abunə ol: Yazılar | Şərhlər | Еmail

Jan Brikmon – İnsan hüquqları yoxsa güclünün hüququ? Жан Брикмон – Права человека или право сильного?

Şərh

Bellaciao.org saytının icmalçısının, fizik və siyasi aktivist, “Humanitar imperializm. İnsan hüquqları yoxsa güclünün hüququ?” kitabını yazan Jan Brikmonla söhbəti.

 Bellaciao: Necə oldu ki, nəzəri fizika professoru imperializm haqqında kitab yazmaq dərəcəsinə çatdı?

Jan Brikmon: Mən həmişə siyasətlə maraqlanmışam, lakin passiv şəkildə. Mənim aktiv fəaliyyətimin başlanğıcı 1999 – cu ilə təsadüf edir, bu, Yuqoslaviyaya qarşı müharibə ilə əlaqəli idi. Bu aqressiyaya bəraət qazandırmaq üçün ABŞ – ın bəyan etdiyi humanitar əsaslar məni çox təəccübləndirirdi. Həmçinin müharibəyə münasibətdə solların, əsasən də radikal solların kifayət qədər olmayan müxalifliyi məni şoka salırdı.

Məni müxtəlif yerlərə mühazirə oxumağa dəvət edirdilər: protestant kilsələrinə, müsəlman icmalarına, tələbə dərnəklərinə, ATTAC – a … Mənim “Humanitar imperializm” kitabım hər şeydən əlavə, bu konfranslardakı görüşlər zamanı insanların və qrupların qayğı və fikirlərinə olan reaksiyadır. Bu kitab həm də özlərini sola aid edən bəzi siyasi aktivistlərin fəaliyyətlərinə cavabdır. İnsan hüquqları naminə onlar suveren dövlətlərə qarşı olunan aqressiyaya bəraət qazandırırlar. Ya da öz etirazlarını elə həddə çatdırırlar ki, o sadəcə simvolik olur.

 İnsan hüquqları zibil vedrəsinə?

Mən 1948 – ci ilin İnsan hüquqları haqqında ümumi deklarasiyaya daxil olan göstərişləri müdafiə edirəm. Deklarasiya bütün hüquqları özündə birləşdirir – iqtisadi ,sosial, siyasi və fərdi. Problemlər real və ya uydurulmuş şəkildə bu hüquqlara əməl olunmadıqda, müharibələri qanuniləşdirməyə, dövlətlərə qarşı embarqo və ya digər sanksiyalar tətbiq etməyə xidmət etdikdə yaranır. İnsan hüquqları zorakı müdaxiləyə bəhanə olduqda. Hətta Deklarasiyanı da bir qayda olaraq seçici şəkildə oxuyurlar. Bəziləri insan hüquqlarına hörmət haqqında danışanda, buraya siyasi və fərdi hüquqlarla müqayisədə iqtisadi və sosial hüquqları nadir halda daxil edirlər. Misal üçün, Kubadakı tibbi xidmətin keyfiyyətini götürək. Təcrübədə bu sosial – iqtisadi hüquqların inkişafına son dərəcə gözəl nümunədir. Lakin buna qətiyyən məhəl qoyulmur. Gəlin qəbul edək ki, Kuba, “Sərhədsiz müxbirlər” təşkilatının çəkdiyi o çox tənqidi obraza tamamilə uyğun gəlir, bu da tibbi xidmətin vacibliyini və keyfiyyətini qətiyyən azaltmır. Kuba haqqında danışan zaman şəxsiyyətin hüquqlarına və siyasi hüquqlara diqqəti yönəltdikdə, kubalıların malik olduğu iqtisadi və siyasi hüquqların vacibliyini də ən azından qeyd etmək lazımdır. Sonra isə hansının – şəxsiyyət hüquqlarının, yoxsa sağlamlığın qayğısına qalmağın daha vacib olduğu haqda mühakimə yürütmək olar. Lakin heç kim belə məsələlər ortaya qoymur. Yaşayış yeri, qida, təhlükəsiz həyat və səhiyyə hüquqları insan hüquqlarının müdafiəçiləri tərəfindən qətiyyən nəzərə alınmır.

