abunə ol: Yazılar | Şərhlər | Еmail

Ernesto Çe Gevara – Dünya xalqlarına müraciət

Şərh

(Üç qitə Konfransına göndərilmiş məktubu)

İki, üç….çoxlu Vyetnamlar yaratmaq – bizim şüarımız belədir.

 İndi yanan kürələr zamanıdır və işıqdan başqa heç nə görünməməlidir.

Xose Marti

 

Son dünya müharibəsindən sonra iyirmi bir il keçib; indi nəticəsi Yaponiyanın darmadağın edilməsi olan bu hadisəyə bütün dillərdə çox saylı nəşrlər həsr olunur. İki düşərgəyə bölünmüş dünyanın bir çox regionları optimizm nümayiş etdirirlər [1].

Kəskin konfrontasiya, güc və qəfil dəyişikliklərin istifadəsi ilə münaqişələr vəziyyətində yeni dünya müharibəsinin olmadığı iyirmi bir il hamıya çox uzun müddət kimi görünür. Amma hətta bu sülhün  – mübarizəmizdə dəstəkləmək üçün bizim müntəzəm olaraq danışdığımız sülh – təcrübədə hansı nəticələrə gətirdiyini (yoxsulluq, deqradasiya, Dünya regionlarının artan istismarı), xüsusi təhlil etmədən də onun real olub – olmadığını başa düşmək yaxşı olardı.

Bu qeydlərin məqsədi – Yaponiyanın kapitulyasiyası zamanı baş vermiş yerli müharibələrin təsviri deyil, sülh adlandırılan dövrdə baş vermiş vətəndaş münaqişələrinin artan və uzun reyestrinin tərtib edilməsi də deyil. Amma nümayiş etdirilən  optimizmin tamamilə əsassızlığını başa düşmək üçün Koreya və Vyetnamdakı müharibələri xatırlamaq kifayətdir.

Koreyada bir neçə ay davam edən amansız döyüşlərdən sonra ölkənin şimal hissəsi müasir müharibələr salnamələrində rast gəlinə biləcək ən dəhşətli dağıntılara məruz qaldı: başdan – başa bombalanmış, o, fabriklərsiz, məktəblərsiz, xəstəxanalarsız, onun on milyon əhalisinin sığına biləcəyi yaşayış izləri olmayan vəziyyətə düşüb.

BMT bayrağı altında bu müdaxiləçi müharibədə onlarla ölkə iştirak edirdi ki, onlara ABŞ rəhbərlik edirdi, hərbi əməliyyatlara çox sayda amerikan əsgərləri cəlb edilmişdi, qurban əsgərlər kimi isə mobilizasiya ilə çağırılmış cənubi koreyalılardan istifadə edilirdi.

Digər tərəfdən, Koreya ordusu və xalqı, həmçinin Çin Xalq Respublikasından olan könüllülər SSRİ – dən silah, hərbi sursatlar və hərbi məsləhətçilər şəklində yardım alırdılar. Amerikanlar müharibədə istilik – nüvə silahından başqa bütün növ kütləvi qırğın silahlarını tətbiq edirdilər; məhdud miqyasda hətta bakterioloji və kimyəvi silahlar da istifadə edilirdi. Vyetnamda partiotik qüvvələr praktiki olaraq fasiləsiz olaraq üç imperialist derjavaya qarşı hərbi əməliyyatlar aparmalı oldu: əvvəlcə hərbi gücü Xirosima və Naqasakinin bombalanmasından sonra zəifləyən Yaponiyaya qarşı, sonra öz çətin zamanlarında verdiyi vədləri unutmuş və Yaponiya tərəfindən işğal edilmiş hindçin müstəmləkələrini zəbt edən Fransaya qarşı və nəhayət, Birləşmiş Ştatlara qarşı.

Yerli toqquşmalar bütün qitələrdə mövcud idi, halbuki, Latın Amerikasında uzun müddət sadəcə hərbi üsyanlar və azadlıq mübarizəsini başlatmaq cəhdləri baş verirdi – Kuba inqilabı bu regionun nə qədər vacib olduğunu xatırladana və imperialist qüvvələrin qəzəbinə düçar olana qədər, hansına görə ki, əvvəlcə Playa – Xironda, sonra isə Oktyabr böhranı zamanı Kuba sahillərini qorumağa məcbur oldu [2].

Son insident az qala gözlənilməz nəticələri olan müharibəni doğuracaqdı, çünki Kuba az qala birbaşa şimali amerika – sovet silahlı münaqişəsinə səbəb olacaqdı.

