ən konkret şəkildə öyrənmək üçün axrıncı proletar inqilabınıın təcrübəsindən istifadə edir.

3. BEBELƏ MƏKTUB

   Marksın və Engelsin əsərlərində dövlət məsələsi haqqında ən gözəl mülahizəlrdən biri, hətta ən gözəl mülahizə Engelsin Bebelə 1875-ci il 18-28 mart tarixli məktubunun bu aşağıdaki yeridir. Sözarası qeyd edək ki, həmin məktub, – bizim bildiyimizə görə, Bebel tərəfindən ilk dəfə öz xatirələrinin (“Mənim həyatımdan”) ikinci cildində 1911-ci ildə, yəni məktubun yazılıb göndərildiyi zamandan 36 il keçəndən sonra dərc edilmişdir.

   Engels Marksın da Brakeyyə məşhur məktubunda tənqid etdiyi Qota proqramı lahiyəsini tənqid edərək və dövlət məsələsindən ayrıca danışaraq, Bebelə yazmışdır:

         “…Azad xalq dövləti azad dövlətə çevrilmişdir. Bu sözlərin qrammatik mənasına görə, azad dövlət elə bir dövlətdir ki, burada dövlət öz vətəndaşlarına qarşı azaddır, yəni müstəbid hökümətə malik bir dövlətdir. Dövlət haqqında bütün bu boşboğazlığı, xüsusən artıq əsl mənada dövlət olmayan Kommunadan sonra bir kənara atmaq lazım idi. Anarxistlər “xalq dövləti” – həddinən artıq gözümüzə soxurdular, halbuki Marksın Prudona qarşı yazdığı əsərində, sonra da “Kommunist Manifesti”ndə açıq deyilir ki, sosializm ictimai quruluşu yaradıldıqda dövlət öz-özünə ləğv olur (sich auflöst) və yox olur. Dövlət öz düşmənlərini zorla əzmək üçün mübarizədə, inqilabda istifadə edilməli olan ancaq keçici bir təsisat olduğuna görə, azad xalq dövlətində danışmaq lap mənasızdır: nə qədər ki, proletariatın dövlətə ehtiyacı var, onun dövlətə olan bu ehtiyacı azadlıq mənafeyi üçün deyil, öz düşmənlərini əzmək mənafeyi üçündür, azadlıqdan danışmaq mümkün olduqda isə dövlət bir dövlət olaq etibarı ilə daha mövcud olmur. Buna görə biz təklif edirik ki, hər yerdə dövlət sözü əvəzinə, köhnə, qəşəng alman sözü olan və fransızca “kommuna” sözünə uyğun gələn “icma” (Gemeinwesen) sözü qoyulsun” (almanca orijinalın 321-322-ci səhifələri) .

   Nəzərdə tutmaq lazımdır ki, bu məktub Marksın həmin məktubdan cəmi bir neçə həftə sonra yazdığı məktuba (Marksın 1875-ci il 5 may tarixli məktubunda) tənqid etdiyi partiya proqramına aiddir və o vaxt Engels Marksla bir yerdə Londonda yaşayırdı. Buna görə Engels son cümlədə “biz” dedikdə alman fəhlə partiyasının başçısına “dövlət” sözünü proqramdan çıxarıb atmağı və bunu “icma” sözü ilə əvəz etməyi şübhəsiz, özünün və Marksın adından təklif edir.

   Opportunislər üçün əlverişli şəkildə saxtalaşdırılmış olan hazırkı “marksizm”in başçılarına proqramı belə təshih etmələri təklif edilsəydi, onlar “anarxizm” haqqında necə ulaşmağa başlayardılar!

   Qoy ulaşsınlar. Bunun üçün burjuaziya onları tərifləyər.

   Biz isə öz işimizi görəcəyik. Partiyamızın proqramını nəzərdən keçirib dəyişdirirkən, həqiqətə daha yaxın olmaq üçün, marksizmi təriflərdən təmizləyib bərpa etmək üçün, fəhlə sinfinin öz azadlığı uğruna mübarizəsinə daha düzgün istiqamət vermək üçün Engelsin və Marksın məsləhətini mütləq nəzərə almaq lazımdır. Yəqin ki, bolşeviklər arasında Engelsin və Marksın məsləhətinə zidd çıxan tapılmaz. Ehtimal ki, termin məsələsində çətinlik olacaqdır. Almanca “icma” mənasında iki söz vardır və Engels bunlardan ayrıca bir icmanı ifadə edən sözü deyil, icmalar məcmusunu, icmalar sistemini ifadə edən sözü seçmişdir. Rusca belə bir söz yoxdur və olsun ki, fransızca “kommuna” sözünü götürmək gərəkəcəkdir, hərçənd bunun da öz uyğunsuzluqları vardır.

   “Kommuna artıq əsl mənada dövlət deyildir” – Engelsin nəzəri cəhətdən ən mühüm fikri budur. Yuxarida deyilənlərdən sonra bu fikir tamamilə aydındır. Kommuna əhalinin çoxluğunu deyil azlığınıı (istismarçıları) əzməli olurdu və buna görə də dövlət halından çıxardı, kommuna burjua dövlət maşınını qırmışdı, əzmək üçün olan xüsusi qüvvə əvəzindəmeydana əhalinin özü çıxırdı. Bütün a əsl mənada dövlətdən kənara çıxmaq deməkdir. Əgər Kommuna möhkəmlənsəydi, ondakı dövlət izləriöz-özünə “ölüb gedərdi”, dövlət təsisatlarını Kommunanın “ləğv etməsi” lazım gəlməzdi: onların görəcəyi bir iş qalmadıqda onlar da aradan qalxardı.

