abunə ol: Yazılar | Şərhlər | Еmail

Roza Luksemburq – Cəmiyyətin sosiallaşması

Şərh


Novemberrevolution 1918/1919 

 Hazırda başlamış Proletariat inqilabının sosializm qurmaqdan başqa bir məqsədi və ayrı bir nəticəsi ola bilməz. İşçi sinfi  ilk öncə ölkədəki  ümumi siyasi gücü  ələ almağa səy göstərməlidır. Amma siyasi hakimiyyət  biz sosialistlər üçün yalnız bir vasitədir. Qüvvəmizi sərf etməli olduğumuz məqsəd iqtisadi münasibətləri kökündən dəyişməkdir.

Bu gün bütün sərvətlər: ən böyük və münbit torpaqlar, mədənlər və müəssisələr,  həmçinin fabriklər, bir qrup bəzi “Junker”lər və özəl kapitalistlərin əlində cəmlənib. İşçilərin böyük  qismi yalnız ağır iş müqabilində yaşamaq, sağ qalmaq üçün cüzi maaş alır. Az sayda tənbəlin varlanması  bu günkü  iqtisadiyyatın qayəsidir.

  Buna  son qoyulmalıdır. Bütünlüklə  sosial sərvətlər, torpağın səthini örtən yerüstü və tərkibində saxladığı yeraltı  sərvətlər, bütün fabrik və müəssisələr  xalqın mülkiyyəti (ictimai mülkiyyət) kimi istismaçıların əlindən alınmalıdır. Həqiqi işçi hökumətinin birinci vəzifəsi bir sıra güc şüarları ilə istehsal vasitələrini ictimaiyyətin mülkiyyəti  kimi bəyan etmək və ictimai nəzarətdə saxlamaqdır.

Amma  sonra  əsl və ən çətin olan tapşırıq başlayır: iqtisadiyyatın  tamamilə yeni əsaslar üzərində inşası.

Bu gün  istehsal  hər bir müəssisədə  tək tək kapitalistlərin şəxsi maraqlarına uyğun idarə olunur. Nəyi  nə cür  hazırlamaq lazım olduğu, istehsal olunmuş məhsulu harada, nə zaman və necə satmağın mümkün olduğu müəssiə tərəfindən müəyyənləşdirilir. İşçilər bunlara heç bir diqqət ayıra bilmir, onlar sadəcə tapşırıqları yerinə yetirməyə məcbur canlı maşınlardır.

Sosialist iqtisadiyyatda bütün bunlar tamam fərqli olmağa məcburdur! Özəl sahibkarlıq aradan qalxacaq. İstehsalda maraq  daha təklərin varlanması deyil, əksinə məqsəd cəmiyyətin umumi təlabatının ödənilməsinə xidmət etməkdir.

Buna müvafiq olaraq fabriklər, müəssiələr, kənd təssərrüfatı idarələri tam yeni baxış bucağından təkrarən qurulmalıdır:

Birinci, əgər istehsalın məqsədi hər kəsin layiqli insan həyatını sığortalamaq, keyfiyyətli ərzaq, geyim və xüsusilə mədəni mövcudluq vasitələrilə təmin etməkdirsə, bu halda işçi məhsuldarlığının bu günkindən çox olması lazımdır.

Daha çox torpaqdan məhsul əldə etməli, fabriklərdə müasir texnika istifadə olunmalı, ən çox kömür və filiz çıxarılan mədənlər istifadə olmalı və s. Bunun dolayısıyla nəticəsi əsasən  sənayə və kənd təsərrüfatında iri müəssiələrin yaranması olacaq.

Öz torpaq sahələrində və ya emalatxanalarında şəxsi işləri ilə məşğul kiçik fermer və sənətkarlardan mülkiyyətlərini almağa ehtiyac yoxdur, onları bu kiçik sahibkarlıqdan uzaqlaşdırmaq istəmirik. Zamanla könüllü bizə qoşulacaq və Sozializmin xüsusi mülkiyyətdən  üstünlüklərini qəbul edəcək, anlayacaqlar.

İkinci, Hər kəs cəmiyyətdəki rifahdan yararlana bilər, hamının işləməsi vacibdir. Yalnız kimki ictimai yararlı işlə məşğuldur, bu istər fiziki ya zehni əmək olsun, o, ehtiyaclarının ödənilmə vasitələrini cəmiyyətdən tələb etmək  haqqını qazanır.

Varlı  istismarçıların əksəriyyətinin sürdüyü hazırki avara həyat tərzinə son qoyulacaq. Ümumi  iş öhdəliyi hər bir əmək qabiliyyətinə sahib şəxs üçün sosial iqtisadi münasibətlərdə özünü dərketmədir. Əlbəttə, az yaşlı uşaqlar, həmçinin qocalar və xəstə insanlar istisnadır. Cəmiyyətin  yerdə qalan hissəsi  əmək qabilliyyətini itirmiş şəxsləri – bu günkü kimi “qayğıkeş ianələrlə”    deyil də, əksinə, keyfiyyətli xidmət, uşaqların sosial təhsili, yaşlılar üçün zövq alacaqları qayğı, xəstə üçün  ictimai  tibbi yardım və s. təmin etməyə borcludur.