Həqiqətən də sizin kitabınız Kuba və Çin kimi sosialist ölkələrə qarşı təşkil olunmuş informasiya müharibələrində bu məqamlar barədə danışılmadığını nümayiş etdirir. Siz yazmısınız ki, Hindistan Çin yoluyla getsəydi, dörd milyon insan həyatı xilas edilmiş olardı.

İqtisadçılar Jan Drez və Amartya Sen hesablayıblar ki, oxşar əsaslardan uzaqlaşmaqla Çin və Hindistan müxtəlif inkişaf yolları keçdilər və bu iki ölkənin sosial müdafiə sistemləri arasındakı fərqlər hər il Hindistanda 3,9 milyon insanın ölümünə gətirib çıxarır. Latın Amerikası ölkələri Kubanın səhiyyə sistemini tətbiq etsəydilər, hər il 285000 insanın həyatını qoruyub saxlaya bilərdilər.

Mən iddia etmirəm ki, sosial və iqtisadi sektorun effektivliyi digər hüquqlar səviyyəsində geridə qalmaya bəraət qazandırır. Lakin heç kim bunun əksini sübut edə bilməz – fərdi və siyasi hüquqların tələb olunmasına yalnız iqtisadi və sosial hüquqlar saxlanıldıqda bəraət qazandırmaq olar. Niyə insan hüquqlarının müdafiəçiləri heç vaxt bu haqda danışmırlar?

 Gəlin Kubaya qayıdaq. Effektiv səhiyyə fərdi azadlıqların çatışmazlığına bəraət qazandıra bilərmi? Görünür ki, yox. Əgər Kubada Qərb meyilli rejim olsaydı, sağlamlığın mühafizəsinin səviyyəsi sözsüz ki, bu dərəcədə effektli olmayacaqdı. Bu, son növbədə “Qərb meyilli” Latın Amerikası ölkələrində səhiyyənin təhlili zamanı qeyd olunur. Lakin təcrübədə biz seçim qarşısında dururuq – hansı növ hüquqlar daha vacibdir: sosial – iqtisadi yoxsa siyasi və fərdi?

Təbii ki, hər iki tip hüquqlara malik olmaq istərdik. Məsələn,Venesuela prezidenti Çavez onları barışdırmağa çalışır. Lakin amerikan müdaxiləsi siyasəti belə uyğunlaşdırmanı “üçüncü dünya” ölkələri üçün çox çətinləşdirir. Mən qeyd etmək istərdim ki, seçim etmək bizim, bütün mümkün hüquqlardan istifadə edənlərin ixtiyarında deyil. Biz gərək bütün enerjimizi “üçüncü dünya” dövlətlərinin müstəqil inkişafına şərait yaratmağa yönəldək. O ümidlə ki, gələcəkdə bu inkişaf bu hüquqların bir yerdə mövcud olmağını təmin edə bilsin.

 İnsan hüquqlarının dərk olunmasındakı fərq və müdaxiləyə bəraət qazandırmaq planetin şimalında yoxsa cənubunda yaşamaqdan asılıdırmı?

2002 – ci ildə İraqda müharibənin başlamasına yaxın mən Dəməşq (Suriya) və Beyrutda (Livan) oldum. Çoxlu sayda insanla görüşə bildim. Onların İraqdakı müharibəyə qarşı olduqlarını demək xalis evfemizmdir. Hətta Beyrutdakı Amerika universiteti də antiamerikanizm və İsrailə qarşı sərt münasibət nümayiş etdirir!

 Belçikaya qayıdanda mən bu əhval – ruhiyyənin heç əks – sədasını da tuta bilmədim! İraqın tərki – silah edilməsi məsələsini götürək. CNAPD-nin (Belçika anti – hərbi komitəsi) bəzi üzvləri məni inandırırdılar ki, tərki – silah edilməni davam etdirmək lazımdır, əlbəttə ki, hərbi yolla yox, sülh yoluyla. Oxşar fikir Orta Şərqdə səslənsəydi, dərhal cavab gələrdi: “Bəs İsrail, bu ölkəni niyə tərki – silah etmirlər?”