   “Anarxistlər “xalq dövləti”ni gözümüzə soxurlar”, Engels bunu dedikdə hər şeydən əvvəl, Bakunini və alman sosial-demokratlarınaonun hücumlarını nəzərdə tutur. “Xalq  dövləti” də”azad xalq dövləti” kimi, mənasız bir şey və sosializmdən eyni dərəcədə kənara çıxmaq demək olduğuna görə Engels həmin hücumları da bu nöqteyi-nəzərdən düzgün hesab edir. Engels alman sosial demokratlarının anarxistlərə qarşı mübarizəsini islah etməyə, bu mübarizəni prinsip etibarı ilə doğru yola salmağa, onu “dövlət” haqqındaki opportunist mövhumatından təmizləməyə çalışır.Heyhat! Engelsin məktubu 36 il ört-basdır edilmiş halda qalmışdır. Aşağıda görəcəyik ki, bu məktub çap olunduqdan sonra da Kautski Engelsin göstərib çəkindirdiyi həmin səhvləri nadla təkrara edir.

   Bebel 1875-ci il 21 sentyabr tarixli məktubla Engelsə cavab verərək, yeri gəlmişkən, Engelsin proqram lahiyəsi haqqında rəyinə “tamamilə şərik” olduğunu yazmış və demişdir ki, Libknexti güzəştə getdiyi üçün danlamışdır (Bebelin xatirələrinin almanca nəşri, səh.334, II c.). Lakin bebelin “Məqsədlərimiz” adlı kitabçasını götürsək, orada dövlət haqqıda əsla doğru olmayan mülahizələrə rast gəlirik:

   “Dövlət, sinfi hökmranlıq üzərində qurulmuş dövlətdən xalq dövlətinə çevrilməlidir” (“Unsere Ziele”nin almanca nəşri, 1886, səh.14).

   Bebelin kitabçasının 9-cu nəşrində belə deyilmişdir! Xüüsusən Engelsin inqilabi izahatının ört-basdır edildiyi, bütün həyat şəraiti isə inqilabı uzun müddətə “unutdurduğu” bir zamanda təəcüblü deyil ki, alman sosial-demokratiyası dövlət haqqında opportunist mülahizələrini bu qədər inadla təkrar etməyi mənimsəyirdi.

  4. ERFURT PROQRAMI LAHİYƏSİNİN TƏNQİDİ

    Marksizmin dövlət təlimi təhlil edilərkən, Erfurt proqramı lahiyəsinin64 tənqidindən, Engelsin 1891-ci il iyunu 29-da Kautskiyə göndərdiyi və ancaq on il sonra “Neue Zeit”də nəşr edilən bu tənqidindən ddanışmaq olmaz, çünki bu tənqid başlıca olaraq, dövlət quruluşu məsələlərində məhz sosial-demokratiyanın opportunist göörüşlərinin tənqidinə həsr edilmişdir.

   Sözarası nqeyd edək ki, Engels habelə iqtisadiyyat məsələlərinə aid diqqətəlayiq qiymətli bir göstəriş də verir, bu göstərişdən məlum olur ki, Engels məhzən yeni kapitalizmin nə kimi şəkillərə girdiyni  diqqətlə izləyi bunların üzərinə dərindən düşünmüşdür və buna görə də bizim dövrün, imperializm dövrünün vəzifələrini qabaqcadan müəyyən dərəcədə təyin edə bilmişdir. Həmin göstəriş budur: kapitalizmə xarakteristika vermək üçün proqramın lahiyəsində işlədilmiş “planauyğunluq olması” (Planlosigkeit) sözü haqqında Engels yazır:

         “…Əgər biz səhmdar cəmiyyətlərindən, sənayenin bütöv sahələrini özünə tabe edən və inhisar altına alan trestlərə keçiriksə, burada yalnız xüsusi istehsal deyil, hətta planauyğunuq olmaması da aradan qalxır” (“Neue Zeit”, 20-ci il, 1-ci cild, 1901-1902, səh. 8).

   Burada ən yeni kapitalizmə, yəni imperializmə verilən nəzəri qiymətin əsas cəhəti götürülmüşdür, məhz o cəhət ki, kapitalizm inhisarçı kapitalizmə çevrilir. Sonuncunu xüsusi qeyd etmək lazım gəlir, çünki ən çox yayılmış səhv belə bir burjua-reformist iddiasından ibarətdir ki, guya inhisarçı kapitalizm daha kapitalizm deyildi.

   Lakin dövlət məsələsinə qayıdaq. Engels burada üç cür xüsusilə qiymətli göstəriş verir: əvvələn, respublika məsələsinə dair, ikincisi, milli məsələnin dövlət quruluşu ilə əlaqəsinə dair, üşüncüsü, yerli özünüidarə məsələsinə dair.

   Respublikaya gəldikdə Engels bunu Erfurt proqramı lahiyəsinin tənqidi üçün əsas götürmüşdür. Erfurt proqramının bütün beynalxalq sosial demokratiya içərisində nə kimi bir əhəmiyyət aldığını və bütün ikinci İnternasional üçün nə kimi bir nümunə olduğunu xatırlasaq, mübaliğəsiz demək olar ki, Engels burada bütün ikinci İnternasionalın opportunizmini tənqid edir.

         Almaniyada respublika tələbini proqramda leqal şəkildə irəli sürmək mümkün olmadığını çox gözəl bilən Engels əlavə edərək deyir: “ Bu mövzuya toxunmaq qorxuludur”. Lakin Engels “hamını” qənaətləndirən bu çox aydın mülahizəyə heç də qeydsiz-şərtsiz şərik olmur. Engels sözünə davam edərək deyir: “Lakin buna baxmayaraq, işi hər halda irəlilətmək lazımdır. Sosial-demorat mətbuatının çox hissəsində məhz indi yayılmaqda olan (einreibende) opportuizm bunun nə dərəcədə lazım olduğunu göstərir. Sosialistlərə qarşı qanunun67 bərpa ediləcəyi qorxusundan və ya bubu qanun8un hökm sürdüyü dövrdə vaxtından əvvəl edilmiş bəzi bəyanatı xatırlayaraq, indi istəyirlər ki, partiya Almaniyada olan indiki qanun-qaydanı, özünün bütün tələblərinin dinc yolla həyata keçirilməsi üçün kifayət  hesab etsin…”.