Amma şübhəsiz ki, indiki zamanda əsas ziddiyyətlərin mərkəzi Hindçindir. Laos və Vyetnamı vətəndaş müharibələri sarsıdır, amma bu müharibələrin xarakteri, amerikan imperializminin bütün gücünü istifadə edərək hadisələrə qarışmasından sonra dəyişdi ki, bu, bütün regionu hər an partlaya biləcək böyük barıt çəlləyinə çevirdi.

Konfrontasiya maksimal Vyetnamda kəskinliyinə çatdı. Biz bu müharibənin tarixini təsvir etmək niyyətində deyilik. Sadəcə olaraq onun əsas məqamlarını göstərəcəyik.

1954 – cü ildə fransız ordusu Dyenbyenfu altında sarsıdıcı məğlubiyyətə uğradıqdan sonra Jeneva razılaşmaları imzalanmışdı ki, ona əsasən, ölkə iki zonaya bölünmüşdü və 18 ay ərzində seçkilərin keçirilməsi nəzərdə tutulurdu – və bu seçkilər Vyetnamı kimin idarə edəcəyini və ölkənin necə birləşəcəyini müəyyən etməli idi. ABŞ bu razılaşmaları imzalamadı, onlar məqsədi fransız marionetkası – imperator Bao Dayı – öz adamları ilə əvəz etmək olan manevrlərə başladılar. Bu insan Nqo Din Dyem oldu ki, onun faciəvi sonu – imperializm onu limon kimi sıxdı – hamıya məlumdur [3].

Jeneva razılaşmalarının imzalanmasından sonrakı ilk aylar xalq düşərgəsində optimizmin hakim olduğu aylar idi. Ölkənin cənubunda fransızlarla müharibə zamanı yaradılmış müqavimət bazaları ləğv edilirdi; hamı əmin idi ki, razılaşmalar yerinə yetiriləcək. Amma tezliklə aydın oldu ki, ABŞ hamıya öz iradəsini yeridəcəyindən əmin olmadığı müddətdə seçkilər olmayacaq – onlar isə bütün saxtakarlıq vasitələrindən istifadə etsələr də, buna heç cür nail ola bilməzdilər.

O zamandan sonra Vyetnamın Cənubunda bərpa edilmiş mübarizə getdikcə amansızlaşırdı – və indiki zamana qədər amerikan ekspedisiya korpusu orada yarım milyon insana çatıb, özü də öz döyüş qabiliyyətini itirmiş marionetka ordunun sayı müntəzəm olaraq ixtisar edilir.

Şimali amerikalılar son iki il ərzində sistemli şəkildə Vyetnam Demokratik Respublikası ərazisini bombalanmalara məruz qoyur, beləliklə Cənubda vuruşan qüvvələrin döyüş qabiliyyətini azaltmağa və onları danışıqlara getməyə razı salmağa çalışırlar ki, bu danışıqlarda ABŞ güc mövqeyindən çıxış etməyə niyyətlidir. Prinsipcə, ilk zamanlarda VDR  bombalanması yalnız bəzən – Şimal provokasiyalarına qarşılıq vermək bəhanəsi ilə  yerinə yetirilirdi. Amma sonra metodlar dəyişdi, bombalanmaların intensivliyi artdı – və indi onlar nəhəng davaya çevrilib ki, ABŞ HHQ bu əməliyyatları Vyetnamın şimal hissəsində hər hansı sivilizasiya əlamətini məhv etmək üçün yerinə yetirir: bombalanmalar kədərli şəkildə məlum olan eskalasiya siyasətinin bir hissəsinə çevrilib.

Yankilər, vyetnam PSD (partizan silahlı dəstələri) qüvvələrinin cəsarətli müqavimətinə, 1700 – dən çox amerikan təyyarəsinin məhv edilməsinə və sosialist düşərgə tərəfindən hərbi sursatlarla yardımına baxmayaraq, əhəmiyyətli dərəcədə öz planlarını həyata keçirməyə nail oldular.

Acı həqiqət belədir ki, Vyetnam, bütün dünya məzlumlarının ümid və gözləntilərinin simvoluna çevrilmiş bu ölkə faciəvi şəkildə tənhadır. Vyetnam xalqı amerikan hərbi maşınının zərbələrinə tab gətirir – praktiki olaraq aşkar şəkildə Cənubda, Şimalda özünü müdafiənin minimal imkanları ilə – və bu zaman təklikdə mübarizə aparır.

Dünya mütərəqqi qüvvələrinin Vyetnam xalqı ilə həmrəyliyi – bu barədə acı kinayə ilə danışmaq lazım gəlir – sirk arenalarında vuruşan qladiatorların roma plebsləri ilə tərəfindən gurultulu təqdirinə bənzəyir. Aqressiya qurbanlarına uğur diləmək lazıım deyil, onların taleyini paylaşmaq, onlarla birlikdə ölümə və ya qələbəyə getmək lazımdır.