 Niyə? Bu, eqoizm yoxsa etnosentrizmdir?

Vyetnamdakı müharibə və qeyri – müstəmləkələşmə zamanı sollar yeni proqram tərtib etdilər. O, hərbə, iqtisadiyyata, sosial məsələlərə antiimperialist nəzər nöqtəsini ifadə edirdi. O vaxtdan bu mövqe, “insan hüquqlarının müdafiəsi” nöqteyi nəzərdən, intervensiyalara bəraət qazandıran mövqeyə çevrilib. Neomüstəmləkəçiliyə qarşı müxalifət, “qeyri – effektiv, korrupsiyalaşmış, diktator hökumətlərə qarşı mübarizədə” Cənubdakı insanlara kömək etmək istəyi ilə əvəz olunub… Bu nəzər nöqtəsinin müdafiəçiləri, onların daxili işlərinə qərb dövlətlərinin müdaxiləsini qətiyyən qəbul etməyən “üçüncü dünya” insanlarından ayıran uçurumun böyüklüyünü dərk etmirlər.

Əlbəttə ki, onların əksəriyyəti daha demokratik və daha ədalətli hökumətlərə meyllidirlər. Bəs hansı məqsədlə? Liderlərinin onların təbii resurslarını rasional idarə etməyə zəmanət vermələri, ən yaxşı xammal qiymətlərinə nail olmaları, liderlərin onları transmilli korporasiyalardan qorumaları, güclü ordu qurmaları üçün.

Burada bəziləri daha demokratik hökumətlər haqda danışanda buna bənzər bir şey yada salmırlar. Cənub üçün əsl demokratik hökumət indiki İraq hökumətindən daha çox Çavezin hökümətinə oxşar olacaq.

 Yəni, əslində bu, müstəmləkə ideologiyasıdır?

Ola bilər, lakin postmüstəmləkə dilində yenidən ifadə olunmuş şəkildə. Müstəmləkəçilik –  hamı onu lənətləyir! İndiki müharibələrin müdafiəçiləri bizi inandırmağa çalışırlar ki, humanitar müdaxilələr müstəmləkə təcrübəsindən “tamamilə fərqlənir”. Lakin bütün xarici dəyişikliklərə baxmayaraq, bu elə həmin qüvvədir. Əvvəllər müdaxilələrə xristianlıqla, sonralar mədəni missiya ilə bəraət qazandırırdılar. Daha sonra – antikommunizmlə. Qədim vaxtlardan bizim xəyali üstünlüyümüz həmişə dəhşətli əməllər etməyə icazə verirdi.

 “Humanitar imperializmin” təbliğatında KİV – in rolu nədir?

Müəyyənləşdirici rolu var. Yuqoslaviyaya qarşı müharibə zamanı KİV ictimai fikri bu hücuma hazırlamaq üçün əlindən gələni etdi. İraqda isə jurnalistlər durmadan təkrar edirdilər: “İstənilən halda Səddamın devrilməsinin özü artıq yaxşıdır”. Bəs Birləşmiş Ştatların Səddam Hüseyni devirməsi nə ilə qanuniləşmişdi ki? Bu məsələ qəzetlərdə heç vaxt qaldırılmayıb, bu mövzuya toxunulmayıb. İraqlılar müdaxiləni yaxşılıq kimi mi qəbul edirlər? Əgər belədirsə, bəs niyə iraqlıların 80% – i amerikalıların qovulmasını istəyir? Mətbuat ABŞ – ı tənqid edir, lakin bu tənqid yalnız müharibə və işğal səbəbinə aiddir, heç də müdaxilə imkanının özünə yox.

 Yeni demokrat-prezidentin rəhbərliyi altında ABŞ müharibələr başlamağa daha az meylli olacaqmı?

Bu, İraqın işğalının nə ilə qurtaracağından asılıdır. ABŞ – da daha da çox insan qüvvələrin çıxarılmasının leyhinə çıxış edir. Bütün cəmiyyəti təlaş atmosferi bürüyüb.

