abunə ol: Yazılar | Şərhlər | Еmail

ATTAK – kapitalizmin ailə həkimi

Şərh

Bu gur səslənən qısaltmanın açılışı sadəcə belə səslənir – “Vətəndaşlara yardım məqsədli Tobin vergisi hərəkatı”. Təşkilat Qərbi Avropa imperialistləri və digər ölkə kapitalistləri tərəfindən maliyyələşdirilir. Bununla belə, rəsmi verilənlərinə görə, ATTAK hərəkatının təşkil edilməsi məqsədi ilə ilkin maddi qoyuluş təkcə Avropa Birliyi tərəfindən 800 min avro olmuşdur.

ATTAK – ın mərkəzi mətbuat orqanı “Lö Mond Diplomatik” qəzetidir. 1997 – ci ildə onun direktoru İqnasio Ramone Tobin vergisi üçün, yəni kapitalistlərin iri maliyyə sövdələşmələrindən 0,1% həcmində tutulan vergi (hansı ki, yoxsulların xeyrinə yenidən bölüşdürülür) üçün mübarizə təşkilatı yaratmağa çağırdı. Bu qəzetin səhm nəzarət paketi eyniadlı qəzet nəşr edən Lö Mond korporasiyasına aiddir. O Lö Mond qəzeti ki, fransız imperializminin intişarçısı hesab edilir.

ATTAK təsisatçıları və himayədarlarının bir neçə mülahizəsini nümunə gətirək:
“Nyu – York Tayms” qəzetinin sağ icmalçısı – amerikan militarizminin carçısı – Tomas Fridmanla diskussiyada İqnasio Ramone demişdi:

– Həyati əhəmiyyətli ehtiyaclarını ödəmək üçün bütün dünyada milyonlarla insan barrikadalar qurmağa hazırdır. Fridman kimi mən də buna yol verə bilmərəm.

…Biz nə edə bilərik? Bəşəriyyəti bu üsyandan çəkindirmək üçün nə etməliyik?

…Əgər biz hiyləgərcəsinə hərəkət etsək, bu məsələ uzanmayacaq. Bunun üçün biz bu “Yer kürəsinin lənətlənmişlərinə” dünya xəzinəsinin heç olmasa bir qarışını verməliyik.

ATTAK – ın sponsorlarından biri, beynəlxalq spekulyant Corc Soros 2002 – ci il Davosdakı kapitalistlərin Forumunda bəyan etmişdir:

Mən kapitalizmin məhvində maraqlı deyiləm.Ona görə də mən Tobin vergisinin lehinə çıxış edirəm.

ATTAK – ın alman filialının təsisçisi Yurqen Borxert jurnalistlərə müsahibəsində açıq şəkildə boynuna almışdı ki:

Əgər ATTAK mövcud olmasaydı da, böyük biznes özü onu yaradacaqdı.

Şəksiz, antiqlobalist hərəkatda bəzi güclər yalnız Tobin vergisi lehinə mübarizə ilə yetinmir və kapitalizmin tənqidi əleyhinə çıxışlar edir. Bu faktı imperialist dairələri və təşkilat rəhbərləri hələ ki dözülən hal kimi qəbul edir, sadəcə geniş əhali təbəqələri arasında etirazçıları “demokratizm” ilə cəlb etmək üçün. Lakin bu, təşkilatın strateji kursunda heç də əks olunmur, belə ki, antiqlobalist hərəkatın daxilindəki situasiya onun sahiblərinin sərt nəzarətindədir. Hətta ATTAK – ın struktur idarəçiliyi bu təşkilatın antikapitalist gücə çevrilməsinə imkan vermir. Təşkilatın illik qurultayında 30 idarəetmə orqanı rəhbərindən yalnız 12 – sinin seçmək hüququ var. Geridə qalanları təşkilatı maliyyələşdirən faktiki sahibkarlar hesab edilirlər və səsverməyə buraxılmırlar.
ATTAK – ın ideologiyası isə faktiki olaraq sosial – şovinistdir. Bu təşkilat NATO – ya qarşı çıxmır və imperialist militarizmə haqq qazandırır. ATTAK – ın vitse – prezidenti Syuzan Corc qondarma beynəlxalq terrorizmlə mübarizə bəhanəsi adı altında təmizə çıxararaq, ABŞ imperialistlərinin Əfqanıstana qarşı aqressiyasını aşkarcasına dəstəkləyir: “Mən ABŞ aqressiyası ilə qloballaşma arasında heç bir əlaqə görmürəm.”