   Alman sosial-demokraylarının müstəsna qanunu bərpa edilə biləcəyi qorxusunu göz qabağına alara hərəkət etdiklərini, bu əsas faktı birinci sıraya qoyaraq Engels heç tərəddüd etmədən bunu opportunizm adlandırır, Almaniyada məhz respublika və azadlıq olmadığı üçün “dinc” yol haqqındakı xəyalların tamamilə mənasız bir şet olduğunu bidirir. Engels kifayyət qədər ehtiyatlı olub öz əl-qolunu bağlamır. O, Ş etiraf edir ki, respublikalı və ya çox böyük azadlığa malik olan ölkələrdə sosializmə doğru dinc inkişafı “təsəvvür etmək olar” (ancaq “təssəvür etmək”!), lakin Almaniyada, -deyə Engels təkrar edir.

         “…Hökümətin, demək olar, tam hakim olduğu, reyxstaqın və bütün başqa nümayəndəli təsisatların isə həqiqi bir hakimiyyətə malik olmadığı Almaniyada belə bu şeyi irəli sürmək-mütləqiyyətin örtüyünü qaldırıb atmaq deməkdir və onun çılpaqlığını pərdələmək üçün pərdə yerini tutmaq deməkdir…”.

   Bu göstərişləri “ört-basdır” etmiş olan sosial-demokrat partiyasının rəsmi başçılarının böyük əksəriyyəti mütləqiyyəti doğrudan da pərdələmiş oldular.

         “…Belə bir siyasət nəticədə partiyanı ancaq yalnış yola sala bilər. Birinci sıraya ümumi, abstrakt siyasi məsələləri çəkirlər və beləliklə, iilk böyük hadisələr zamanı, ilk siyasi böhran zamanı öz-özünə ggünün vacib məsələlərini ort basdır edirlər. Bu isə yalnız belə bir nəticəyə səbəb olar ki, qəti anda partiya birdən aciz vəziyyətdə qalar,həlledici məsələlər heç bir zaman müzakirə edilməmiş olduğuna görə, partiyada bu məsələlər qaranlıq qalar və birlik olmaz… Günün keşici mənafeyi xatirinə böyük, əsas mülahizələri belə unutmaq, keçici müvvəfəqiyyətlər ardınca belə qaçmaq və sonrakı nətticələri hesaba almadan bu keçici müvvəfəqiyyətlər uğruna mübarizə etmək, hərəkatın gələcəyini indiyə qurban vermək, bəlkə də “səmimi” dəlillərdən irəli gəlir. Lakin bu, opportunizmdir və oppotunizm olaraq qalır, “səmimi” opportunizm isə demək olar ki. Bütün başqa opportunizmlərdən daha qorxuludur…

          Ən şübhəsiz bir şey varsa, o da budur ki, partiyamız və fəhlə sinifi, ancaq demokratik respublika kimi siyasi bir forma şəraitində hakimmiyyət başına gələ bilər.  Bu demokratik respublika, böyük Fransa inqilabının göstərmiş olduğu kimi göstərmiş olduğu kimi, proletariatın diktaturasının lap spesifik bir formasıdır…”.

   Burada Engels Marksın bürün əsərlərində irəli sürülən əsas ideyanı xüsusilə qabarıq bir şəkildə təkrar edir, məhz o ideyanı ki, demokratik respublika proletariat diktaturasına ən yaxın yoldur. Çünki belə bir respublika kapitalın hökmdarlığını və deməli, kütlələrə zülm edilməsini və sinfi mübarizəni heç də aradan qaldırmayacaqdır, labüddən bu mübarizənin elə bir genişlənməsinə vüsətlənməsinə, yayılmasına və kəskinləşməsinə səbəb olur ki, məzlum kütlələrin əsas mənafeyini təmin etmək imkanı yarandıqda həmin imkan mütləq və ancaq proletariatın diktaturası ilə, proletariatın bu kütlələrə rəhbərlik etməsi ilə həyata keçirilir. Bütün ikinci İnternasional üçün bu da marksizmin “unudulmuş sözləridir” və bunların unudulduğunu 1917-ci ildə rus inqilabının birinci yarım ili ərzində menşeviklər partiyasının tarixini son dərəcə aydın sürətdə meydana çıxrtmışdır.

   Əhalinin milli tərkibi ilə əlaqədar olaraq federativ respublika məsələsi haqqinda Engels yazmışdır:

         “İndiki Almaniyanın” (onun irticaçı monarxist konstitusiyası və eyni dərəcədə irticaçı bir şəkildə xırda dövlətlərə bölgüsü, yəni “prussiyaçılğın” xüsusiyətlərini Almaniyada əridib yox etmək əvəzinə, bunları ədəbləşdirən bir bölgüsü) “yerini nə tutmalıdır?”. “Mənim fikrimcə, proletariat ancaq vahid və bölünməz respublika formasindan istifadə edə bilər. Federativ respublika Birləşmiş Ştatların şərqində artıq indi bir maneə olmağa başlayırsa da, Birləşmiş Ştatların geniş ərazisində ümumiyyətlə və bütünlüklə hələ indi də zəruridir. İki adada dörd millətin yaşadığı  və bir biri ilə yanaşı üç qanunvericilik sisteminin mövcud olduğu İngiltərədə vahid parlament olduğuna baxmayaraq. Federativ respublika irəliyə doğru bir addım olardı. Federativ respublika kiçik bir ölkə olan İsveçrədə artıq çoxdan bəri maneəyə çevrilmişdir və orda federativ respublikaya yalnız ona görə hələ də dözmək olar ki, İsveçrə

      Avropadakı dövlət sistemimi yalnız passiv bir üzvü rolunda qalmaqla kifayətlənir. Almaniyanın federalizm üsulu ilə isveçrə şəklinə salınması, onun üçün geriyə atılmış çox böyük bir addım olardı. Mütəffiq dövləti tam vahid dövlətdən fərqləndirən iki cəhət vardır: biri budur ki, xalq palatası il yanaşı dövlətlərin nümayəndələr palatası vardır və bu palatada hər bir kanton, böyük-kiçikliyindən aslı olmayaraq, bir kanton sifəti ilə səs verir.” Almaniyada mütəffiq dövlət tam vahid dövlətə keçiddir və 1866-cı il ilə1870-ci ilin “yuxarıdan inqilabını” geriyə döndərmək deyil, “aşağıdan hərəkatla”tamamlamaq lazımdır”.