Əgər Vyetnam kimi İraq müharibəsi də amerikalılar üçün fəlakətlə bitsə, deməli, bir müddət onlar geri çəkiləcəklər. Əgər onlar səliqəli şəkildə, simalarını itirmədən geri çəkilə bilsələr, tezliklə yeni müharibəyə başlayacaqlar. Lakin ümumi şəkildə demokratların daha az aqressiv olmalarını, yeni hərbi avantyuralara qoşulmağa meylli olmamalarını təsəvvür etmək – təəssüf ki, həyat qabiliyyətinə malik illüziyadır.

 Proqressiv Avropanın mövqeyi niyə bu qədər zəifdir?

Həqiqətən də, “yaşıllar”, sosialistlər, ənənəvi kommunist partiyalar, trotskistlər çox zəif müxaliflik nümayiş etdirdilər. “Humanitar müdaxilələrin” ideoloji katoku öz proqramlarından sosializmə olan istənilən istinadı  atmağı məcbur etdi. Bu solların bir hissəsi öz əvvəlki istiqamətini (sosial inqilab və bəşəriyyətin yaxşılaşdırılması uğrunda mübarizə) “insan hüquqları” uğrunda mübarizəyə dəyişdirdi.

Əgər bu növ hərəkatlara ABŞ – ın Yuqoslaviya və ya İraqa qarşı müharibəsinə qarşı çıxmaq çox çətindirsə, onda onlar çox rahat mövqe seçirlər: “Nə o, nə bu”. O, istənilən tənqidi kəsməyə məcbur edir: “Nə Buşun, nə də Səddamın tərəfində”. Mənim üçün tamamilə aydındır ki, onlar Səddam Hüseyni sevmirlər. Lakin bu “nə o, nə bu” yalnız faktın konstatasiyasından daha böyük məna daşıyır.

Hər şeydən əvvəl, belə mövqe beynəlxalq hüququn legitimliyini qəbul etmir. O, qurbanı aqressordan seçə bilmir. Müqayisə üçün, İkinci dünya müharibəsi vaxtı “Nə Hitlerin, nə də Stalinin tərəfində” mövqeyini müdafiə etmək çox çətin olardı, səni kollaborasionist adlandırardılar.

Sonralar bu mövqe Amerikanın 1945 – ci ildən sonra vurduğu ziyanın hesabına möhkəmləndi. İkinci dünya müharibəsinin sonlarından başlayaraq, amerikalılar dünyanın hər yerinə konservativ, mürtəce qüvvələri dəstəkləmək ya da qurmaq üçün girirlər: Konqo və Qvatemalada, İndoneziyadan Çiliyədək.

 Peyda olduqları hər yerdə onlar kasıbların cəmiyyətdəki dəyişikliklərə ümidini öldürürdülər. Uqo Çavezi devirmək istəyən Hüseyn deyil, onlardır. Elə Vyetnam müharibəsi də Səddamın xidmət dəftərçəsində yoxdur. ABŞ – ın bütün dünyada təbliğ elədiyi Miloşeviç və ya Səddamın demonizasiyalaşdırılması mövqeyini qəbul etmək tamamilə ədalətsiz və yalnışdır.Və nəhayət, ən kədərlisi, bizim bu cür şüarları necə asan şəkildə özümüzünkü kimi qəbul etməyimizdir. “Üçüncü dünya” ölkələrini tədqiq edən zaman bizim üçün xoş olmayan siyasətlə üzləşəndə, bunu mütləq həmin ölkələrdə yaşayan insanlarla müzakirə etmək lazımdır, özü də ki, həqiqi kütləvi təşkilatlarla, kiçik qruplar və marginallarla deyil. Onların prioritetlərinin bizimkilərlə üst – üstə düşdüyündən əmin olmaq lazımdır.

