abunə ol: Yazılar | Şərhlər | Еmail

İmmanuel Vallerstayn – “Uol – striti işğal et” hərəkatının möhtəşəm uğuru

Şərh

“Uol – striti işğal et” hərəkatı – 1968 – ci il etirazlarından bu yana ABŞ – da baş verən ən mühüm siyasi hadisədir və onların birbaşa varisi və ya davamıdır.

 Nə üçün onun ABŞ – da məhz həmin vaxt – üç gün, üç ay, üç il gec və ya tez başlamadığını biz dəqiq bilməyəcəyik. Şərait bu idi:yalnız həqiqi ehtiyac içində olanlar üçün deyil, həm də işləyən kasıbların daim artan təbəqəsi (həmçinin “orta sinif” kimi tanınan) üçün iqtisadi ağrının kəskin artması; ABŞ əhalisinin 1%-nin (“Uol – strit”) sərvətinin inanılmaz şişirdilməsi (istismar, tamah); bütün dünyada qəzəbli yüksəliş nümunələri (“Ərəb baharı”, İspan hiddəti, Çili tələbələri, Viskonsin həmkarlar ittifaqı və digərlərinin uzun siyahısı). Ocağı alovlandıran qığılcımın nə olduğu əslində önəmli deyil. O artıq başlayıb.

 Birinci mərhələdə – ilk bir neçə gün – hərəkat nümayiş etməyə çalışan kiçik qrup cəsarətli, əsasən gənc şəxslərdən ibarət idi. Mətbuat onlara qətiyyən məhəl qoymadı. Sonra bəzi axmaq polis kapitanları düşündülər ki, azca qəddarlıq nümayişlərə son qoyacaq. Onları videoya çəkdilər və bu video YouTube – da virus kimi yayıldı.

 Bu, bizi ikinci mərhələyə apardı – aşkarlıq. Mətbuat artıq nümayişlərə tamamilə məhəl qoymaya bilməzdi. Beləliklə, mətbuat olanları yumşaltmağa çalışdı. Bu axmaq, nadan gənclər (və bir neçə yaşlı qadın) nə bilirlər ki, iqtisadiyyat nədir? Onların hər hansı müsbət proqramı varmı? Onlar “intizamlıdırlarmı”? Haqqında danışdığımız nümayişlər tezlikə uğursuzluğa düçar olacaq. Mətbuat və hakimiyyət nümayişlər mövzusunun belə geniş rezonansa səbəb olacağını və tezliklə məşhurlaşacağını nəzərə almamışdılar (deyəsən heç vaxt öyrənməyəcəklər). Şəhərbəşəhər oxşar “işğallar” başladı. 50 yaşlı işsizlər də hərəkata qoşulmağa başladılar. Məşhurlar da belə etdilər. Hətta AFL – CİO – nun [1] prezidenti də daxil olmaqla, həmkarlar ittifaqı da belə etdi. ABŞ – ın sərhədlərindən kənarda da mətbuat hadisələri izləməyə başladı. Onlardan nə istədiklərini soruşurdular, onlar da cavab verirdilər – “ədalət”. Bu daha çox sayda insanın birmənalı cavabı kimi görünməyə başladı.

 Bu, bizi üçüncü mərhələyə apardı – legitimlik. Müəyyən ad – sana malik alimlər Uol – stritə hücuma bəzi əsasların olduğuna işarə etməyə başladılar. Qəflətən, mərkəzi ləyaqətin əsas səsi olan Nyu York Tayms oktyabrın 8 – i məqalə dərc etdi və bəyan etdi ki, etirazçların həqiqətən “açıq mesajları və spesifik siyasi sərəncamları” var, hərəkat “sırf gənclərin üsyanından daha böyük bir şeydir”. Tayms davam edir: “İfrat bərabərsizlik, əsasən spekulasiyalarla, manipulasiyalarla idarə olunan və dövlətinin səmərəli investisiyalar kimi dəstəklədiyi maliyyə sektorunun ixtiyarında olan disfunksional iqtisadiyyatın əlamətidir”. Tayms üçün güclü ifadələrdir. Sonra Konqres Kampaniyaları üzrə Demokratik Komitə partiya tərəfdarlarını “Mən Uol – Striti işğal edən nümayişçilərin tərəfindəyəm” bəyanatını etməyi xahiş edən petisiyalar yaymağa başladı.

 Hərəkat hörmət qazanmağa başladı. Hörmətlə birlikdə təhlükə də gəldi – dördüncü mərhələ. Məşhurluq qazanan böyük etiraz hərəkatı adətən iki böyük təhlükəylə qarşılaşır. Biri küçələrdə mühüm sağ cinahın əks – nümayişlər təşkil etməsidir. Güzəştə getməyən (həm də diqqətli) Respublikaçı konqres lideri Erik Kantor artıq faktiki olaraq buna çağırır. Əks – nümayişlər kifayət qədər şiddətli ola bilər. ”Uol – striti işğal et” hərəkatı buna hazır olmalıdır və onun qarşısını almaq yoxsa öhdəsindən gəlmək fikrində olduğu haqda düşünməlidir.

 Lakin ikinci və daha böyük təhlükə hərəkatın uğuru ilə bağlıdır. Daha çox dəstək cəlb etdikcə fəal nümayişçilər arasında fikir ayrılığı artır. Problem, həmişə olduğu kimi, əsası dar olduğu üçün məğlub olacaq sıx kult olma Sillasından və çox geniş olduğu üçün daha artıq siyasi razılaşmanın olmaması Xaribdasından necə qaçınmaqdır. Ziddiyyətlərdən boyun qaçıraraq və onların öhdəsindən gələrək idarə etməyin sadə formulu yoxdur. Bu mürəkkəbdir.

 Gələcəyə gəldikdə isə, bu, hərəkatın daha da güclənməsi ola bilər. İki şey etmək olar: insanların göründüyü kimi çox kəskin şəkildə hiss etdikləri ağrını azaltmaq üçün hökumətin edəcəyi, qısa müddətli restrukturizasiyaya səbəb olmaq; kapitalizmin struktur böhranının reallıqları və bizim indi çoxqütblü dünyada yaşadığımız üçün baş verən əsas geosiyasi dəyişikliklər haqqında Amerika əhalisinin geniş təbəqəsinin düşündüklərini uzun müddətli dəyişikliklərə uğratmaq.

 Əgər hətta “Uol – striti işğal et” hərəkatı tükənmə və ya repressiyalar səbəbindən fəaliyyətini dayandırsa da, o artıq uğur qazanıb və 1968 – ci ilin üsyanı kimi möhkəm irs qoyacaq. ABŞ dəyişəcək və müsbət istiqamətdə dəyişəcək. Necə deyərlər, “Roma bir günə qurulmayıb”. Yeni və daha yaxşı dünya sistemi, yeni və daha yaxşı ABŞ təkrarlanan nəsillərin təkrarlanan səylərinin tələb etdiyi vəzifədir. Lakin başqa dünya həqiqətən də mümkündür (qaçılmaz olmasa da). Və biz vəziyyəti dəyişə bilərik. “Uol – striti işğal et” dəyişikliklər edir, özü də böyük dəyişikliklər.

Qeydlər:

1. AFL – CİO (American Federation of Labor and Congress of Industrial Organizations) – Amerikan Əmək Assosiasiyası və Sənaye müəssisələri konqresi.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Tərcümə: Elmira Quliyeva                                (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:9567