abunə ol: Yazılar | Şərhlər | Еmail

Çilidə toqquşma: tələbələrə qarşı repressiyalar

Şərh

Santyaqonun mərkəzi döyüş meydanına çevrildi. Günün ikinci yarısında Çili tələbələr federasiyası – hərəkatın baş koordinasiya orqanı – polis xüsusi təyinatlı dəstələrinin hücumuna məruz qaldı.

 Çili hökumətinin təhsil alanlarla – əvvəlcə məktəblilər, sonra isə tələbələrlə – dialoqu 5 oktyabrda, təhsil naziri Filipe Bulnesin, pulsuz təhsil haqqında söhbətin olmayacağı bəyanatı ilə kəsildi. O dedi ki, çilililərin böyük hissəsi pulsuz təhsil istəmir – çünki, yoxsulların zənginlərin əvəzinə ödəməsi ədalətsizlikdir.

Ultrasağ postpinoçet hökumətinin səsləndirdiyi bu parlaq arqument tələbələr tərəfindən danışıqlar masasında təqdim edilmiş, bütün çilililər üçün pulsuz təhsil sisteminin mümkünlüyü, faydası və zəruriliyini əsaslandıran texniki məruzəyə cavab oldu. Üç saatdan çox çəkən söhbət – bu, təhsil alanların hökumətlə danışıqlar masası arxasındakı ikinci görüşü idi – həddən artıq gərgin şəraitdə aparılırdı. Axı bu dəqiqələrdə tələbələrə xəbər gəlirdi ki, daxili işlər nazirliyinin əmri ilə tələbələrin son bir neçə ay ərzində zəbt etdiyi ali və orta təhsil müəssisələrinin azad edilməsi üzrə güc əməliyyatını sanksiyalaşdırılıb. Hələ bundan bir neçə gün əvvəl hakimiyyət parlamentə belə bir qanun layihəsi göndərdi ki, ona əsasən, tələbələr tərəfindən tədris müəssisələrinin zəbt edilməsi ağırlaşdırıcı şərtlərdə küçə xuliqanlığına bərabər tutulur.

Nəticədə dialoq qeyri – mümkün oldu.

Növbəti gün – yəni, 6 oktyabr – “Pulsuz təhsil üçün” şüarı altında təhsil alanların nümayişi planlaşdırılmışdı. Təbii ki, onu şəhərin mərkəzində keçirməyə icazə vermədilər. Və təbii ki, şagirdlər və tələbələr tabe olmadılar.

Belə repressiyalar Çilidə diktatura dövründən sonra görülməmişdi – bəziləri  deyirdilər ki, hətta Pinoçet hökumətinin son illərində polis özünü daha mülayim aparırdı. Silahlı karabinerlər küçələrdədirlər, bütün mərkəz gözyaşardıcı qazın tüstüsünə bürünüb, Kamilla Valyeho (gənc kommunist fəal, Çilidə tələbə etirazlarının təşkilatçılarından biri) poliklinikadadır – tələbə rəhbərləri karabinerlərin qarşısında transparantlarla durduqdan və praktiki olaraq bir neçə eyni zamanda bir neçə su fontanları ilə hücum edikdikdən sonra. Karabinerlər ilk olaraq bir neçə tərəfdən dinc şəkildə toplanmış tələbələrə hücum etdilər və əvvəlcə meydanı qazlı bombalarla doldurdular, sonra isə onu fontanlarla yudular.

Santyaqonun mərkəzi döyüş meydanına çevrildi. Günün ikinci yarısında Çili tələbələr federasiyası – hərəkatların baş  koordinasiya orqanı – gizlənməyə çalışan bir qrup maskalı daşatanları izləyən xüsusi təyinatlı polis dəstələrinin hücumuna məruz qaldı. Bu gün hətta kommunist ideyalarından uzaq olan BVF belə təhsilin dövlət maliyyələşməsini artırmağı məsləhət görür ki, ölkədə artan sosial qeyri – sabitliyin qarşısı alınsın.

Həmin gün axşam bütün ölkə, tələbələri dəstəklədiklərini göstərmək üçün qazanları döyəcləyirdilər. Bu günlərdə tələbə hərəkatının 5 ayı tamam olur. Nəticədə əhalinin 89% – i tələbələrin tələblərini dəstəkləyirlər, prezident Pinyeranın isə 22% dəstəyi var, “solmərkəzçi” müxalifətin isə – yəni, sabiq “sosialist” hökuməti isə cəmi 11% dəstəkləyir. Digərləri isə tamamilə fərqli şeylər istəyirlər.

[Xəbər liva.com.ua saytının materialları əsasında hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9026