Ümid edirəm ki, antiqlobalist hərəkatlar Cənubun nəzər nöqtəsini daha yaxşı başa düşməyə imkan verən yollar yarada biləcəklər. Sollar isə hal – hazırda öz küncünə çəkilmək və heç nəyə güclü təsir etməmək meyli nümayiş etdirirlər. Lakin bununla belə, onlar gah ərəblərin, gah rusların, gah çinlilərin demonizasiyalaşdırılması ilə gedən imperialist oyuna dolayı yolla cəlb olunurlar…demokratiya və insan hüquqları uğrunda. Prinsipcə, biz özümüz ölkələrimizdə imperializmin olmağına cavabdehik. Gəlin, nəhayət, ona qarşı hücuma keçək. Özü də – effektiv hücuma.

                                                                                             (c) SOLFRONT.org

[Məqalə original yazıdan Solfront.org üçün hazırlanmışdır]

Tərcümə: Elmira Quliyeva                 (c) SOLFRONT.org

[Məqalə original yazıdan Solfront.org üçün hazırlanmışdır]

Беседа обозревателя сайта Bellaciao.org с Жаном Брикмоном, физиком и политическим активистом, написавшим книгу «Гуманитарный империализм. Права человека, или право сильного?».

Bellaciao: Как профессор теоретической физики дошел до того, что написал книгу про империализм?

Жан Брикмон: Я всегда интересовался политикой, но пассивным образом. Начало моего активного участия приходится на 1999 год, это было вызвано войной против Югославии. Гуманитарные мотивы, про которые заявляли Соединенные Штаты для оправдания этой агрессии, очень удивляли. Также, я был шокирован недостаточной оппозиционностью левых, в значительной степени, и радикальных левых, по отношению к войне.

Меня приглашали читать лекции в разные места: протестантские церкви, мусульманские общины, студенческие кружки, АТТАК… Моя книга «Гуманитарный Империализм», кроме всего прочего, это реакция на озабоченность и замечания, сделанные людьми и группами во время встреч на этих конференциях. Эта книга – также ответ на поведение некоторых политический активистов, относящих себя к левым. Во имя прав человека они оправдывают агрессию против суверенных государств. Или же доводят свой протест до такой грани, что он становится лишь символическим.

Права человека – в мусорное ведро?

Я защищаю установки содержащиеся в Декларации прав человека 1948 года. Декларация включает всю полноту прав – экономических, социальных, политических и индивидуальных. Проблемы возникают, когда несоблюдение этих прав – реальное или вымышленное – служит для узаконивания войн, введения эмбарго или других санкций против государств. Когда права человека становятся поводом для насильственного вмешательства. Более того, Декларацию, как правило, читают избирательно. Когда некоторые рассуждают об уважении к правам человека, экономические и социальные права включаются очень редко, по сравнению с индивидуальными и политическими правами. Возьмем, для примера, качество медицинского обслуживания на Кубе. На практике это совершенно удивительный пример развития социально-экономических прав. Однако это совершенно игнорируется. Давайте признаем, что Куба прямо соответствует тому очень критическому образу, который рисует организация «Репортеры без границ», что совершенно не уменьшает важности и качества медицинского обслуживания. Когда говорят о Кубе, заостряя внимание на правах личности и политических правах, совершенно необходимо, как минимум, упомянуть важность экономических и социальных прав, которыми обладают кубинцы. Затем можно порассуждать, что же более важно – права личности или забота о здоровье? Однако никто не ставит таких вопросов. Право на жилище, на пищу, безопасность существования и здравоохранение совершенно игнорируются защитниками прав человека.

Действительно, ваша книга демонстрирует замалчивание этих моментов в информационных войнах, организуемых против социалистических стран, подобных Кубе или Китаю. Вы написали, что четыре миллиона жизней могли быть спасены, если бы Индия переняла китайский путь.

Экономисты Жан Дрез и Амартья Сен подсчитали, что отталкиваясь от схожих оснований, Китай и Индия следовали различным путям развития, и что различия между системами социальной защиты этих двух стран, приводят к 3.9 миллионам смертей в Индии ежегодно. Страны Латинской Америки ежегодно могли бы сохранять порядка 285000 жизней, если бы применяли кубинскую систему здравоохранения.

