abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Klassik marksizm”

Şərh

SOLFRONT  oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə-hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Marksizm: Tədris üçün tövsiyə olunmur       

Boris Yulyeviç Kaqarlitski

Əvvəli                                                                                                                                                                                                                                              Növbəti

 KLASSİK MARKSİZM

   Klassik marksizm nədir? O neomarksizmdən nə ilə fərqlənir? Klassik marksizmi onun müasir interpretasiyalarından ayıran sınma nöqtəsi harada və nə zaman baş verdi?

Biz “klassik marksizm” dedikdə, hər şeydən əvvəl Marks tərəfindən işlənib – hazırlanmış ictimai inkişaf konsepsiyasını nəzərdə tuturuq. Marks tarixi determinasiya edən və ya onun öz sözlərindən istifadə etsək, təbii proses kimi başa düşürdü. Bu konsepsiya, əsasında cəmiyyətin iqtisadi quruluşu ilə sosial strukturu arasında əlaqə haqqında təsəvvürlərin yatdığı konsepsiyadır. Amma Marks üçün aydındır ki, həm iqtisadi quruluşlar, həm də ona müvafiq olan siyasi və sosial institutlar dəyişirlər. Özlüyündə iqtisadiyyat əbədi bir şey deyil. Oyun qaydaları ictimai münasibətlərdən asılı olaraq dəyişir. Nəticə etibarilə, sistemin mövcud olduğu qanunlar onun quruluşundan asılı olaraq dəyişir.

Əsasən, Marksın məhz, bu qədər sadə və elementar kimi görünən bu fikri onun nəzəriyyəsini liberal təfəkkür üçün tamamilə qəbuledilməz edir. Marks demişdir ki, kapitalizm tarixidir. Onun əvvəli var, onun mənbəyini görmək olar. Deməli, onun sonu da olacaq.

Kapitalist sisteminin liberal traktovkası tamamilə əks fikirdən doğurdu. Liberalların nəzər nöqtəsinə görə, müəyyən ümumu iqtisadi qanunlar var ki, təbiət qanunları kimi mütləq sarsılmazdırlar. Bazar, xüsusi mülkiyyət, pul münasibətləri, özünü qoruma instinkti və ya cazibə qanunu qədər təbiidirlər. Cəmiyyətin bütün problemi ondadır ki, insanlar təməl iqtisadi qanunları tam olaraq başa düşmürlər. Kapitalist sistemi buna görə sadəcə bəşəriyyətin təbii halı kimi görünür, başqa məsələ var ki, nə üçünsə ona həmişə kənar qüvvələr (bürokratiya, sosialistlər, populizm və s.) təhlükə yaradırlar.

Amma əgər, Marksa əsasən, burada əbədi heç nə yoxdursa, əgər kapitalizm – hər hansı qüvvələr tərəfindən yaradılmış, müəyyən formalaşma dinamikası olan, insan cəmiyyətinin inkişaf formalarından biridirsə, iqtisadi proseslərin gələcək inkişafı müəyyən mərhələdə cəmiyyətin təşkilinin cari formasının inkarını öz ardınca gətirəcək. Fikir çox sadə, məntiqi və, ümumiyyətlə, bir az bayağıdır. Amma tezis – başlanğıcı olan hər şeyin sonu var – demək olmaz ki, mütləq şəkildə orijinaldır, amma ən azından bu tezis daha qızğın şəkildə inkar olunur, birbaşa olmasa da, yəni demək olmaz: “yox, kapitalizmin başlanğıcı var, amma sonu yoxdur”. Bu, bir az qəribə polemika olardı, çünki əsas tezisdən ötəri keçir. Amma əslində, əgər daha dərin baxsaq, Marksın zamanında kapitalizmin formalaşması mənbələri haqqında maarifçi təsəvvürlər tamamilə fərqli idi. Əgər Adam Smiti, Lokku oxusaq, ağla gələn o olur ki, iqtisadiyyatın və onun fəaliyyətinin bəzi təbii inkişaf qanunları var ki, onlar həm qədim Misir üçün, həm müasir Amerika, həm də Sovet İttifaqı üçün eyni idilər. Və onlar, təbiət qanunları, məsələn, cazibə qanun kimi, mütləq olaraq dəyişməzdirlər. Kapitalizm sadəcə olaraq bəşəriyyət tərəfindən bu qanunların daha tam şəkildə dərk edilməsidir. Yəni, problem cəmiyyətin necə inkişaf etməsində deyil, ondadır ki, insanlar bu qanunları nə dərəcədə düzgün başa düşürlər və onlara müvafiq olaraq hərəkət edirlər. Bu zaman cəmiyyət elə bir ideal vəziyyətə çatır ki, bu zaman o, təbii ki, artıq heç vaxt dəyişməyəcək, çünki bu mütləq qanunlar bəşəriyyət tərəfindən qəbul olunacaq. Belə alınır ki, azadlıq – dərk edilmiş zərurətdir.

Dövlət və cəmiyyət müntəzəm olaraq iqtisadi proseslərə müdaxilə edir, amma əsas etibarilə bu müdaxilə zərərlidir, belə ki, o hadisələrin təbii gedişatını təhrif edir. Başqa sözlə, siyasətin vəzifəsi ondan ibarətdir ki, liberal nəzəriyyədə formalaşmış təbii qanunlara riayət etsin və onları qorusun.

Marksizmi tez – tez həddən artıq determinizmdə, şəxsiyyətin rolunun kifayət qədər qiymətləndirilməməsində, tarixi həyatın çoxcəhətliliyini sərt şəkildə müəyyən edilmiş prosesə gətirmə cəhdində günahlandırırlar. Amma əslində məhz liberalizm superdeterminist, marksizmin bütün təsəvvürlərindən min dəfə daha determinist konsepsiyanı təqdim edir. Marksist determinizm dəyişən və çevik, inkişaf edən sistemdən qaynaqlanır. Bir şey digərini doğurur, insanlar daima öz hərəkətlərində, imkanlarında məhduddurlar, amma bu məhdudiyyətlər də dəyişirlər, onları tarixin müəyyən mərhələsində və müəyyən anlarda dəf etmək olar. Buna görə də insanlar özləri öz tarixlərini yaradırlar, başqa məsələ odur ki, necə gəldi deyil, bu cür qanunauyğunluqların əsasında yaradırlar. Qanunauyğunluqlar da müəyyən mənada ayrı-ayrı insanlar tərəfindən deyil, cəmiyyət tərəfindən yaradılırlar. Əlbəttə, təbii quruluşun müəyyən məhdudiyyətləri o planda var ki, Dünya həqiqətən də Günəş ətrafında fırlanır, cazibə qanunu var, amma onlar sözün əsl mənasında cəmiyyətdən kənarda mövcuddurlar. Liberal determinizm isə daha sərtdir. O, cəmiyyətdə müəyyən oyun qaydalarını, kənarda, guya “obyektiv” şəkildə verilmiş formalardan başqa, müəyyən təşkilat formalarını yaratmaq imkanlarını nəzərə almır. Onların mistik “təbii” mahiyyəti var, ona görə də nə şübhə altına alına, nə də müzakirə edilə bilməzlər.

Bu tezisi şübhə altına almaqla, Marks inqilabçı oldu.

ardı var…

Tərcümə: Ləman Orucova                     (c)SOLFRONT 


Oxşar yazılar:

Baxış sayı:14390

Şərhlər

  1. maksim deyir:

    ƏLA!ƏLA!ƏLA!Ardı olsun.