   Engels dövlət formaları məsələsinə nəinki laqeydlik göstərmir, əksinə, hər bir keçid hadisəsinin konkret tarixi xüsusiyyətlərindən asılı olaraq müəyyən keçid formasının nədən nəyə keçid olduğunu nəzərə almaq üçün məhz keçid formalarının son dərəcə böyük bir diqqətlə təhlil etməyə çalışır.

   Marks kimi Engelsdə proletariat və proletar inqilabi nöqteyi-nəzərindən demokratik mərkəziyyəti, vahid və bölünməz respublikanı müdafiə edir. Engels federativ respublikaya ya bir istisna və inkişaf üçün bir maneə kimi baxır, ya da monarxiyadan mərkəziyyətci respublikaya bir keçid kimi, müəyyən xüsusi şəraitdə “irəliyə addım” kimi baxır. Bu xüsusi şərait içərisində milli məsələdə irəli sürülür.

   Xırda dövlətlər olmasının mürtəcəliyini və bu mürtəceliyin müəyyən konkret hallarda milli məsələ ört-basdır edildiyini Marks kimi Engelsin də amamsız tənqid etdiyinə baxmayaraq, nə Marksın nə də Engelsin əsərlərinin hem biri yerində milli məsələdən üz döndərmək meylinin heç əsər-əlamətidə yoxdur.

   Belə ehtimal etmək olar ki,İngiltərədə həm coğrafi şərait, həm dil birliyi, həm də yüz illərlə tarixi İngiltərənini ayrı-ayrı xırda hissələrinin milli məsələsinə “nəhayət vermişdir”, lakin Engels hətta burada da milli məsəlnin hələ aradan xalxmamı. Olması kimi aydın bir faktı nəzərə alır və buna görə də fedrativ respublikanı “irəliyə doğru addım” sayır. Söz yox, buna federativ respublikanın nöqsanlarını tənqid etməkdən və vahid, mərkəziyyətci-demokratik respulika uğrunda qəti təbliğat və mübarizə aparmaqdan əl çəkməyin  heç əsəri də yoxdu.

   Lakin demokratik mərkəziyyəti Engels, heç də bu anlaışı burjua ideoloqlarının, o cümlədən anarxistlərin işlətdikləri bürokratik mənada başa düşmür. Engelsin dediyi mərkəziyyət”kommunalar” və vilayətlər tərəfindən dövlətin vahidliyinin könüllü sürətdə müdafiə edilməsi şərti ilə, hər cür bürokratizmi və yuxarıdan, hər cür “komandalıq edilməsini” ləğv edən geniş yerli özünü idarəni heç nə aradan qaldırmır.

   Engels marksizmin dövlət haqqında proqram baxışlarını inkişaf etdirərək yazır:

         “…Deməli, vahid respublika, lakin 1798-ci ildə təhsis edilmiş imperatorsuz imperiyaddan başqa bir şey olmayan indiki Fransa respublikasına bənzəməyən vahid respublika. 1792-ci ildən 1798-ci ilə qədər Fransanın hər bir departamenti, hər bir icması (Gemeinde) Amerikada olduğu kimi, tam bir özünüidarəyə malikidi,bizdə də belə olmalıdır. Özünüidarəni necə təşkil etmək lazım gəldiyini, və bürokratiyasız necə keçirmək mümkün olduğunu , Amerika və birinci Fransa respublikası bizə göstərmiş vəsübut etmişdir, indi isə kanada,Avstraliya və digər ingilis müstəmləkələri göstərməkdədir. Belə bir əyalət (vilayət) bə icma özünüidarəsi,-      məsələn, İsveçrə federalizmindən qat-qat azad təsisatlardır; İsveçrədə kanton,doğrudur, bu da nisbətən” (yəni bütünlükdə federativ dövlətə nisbətən) “çox müstəqildir, lakin habelə qəzaya (besirge) nisbətən də, icmaya nisbətən də müsəqildir. Kanton hökümətləri qəza canişinlərini (ştathalterlərini) və prefektlərini təyin edirlər; ingilis dilində danişan ölkələrdə qətiyyən belə bir şey yoxdur və bunu, habelə Prussiya landratlarını və pegipusnhsratlarını” (komussarları, canişinləri, qubernatorları, ümumiyyətlə yuxarıdan təyin edilən məmurları)
“Biz də gələcəkdə öz ölkəmizdə eyni qətiyyətlə aradan qaldırmalıyiq”. Buna  müvafiq olaraq Engels proqramı özünüidarə haqqında bəndini aşağıdakı şəkildə  verməyi təklif edir: “Ümumi seçki qanunu üzrə seçilmiş məmurlar vasitəsi ilə əyalətdə” (quberniyada və ya vilayətdə) , “qəzada və icmada tam özünüidarə olmalıdır” dövlət tərəfindən təyin edilən bütün yerli və əyalət höküməti nümayəndələri ləğv edilməlidir”.

  Kerenskinin və başqa “sosialist” nazirlərin höküməti tərəfindən bağlanılmış “Pravqa”da  (N 68, 28 may 1917-ci il) göstərmişdim ki, bizim guya inqilabi olan uydurma demokratiyanın uydurma sosialist nümayəndələri  bu bənddə,– əlbəttə, təkcə bu  bənddə deyil, digər bəndlərdə də – demokratizimlərdən son  dərəcə uzaqlaşmışlar*. Aydın məsələdir ki, özlərini  koalisiya” vasitısi ilə imperialict burjualiziyaya bağlamış olan adamlar bu göstərişləri eşitmirdilər.

