abunə ol: Yazılar | Şərhlər | Еmail

Con Lennon /la/dan – İmagine

Şərh

Dünya Sosialist Hərəkatının əksər üzvləri Con Lennonun Imagine (Arzula) mahnısını universal ümidlərin himni hesab edir. Çox az mahnı bu qədər geniş auditoriyaya çatıb və demək olar ki, heç bir mahnıda sosializm bu qədər dəqiq və təsirli çatdırılmayıb. Mahnı ilk dəfə 1971-ci ildə “Imagine” albomunda səsləndirilib.

Imagine çox humanist bir mahnıdır. Con Lennon öz dinləyicilərinə birləşməyi və ölkələrsiz, müharibəsiz, dinsiz və xüsusi mülkiyyətsiz bir dünya yaradaraq orada yaşamağı tövsiyyə edirdi. Bu dünyanı birlikdə həqiqi “insan qardaşlığı” şəklində bölüşmək. Dünya Sosialist Hərəkatının bəzi üzvləri düşünürlər ki, o bu mahnını 1904-cü ildən bu yana millətin, siniflərin və pulun olmadığı, kollektiv əməyin mövcud olduğu bir cəmiyyəti təbliğ edən Sosialist Standardı oxuduqdan sonra yazıb, hansı ki, onun həmin jurnalı oxumasını Bitlzın dağılma səbəblərindən biri kimi hesab etmək olar.

Onun əsasını qoyduğu (Pol Makkartniylə birgə) və Bitlz adlandırdığı qrupun şöhrəti və mahiyyəti onun tez-tez özünü narahat hiss etməsinə gətirib çıxardırdı. Bu tip hadisələr  qrup üzvlərinə müstəqil şəkildə “Instant Karma” sinqlını çıxarmaq istədiyini və qrupdan ayrilmağı planlaşdırdığını açıqladıqdan sonra baş verirdi.

Con Lennon qəzəbini və absurdluq hissini əlbəttə öz kəskin lirikasında biruzə verirdi. Həmçinin biz ondakı qiyamçı izlərini Bitlz dövründəki müsahibələrində də tapa bilərik. O qeyd edirdi ki, Bitlz İsadan məşhurdur. Və bu məşhurluq on illər sonra Sex Pistolsun Britaniya milli televiziyasında and içməyə başlayana qədər davam etdi.

Con Lennon lirikası qəlbin banal duyğularının təzahürü olan sevgi mahnıları yazan Makkarti lirikası ilə kəskin şəkildə ziddiyyət təşkil edirdi. Bu zidiyyət Bitlz dağıldıqdan sonra da öz təzahürünü göstərdi. Lenonun mahnıları (1970-ci illərin əvvələrindən başlayaraq) dərin siyasi, psixoloji və ekzistensial mövzular təqdim etməyə başladı. Makkartninin solo işləri isə romantik mövzuda, yəni, dinləmək və təhlil etmək üçün az vaxt tələb olunan mövzularda idi. Lakin onun da azsaylı siyasi mahnıları olub. Misal olaraq, “İrlandiyanı İrlandlara Geri Verin (Give Ireland Back To The Irish)” mahnısını göstərmək olar.

Lennonun “Bitlz” (1963) üçün yazdığı əksər mahnılar sevgi mahnıları idi və onların hamısı həqiqi Pol-Lennon mahnıları idi. 1964-cü ildəki “Çətin Günlərin Gecəsi (Hard days night)” albomunda mahnının əvvəlində Lennon “it kimi işlədiyini” qeyd edir, həmçinin bu mahnıda o qeyd edir ki, qadın sevgisi onu özünü “qaydasında hiss etməyə” kömək edir. 1965-ci ildəki “İmdad! (Help!)” adlı albomundan olan eyni adlı mahnısında Lennon Bitlzdakı ağrı və azadlığını itirmiş kimliyi ilə otraya çıxır və onun onu sakitləşdirəcək və fərqli yola yönəldəcək birinə ehtiyacı var (maraqlıdır ki, Yoko Ono indi onun münasibətlərdən axtardığı müsbət təsirə malik idi).