Sosial – imperializm “görünməz antiqlobalizm papağı” altında

Antiqlobalizm hərəkatının yaradıcıları çox vaxt bəyan edirlər ki, imprerializmi əvəz edəcək yeni reallıq – qloballaşmadır. Guya “imperializm” sözü bu gün yararsızdır. Bu, həqiqətən də belədir?
Leninə müraciət edək:

İmperializm bir ovuc `iri derjavalar` tərəfindən bütün dünya millətlərinin proqressiv istismarı dövrüdür” (V.İ.Lenin.”Sosializm və müharibə”);

Maliyyə kapitalının onun digər formalarından üstün olması rantye ve maliyyə oliqarxlarının hakim mövqedə olduğunu göstərir, bu da maliyyə “gücünə” malik olan bəzi dövlətlərin digərlərindən seçilməsi deməkdir.” (V.İ.Lenin “İmperializm – kapitalizmin yüksək mərhələsi kimi”);

“Kapitalizm mürətəqqi halından mürtəce halına keçib, istehsal güclərini o dərəcədə inkişaf etdirib ki, insanlıq qarşısında ya sosializmə keçmək durur, ya da illərlə, hətta onilliklərlə “iri derjavaların” müstəmləkə, inhisar, imtiyaz və milli istismarın hər cür forması vasitəsilə kapitalizmin süni şəkildə qorunması uğrunda apardığı silahlı mübarizəyə qatlanmağa məcburdur…” (V.İ.Lenin. “Sosializm və müharibə”)

Doğurdanmı Leninin təsvir etdiyi bu dünyavi kabus artıq bitib?

Həqiqətdə həyat əsaslı şəkildə sübut edir ki, “yüksək mərhələ” tarixin dərinliyində itib – batmayıb. Sadəcə olaraq burjuaziya imperializmin iyrənc üzünü simasız “qloballaşma” sözü ilə örtür.

Təəssüf ki, “keşişlərin” antiqlobalist “moizələri” xırda burjua mühitində cavab tapır. Antiqlobalizm antiimperializmə ekvivalent deyildir, bu, imperialist ölkələrin həmin xırda burjua təbəqəsinin düşük etiraz formasıdır ki, özlərini imperializm qurbanı kimi hiss edir, eyni zamanda da ona şəxsi maraqları ilə bağlı qalırlar.

ATTAK kapitalın qlobal ekspansiyasında guya insanlığın istehsal gücünü artıran və birləşdirən mütərəqqi hadisə kimi qəbul olunur. Əslində isə qloballaşma özəl mülkiyyət və kapitalizm bazasında insanlığın böyük hissəsinə heç bir inkişaf gətirmir, belə ki, əməldə bu imperialist derjavaların – ilk növbədə, istismar olunan ölkələrin satılmış milli elitasının dayaq olduğu ABŞ – ın neomüstəmləkəçilik siyasətidir. Nə vaxtsa müstəmləkəçi istismardan azad olmuş xalqların iqtisadi cəhətdən yenidən – müstəmləkələşməsi baş verir. Onların milli iqtisadiyyatları dağıdılır və imperialist ölkələrin tələblərinə uyğunlaşdırılır. Bu, sürətli yoxsullaşmaya, asılı ölkələrdə istismar edilmiş kütlənin fiziki və mənəvi düşkünlüyünə gətirib çıxarır.
Əgər hakimiyyət işçi sinfinin deyil, burjuaziyanın əlindədirsə, imperialist qloballaşmadan başqa bir qloballaşma ola bilməz.

