abunə ol: Yazılar | Şərhlər | Еmail

FARC lideri Alfonso Kano öldürülüb

Şərh

Kolumbiya hökumətinin verdiyi açıqlamaya görə, Kolumbiya İnqilabi Hərbi Qüvvələri (FARC) qruplaşmasının lideri Alfonso Kano aparılan əməliyyat nəticəsində öldürülüb. Cəsədin A.Kanoya aid olub – olmadığı tam olaraq testlərdən sonra bilinəcəyi gözlənilsə də, FARC liderinin öldürüldüyü demək olar ki, dəqiqləşib.

Hökumətin məxfi əməliyyatı Kauka əyalətinin dağlarında həyata keçirilib. Kolumbiya Daxili Qoşunlarının təyyarələri üsyançıların gizləndiyi təxmin edilən yerləri bomba atəşinə tutub. Havadan edilən hücum nəticəsində bir neçə insan öldürülüb ki, onların arasında 63 yaşlı Kanonun cəsədi tapılıb.

Kolumbiya Müdafiə Naziri Xuan Karlos Pinsonun verdiyi mətbuat konfransında A.Kanoya aid olduğu iddia edilən cəsədin şəkilləri göstərildi. Şəkildə cəsədin üzünün yanmış halda olduğu və Kanonun həmişə taxdığı eynəkləri və saqqalı olmadığı müşahidə edilib. Kolumbiya ordusunun təşkil etdiyi əməliyyatın ABŞ tərəfindən dəstəkləndiyi ehtimal edilir.

Əsl adı Gilyermo Leon Saenz olan 63 yaşlı gerilla lideri Boqota şəhərində tələbə olarkən FARC – a qoşulub. ABŞ Xarici İşlər Nazirliyi 2006 – cı ildə A.Kano və 49 yoldaşı haqqında “narkotik maddə alveri” maddəsi ilə həbs qərarı qəbul etmişdi və A.Kanonun başına 5 milyon dollarlıq mükafat elan etmişdi.

FARC uzun illlərdir ki, Kolumbiyanın təxminən 40% – inə nəzarət edir. Gerillaların dəqiq sayısı bilinməsə də, Kolumbiya dövlətinin verdiyi rəqəmlərə görə, bu ədəd 2010 – cu ildə təqribən 9 min nəfər olmuşdur. 2007 – ci ildə FARC komandirlərindən biri olan Raul Reyes FARC – ın 18min nəfərlik gerillası olduğunu bildirmişdi. FARC 1964 – cü ildə “Xalq Cəbhəsi”nin başçılığı dövrüdə Kolumbiya Kommunist Partiyasının (PCC) silahlı qanadı olaraq qurulsa da, 90 – ci illərdə PCC – dən ayrılmışdı.

Hazırladı: Nigar Ərəbli                (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:10976