abunə ol: Yazılar | Şərhlər | Еmail

Dünya iqtisadiyyatının pərdə arxası riyazi dəqiqliklə hesablandı

Şərh

Dünyanın yüzlərlə ən iri şəhərlərində – Tokiodan Nyu – Yorka və Stokholmdan Keyptauna qədər – federal hakimiyyətlərin və iri bizneslərin mühafizəkar siyasətinə qarşı yönəlmiş etiraz aksiyaları keçirilərkən, alimlər də işsiz oturmurdular. Sürix universiteti mütəxəssisləri 43 min transmilli korporasiyanın riyazi təhlilini apardılar və etirazçıların ən pis qorxularını təsdiqləyən nəticələrə gəldilər.

Qlobal korporativ sistem obrazını modelləşdirmək üçün mütəxəssislər, iri transmilli korporasiyalar (TMK) arasındakı mülkiyyət münasibətlərini əks etdirən nəhəng məlumatlar toplusunu emal etdilər. “Reallıq o qədər mürəkkəbdir ki, biz ehkamlardan uzaqlaşmalıyıq, istər əlbirlik nəzəriyyəsi və ya azad bazar nəzəriyyəsi olsun – tədqiqatın müəllifi, kompleks sistemlər nəzəriyyəçisi Ceyms Qlattfelder deyir – Bizim təhlil real məlumatlara əsaslanır”.

Əvvəlki tədqiqatlar nümayiş etmişlər ki, nisbətən kiçik şirkət və banklar qrupu “iqtisadi piroq”un nəhəng parçasına malikdirlər ki, qalan digərlərinə bu piroqdan yalnız qırıntılar qalır. Amma bu tədqiqatlar dolayı qarşılıqlı əlaqələri – korporasiyaların törəmə və affilyasiya olunmuş korporasiyalarla əlaqəsini nəzərdən qaçırırlar, onlar TMK qruplarının dünya iqtisadiyyatına təsirinin nə qədər əhəmiyyətli olduğunu, həmçinin sistemin özlüyündə nə qədər sabit olduğunu müəyyən edə bilərlər.

2007 – ci ildən bəri Orbis C məlumat bazasında təmsil olunan bütün dünya üzrə 37 milyon şirkət və investorları təsnifləşdirərək, Sürixli alimlər qrupu, transmilli korporasiyalara mənsub lan 43060 şirkət müəyyən etmişlər, həmçinin onların ümumi aktivlərini aşkar etmişlər. Sonra onlar TMK – ın iqtisadi təsirini, bir şirkətlərin digərləri üzərində fondlara sahib olmaq və mənfəətdə iştirak etmək vasitəsilə nəzarət meyarları üzrə paylanması modelini qurdular. Son nəticədə onlar iqtisadi təsirin müfəssəl xəritəsini formalaşdırmağa müvəffəq olmuşlar.

Plos One nəşriyyatında dərc olunacaq işdə alimlər mülkiyyətin blok edilməsi ilə 1318 şirkətdən ibarət nüvə göstərirlər ki, onların digər şirkətlərlə əlaqələrini yaxın qohumluq əlaqələrindən başqa bir adla adlandırmaq olmaz. 1318 şirkətdən hər birinin iki və ya daha çox şirkətlə çox yaxın əlaqələri aşkar olunub (affilyasiya olunmuş partnyorların sayı orta hesabla 20 – dir). Bu şirkətlərin rəsmi gəlirləri ümumi əməli gəlirin 20% – ni ötməsə də, öz peyk – firmaları vasitəsilə onlar “real” iqtisadiyyat sektorunda işləyən dünya şirkətlərinin böyük hissəsinə malikdirlər (transmilli blue chip – nişanəli şirkət – istehsalçılar, məşhur brendlər və s.). Beləliklə, korporativ divlərin caynaqlarında ümumdünya gəlirinin 60% – i cəmlənib.

