abunə ol: Yazılar | Şərhlər | Еmail

Kolumbiya: tələbələr təhsil sektorunun özəlləşdirilməsinə qarşı etiraz etdilər

Şərh

Minlərlə tələbə Kolumbiyanın paytaxtı Boqotada və digər şəhərlərdə təhsildə aparılan reformlara qarşı etiraz ediblər. 

Etirazlar ilk əvvəl dinc şəkildə başlasa da, rəsmi məlumata görə, tələbələrin daş atmasından sonra, polislər gözyaşardıcı qazdan və su fəvvarələrindən istifadə ediblər.

20.000 – dən çox tələbənin iştirak etdiyi kütləvi etiraz aksiyalarında ciddi insidentlər olmasa da, Kali şəhərində 19 yaşlı gənc hadisələrin qurbanı olub. Polisin verdiyi bəyanata görə, o, daşıdığı partlayıcı maddələrin partlaması nəticəsində həlak olub.

Tələbələr təhsil müəssisələrinin özəlləşdirilməsinə və təhsil sektorunda mənfəət amilinin əsas rol oynamasına qarşı çıxıblar. Hökumətin sözlərinə görə, aparılan reformlar təhsil sektoruna daha çox maliyyə cəlb etməyə kömək edəcək. Tələbələr isə, təhsilin maliyyət yönümlü inkişafına qarşı çıxırlar.

Artıq bir neçə aydır ki, tələbələr pulsuz təhsil üçün etiraz aksiyaları təşkil edirlər. Ölkədə artan sosial gərginlik insanlar arasındakı narazılığı yüksəltməkdədir.



(c) SOLFRONT.org

[Məqalədə http://totallycoolpix.com/2011/10/student-protests-in-south-america/ saytının materiallarından istifadə edilmişdir]


Oxşar yazılar:

Baxış sayı:8196