abunə ol: Yazılar | Şərhlər | Еmail

Bazarların iflası

Şərh


Təhlükə birjalara tələsmədən yaxınlaşırdı. 2009 – 2011 – ci illər üçün böhran üzərində qələbə nitqlərinin arxasında əslində onun daha da kəskinləşərək təhlükəyə çevrilməsi gizlənirdi. İqtisadiyyatın birja saatları isə vəziyyətin heç də pis olmamasını göstərərək, uğurlu gələcəyə inamı artırırdı – may ayında qəflətən bazarlar inkişafını dayandırdığı ana kimi. İqtisadi böhran vulkan kimi zəhərli buxarlarını püskürməyə başladı.

30 aprel fond və xammal bazarlarında sonuncu canlanma gününə çevrildi. May ayında getdikcə artan çətinliklər, kömək üçün ayrılmış pul vəsaitinin ikinci proqramın sonuna kimi kifayət etməyəcəyi barədə ABŞ administrasiyası üçün siqnal idi. Uzunmüddətli durğunluq dövrü başlandı. Bu durğunluq bazarlarda böhranın bitməsini deyil, artan həyəcanı ifadə edirdi. Həyəcan siyasi sahəni və biznes sahəsini əhatə edirdi: burjuaziya ABŞ – ın necə hərəkət etməsini diqqətlə izləyirdi və ondan iri biznesə kömək üçün növbəti vəsait ayrılmasını gözləyirdi. Rusiya hökuməti də həmçinin sabitliyin bitdiyini anlayırdı.

Aprel ayının sonundan neftin barreli 123  dollardan 10 – 15 dollar aşağı enməsinə baxmayaraq, bazarda neftin qiyməti yüksək idi. Hərəkətsiz qalmış bazarda qızıl getdikcə bahalaşırdı və onu izləyən, birja bazarında baş verən enmələr qızılın da qiymətini enməsinə səbəb oldu. Böyük banklar, onlara növbəti yardım üçün ABŞ tərəfindən, əvvəlki ilə müqayisədə daha böyük məbləğdə pul vəsaiti ayrılması barədə qərar qəbul edilməsini gözləsələr də, bunu görmədilər. Respublika Konqresi Barak Obamanın “iqtisadiyyatın monetar xilası” kursunu davam etdirməsini dəstəkləmədi. ABŞ yalnız ayrı – ayrı ştatlar miqyasında deyil, Federal hökumət miqyasında “Sərt iqtisadiyyat” siyasətinə keçir.

Avqust ayında dünya bazarı çökdü. 2008 – ci il olaylarını yenidən xatırladaraq sentyabr ayına kimi davam etdi. Fərq yalnız onda idi ki, bu iflas çoxları üçün gözlənilməz oldu. Rusiya bürokratiyası və korporativ dairələri üçün bu şok və qorxunc idi. Yayın sonu, payızın əvvələrində baş vermiş birja gğzlənilməz hal deyildi. Rusiyanın Maliyyə Naziri Aleksey Kudrin “xalq liderlərinin” Rusiyada həyat səviyyəsinin bərpa olunması və modernizasiyası ilə bağlı optimist çıxışlarına rəğmən, öz açıqlamaları ilə ətrafdakıları qorxudurdu. Sentyabr ayının sonunda istefaya gedən nazir işdən azad olunmamışdan bir müddət əvvəl belə bir cəsarətli açıqlama vermişdi ki, əgər neftin barelinin qiyməti 60 – 70 dollara enərsə, Rusiyanın dövlət büdcəsi cəmi 1 ilə kimi kifayət edəcək.