 Bunu qeyd etmək son dərəcə mühümdür ki, Engels – xüsusilə xirda burjua demokratiyası arasında – çox geniş yayılmış bir mövhumatı ən dürüst bir  misal əsasında faktlarla təksib edir, bu mövhumat  ondan ibarətdir ki, guya federativ respublika mərkəziyyətcə respublikadan hökmən daha artıq  azadlıq deməkdir.Bu, düz deyildir. Engelsin, 1792–1798-ci illərdəki mərkəziyyətci Fransa respublikası və federalist İsveçrə respublikası haqqında  gətirdiyi faktlar bunu təkzib edir. Həqiqətdə demokratik mərkəziyyətci respublika federalist respublikadan daha artiq azadlıq verirdi. Başqa sözlə desək: tarixdə məlum olan ən çox yerli azadlığı, vilayət və sairə azadlığını federativ respublika deyil, mərkəziyyətci respublika vermişdir.

     Buna fakta, habelə ümumiyyətlə bütün federativ və mərkəziyyətci respublika məsələsinə və yerli  özünüidarə məsələsinə bizim partiya təbliğatımızda və təşviqatımızda kifayət qədər diqqət verilməmiş və verilmir.

 5. MARKSIN “VƏTƏNDAŞ MÜHARİBƏSİ” ƏSƏRİNƏ 1891-Cİ İLDƏ YAZILMIŞ MÜQƏDDİMƏ

   Engels “Fransada vətəndaş müharibəsi”nin 3-cü nəşrinə yazdığı müqəddimədə, – bu müqəddimənin tarixi 1891-ci il 18 mart göstərilmiş və ilk dəfə “Neue Zeit” jurnalında çap edilmişdir,- dövlətə münasibətlə əlaqədar məsələlərə dair maraqlı ötəri qeydlərlə bərabər, Kommunadan alınan dərslərin olduqca gözəl və aydın yekununu verir. Kommuna ilə müəllifin bu müqəddiməni yazması arasında keçən iyirmiillik dövrün bütün təcrübəsi nəticəsində daha artıq əsaslandırılmış olan və xüsusən Almaniyada çox yayılmış “dövlətə mövhumi etiqad” əleyhinə çevrilmiş olan bu yekun, tədqiq etdiyimiz məsələdə haqlı olaraq, marksizmin son nailiyyəti adlandırıla bilər.

  Fransada fəhlələr- deyə Engels qeyd edir,- hər inqilabdan sonra silahlanmış olurdular, “buna görə dövlət başında duran burjuaların birinci məqsədi, fəhlələri tərk-silah etmək idi.  Buna görə də fəhlələrin əldə etdikləri hər bir inqilabdan sonra yeni mübarizə baş verir və bu
mübarizə fəhlələrin məğlubiyyəti ilə qurtarır…”

   Burjua inqilabları təcrübəsinin yekunu mənalı olduğu qədər də qısadır. İşin mahiyyəti- o cümlədən dövlət məsələsində də (məzlum sinfin silahı vardırmı?) işin mahiyyəti – burada gözəl dərk edilmişdir. İstər burjua ideologiyasının təsiri altında olan professorlar, istərsə də xırda burjua demokratları çox zaman işin məhz bu mahiyyətindən yan keçirlər. 1917-ci ildəki rus inqilabında “qondarma marksist”, “menşevik” Sereteliyə burjua inqilablarının bu sirrini dilindən qaçırtmaq şərəfi (Kavenyak şərəfi) nəsib oldu.Sereteli iyunun 11-də söylədiyi “tarixi” nitqində Piter fəhlələrini tərk-silah etmək haqqında burjuaziyanın qərarını ağzından qaçırmışdı və həmin qərarı, əlbəttə, həm öz qərarı, həm də ümumiyyətlə “dövləti” bir zərurət kimi qələmə verirdi!
Seretelinin iyunun 11-dəki tarixi nitqi, əlbəttə, 1917-ci il inqilabının hər bir tarixçisi üçün, eserlərlə menşeviklərin cənab Sereteli tərəfindən başçılıq edilən blokunun inqilabçı proletariata qarşı burjuaziya tərəfinə keçdiyini göstərən ən aydın nümunələrdən biri olacaqdır.
Ehgelsin, yenə dövlət məsələsi ilə əlaqədar olan başqa ötəri bir qeydi dinə aiddir. Məlumdur ki, alman sosial-demokratiyası getdikcə çürüyərək daha artıq opportunistləşdikcə, məşhur: “dinin xüsusi bir iş elan edilməsi” formulunu filistercəsinə yalnış yozmağa doğru getdikcə daha tez-tez yuvarlanırdı. Yəni, bu formul belə yozulurdu ki, guya din məsələsi inqilabçı proletariatın partiyası üçün də ona dəxli olmayan xüsusi bir iş imiş!! 1891-ci ildə öz partiyasında opportunizmin hələ ən zəyif rüşeymlərini müşahidə edən və buna görə də çox ehtiyatla danışan Engels proletariatın inqilabi proqramına edilən həmin tam xəyanətə qarşı qəti çıxış etdi:
“Kommunada, demək olar, ancaq fəhlələr və ya fəhlələrin tanınmış nümayəndələri iclas etdiklərinə görə, oun qərarları da qəti surətdə proletar mahiyyətində idi. Ya bu qərarlar, fəhlə sinfinin azad fəaliyyəti üçün zəruri bir bünövrə təşkil edən islahatlar həyata keçirilməsi haqqında dekretlər verirdi və respublikaçı burjuaziya bunlardan ancaq öz alçaq qorxaqlığı nəticəsində imtina etmişdi. Məsələn,dinin dövlətə dəxli olmayan xüsusi bir iş olduğu prinsipinin həyata keçirilməsi bu cümlədəndir. Ya da Kommuna, doğrudan-doğruya fəhlə sinfinin  xeyrinə olan və köhnə içtimai qruluşun qismən dərindən dəyişdirən  qərarlar verirdi…”