Mülkiyyətin geniş torunu açmağa davam edərək, alimlər qrupu müəyyən etmişdir ki, maliyyə zəncirlərinin böyük hissəsi 147 şirkətdən ibarət “superanklav” istiqamətində gedir (newscientist.com). Onların aktivləri bir – birlərilə kəsişərək, faktiki olaraq ümumi mülkiyyətə çevrilir ki, bu da səssiz maliyyə konqlomeratına qlobal korporativ sərvətin 40% – i üzərində nəzarət təmin edir. “Mahiyyətcə, 1% – dən az korporasiyalar bütün şəbəkənin 40% – nə nəzarət etmək iqtidarındadırlar”, – Qlattfelder iddia edir. Və göstərir ki, bu “superkorporasiyaların” böyük hissəsi maliyyə institutlarıdırlar. Belə ki, ilk iyirmiliyə sərmayə holdinqləri Barclays plc, JP Morgan Chase & Co, Goldman Sachs Inc daxildir.

İsveçrəli mütəxəssislərin apardıqları təhlili şərh edərkən, London universitetindəki mikroiqtisadiyyat üzrə mütəxəssis Con Driffil bəyan etdi ki, tədqiqatın əhmiyyəti yalnız  onda deyil ki, o,  kiçik sayda insanların bütün dünya iqtisadiyyatına nəzarət etdiklərini göstərir. Onun fikrincə, bu cür araşdırmanın aparılmasının əsas səbəbi – bu sistemin nə qədər stabil olmasını başa düşməkdir.

Müəlliflərin özləri də bu fikirlə razıdırlar. Onlar hesab edirlər ki, iqtisadi hakimiyyətin qlobal memarlığını müəyyən edərək, aparılan təhlil onu daha stabil etməyə kömək edə bilərdi. Xüsusilə də, sistemin daha zəif aspektlərini axtarıb taparaq, iqtisadçılar bütün iqtisadiyyatı bürümüş, gələcək dağıntıların qarşısını almaq üzrə tədbirlər təklif edə bilərlər. Güman ki, dünyada, TMK – lər arasındakı həddən artıq sıx əlaqələri zəiflətmək və məhdudlaşdırmaq üçün qlobal antiinhisarçı qaydaların tətbiqi zəruridir. Amma hələ ki, bu cür normalar yalnız milli səviyyədə mövcuddur.

Özlüyündə hakimiyyətin təmərküzləşməsi nə pis, nə də yaxşıdır, mütəxəssislər qeyd edirlər. Amma korporativ nüvənin sıx qarşılıqlı əlaqələrini zərər və xeyir nöqteyi – nəzərindən qiymətləndirmək olar. 2007 – ci ildə başlamış qlobal maliyyə böhranının göstərdiyi kimi, bu cür şəbəkələr həddən artıq dayanıqsızdırlar. “Bir şirkət uğursuzluğa düçar olan kimi, o, digərlərini də öz ardınca çəkir” – Qlattfelder izah edir.

Tədqiqat aparıcı dünya iqtisadçıları mühitində böyük maraq doğurdu. Belə ki, elm dünyasında olduğu kimi, skeptiklər də var idi. Yeni İngiltərədə Mürəkkəb sistemlər institutunun rəhbəri Yaniir Bar –Yam xəbərdarlıq edir ki, bu işdə olduğu kimi, mülkiyyət hüquqlarını və nəzarəti eyniləşdirmək düzgün deyil. Aktivləri müxtəlif mülkiyyətçilər arasında bölünən şirkətlərin çoxu menecerlər kollektivi tərəfindən idarə olunur ki, onlar heç də əl idarəetməsinin vasitələrinə mütləq sahib olmurlar. Ona görə də bu amilin sistemin ümumi davranışına təsiri, onun fikrincə, daha dərin təhlili tələb edir.

“Hər şeyin nə dərəcədə qarşılıqlı əlaqədə olduğunu görmək – çaşqınlıq yaradır” – Kaliforniya La – Xoyda Skrippisin okeanoqrafiya İnstitutundan mürəkkəb sistemlər mütəxəssisi Corc Suqixara öz fikri ilə bölüşdü. Belə ki, o dərhal qeyd etdi ki, aparılan təhlillərin birində alınmış nəticə Uol – Stritin “pul kisələrinə” qarşı etiraz edənlərin fikri ilə üst – üstə düşmür. Söhbət məşhur əlbirliyi nəzəriyyəsindən gedir. Suqixaranın fikrincə, dünyanı idarə etmək üçün şəxslər qrupu əvvəlcədən sözləşməyə məcbur deyillər. “Analoji strukturlar təbiətdə geniş yayılıblar”, – deyə alim gülümsəyərək cavab verdi.

             (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9491