Я не утверждаю, что эффективность социального и экономического сектора, может оправдать отставание в уровне иных прав. Но никто не докажет обратного – требования индивидуальных и политических прав может быть оправдано лишь тогда, когда сохраняются социальные и экономические права. Почему защитники прав человека никогда об этом не говорят?

Давайте вернемся к Кубе. Может ли нехватка индивидуальных свобод быть оправдана эффективным здравоохранением? Это не очевидно. Если бы на Кубе господствовал прозападный режим, уровень охраны здоровья, безусловно, не был бы столь же эффективным. Это в последнюю очередь упоминается при анализе здравоохранения в «прозападных» странах Латинской Америки. Однако на практике мы стоим перед выбором – какого рода права наиболее важны: социально – экономические или политические и индивидуальные?

Разумеется, хотелось бы иметь оба типа прав. Венесуэльский президент Чавес, например, пытается их примирить. Однако политика американского вмешательства делает подобное совмещение крайне трудным для стран «третьего мира». Я бы хотел отметить, что не нам, пользующимся всеми возможными правами, позволено делать выбор. Нам следует направить всю нашу энергию на обеспечение возможности независимого развития государств «третьего мира». В надежде на то, что в дальнейшем это развитие сможет обеспечивать сосуществование этих прав.

Зависят ли различия в восприятии прав человека и оправданности вмешательства от того живете ли вы на юге или на севере планеты?

В 2002 году незадолго до начала войны в Ираке я побывал в Дамаске (Сирия) и Бейруте (Ливан). Мне удалось встретиться со значительным количеством людей. Их слова о том, что они против войны в Ираке – чистый эвфемизм. Даже Американский университет в Бейруте демонстрирует антиамериканизм и жесткое отношение к Израилю!

Вернувшись в Бельгию, я не уловил даже эха этих настроений! Возьмем вопрос о разоружении Ирака. Некоторые члены CNAPD (Бельгийский антивоенный комитет) убеждали меня, что требуется продолжать разоружение, конечно, не военным, но мирным путем. Если бы подобное мнение прозвучало на Среднем Востоке, немедленно бы последовал ответ: «А как же Израиль, почему эту страну не разоружают?»

В Латинской Америке и особенно в арабо-мусульманском мире восприятие международного права иное, совершенно отличное от нашего, даже того , что распространено среди левых и крайне левых. Это показывает, насколько мал интерес к тому, что думают народы, непосредственно сталкивающиеся с нашим вмешательством.

Почему? Это эгоизм или этноцентризм?

Во время деколонизации и войны во Вьетнаме левые сформировали новую программу. Она формулировала антиимпериалистическую точку зрения на армию, экономику, социальные вопросы. С тех пор эта позиция превратилась в позицию, которая оправдывает интервенции с точки зрения «защиты прав человека». Оппозиция неоколониализму заменилась желанием помочь людям «на Юге» бороться против их собственных диктаторских правительств, неэффективных, коррумпированных… Защитники подобной точки зрения не осознают размер пропасти, отделяющей их от живущих в «третьем мире», где совершенно не приемлют вмешательства западных правительств в свои внутренние дела.

Конечно, большинство из них склоняются к более демократическим или более честным правительствам. Но с какими целями? Для того, что бы их лидеры гарантировали рациональное управление их природными ресурсами, для достижения лучших цен на сырье, для того, чтобы лидеры защищали их от транснациональных корпораций, для строительства сильных армий.

Когда здесь некоторые говорят о более демократических правительствах, ни о чем подобном они не упоминают. Подлинно демократическое правительство для Юга будет более похоже на правительство Чавеса, чем на нынешнее правительство Ирака.

То есть, по сути, это колониальная идеология?

Возможно, но переформулированная на постколониальном языке. Колониализм – о, все проклинают его! Защитники нынешних войн не перестают убеждать, что гуманитарные интервенции, «совершенно отличны» от практики колониализма. Но при всех внешних изменениях – это все та же сила. Изначально интервенции оправдывались христианством, затем – цивилизаторской миссией. Позже – антикоммунизмом. С незапамятных времен наше мнимое превосходство неизменно разрешало совершать чудовищные поступки.

