abunə ol: Yazılar | Şərhlər | Еmail

Stiv Cobs. Son Ümid

Şərh

Sosial və etik tənqid arsenalından olan arqumentlər Stiven Cobs fenomeninin tənqidi təhlili üçün kifayət deyil.

“Viktor Tsoy yaşayır” – onun musiqisini pulsuz dinləyən mənim nəslim iyirmi il əvvəl hasarların üstündə yazırdı. Stiven Cobs – ürəklərimizdə və aypodlarımızda – yaşayır – bu gün – hətta onun ayfonlarını almaq üçün pulu olmayan milyonlarla kompyuter istifadəçisi bütün dünyada yazırlar. Bu şəbəkə isteriyasının qurbanları haqlıdırlar: Stiv Cobs ölməyib. Dünən Kaliforniyada hay – tek texnologiyaları sahəsində müvəffəqiyyətli sahibkarın bədənini torpağa verdilər – amma illərlə monitor və teleekranlardan gördüyümüz virtual Stiv Cobs öz ölümsüzlüyünü təsdiqlədi – antik epos qəhrəmanlarının axirət dünyasında mövcudluqlarını davam etdirərək, oradan canlı insanların həyatlarına təsir etdikləri kimi.

O həm də ona görə yaşayır ki, Apple korporasiyaları öz əmtəələrini satmalıdırlar – və vəfat etmiş Cobs bunu, həyatda olarkən reklam etdiyindən daha yaxşı etməlidir (onun ticarət nişanına çevrilmiş, iri korporasiya sahibinin tipik taleyi). Yaxşı qurulmuş təbliğatın yaratdığı və bəslədiyi Stiv Cobs obrazı daha böyük amalı həyata keçirməyi qarşısına məqsəd qoyub.  O, kapitalizmin imicini – bütün dünyanı ələ keçirmiş, amma indi heç də yaxşı vaxtlarını yaşamayan sistemin imicini xilas etməlidir. Sosial etirazların coğrafiyasının ərəb meydanlarından Nyu – York küçələrinə qədər genişləndiyi zamanda, böhranın, insanlara həmişə ictimai – iqtisadi münasibətlərin yeganə qəbul olunan standartı qismində təqdim olunduğu əsaslarda onları məyus etdiyi zamanda, Stiv insanların mütərəqqi, vicdanlı kapitalizmə – insani simaya malik və bizim bazar gələcəyimizin qaçılmazlığının oxunduğu müdrik, yorğun baxışlı kapitalizmə inamını geri qaytarmalıdır.

Çətin vəzifədir, bu vəzifənin öhdəsindən yalnız öz sinfinin epik qəhrəmanı gələ bilər.

Belə ki, başsağlıqları və mədhiyyələr xorunda  tənqidçilərin yersiz səsləri az qala eşidilmirdi. Kimsə dərhal xatırladı ki, Apple yüksək texnologiyalı məhsulları Üçüncü dünyanın yığma sexlərində istehsal olunurdu ki, burada yetkinlik yaşına çatmamışların əməyindən istifadə olunması faktları, həmçinin zəhərlənmə və ümidsizlikdən işçilərin intihar halları qeydə alınıb. Tənqidçilərin fikrincə, üzücü konveyerlərdə işləyən naməlum çinli yeniyetmələr, Cobs kimi eyni dərəcədə qadcet və planşetlərin yaradıcıları hesab edilə bilərlər.

Yeddi darvazalı Fivanı kimlər yaradıb?

Kitablarda hökmdarların adları yazılıb.

Məgər hökmdarlar daş yonur və qayaları yerindən oynadırdılar?

 –  Öz şerlərində Bertolt Brext soruşurdu.

Cobsun ölümündən bir neçə gün əvvəl dərc olunmuş məqalədə Slavoy Jijek oxuculara afrikan Konqodakı müharibə – aparıcı hay – tek korporsiyaları üçün xammal tədarükü ilə təmin edən çoxillik qanlı münaqişə haqqında xatırlatdı. Şərhçilərdən biri isə qeyd edirdi ki, Apple məhsulları indiyə qədər, onun banisi üçün səmimi şəkildə göz yaşı axıdan sabiq SSRİ vətəndaşlarının böyük hissəsi üçün əlçatmaz dəbdəbə olaraq qalır.