Üçüncüsü, eyni nəzər nöqtəsindən, yəni cəmiyyətin rifahı üçün, istehsal vasitələri ilə,  işçi qüvvələri düşünmək və qənaət etmək lazımdır. Hər addım başı rastlanılan israfçılıq dayandırılmalıdır. Müharibə və hərbi sənaye təbii ki, ləğv edilməlidir, çünki sosialist cəmiyyətin öldürücü silaha ehtiyacı yoxdur və bunun əvəzində sərf edilən material və işçi qüvvəsi lazımi məhsulların istehsalına xərclənməlidir. Eyni zamanda bu gün varlı avaralar üçün işləyən, dəyərsiz  dəbdəbəli sənaye şəxsi qulluqçu xidməti ilə birlikdə yox edilməlidir. Müəyyən olunmuş işçi qüvvəsi bütünlüklə yararlı və faydalı məşğuliyyət tapmalıdır.

Dördüncüsü, biz hamının hamı üçün, ümumi rifah və fayda üçün çalışdığı bu üsulla işçi xalq hazırlayırıqsa, o zaman iş tamamilə fərqli şəkildə təşkil edilməlidir. Bu gün sənayedə, həmçinin kənd təsərrüfatındakı və həmçinin müəssisədəki iş proletar üçün əzab və ağır yükdür. İnsan işə gedir, çünki bunu etməlidir, çünki insan əks halda həyat üçün maddi vəsaitlər əldə edə bilməyəcək. İnsanların ümumi rifah üçün çalışdığı sosialist cəmiyyətdə iş zamanı həmçinin sağlamlıq və işə həvəs də əhəmiyyətli yer tutmalıdır. Normal fəaliyyətini üstələməyən qısa iş vaxtı, sağlam iş məkanı, istirahət və iş müxtəlifliyi üçün bütün vəsaitlər tətbiq edilməlidir ki, hər kəs həvəs və sevgi ilə üzərinə düşən işin öhdəsindən gəlsin.

Bütün bu reformlara həmçinin uyğun insan resursları da aiddir. Bu gün işçinin arxasında kapitalist – ya özü, ya da nəzarətçisi öz qamçısı ilə dayanıb. Aclıq proletarı fabrikə, zadəganların və mülkədarların yanına işə, bürolara, müəssisələrə getməyə məcbur edir. Sahibkar isə diqqət edir ki, vaxt boşuna sərf edilməsin, material israf edilməsin və nəzərdə tutulmuş  iş yerinə yetirilsin.

Sosialist iqtisadiyyatında qamçılı sahibkar aradan qalxır. İşçilər burada, öz rifahları və faydaları üçün işləyən azad və xoşbəxt insanlar olurlar. Bu, öz təşəbbüsü ilə işləmək, ictimai sərvətləri israf etməmək, işi vaxtında və real olaraq yerinə yetirməkdir. Hər bir sosialist müəssisə əlbəttə ki, şeyləri düzgün anlayan, işin gerçəkləşməsi üçün, düzgün iş bölgüsü və yüksək əmək fəaliyyətinə nail olmaq üçün zəruri olan hər şeyi planlaşdıran rəhbərə ehtiyac duyur. Bu isə, bu planlaşdırmaya könüllü və tam şəkildə riayət etmək, intizam və qayda – qanunu gözləmək, mübahisələr və anlaşılmazlığın olmaması deməkdir.

Bir sözlə: sosialist cəmiyyətində işçi göstərməlidir ki, o, aclıq qamçısı, kapitalizm və arxasında nəzarətçi olmadan çalışqan və nizamlı şəkildə işləyə, intizamı qoruya və ən yaxşı nəticələr əldə edə bilər. Buna daxili nizam, mənəvi yetkinlik, əxlaqi ciddiyyət aiddir, buraya şərəf və ləyaqət hissi, proletarın daxilən yenidən doğuluşu aiddir.

Tənbəl, etinasız, eqoist, düşüncəsiz və laqeyd insanı heç bir sosializm gerçəkləşdirə bilməz. Sosialist cəmiyyət elə bir insanlara ehtiyac duyur ki, onların hər biri üçün coşğunluq və təşəbbüskarlıq hər kəsin rifahı üçün xidmət edir, onlar fədakarlıq və insanlara qarşı mərhəmət hissi, çətinliklərin öhdəsindən gəlmək üçün cəsarət və dayanıqlılıq hissi ilə doludurlar.

Amma biz, bu cür insanların yetişməsi üçün bir əsr və ya on illik gözləməyə ehtiyac duymamalıyıq. İndi, mübarizədə, inqilada proletar kütlələri lazımi ideyanı öyrənirlər və əqli cəhətdən yetişirlər. İnqilabı zərəf sonluğuna çatdırmaq üçün, bizim cəsarət və dayanıqlılığa, daxili aydınlığa və fədakarlığıa ehtiyacımız var. Bu gün inqilabın bacarıqlı mübarizlərini toplayaraq, biz yeni Nizamın əsasları olmalı olan gələcək sosialist işçiləri yaradırıq.

 İşçi gənclər xüsusilə bu vəzifələr üçün cəlb ediliblər. Onlar gələcək nəsil kimi, artıq sosialist iqtisadiyyatın həqiqi bünövrəsini qururlar.

 Bu qoca dünyanı aşırmaq və büsbütün yeni dünya qurmaq lazımdır. Amma gənc dostlar, Biz bacarağıq, elə deyilmi? Biz bacaracağıq! Mahnıda deyildiyi kimi:

Hər şey, qadınım, uşağım  bizimlə böyüyürdü,
Bir quş tək azad olacaq.

Əlbət bizlər üçün çatımır:

Yalnız  zaman!

                                     (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9483