Какова роль средств массовой информации в пропаганде «гуманитарного империализма»?

Определяющая. Когда была война против Югославии средства массовой информации сделали все возможное для подготовки общественного мнения к этой атаке. Ну а в Ираке журналисты бесконечно повторяли: «В любом случае, хорошо уже то, что Саддама свергли». Но чем, собственно, узаконено свержение Соединенными Штатами Саддама Хусейна? Этот вопрос никогда не поднимался, не затрагивался газетами. Воспринимают ли иракцы вторжение как благо? Если так, то почему более 80% населения желает изгнания американцев? Пресса критикует США, но критицизм относится только к поводам для войны и оккупации, но отнюдь не к самой возможности вмешиваться.

Будут ли США менее склонны к развязыванию войн с президентом-демократом во главе?

Это зависит от того, чем завершится оккупация Ирака. В США все больше людей выступают за вывод войск. Атмосферой паники проникнуто все общество.

Если, подобно Вьетнаму, война в Ираке закончится катастрофой для американцев, значит в течение некоторого времени они отступят. Если им удастся отступить аккуратно, не потеряв лицо, они развяжут новую войну очень скоро. Но в целом представление о меньшей агрессивности демократов, отсутствию у них склонности ввязываться в военные авантюры – иллюзия, к сожалению, весьма жизнеспособная.

Почему столь слаба позиция прогрессивной Европы?

Действительно, «зеленые», социалисты, традиционные коммунистические партии, троцкисты продемонстрировали крайне слабую оппозицию. Идеологический каток «гуманитарных интервенций» вынудил выбросить из своих программ любые ссылки на социализм. Часть этих левых подменила свои изначальные установки (борьбу за социальную революцию и улучшение человечества), борьбой за «права человека».

Коль скоро подобного рода движениям крайне трудно выступать против войны США против Югославии или Ирака, поэтому они заняли очень удобную позицию: «Ни–ни». Она заставляет утихнуть любую критику: «Ни за Буша, ни за Саддама». Для меня совершенно очевидно, что Саддама Хусейна они не любят. Однако это «ни – ни» значит гораздо больше, чем просто констатация этого факта.

Прежде всего подобная позиция не признает легитимность международного права. Она не отличает жертву от агрессора. Для сравнения, во время Второй мировой войны было бы крайне трудно защищать позицию «Ни за Гитлера, ни за Сталина», чтобы тебя назвали коллаборационистом.

Позже эта позиция утвердилась благодаря тому вреду, что нанесла Америка после 1945 года. С конца Второй мировой войны американцы вторгаются во все части мира для поддержки или установления консервативных, реакционных сил: в Гватемале и Конго, от Индонезии до Чили.

Всюду где они появлялись, они убивали надежду бедных на перемены в обществе. Это они – а не Хуссейн – хотят свергнуть Уго Чавеса. Да и войны во Вьетнаме нет в послужном списке Саддама. Принимать позицию демонизации Милошевича или Хуссейна, пропагандируемую США во всемирном масштабе, совершенно несправедливо и неверно. И наконец больше всего огорчает то, как легко мы принимаем подобного рода слоганы как свои собственные. Когда, изучая страны «третьего мира», мы сталкиваемся с неприятной для нас политикой, совершенно необходимо обсуждать ее с людьми, живущими в этих странах, причем с подлинно массовыми организациями, а не с небольшими группами или маргиналами. Важно убедиться в том, что их приоритеты совпадают с нашими.

Надеюсь, что антиглобалистскому движению удастся создать каналы, которые позволят лучше понимать точку зрения Юга. Сейчас же левые демонстрируют тенденцию забиться в свой угол и ни на что всерьез не влиять. Но при этом они оказываются косвенно вовлечены в империалистические игры с демонизацией то арабов, то русских, то китайцев… во имя демократии и прав человека. В принципе, мы сами ответственны за то, что в наших собственных странах есть империализм. Давайте, наконец начнем атаку на него. Причем – эффективно.

6 января 2006 года
Перевод Вадима Плотникова
Под редакцией Анастасии Кривошановой

Oxşar yazılar:

Baxış sayı:12011