Kudrin beynəlxalq böhran ərzində çox şeyləri öyrəndi. O, böhranı çöküşün mümkünsüzlüyünə olan möhkəm inamla qarşıladı. Onun proqnozları və verdiyi vədlər iqtisadi reallığı zərbə altına saldı. Keçmiş nazir 2011 – ci ilin birinci yarısı üçün hazırlaşan maliyyə burulğanının təhlükəsini anlamaya bilməzdi. Rusiya büdcəsində profisit olduğu halda, xarici borc öhdəliklərinə imza atırdı. Kudrin optimist neoliberaldan pessimist neoliberala: işıqlı gələcəyə inamını tamamilə itirən sərt iqtisadiyyat tərəfdarına çevrilmişdi. 2008 -2011 – ci illərdə Kudrin “böhranın bitməsini gözləmək” kursunun ardıcılı və bələdçisi idi. Bununla belə məntiqidir, cünki, o əslində böhranı dəf etmək üçün nə etməli olduğunu bilmirdi.

Hesab etmək olar ki, onun qara şübhələri hakimiyyətin birinci şəxslərinin əsəbləri ilə oynadığı üçün, onu hökumətdən uzaqlaşdırdılar. Lakin, avqustun əvvəlindən artıq “gələcəklə bağlı qara şübhələrə” deyil, lazımi addımların atılmasına daha böyük diqqət ayırmağa əsas vardı. Dünya iqtisadiyyatı böhranın kəskin fazalarını hiss etməyə başlayır. Proses hələ çox dərinləşməyib. Lakin inkişafını davam etdirmək təhlükəsi var: birja bazarı çöküşünün ardınca məntiqi olaraq sənaye sahələrinin, ticarətin, bank işinin və digər sahələrində iflası təhlükəsi var. Bununla belə, iki ay davam edən birja böhranının real iqtisadiyyata təsiri əsassızdırmı? Bu, daha çox ABŞ  – ın pul siyasətinin dəyişdirilməsi ilə deyil,  işçilərin real gəlirlərinin aşağı düşməsi ilə  tələbin azalmasının nəticəsi deyilmi?

Liberal iqtisadiyyatçılar sənayə çöküşünü maliyyəsi silkələnməsinin nəticəsi hesab edirlər. Onlar həmçinin bu günkü çöküşü də ABŞ tərəfindən banklara maliyyə yardımı etməsi kursundan imtina etməsinin səbəbi kimi hesab  edirlər. Əslində isə, birja böhranından əvvəl Obama administrasiyasının böhranla mübarizə siyasətinin özü artıq böhranla qarşılaşdı. Ərəb ölkələrində baş verən inqilablarda məhz yüksək inflyasiya sayəsində mümkün oldu. İnflyasiya işçilərin onsuz da az olan gəlirlərini azaltmaqla onları çıxılmaz vəziyyətə saldı. Lakin, hətta inqilablar baş vermiş ərazilərdə belə  2010 – cu il ilə müqayisədə qiymətlərin qalxması, əmək şəraitinin və sərt iqtisadiyyat siyasətinin dəyişdirilməsi həmin regionlarda həyat səviyyəsini aşağı saldı.

Qızılla müqayisədə dollar, ardınca isə digər valyutalar 2008-  ci il ilə müqayisədə 2,5 dəfə qiymətdən düşdü. Banklara kömək məqsədi ilə maliyyə yardımı edərkən, dövlət pulları havadan almırdı: birbaşa və ya dolayı yollarla işçilərdən alırdı. 2010 – cu il ərzində iqtisadiyyatda yaranmış müvəqqəti sabitlik böhranın maskalanması, gizlədilməsi, bir kənara qoyulması, lakin, maddi əsasının genişləndirməsi hesabına əldə olunmuşdu. Böhran yenidən qayıtmaq üçün sadəcə səbəb axtarırdı. Onu yenidən uzaqlaşdırmaq  neoliberal hökumət üçün 2009 – cu ildə olduğundan daha çətin ola bilər. Lakin hətta bu halda belə ərəb “baharı” böhran başa çatmayana qədər heç bir inkişaf olmayacağına görə getdikcə dünyaya yayılmağa davam edəcək. Bununla belə, günün bildirişi 2009 – 10 – cu illərdəki kimi yeni sabitlik deyil, qlobal depressiyaya doğru hərəkətdir.

4.10.2011

                                                                                                (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

 

Oxşar yazılar:

Baxış sayı:9202