   Engels məhz alman opportunizminə sərrast zərbə vurmaq istəyərək, “dövlət dəxli olmayan” sözlərini qəsdən ayrıca qeyd edir,çünki alman opportunizmi dini, partiyaya  dəxli olmayan xüsusi bir iş elan etmiş və beləliklə, inqilabçı  proletariyatin partiyasını “azadfikirli” ən bayağı meşşanlıq dərəcəsinə endirmişdir ,bu meşşanlıq isə dinsizlik vəziyyətini qəbul etməyə hazırdır, lakin xalqın ağlını başından çıxaran din zəhərinə qarşı partitanın mebarizə aparmaq vəzifəsini rədd edir.

   Alman sosial-demokratiyasının gələcək tarixşisi,onun 1914-cü ildə rüsvayşılıqla iflas etməsini köklərini araşdırırkən, partiyanın ideya rəhbəri Kastskinin məqalələrində ilan və qapıları opportunizmin üzünə taybatay açan sazişçi  bəyanatlardan tutmuş 1913-cü ildə “ los-von-Kriche-Bewegung “(kulsədən ayrılmaq hərəkatınına) partiyanın  münasibətinə qədər bu məsələ haqqında bir çox maraqlı material tapacaqdır.

   Lakin biz Komumanin mübarizə edən proletariata vermiş olduğu dərslərə Kommunadan iyirmi il sonra Engelsin necə yekun vurduğu məsələsinə keçək.

   Engels məhs aşağıdakı dərsləri ön siraya çəkirdi:

“…Əvvəlki mərkəzləşdirilmiş hökümətin zülmkar hakimiyyəti,ordu,siyasi polis, burokratiya,   1798-ci ildə Napoleon tərəfindən yaradılmış olan və o vaxtdan bəri hər bir yeni hökümətin  yararlı bir alət kimi qəbul edib öz düşmənlərinə qarşı istifadə etdiyi hakimiyyət– məhs bu hakimiyyət, Parisdı yıxıldığı kimi, Fransanın hər yerində yıxılmalı idiş

         Kommuna lap əvvəldən etiraf etməli idi ki,fəhə sinfi hakimiyyət başına gəldikdə köhnə dövlət maşını ilə daha hökmranlıq edə bilməz;fəhlə sinfi yenicə əldə etdiyi hökmranlığını yenidən itirməmək uçun , bir tərəfdən,bu vaxta qədər ona qarşı tətbiq edilmiş olan bütün köhnə zülm maşınını aradan qaldırmalı, o biri tərəfdən isə heç bir istisnaya yol vermədən bütün öz deputatlarının və məmurlarının hər zaman dəyişdirilə biləcəyini elan etməklə özünü onlara qarşı təmin etməlidir…”

   Engels dönə-dönə qeyd edir ki.dövlət yalnız mənərxiyada deyil, habelə deməkratik respublikada da dövlətliyində qalır, yəni özünün əsas xüsusiyyətlərini saxlayır ki, bu da vəzifə sahiblərini, “cəmiyyətin xidmətçilərini”, onun orqanlarını həmin cəmiyyətin ağalarına çevirməkdən ibarətdir.

      “…İndiyə qədər mövcud olmuş bütün dövlətlətdə bu labüd hala qarşı– dövlətin və dövlət orqanlarının cəmiyyət xidmətçilərindən cəmiyyətin  ağalarına çevrilməsinə qarşı Kommuna iki düzgün vasitə tətbiq etdi. Əvvələn, o, idarəetmə, məhkəmə, xalq bmaarifi sahəsində bütün vəzifələrə ümümi seşki hüququ qaydası ilə seçilmiş şəxsləri  təyin edirdi, hm də seçilən bu şəxslərin öz seçicilərinin qərarı ilə istənilən vaxt geri çağırılması  hüququnu  tətbiq etdi.

İkincisi isə, Kommuna bütüb həm yüksək, həm də aşağı vəzifəli şəxslərə, ancaq başqa fəhlələrin aldığı qədər maaş verirdi. Kommunanın ümumiyyətlə verdiyi ən yüksək maaş 6000 frank idi*. Beləliklə, vəzifə ardinca qaçmaq və mənsəpərəstlik əleyhinə etibarlı bir maneə yaradılmışdı, hətta buna üstəlik, Kommuna tərəfindən nümayəndəli idarələrin deputatları üşün tətbiq edilmiş imperativ mandatlarından da asılı olmayaraq, belə bir maneə yaradılmışdır…”

   Engels burada belə bir maraqlı nöqtəyə gəlib çıxır ki, burada ardıcıl demokratiya, bir tərəfdən, sosializmə çevrilir, o biri tərəfdən isə sosializm olmasını tələb edir. Çünki dövləti məhv etmək,üçün, dövlət xidməti vəzifələrini əhalinin böyük çəxluğunun, sonra isə başdan-başa bütün əhalinin bacara biləcəyi, gücü şata biləcəyi sadə nəzarət və uşət əməliyyatına şevirmək lazımdır.Mənsəbpərəstliyin tamamilə aradan qaldirılması isə tələb edir ki, dövlət xidmətində, gəlirsiz də olsa, “fəxri” vəzifə, bütün ən azad kapitalist ölkələrində daim oldğu kimi, banklarda və səhmdar cəmiyyətlərində yüsək gəlirli vəzifələrə sıçramaq üşün bir körpücük xidmətini görə b i l m ə s i n.