Dünya – əmtəə deyil” – bu şüar ATTAK – ın əsas devizidir. Bəlkə antiqlobalist hərəkatının məqsədi – əmtəə münasibətlərinin, bilavasitə də özəl mülkiyyətin məhv edilməsidir? Yox. Təşkilatın idarəetmə sənədlərində bu barədə elə bir məlumat yoxdur. ATTAK – ın əsas məqsədi dünyada kapitalist əsasım saxlanması şərti ilə beynəlxalq valyuta sövdələşmələrindən 0,1% – in tutulması uğrunda mübarizədir. Amma nə qədər ki, kapitalizm mövcuddur, o hər şeyi kapitala çevirir – çörəyi, işçi əlləri, insan orqanlarını, siyasətçi və fahişə xidmətlərini, silahı, narkotiki və s və i.a. Ona görə də bu şüar yalnız imperialist antiqlobalizminə “sol” parıltısı verməyə xidmət edir, yəni istmar edilən kütləni ələ salmağa.
Qeyd etmək lazımdır ki, bu şüar antiqlobalist hərəkatın digər ölkələrdəki qollarında da istifadə olunur.

Proletar internasionalizminə gedən çətin yol

 Proletar internasionalizminə gedən yolda maneələr çoxdur. Bu məsələyə aşağıdakı nümunə ilə baxa bilərik.

Təqaüd fondları səhm sahiblərinin hüquqları əsasında yalnız müəyyən sayda vətəndaşlara təqaüd haqlarından ayırmaları investisiya fondlarına qoymağa icazə verir. Məsələn, qalmaqallı amerikan “Enron” korporasiyası bir neçə yüz min dollarlıq təqaüd yığımlarından ibarət səhm paketinə sahib idi (korporasiya aksiyalarının kursu düşməzdən əvvəl). Öz təqaüd ayırmalarını səhmlərə və ya dövlət istiqrazlarına qoyan imperialist ölkələri zəhmətkeşləri (onsuz da kapitalizm şəraitində gələcək təqaüdçülərin bundan başqa çıxış yolu yoxdur) öz tamahkar məqsədlərini ölkəsinin kapitalist sinfinin maraqları ilə əbədiyyən bağlayır. Məsələn, Boliviya inqilabı və ya İraq milli müstəqillliyinin əldə edilməsi kapitalist – metropoliya ölkələri üçün burada gəlir mənbəyinin itirilməsi demək olacaq. Nəticədə bu metropoliya ölkəsi zəhmətkeşlərinin ayırmalarının yığıldığı təqaüd fondlarının dəyərsizləşməsinə gətirəcək, təbii ki, əgər onlar bu investisiyanın bir hissəsini təşkil edəcəklərsə. Bu cür təhlükə ilə üz – üzə qalan qərbin milyonlarla sıravi insanı, o cümlədən də şüursuz olaraq işçiləri, iradələrindən asılı olmadan burjua hakimiyyətinin müstəmləkəçi investisiyalarının qorunması uğrunda istənilən aqressiv tədbirini dəstəkləməkdə maraqlı olacaqlar.

ATTAK bilərəkdən bu cür ziddiyyətlər barədə susur, bununla da kapitalizmə qarşı sinfi internasionalist mübarizənin inkişaf prosesinin qarşısını alır. Bundan başqa, elə bu antiqlobalizm siyasətinin əsasını təşkil edir, xüsusilə də qərbi imperialist ölkələrində.

– “Biz əmək haqlarının formalaşmasını və əmək hüquqlarını transmilliləşdirməliyik. Lakin bu o demək deyil ki, biz hər yer və hər kəs üçün eyni həcmdə əmək haqqı almalıyıq.” – ATTAK baş katibi Pyer Tartakovski.

Başqa sözlə, o düşünür ki, müstəmləkə asılılığındakı Asiya, Afrika, Latın Amerikası və Şərqi Avropa xalqlarının, o cümlədən işçi – immiqrantlar üzərində qul istismarı hesabına imperialist Qərbi Avropanın işlərini yoluna düşəcək.

Proletar internasionalizminin prinsipial mahiyyəti isə məhz bərabərhüquqlu əsasda istismar olunan kütlələrin beynəlxalq həmrəyliyindən ibarətdir. Bilavasitə, imperialist ölkələrin proletariatı öz ölkəsi daxilində imperialist – müstəmləkəçilərə qarşı birmənalı şəkildə müstəmləkə halındakı ölkə proletariatının maraqlarını müdafiə edərək mübarizə aparmalıdır, istismar bahasına dar maraqları öndə tutaraq, öz kapitalistləri ilə şübhəli birliklər qurmaqla yox.