“Rezin Ürək (Rubber Soul) ” (1965) albomundan olan “Yersiz Adam” mahnısında uzaqlaşmış, yadlaşmış birindən bəhs edir, öz passivlikləri ilə özlərinin itirilmələrinə icazə verənlərə məsləhətlər vrir (əslində hamımıza “bu daha çox sənə və mənə oxşamır?”), onları inandırmağa çalışır ki, onlar öz ətraflarındakı dünyaya nəzarət etməlidilər. Buna təsir edən amillər narkotika, Şərq mədəniyyət və şaxsi azadlığından doğan artistliyinin təzahürü idi. “Ağ Albom”nan (1968) olan “İnqilab” onun ilk açıq siyasi mahnisi idi. Bəziləri onu yalnış olaraq apolitik və ya muhafizəkar olmaqda günahlandırır, lakin o  bəzi  ancaq “dağıdıcılıqdan danışan” sol qrupları tənqid edirdi. Uğurlu inqilab ancaq köhnə sərhədləri dağıtmaq haqqında düşünməməlidir, o həmçinin yenilərini də qurmalıdır.

Artıq Yoko Ononun təsiri onun musiqisində və hərəkətlərində hiss olunurdu. Bəzən Yokonun ona pis təsir etdiyini deyirlər. Amma o dövrü araşdırsaq görərik ki, Yoko ona intellektual, siyasi və estetik baxımdan müsbət təsir göstərib və onun yaradıcı gələcəyinin çiçəklənməsində ona çox kömək edib. Yoko ilə qarşılaşdıqdan sonra onun mahnıları anasını itirmiş körpə uşaq kimi, Bitlz tərəfindən yaralanmış dahi kimi ona ağrılı hisslər verən daxili dünyasından və dözməli olduğu xarici dünyadan ibarət olmağa başladı. Bitlzdan ayrilmazdan əvvəl o Yoko ilə birlikdə üç eksperimental albom buraxdı (bunlar 1968-1969-cu illərdə buraxılan iki “Bitməmiş Musiqi” albomları və “Evlilik Albomu” albomları idi).

Bitlz dağılan kimi Con Lennon ağrıyan vicdanı və siyasi mahnıları ilə tarix yazmağa başladı. 1970-ci ildə “Con Lennon / Plastik Ono Band” albomu yarandı. Anasının itkisindən bəhs edən iki mahnıdan və istər Bitlz istərsə qeyri-Bitız dövründəki ən gözəl melodialardan biri olan “Sevgi”dən başqa bu albom humanist və siyasi mövzular yaymağa başladı. Lennonun allahsız bir dünyada yaşadığı müxtəlif yerlərdə göstərilir. Misal üçün, “Mən Aşkar Etdim”də o deyir: “Səmadan gələcək heç bir İsa yoxdur” və “Allah” mahnısında o daha da dərinə gedir: “Allah bizim ağrılarımızı ölçdüyümüz anlayışdır”, bu insan psixologiyasında Feyerbax və Marksizmin kökləri və materialist mədəniyyətdir. “İşçı Sinifi Qəhrəmanı” mahnısı ev, məktəb, iş kimi mühitlərdə işçi olmağın təhqir olduğunun klassik nümaişidir. Con Lennon baxmayaraq ki, dəfələrlə özünü miyoner adlandırıdı, lakin özünü bədbəxt işçi siniflə eyniləşdirirdi və tam şəkildə sinif düşüncəsinə çataraq oxuyurdu: “Sizə deyilən kimi zirvədə otaq var, əgəar siz təpədəki xalqlar kimi olmaq istəyirsinizsə, əvvəl siz öldürdüyünüz kimi gülməyi bacarmalısınız.”