Sosial və etik tənqid arsenalından olan bütün arqumentlər, sözsüz ki,  əsaslı və doğrudurlar – amma Stiven Cobs fenomeninin tənqidi təhlili üçün kifayət deyillər. Həqiqətən də, Apple – in fövqəladə layihələri on minlərlə – Hindistan və sabiq SSRİ proqramistlərindən “kommunist” Çinin yığma sexlərindəki işçilərə qədər, muzlu işçilərin kollektiv əməyinin məhsuludurlar. Həqiqətən də, kapitalist tərəqqinin parlaq zirvələrinin tərs üzü müharibənin qaranlıq uçurumudur – və onlar Silikon Vadinin top – menecerləri və Konqonun qarşılıqlı şəkildə döyüş komandirlərinin kommersiya mənfəəti uğrunda bir – birlərini qarşılıqlı şəkildə müəyyən edirlər. Doğrudan da, səsləndirilmiş məlumatlara görə, orta aylıq gəlirin adambaşına min qriven təşkil etdiyi, kəndlərdə isə bu ədədin 776 qrivenə qədər endiyi (yüz dollardan az) Ukraynada vətəndaşların böyük hissəi aypod haqqında yalnız xəyal qura bilərlər. Əgər onlar ümumiyyətlə bu məmulat haqqında eşidiblərsə.

Hər şey belədir. Amma Stiv Cobs bizə məhz arzunu – öz biznesinin, vacib, amma heç də yan olmayan məhsulunu satırdı. Və onu yalnız Apple alma markası olan əmtəəni almaq üçün pulu olanlar əldə etmirdilər. Hesab olunur ki, bu şirkətin banisinin obrazı  gələcəyə yönəlib – amma əslində o, həmişə özündə kapitalizmin yarandığı dövrdən bəri mövcud olan köhnə, əsas mifini ehtiva edirdi. Bu gündəlik, güvə yemiş mif, sıfırdan hər şeyi yaratmış, şöhrət və kapital qazanmış kasıb gənc haqqındadır. Axı yenidənqurma dövrü  uşaqlarının məşhur cizgi filmindən olan karikatura qərhəmanı xəsis Skruc Makdak da ayaqqabı təmizliyindən qazandığı on sent qəpiyi ilə başlamışdı.

Bu, yeni, parlaq korpusa qoyulmuş və bütün dünyaya Cobsun əli ilə çatdırılmış köhnə mifdir. Milyonlarla yoxsula müraciət edərək, o deyir: “Bax: sistem işləyir. O ədalətlidir. Mənim yerimdə “fərqli düşünən”, yaradıcı olan və çalışqan hər kəs ola bilərdi. Mənim yerimdə sən də ola bilərdin”.

Köhnə yalan yeni formatda, kapitalizmin hökmranlığını təmin edərək, onun müasir ideologiyasının əsasında dayanır. Cobsun canlı boyalarla təsvir edilən bioqrafiyasını oxuyanların çoxu, bu cəmiyyətin qaydaları üzrə oynayaraq, uğur əldə etməyin mümkünlüyünə inanırdılar. Onlar varlanmaq ümidi – ya da ən azından şəxsi ayfon üçün pul qazanmaq ümidi əldə etdilər. Stivin əfsanəvi obrazından ilhamlanan bir çox insanlar indi də – planetdə onu yaratmış sistemin iflas prosesinin başladığı zamanda da buna ümid edirlər.

Bu təbliğatçı obraz doxsanıncı illərdə – bizə “tarixin sonunu” və sənaye cəmiyyəti dövrünün başa çatmasını elan edərək, qalib gəlmiş kapitalizmin böhransız dövrünün başlamasını vəd etdikdə yaranmışdı. Sənaye müəssisələri Çinə köçürüldü ki, orada nəticədə Apple telefonları yığılacaqdı – ABŞ – da isə, nəticədə NASDAQ indeksini çökdürəcək və kapitalist sisteminin gələcək staqnasiyasını əvvəlcədən göstərəcək “dotkom qabarcıqları” şişirdilirdi. Məhz o zaman biz yeni dövr kapitalistlərinin təkmilləşdirilmiş imicini əldə etdik. Yaraşıqlı olmayan birja spekulyantının, yalnız öz xeyrini fikirləşən xəsis və konservatorun əvəzinə dünya kaşif – ixtiraçı reputasiyası olan savadlı proqramistləri gördü. Elə görünür ki, mənfəət onlar üçün heç də birinci yerdə deyil – baxmayaraq ki, bu insanlar dünya tərəqqisini irəliyə götürürlər, pullar isə onların cibinə təsadüfən gəlirdi. Onlar ekologiya haqqında danışır, cins və sviterlər geyinirdilər, vegeterian hamburgerlər yeyir, yaxşı musiqi dinləyirdilər – hər şeylə kollec gənclərini xatırladırdılar. Amma bu zaman kapitalist olaraq qalırdılar. Onların məhsulları isə o əmtəələr idilər ki, onlara olan tələbat cəmiyyətə “sabahkı günün texnologiyası” sistemi ilə yeridilirdi.

Biz düşünürdük ki, onlar bizə gələcəyi açırlar – bizə isə sadəcə olaraq, bir telefona iki – üç “fit” əlavə edərək, birinin əvəzinə digərini satmaq istəyirdilər.