Müstəmləkə ölkələrində təşkilatlanmış işçilərin antiimperialist mübarizəsi yalnız müstəmləkəçilərə və onların marionetlərinə qarşı deyil, həm də, son nəticədə metropoliya ölkəsi proletariatı ilə ittifaqda qalmaqla, təbii ki, milli burjuaziyanın maraqlarına etibar etmədən, burjuaziya quruluşuna qarşı yönəlməlidir.
Təcrübədə maraqlarını antiqlobalizmin reallaşdırdığı sosial – imperializm hiyləgərliyi və yalanı ilə, ilk olaraq müstəmləkə və metropoliya ölkələri proletariatı arasında çaxnaşmalar yaratmaqla, dünya proletariatının müxtəlif qruplarının maraqlarını qarşı – qarşıya qoymağa çalışır və bununla isə o proletar internasionalizminin ən təhlükəli düşməninə çevrilir.

S.Yuriyeva.

Antiqlobalist hərəkat yüz minlərlə insanı əhatə edir. Əksəriyyət imtiyazlı həyat tərzinın itirilməsi ilə deyil, daha çox bazar dünyasının ağlasılmazlığı, mövcudluqlarının mənasızlığı ilə hiddətləniblər. Axmaq “sivil” barbarlığa nifrət onları güclü və fədakar etiraz aksiyaları keçirməyə vadar edir. Ona görə də kommunistlər və düşüncəli işçilər bu kütləvi hərəkatı rədd etməməlidirlər, onun içərisində inadla işləməlidirlər. Bu hərəkatın bəzi sivil iştirakçıları əlacsızlıqdan sosial – reformist rəhbərlərin arxasınca gedirlər, belə ki, təşkilatlanmış kommunist güclər ya iştirak etmirlər, ya da zəifdirlər. Güc az olsa da, inadla istismar olunan kütləyə izah etmək gərəkdir ki, kapitalizmin kosmetik təmiri yalnız onu bərkidir və bu cür mübarizə aparanlar iradəli və ya iradəsiz şəkildə barrikadanın digər tərəfində – istismarçılarla eyni tərəfdə olur. Proletariatı sosial zülmun ilkin səbəbinə qarşı – özəl mülkiyyət, imperializmin dünyəvi sistemi və ümumiyyətlə, kapitalist quruluşa qarşı ağır və uzunmüddətli mübarizəyə istiqamətləndirmək lazımdır. Sosial – imperializmin və sosial – reformizmin müxtəlif formalarının düşmən mahiyyətini qəti məhv etmək labüddür, bu siyasətin “peyğəmbərlərini” üzə çıxarmaq və cəmiyyət içərisində damğalamaq lazımdır.

Kütləvilik və sosial müxtəliflik baxımından hərəkat daxilində antiqlobalist güclər aşkar şəkildə iki cərəyana bölünür. Onlardan biri sosial – imperializmin mürtəce siyasəti ilə sıx bağlıdır və kapitalizmin “yaxşılaşmasına” yönəlmişdir, yəni sosial – dilənçiliyə. Digəri isə müqayisədə daha radikal antiimperialist mövqedədir, iqtisadi güzəştlər uğrunda mübarizəni əsas, lakin yetərsiz sayır, ümumiyyətlə kapitalist sisteminə qarşı çıxır.

Ona görə də antiqlobalist hərəkat daxilində kommunistlərin daha bir taktiki variantı həmrəyliyə dəstək olması və radikal antikapitalist güclərin vahid nüvədə təşkilati birləşməsidir, hansı ki, hərəkatın əhəmiyyətli kütləsini sinfi istismarla mübarizə yoluna gətirəcək.

Lakin antiqlobalist hərəkatda iştirak edən xırda burjua kütləni bütünlüklə sosial – imperialist və başqa reformist güclərin təsiri altından çıxarmaq yalnız proletariatın müstəqil kommunist hərəkatının ayaqlanması ilə baş verə bilər, o hərəkat ki, ümumi demokratik mübarizə aparan xırda burjua zəhmətkeş kütləsini arxasınca aparıb, onların gücünü özündə birləşdirib kapitalizm quruluşunun əsas özülünə qarşı yönəldəcək.


Tərcümə: Nigar Ərəbli             (c) SOLFRONT.org

Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır


Oxşar yazılar:

Baxış sayı:13863