Con Lennonun siyasi cəhətdən ən açıq albomu 1972-ci ildə yazdırdığı “Bəzən Nyu York Şəhərində” sayılır. Bu albomunda o məşhur “Qadın Dünyanın Zəncisidir” feminist bəyanatını yaydı (“Biz ondan ayı yaradırıq və uşaqlarımızı böyütməyə məcbur edirik və sonra biz onu gombul qoca toyuq olmaq üçün evə bağlayırıq. Biz ona deyirik ki, ev onun ola biləcəyi yeganə yerdir, daha sonra biz onu bizim dostumuz olmaq üçün dünyadan çox geridə qalmaqda günahlandırırıq.”). Lennon bizdən istəyir ki, “bu haqda düşünək və bünün üçün nəsə edək”.  Sonrakı mahnı Yoko Onodan başqa bir feminist mahnı “Bacı O Bacı”dır, hansı ki, insanları yeni dünya qurmağa səsləyir, cünki “biz yaşıl torpaqlarımızı itirdik, biz təmiz havamızı itirdik”. Üçüncü mahnı “Attika Dövləti”, anti-həbsxana, pro-azadlıq olan mahnı bizi çağırır ki, “məhbusları azad edin, hakimləri həbs edin, həryerdə bütün məhbusları azad edin, onlar ancaq həqiqət və ədalət istəyillər, onların ancaq sevgi və qayğıya ehtiyacları var”. “Bazar günü Qanlı Bazar günü” və “İrlandiyalıların Uğuru” mahnıları Britaniya idarəçiliyini ələ salır. Və sonuncu mahnı Lennon və Yoko birlikdə məhbuslar Con Sinkler (müştəri kimi görünən polisə marixuana satdğına görə 10 il həbs cəzası almışdı) və qara dərili aktivist Angela Devis üçün yazdıqları mahnıdır.

Con Lennonun nədən öldürüldüyü haqda fərziyyələr gəzirdi. Lennonun oğlu Sin öz açıqlamasında bildirdi ki: “Kim hesab edir ki, Mark Çapman atamı öz maraqları üçün öldürən bir dəlidir, o insan özü dəlidir. Ya da çox sadəlövhdür. Və ya aydın düşünə bilmir. Əlbəttə atamın ölümü Birləşmiş Ştatların marağında idi”. Bir neçə sui-qəsd nəzəriyyələri var. Onlardan bəziləri Lennonun ABŞ təhlükəsizliyinə təhdid olduğu fikrini müdafiə edir. Əvvəl Prezident Nikson daha sonra Prezident Reygan üçün təhlükə idi. Con Lennon əsas milli fiqurlardan biri idi və müxtəlif siyasi hadisələrin içərisində idi, bu hadisələrə IRAya( İrlandiya Azadlıq Ordusu), Trotskist qruplara, müxtəlif dövrlərdə olan bəzi məhbuslara köməklərini aid etmək olar.

O arxasında utopik illuziyalar qoyub ki, indi biz hamımız onları bölüşürük və milyonlarla beyin susmaqdan imtina edir.

“Imagine” şübhəsiz ki, Lennonun ən zərif anı idi. Onun lirik və konseptual aydınlığı bizim qaranlıq və zorakı dünyamıza günəş işığı saçdı. O bizi məcbur etdi ki, mülkiyyətin, dinin, milliyətin olmadığı, sülh içində yaşayacağımız bir dünya arzulayaq. O tamahkarlığın və aclığın olmadığı iqtisadi qaydalar tələb edirdi. O pulun, əmək haqqının, alış verişin azad insanların birlikdə işləyib öz tələbətlarını ödədikləri sinifsiz cəmiyyəti, qısacası sülhün, bərabərliyin, bolluğun olduğu ekoloji cəhətdən təmiz bir dünya istəyirlər. Sən düşünə bilərsən ki, biz xəyalpərəstlərik, amma biz tək deyilik. Ümid edirəm ki, sən də bir gün bizə qoşulacaqsan. Və dünya bir birlik şəkilində yaşayacaq.


Hazırladı : Mehdiyev Məmmədhüseyn

Altyazı: Tapdıq Soltanov

(c)SOLFRONT 


Oxşar yazılar:

Baxış sayı:14940