   Lakin Engels millətlətin öz müqəddəratını təyin etmək hüqüqu məsələsində, məsələn, bəzi marksistlərin etdikləri səhvi etmir və demir ki,guyan bu hüququ kapitalizm zamanında mümkün deyildir, səsializm zamanında isə lüzumsuzdur. Belə bir , zahirdə tutarlı, həqiqətdə isə yalnış mülahizəni hət bir deməkratik təsisat haqqında və o cumlədən məmurların cuzimaaşı haqqında və demək olardı, çünki kapitalizm zamanında axlra qədər ardıcıl demokratizm mümkün deyildir, sosializm zamanında isə hər cur demokratiya ölüb gedecəkdir.

   Bu,–adamın başından bir tük əksik olarsa,başı daz olarmı– kimi köhnə zarafata bənzəyən bir sofizimdir.

   Demokratiyanın axıra qədər inkişafı, belə inkişaf formalarının axtarılıb tapılması, bunların təcrübədə sınanılması və i.a. – Bütün bunlar sosial inqilab uğrunda mübarizənin əsas vəzifələrindən biridir. Təklikdə götürülən heç bir demokratizim sosializmlə nəticələnməz, lakin həyatda demokratizm heçvaxt “təklikdə götürülməyəcəkdir”, “birlikdə götürüləcəkdir”, iqtisadiyyatda da öz təsirini göstərərcək, onun dəyişməsinə təkan verəcək, iqtisadi inkişafdan təsir görəcək və i. a. Canlı tarixin dialektikası belədir.

   Engels sözünə davam ederək deyir:

      “…Köhnə dövlət hakimiyyətinin belə partladılması (Sprengung) və onun yeni, həqiqətən demokratik hakimiyyətlə əvəz edilməsi “vətəndaş müharibəsi”nin üşüncu bölməsində ətraflı təsvir edilmişdir. Lakin bu əvəzedilmənin  bəzi xüsusiyyətlərindən burada bir daha müxtəsər danışmaq lazım idi, çünki məhz Almaniyada dövlətə olan mövhumi etiqad fəlsəfədən burjuaziyanın və hətta bir çəx fəhlənin ümumi şuuruna keçmişdir. Filosofların təliminə görə,  dövlət “ideyanın həyata keçirilməsidir” və ya, fəlsəfə dili ilə desək,yer üzündə ilahi səltənətdir, dövlət elə bir sahədir ki, əbədi həqiqət və ədalət orada həyata keçirilir və ya keçirilməlidir. Buradan da dövlət və dövlətlə əlaqədar olan hər bir şeyə göstərilən mövhumi hörmət irəli gəlir,– bu mövhumi hörmət ona görə asanlıqla kök salır ki, adamlar uşaqlıqdan belə düşünməyə alışırlar : guya bütün cəmiyyətə aid ümumi işlər və onun gəlirli yerlərlə təltif edilmiş məmurlarının vasitəsi ilə yerinə yetirilib mühafizə edilə bilər. Adamlar belə xəyal edirlər ki, irsi monarxiyaya inanmaqdan əl çəkib demokratik respublikaya tərəfdar olurlarsa, irəliyə doğru son derəcə cəsarətli bir addım atmış olurlar. Həqiqətdə isə dövlət, monarxiyada olduğu kimi, eyni dərəcədə demokratik respublikada da bir sinfin başqa bir sinfi əzmək maşınıdır. Ən yaxşı halda dövlət sinfi  höhmranlıq uğrunda mübarizədə qalıb gəlmış proletariata irs olaraq keşən bir bəladır ; Komuna kimi, qalib gəlmiş proletariat da bu bəlanın  ən pis tərəflərini dərhal aradan qaldırmalı olacaqdir ki, nəhayət, yeni, azad içtimai şəraitdə yetişmış nəsil  bütün bu dövlət zir-zibilini süpürüb ata bilsin”.

   Engels almanlara xəbərdarlıq  edirdim ki, onlar monarxıyanın respublikailə əvəz edilməsi ilə əlaqədar olaraq, ümumiyyətlə dövlət məsələlərində sosializmin əsaslarını  unutmasınlar. Onunetdiyi xəbərdarlıq indi, özlərinin “kaolisiya” praktikasında dövlət mövhumu etiqad və mövhumi hörmət bəsləyən  cənab Seretelilərə və Çernovlara açıq bir ibrət dərsidir!

   Daha iki qeyd:  1) Əgər Engels: dövlət monarxiyada olduğu kimi, “eyni dərəcədə” demokratik respublikada da”bir sinfin başqa bir sinfə zülm etmək maşını” olaraq qalır,– deyirsə , bu bəzi anarxistlərin “öyrətdiyi” kimi, heç də o demək deyildir ki, zülm formasının proletariat üçün  fərqi  yoxdur. Daha geniş, daha azad, daha açıq sinfi mübarizə və sinfi mübarizə və sinfi zülm forması ümumiyyətlə sinifləri məhv etmək uğrunda mübarizədə proletariatın işini son dərəcə asanlaşdırır.

   2) Nə  üçün bütün bu dövlət zir-zibilini ancaq yeni nəsil tamamilə çıxarıb ata biləcəkdir – bu məsələ deməkratiyanı aradan qaldırmaq məsələsi ilə bağlıdır və biz də indi bu məsələyə keçirik.

6. ENGELS  DEMOKRATİYANI  ARADAN  QALDIRMAQ HAQQINDA

    Engels bu xüsusdakı  fikrini “sosial-demokrat” adının elmi cəhətdən düzgün  olmadiğı məsələsi ilə əlaqədar söyləməli olmuşdur.

   Engels 1870-ci illərdə yazılmış və başlıca olaraq “beynəlmiləl” məzmunda (“Unternationales aus dem “Volksstaat” ”*), –müxtılif mövzulara dair məqalələrinin nəşrinə 1894-cü il 3 yanvar tarixi göstərilmiş müqəddimədə, yəni vəfatından il yarım qabaq yazdığı müqəddimədə göstəriridi ki, bütün məqalələrdə “sosial- demokrat” sözü deyil “kommunist” sözü işlədilir, çünki o zaman Fransada–prudonistlər, Almaniyada– lassalçılar özlərini sosial-demokrat adlandırırdılar.

