abunə ol: Yazılar | Şərhlər | Еmail

Fridrix Engels – Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi

Şərh

yüklə

F.Engels-Ailənin,xüsusi mülkiyyətin və dövlətin mənşəyi

SOLFRONT.org‘un oxucular üçün azərbaycan dilində elektron variantını hazırladığı «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi»–marksizmin əsas əsərlərindən biridir. Bu əsərdə bəşəriyyətin ilkin inkişaf mərhələlərində onun tarixinin elmi təhlili verilmiş, ibtidai icma quruluşunun dağılması və xüsusi mülkiyyətə əsaslanan sinifli cəmiyyətin yaranması prosesi aşkara çıxarılmış, bu cəmiyyətin ümumi səciyyəvi əlamətləri göstərilmiş, müxtəlif ictimai-iqtisadi formasiyalarda ailə münasibətlərinin inkişaf xüsusiyyətləri aydınlaşdırılmış, dövlətin mənşəyi və mahiyyəti aşkara çıxarılmış və sinifsiz kommunizm cəmiyyətinin qəti qələbəsi ilə dövlətin ölüb getməsinin tarixən labüdlüyü sübut edilmişdir.

«Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi» kitabı Engels tərəfindən iki ay ərzində–1884-cü il martın axırlarından mayın axırlarına qədər olan müddətdə yazılmışdır. Engels Marksın əlyazmalarını araşdırarkən mütərəqqi Amerika alimi L.H.Morqanın «Qədim cəmiyyət» kitabının müfəssəl konspektini tapmışdı, Marks tərəfindən 1880–1881-ci illərdə tərtib edilən bu konspektdə onun çoxlu tənqidi qeydləri və öz müddəaları, habelə başqa mənbələrdən götürülən əlavələri var idi. Engels bu konspektlə tanış olub yəqin etdi ki, Morqanın kitabı Marks və Engelsin özü tərəfindən hazırlanmış olan tarixin materialistcəsinə anlaşılması müddəasını və ibtidai cəmiyyət haqqında onların baxışlarını təsdiq edir, buna görə də Engels Marksın qeydlərindən, habelə Morqanın kitabında olan bə’zi nəticələrdən və fakt materialından geniş istifadə edərək xüsusi bir əsər yazmağı lazım bilmişdi. Engels buna Marksın «vəsiyyətinin müəyyən dərəcədə yerinə yetirilməsi» kimi baxırdı. Kitab üzərində işləyərkən Engels Yunanıstan və Roma, qədim İrlandiya tarixinə, qədim germanların tarixinə və i.a. dair öz tədqiqlərində əldə etmiş olduğu çoxlu əlavə materialdan da istifadə etdi. (Engelsin bu əsərlərinə bax: «Marka»,«Qədim germanların tarixinə dair» və «Frank dövrü», bu əsərlər K.Marksın və F.Engelsin Əsərlərinin 2-ci nəşrinin 19-cu cildində çap edilmişdir).

İbtidai cəmiyyət tarixinə dair yeni material toplanması ilə əlaqədar olaraq, 1890-cı ildə Engels öz kitabının yeni, dördüncü nəşrini hazırlamağa başladı. Bu nəşr üzərində işlərkən o həmin məsələyə dair bütün ən yeni ədəbiyyatı, xüsusilə rus alimi M.M.Kovalevskinin əsərlərini tədqiq etmiş, ilk mətndə çoxlu dəyişiklik və düzəliş aparmış, habelə xeyli əlavələr, xüsusən də ailə haqqındakı fəslə xeyli əlavə etmişdi.

Engelsin kitabının təshih edilib təkmilləşdirilmiş dördüncü nəşri 1891-ci ilin axırlarında Ştutqartda çıxmış və sonralar daha dəyişdirilməmişdir.

www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:12268