abunə ol: Yazılar | Şərhlər | Еmail

BAŞKALDIRIYORUZ! – Türkiyədə tələbə etirazları

Şərh

Bir onillik keçib, bizdə tələbələr hələ 2000-ci ilin yeni il bayramının havasından ayılmayıb bəlkə. Qonşu Türkiyədə Yanvarın 5 i ODTÜ (Orta Doğu Teknik Üniversitesi) tələbələri “AKP Genel Merkezi”nə etmək istədikləri yürüş polisin gözyaşardıcı qaz, su şırnaqlı müdaxiləsi ilə əngəlləndi. Yarım saata kimi çəkən aksiya polisin göyə atdığı xəbərdarlıq atəşlərindən və kiçik toqquşmadan sonra dayandırıldı. Ancaq onların əks-sədası Azərbaycana çatmadı.


BAŞKALDIRIYORUZ
Polis azad universitet tələbiylə 4kmlikdə yerləşən “AKP Genel Merkezi”nə yürüş etmək istəyən qırmızı bayraqlı tələbələrin önünə hərbi texnika çıxardı. Yol xüsusi  zirehli maşınlar və  tanklarla tamamilə bağlandı . 2200 xusisi təyinatlı çevik polis bura cəmləndi.
Polisə və hökümətə qarşı olan aksiyaya ODTÜ-yə dəstək üçün Hacettepe ve Ankara üniversitetlərində oxuyan gənclər qoşulmuşdu. Başlanğıcda təxminən 300 nəfərdən ibarət qrupun sayı digər universitetlərdən gələnlərlə artdı və Umumilikdə aksiyada 500 nəfər iştirak etdi. İlk “Başkaldırıyoruz” pankartı açıldı

və “Yaşasın Devrimci Dayanışma” şüarı eşidildi. Daha sonra “Özgürlük elimizde, güç örgütlülüğümüzde” pankartı quruldu , “YÖK’e hayır” , “Eşit, parasız bilimsel ana dilde eğitim istiyoruz” sloganları səsləndi.ilk olaraq polis təzyiqli su, bibər qazı istifadə etdi və qarşılıq olaraq tələbələr qaz bombaları işlədən polisə daş atdı. Davamlı su şırnaqlarından sonra tələbələr universitetin kampına sığınmalı oldu. Daha öncə də polis müdaxiləsi ilə gündəmə gələn ODTÜ-də rektorluq bu dəfə polisin universitet içinə girməsinə icazə vermədi. Keçən ay baş nazir Recep Tayyip Erdoğan TÜBİTAK-a (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu) baş çəkəndə onun gəlişinə protest edən ODTÜ tələbələrinə qarşı polis gözyaşardıcı qaz istifade etmiş, bir neçə nəfər gözaltı edilerek saxlanmışdı.
Polisin attığı qaz bombalarından jurnalistlər və fotoqraflar da ziyan çəkdi. Maraqlıdır ki, hadisədə 3 polisin yaralandığı bildirildi, tələbələr haqda isə heç nə.

Həmin günü axşamı Ankarada baş verənlərlə əlaqədar artıq ölkəni etiraz dalğası bürüdü, ilk olaraq İstanbulda, sonra İzmir və Eskişehirdə kütləvi etirazlar oldu. bu haqda :
http://savaskarsitlari.org/arsiv.asp?ArsivTipID=5&ArsivAnaID=60998&ArsivSayfaNo=1

www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:8110