   Engels sözünə davam edib deyir:

          “…Buna görə də ayrıca olaraq bizim nöqteyi-nəzərimizi göstərmək üçün Marks və mən belə bir yayğın ifadədən qətiyyən istifadə edə bilməzdik. Hazırda iş başqa cürdür və bu söz (“sosial-demokrat” sözü) bəlkə də, yarayır (mag passieren), doğrudur, iqtisadi proqramı ümumiyyətlə sadəcə sosialist proqramı olmayıb bilavasitə kommunist proqramı olan bir partiya üçün,–son siyasi məqsədə bütün dövləti və deməli, habelə deməkratiyanı da aradan qaldırmaqdan ibarət olan bir partiya üçün,–bu söz tamamilə dürüst olmur (unpassend,qeyri-münasib). Lakin həqiqi (kursivEngelsindir) siyasi partiyaların adları özlərinə heç bir vaxt tamamilə uyğun olmur; partiya inkişaf edir, adı isə qalır”

      Dialektik Engels ömrünün son günərində də dialektikaya sadiq qalır. O deyir ki, Marksla biz partiyaya gözəl, elmi cəhətdən dürüst ad vermişdik, lakin həqiqi , yəni kütləvi proletar partiyası yox idi. İndi (XIX əsrin axırları) həqiqi partiya var, lakin onun adı elmi cəhətdən düzgün deyildir. Eybi  yoxdur, “yarayar”, təki partiya inkişaf etsin, təki onun adının elmi cəhətdən dürüst olmaması ondan gizlədiləmsin və onun doğru istiqamətdə inkişaf etməsinə mane olmasın!

   Ehtimal ki, zarafatçının birisi biz bolşeviklərə də Engels sayağı təsəlli  verib deyərdi: bizim həqiqi partiyamız vardır, bu patiya əla inkişaf edir; 1903-cü ildə Brussel-London qurultayında çoxluq təşkil etməyimiz kimi tamamilə təsadüfi bir cəhətdən başqa qətiyyən heç bir şeyi ifadə etməyən “bolşevik” sözü kimi mənasiz, eybəcər bir söz də “yarayar” … Ola bilsin ki, partiyamızın iyulda və avqustda  respublikaçılar və “inqilabçı” meşşan dempkratiyası tərəfindən təqib edilməsi “bolşevik” sözünə  bütün xalqın nəzərinədə bu qədər şərəf qazandirdiqdan sonra, bundan başqa, həmin təqiblər partiyamızın həqiqi inkişafında onun irəli atdığı bu qədər böyük, tarixi addımı göstərdikdən  sonra, ola bilsin ki, indi mən də partiyamızın adını dəyişdirmək haqqındakı aprel təklifimdə tərəddüd edərdim*. Ola bilsin ki, mən öz yoldaşlarıma bir “kompromis” təklif edərdim: partiyanı kommunist partiyası adlandırmaq, mötərizə içərisində isə bolşeviklər sözünü saxlamaq…

   Lakin partiyanın adı məsələsi inqilabçı proletariatın dövlətə münasibəti məsəsləsindən çox az əhəmiyyəti olan bir məsələdir.

   Həmişə dövlət haqqında adimülahizələrdə Engelsin burada çəkindirdiyi və bizim yuxarıdan ötəri qeyd etdiyimiz səhv buraxılır. Məhs: həmişə unudurlar ki, dövlətin  məhv edilməsi demokratiyanın da məhv edilməsidir, dövlətin ölüb getməsi demokratiyanın da ölüb getməsidir.

   Ilk baxışdan belə bir iddia son dərəcə qəribə və anlaşılmaz görünür; olsun ki, bəziləri hətta  belə bir qorxuya düşə bilərlər: Bəlkə, biz elə bir içtimai qruluşun yaranacağını gözləyirik ki, orada azlığın  çoxluğa tabe olması prinsipinə riayət edilməyəcəkdir, axı demokratiya məhz belə prinsipi qəbul etmək deməkdir?

   Yox. Demokratiya azlığın çoxluğa tabe olmasının eyni d e y i l d i r. Demokratiya azlığın çoxluğa tabe olmasını qəbul edən dövlətdir, yəni bir sinfin başqa sinfə, əhalinin bir hissəsinin o biri hissəsinə müntəzəm sürətdə zorakılıq  göstərməsi təşkilatıdır.

   Bizim son məqsədimiz dövləti, yəni hər cür mütəşəkkil və müntəzəm zorakılığı, ümumiyyətlə insanlara qarşı hər cür zorakılığı yox etməkdir. Biz elə bir içtimai quruluşun gəlməsini gözləmirik ki, orada azlığın çoxluğa  tabe olması prinsipinə riayət edilməsin. Lakin bir sosializmə doğru getməyə çalışırkən , əminik ki, sosializm böyüyüb kommunizmə keçəcəkdir, bununla da əlaqədar olaraq, insanlara qarşı ümumiyyətlə zorakılıq  lüzumu, bir insanın başqasına, əhalinin bir hissəsinin başqa hissəsinə tabe olması lüzumu yox olacaqdir, çünki insanlar, içtimai yaşayışın adi şərtlərinə zorakılıq olmadan  və tabeçilik olmadan riayət etməyə alışacaqlar.

   Məhz bu vərdiş ünsürünü qeyd etmək üçün Engels “yeni, azad içtimai şəraitdə yetişmiş və bütün bu dövlət zir-zibilini”— hər cür dövlət, o cümlədən demokratik respublikaçı dövlət zir-zibilini də,—“tamamilə çıxarıb ata biləcək” yeni nəsildən danışır.

   Bunu izah etmək üçün dövlətin ölüb getməsinin  iqtisadi əsasları məsələsini araşdırmaq lazım gəlir.

Hazırladılar: Günel Axundzadə, Tərgül Ağayeva                  (c) SOLFRONT.org



Oxşar yazılar:

Baxış sayı:14237