abunə ol: Yazılar | Şərhlər | Еmail

Budur “Azad” Liviya

Şərh

 Müəmmər Qəddafinin öldürülməsindən sonra, bütün böyük KİV –  lər sabiq Liviya liderinin dirisinə və ölüsünə edilən zülmü şövqlə  dərc etdi. Obama Liviyalılar üçün bir dövrün başa çatdığını  söylədi. Qəddafiyə edilənlər sadəcə Liviyalılar üçün deyil, bəlkə də  dünya üçün bir dövrün bağlandığının simvolu oldu.

 Müəmmər Qəddafinin yaralı halda tutulması, insanların arasında  vəhşicəsinə döyülməsi və sonra cəsədinin zəfər qışqırıqları  arasında nümayiş edilməsi mediada öz yerini tapdı.

  “Azad” Liviyanın mülki polisləri NATO bombalamalarının yardımı ilə Qəddafini ələ keçirdi. Yaralı halda Qəddafi zorbalar tərəfindən döyüldü. Hələ bir neçə gün əvvəl Habertürk – ün vəhşilik fotosunu tənqid edənlər özünü döyənlər tərəfindən sürüklənən Qəddafinin qan içindəki görüntülərini “İnqilab” xəbəri olaraq verdilər.

 Məsələ, Qəddafini sevib sevməmək məsələsi deyil. Barak Obama Liviyalılar üçün “uzun, əzablı bir dövrün başa çatdığını” elan etdi. Başa çatan dövr isə, bir həftə qədər əvvəl Müvəqqəti Milli Şura sədri Mustafa Əbdül Cəlil tərəfindən elan edilmişdi: italyan müstəmləkəçiliyi Qəddafidən daha yaxşı idi. Milli üsyançı qüvvələri spikeri Mahmud Şammam isə lağ edirdi: Qəddafini məhkəməyə çıxarmaq barəsində çox ciddi idilər, ancaq ilahi ədalət dəyişikliklərə uğramışdı.

  Liviyanın “inqilabçı” əsgərləri tarixdə heç bir inqilabda görülməmiş bir vəhşiliklə Qəddafiyə işgəncə verərkən, Liviyanın bir çox şəhərini qaradərili əhalidən “təmizləyərkən”, NATO bombaları ilə özlərinə yol açarkən, həqiqətən də “bir dövr başa çatırdı”. Qəddafinin ölüsünü orasından, burasından çəkişdirərək və zəfər işarələri nümayiş edən “azadlıq döyüşçüləri” türk və dünya mediasının utanmazlığı ilə qarşımızda özlərini aydın şəkildə nümayiş etdirdilər. Hətta Nyu York Tayms da əvvəlcədən sifariş verməli olmuşdu. Bu qədər narahat edici görüntülərdən sonra necə öldüyünü soruşmaq haqqımız deyildimi?

   Qəddafinin bəlkə də heç haqq etmədiyi həyatının balansı cansız bədəni üzərində təpinərək zəfər qışqırıqları atanlar və onlara simpatiya ilə baxanlar…

 Artıq “Azad Liviyanı” doya – doya istifadə edə bilərlər. Nə də olsa, Sosializmin var olmadığı bir zamanda barbarlıq hökm sürür.

Hazırladı: Rasim Əlibəyli                   (c) SOLFRONT.org

 

Oxşar yazılar:

Baxış sayı:9044