abunə ol: Yazılar | Şərhlər | Еmail

Riçard Volf – Kapitalizmin “B planı”

Şərh

 

Dövlət sektorunun həmkarlar ittifaqları əmək haqqı və müavinatların kəskin ixtisarı üçün səs vermişdilər. Bu, dövlətin belə bir bəyannaməsindən sonra  baş verdi ki, ABŞ – da istehlakçı qiymətləri indiki zamanda ildə 3,5 – 4% sürətlə artır.

Avqustun ortalarında Nyu – Yorkun və Konnektikutun demokratik qubernatorları, Yunanıstan baş naziri Papandreu və sabiq portuqal baş naziri Sokratesin sərt iqtisadiyyat siyasətini həyata keçirdilər. Belə bir addım ataraq, onlar həmçinin öz qubernator kolleqalarının, bu siyasəti demək olar ki, ABŞ – ın bütün ştatlarında tətbiq edən demokratlar və respublikaçıların iqtisadi siyasətini təkrar edirdilər.

İşçilər və icmalar üçün iqtisadiyyat – kapitalizmin B planıdır ki, o, indi hər yerdə tətbiq olunur. Axı kapitalistlər özləri də görürlər ki, A planı iflasa uğrayıb. Xatırladığınız kimi, A planı – “iqtisadiyyatın bərpası” üçün bankların, sığorta şirkətlərinin, iri korporasiyaların və qiymətli kağızlar bazarlarının antiböhran xilas proqramını nəzərdə tuturdu. A planının əsasında duran nəzəriyyə – əvvəllər biz onu “sızan sərvət iqtisadiyyatı” adlandırırdıq – nəzərdə tuturdu ki, bu bərpa maliyyə bazarlarından digərlərinə də siraət edəcək. Bu baş vermədi. Və indi, A planını bizə yeridən həmin kapitalizm qulluqçuları B planını yeridirlər.

Nyu – Yorkda qubernator Kuomo və Konnektikutda qubernator Malloy eyni şəkildə dövlət sektorunun həmkarlar ittifaqına və öz ştatlarının işçilərini təhdid edirlər: ya həmkarlar ittifaqı əmək haqlarının dondurulması və tibbi sığorta ödənişlərinin artması və əməyin baza ödənişinin digər azalmalarının olduğu yeni müqavilələri imzalayırlar, ya da qubernatorlar bu həmkarlar ittifaqının üzvü olan minlərlə işçini işdən çıxarırlar. Konnektikutda insanlar əvvəlcə bu təkliflərin əleyhinə səs verdilər – amma sonra bu müqaviləni qəbul etdilər. Nyu – Yorkda işçilər təklifi ilk səsvermədə qəbul etdilər.

Gəlin, qubernatorların nə etdiklərini dəqiq şəkildə aydınlaşdıraq. Onlar öz seçici kütlələrini – ya/ya da – çox əzablı seçimə məcbur edirdilər. Qubernatorlardan hər biri aşkar şəkildə, C planı şəklindəki aşkar alternativ nəzərdən keçirməkdən imtina edirlər: zənginlər və korporasiyalar üçün vergilərin artırılması kifayət edərdi ki, dövlət xidmətilərinin və əmək haqlarının ixtisarına yol verilməsin. Bunun əvəzində, onlar ictimaiyyətin rəyinə etinasızlıq edərək, həmkarlar ittifaqını iki dəhşətli variant arasında seçim etməyə məcbur edirlər.

Dövlət sektorunun həmkarlar ittifaqları əmək haqqı və müavinatların sərt şəkildə ixtisarı lehinə səs vermişdilər. Bu, dövlət məlumatlarının belə bir bəyanatından sonra baş verdi ki, ABŞ – da istehlak qiymətləri indiki zamanda ildə 3,5 – 4% sürətlə artır. Nyu – York və Konnektikutda işçilərin imzaladıqları müqavilələr onların əmək haqlarının artımını növbəti iki il üçün donduracaq – sonra isə əmək haqlarının artımı müqavilə bitənə qədər ildə iki faizdən az məbləğ təşkil edəcək. Bundan əlavə, Nyu – Yorkda işçilər ödənişsiz məzuniyyətə razılaşıblar. Bu, həyat səviyyəsinin ciddi şəkildə aşağı düşməsidir. İnsanlar, icmalara, xırda bizneslərə və işçilərə ziyan verərək, öz xərclərini azaldırlar.

Beləliklə, bu ştatlar Yunanıstan və Portuqaliyanın apardığı siyasəti yeridirlər ki, burada iqtisadi siyasət kapitalizmin B planına çevrildi. İqtisadiyyat paketi əzablı və ədalətsiz kapitalizm böhranını daha da əziyyətli edir.

A və B planlarını hazırlayan və tətbiq edən korporasiyalar, aparıcı partiyalar və qubernatorlar, hələ ki, C planından qaçırlar. Və korporasiyaların mənfəəti yalnız direktorlar şurasını və iri səhmdarları varlandırdıqca, həmçinin onların siyasi lobbizminə xərcləndikcə, vəziyyət belə olacaq. Buna görə də kapitalizmə, onun iflasa uğramış A və ədalətsiz B planına ən yaxşı cavab D planı – cəmiyyətimizdə istehsalın təşkilinin dəyişməsi olardı. Gəlirlər istehsalda iştirak edən hər kəsin demokratik qərarı ilə bölüşdürülməlidir.

Qlobal kapitalizm sisteminin əzablı dəyişiklikləri onu D planı ilə konfrontasiyaya sövq edirlər. Əsl məsələ ondadır ki, onun tərəfdarları və müdafiəçiləri bu qarşıdurmada öz məqsədlərinə çatmaqda nə qədər mütəşəkkil, mobilizasiya olunmuş və cəmləşmiş ola bilərlər.

(c) Solfront. org

[Məqalə original yazıdan Solfront.org üçün hazırlanmışdır]

 


Oxşar yazılar:

Baxış sayı:10144

Şərhlər

  1. станислав ефимович deyir:

    Проблемы американских пролетариев созвучны с проблемами пролетариев всего земного шара. Это МВФ, обложив контрибуцией все население заставляет правительства затягивать туже пояса, в связи с необходимостью обслуживать свои долги, сокращая при этом расходы на социальные нужды. Из существующего экономического и финансового кризиса выход может быть один – дефолт ныне существующей финансовой системы.