Stiven Cobs bu nəslin siması olmaq uğrunda döyüşdə qalib gəldi – halbuki onun rəqibi, doxsanıncı illər dövrünun çiçəklənmə və zənginlik simvolu Bill Qeyts idi. Cobs, etalon kimi “mütərəqqi kapitalist” obrazı olaraq, öz sinfi üçün ümidə çevrildi. O sanki bizə təlqin edir ki, cəmiyyətin köklü yenidənqurmaya ehtiyacı yoxdur. Dünyanı dəyişmək lazım deyil – onu sadəcə olaraq “upgrade” [1] lazımdır. Kapitalistlərin getməsinə ehtiyac yoxdur – onların Apple banisi kimi olması kifayətdir. Məsələ quruluşda və sistemdə deyil; hər kəsin Apple telefonu alması üçün Dünya sakinlərinin həyat səviyyəsini yaxşılaşdırmaq – indi etirazların bürüdüyü Amerika və vəfat etmiş ayfonun atası üçün göz yaşı axıdan, bizim böhranlı planetimizə satılan sadə fikir budur. Halbuki çin yığma sexindəki gənc işçilər bu tezislə çətin ki, razılaşardılar.

Cobsun pərəstişkarları arasında elələrinə rast gəlinir ki,  onlar Cobsun ünvanına olan bütün tənqidlərin demək olar ki, hamısını qəbul edirlər. Onlar etiraf etməyə hazırdırlar ki, onun şirkətinin şöhrət və zənginliyi, top – menecerlərin mənfəəti və şöhrətini yaradan muzdlu işçilərin əməyinə əsaslanır. Bütün bunlar – hay – tek korporasiyalar üçün minerallar uğrunda aparılan afrikan müharibələrin dəhşətləri kimi – onlar üçün texnoloji tərəqqinin qəbul edilən qiymətidir ki, bu tərəqqinin simvolu kimi Apple məhsulları çıxış edir. Əzablar və istismar dəhşətlidir – amma onlar bizə, bəşəriyyəti irəliyə götürən məhsul verirlər.

İlk baxışda bu, həlledici arqumentdir. Amma Stiven Cobs bizi “fərqli düşünməyə” çağırırdı – və burada onun məsləhətindən istifadə etməyə dəyər. Bu yaxınlarda, 2010 – cu ildə  hansısa müxbir böyük klassik Rey Bredberindən istehza ilə soruşdu – nə üçün insanlar indiyə qədər, onun hələ müharibədən sonrakı illərdə dediyi kimi, Marsa gedə bilməyiblər?

   – Çünki insanlar – axmaqdılar – yazıçı ona cavab verdi. – Onlar kifayət qədər axmaq şeylər ediblər: itlər üçün kostyumlar, reklam meneceri üçün vəzifə və qarşılığında turşu tamından başqa heç nə əldə etmədikləri ayfon tipli şeylər hazırlayıblar. Amma əgər biz elmi inkişaf etdirsəydik, Ayı, Marsı, Veneranı tədqiq etsəydik… Kim bilir, dünya o zaman necə olardı? Bəşəriyyətə kosmosda şırım açmaq imkanı verilib, amma o, istehlak etmək istəyir… Mənim uşaqlığım Böyük depressiyaya, qocalığım isə – iri maliyyə böhranı dövrünə təsadüf etdi. Sən gələcəyə baxırsan və orada qəribə planetlər, kosmoportlar və havada uçan maşınlar görürsən – hər şey isə dolların birjada aşağı düşməsi ilə nəticələnir.

Bu yalnız kosmosa deyil, həm də yerdəki işlərə aiddir. Kim bilir – əgər texnoloji inkişaf özəl korporasiyaların rəqabət mübarizəsi ilə məhdudlaşdırılmasaydı, əgər kommersiya məntiqi üçün yaradılmış kompyuter və smartfon modelləri yığını əvəzində bəşəriyyət, daha çox insanlar üçün əlçatan olan daha az sayda nümunələrə malik olsaydı,  bəşəriyyət tərəqqi yolunda nə qədər uzağa gedə bilərdi.

Əlbəttə, bu yalnız başqa ictimai quruluşda mümkün olardı, burada Dünya sakinlərinin çoxu – xüsusi bir sahibkarın adında təcəssüm edilən elektron möcüzələr üçün mikrosxemlər toplamaq əvəzinə, ali təhsil, yaradıcı inkişaf imkanına malik olardılar.

O zaman bizim dünyamız necə olardı? Bizim cavabımız yoxdur, amma Stiven Cobsa – kapitalizmin ölü ümidinə sual verməyə haqqımız var.

 Andrey Mançuk

Qeydlər:

1. Upgrade (ing.)  – müasirləşdirmə, təkmilləşdirmə.

                 (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:13287