Vyetnamın tənhalığı səbəblərini təhlil etdikdə, bizi kəskin ağrı bürüyür: insanlığın baş verənlərə münasibəti necə də məntiqsiz görünür.

ABŞ imperializmi aqressiyanın yaradılmasında günahkardır, onun cinayətləri çox böyükdür və dünyaya çox gözəl məlumdur. Onlar bizə də məlumdurlar, cənablar! Amma məsuliyyət həm də həlledici anda tərəddüdə yol verən və Vyetnamı sosializmin toxunulmaz ərazisi elan etməyənlərdədir. Təbii ki, bu cür taktika öz ardınca dünya miqyaslı müharibənin yaranması riskini gətirirdi, amma amerikan imperializmi də bu risklə hesablaşmalı idi. Həmçinin iki ən iri sosialist düşərgə derjavaları arasında çoxdan bəri uzanan “soyuq müharibəni” aparmaqda davam edənlər günahkardırlar, o müharibəni ki, orada hər iki tərəf bir – birlərinə etinasızlıq edirlər və açıq şəkildə bir  – birlərini söyürlər[4].

Biz sual veririk, birbaşa cavab tələb edirik: Vyetnam iki mübarizə aparan güclü derjavalar arasında təhlükəli balanslaşmada tənhadırmı?

Amma bu xalq necə də böyükdür! Onlar necə də dayanıqlı və cəsarətlidirlər! Onların mübarizəsi bütün dünya üçün nümunədir!

Az vaxt keçməyəcək ki, məlum olacaq, həqiqətən də prezident Conson sadə xalqın həyatını yüngülləşdirəcək, müntəzəm olaraq öz partlama təhlükəsini göstərən sinfi ziddiyyətlərin kəskinliyini azaltmaq üçün reformlar aparmağa hazırlaşırdımı. Amma artıq indi aydındır ki, təntənə ilə “böyük cəmiyyət uğrunda mübarizə” [5] adlandırılan bu reformlar Vyetnam bataqlığında batdılar.

Mövcud olan imperialist derjavalardan ən  nəhəngi aşkar etdi ki, kasıb və geridə qalmış ölkəyə qarşı müharibə onu gücdən salır, hərbi xərclər onun möcüzə iqtisadiyyatını dağıdır. Qətl inhisarlar üçün ən sərfəli biznes olmaqdan çıxır. Bütün dünyanı təəccübləndirən vyetnamlı döyüşçülərin sahib olduğu hər şey – müdafiə silahıdır (o da kifayət qədər deyil), həmçinin vətənə məhəbbət və müstəsna cəsarətdir. İmperializm Vyetnamda ilişib qalıb, yaranmış vəziyyətdən çıxış yolu tapa bilmir və ümidsizcə üzünü itirmədən bu ardıcıl təhlükəli vəziyyətdən çıxmağa kömək edəcək kimsəni axtarır. Amma Şimal tərəfindən təklif edilən “dörd bənd” və Cənub tərəfindən təklif edilən “beş bənd” [6] sanki közərmiş gənələr kimi onu yandırır və qarşıdurma getdikcə dərinləşir.

Baş verənlər göstərir ki, yalnız qlobal konfrontasiya iki düşərgə arasında birbaşa hərbi toqquşma səviyyəsinə çatmadığı üçün sülh adlanan bu kövrək vəziyyət bu gün şimali amerikalıların, digər tərəf üçün bərpa edilməz və qəbuledilməz olan əməliyyatları nəticəsində dağıdılma təhlükəsinə məruz qalır.  Və biz, bu dünyanın məzlumları, biz hansı mövqeni tutmalıyıq? Üç qitə xalqları Vyetnamdakı hadisələri izləyir və bu hadisələrdən dərs götürürlər. Əgər imperialistlər bütün bəşəriyyəti müharibə başlatmaq təhlükəsi ilə hədələyirlərsə, bu çağırışa düzgün cavab müharibədən qorxmamaq olacaq. Xalqların ümumi taktikası konfrontasiyanın müşahidə edildiyi hər yerdə imperialistlərə müntəzəm və həlledici hücumlar olmalıdır.

Miskin, güclə davam gətirilən “sülh”ün pozulmadığı yerlərdə biz hansı vəzifələri həll etməliyik? Nəyin bahasına olursa olsun, azad olmaq.

Bu gün dünyanın mənzərəsi çox rəngarəngliyi ilə fərqlənir. Azad edilmə kimi vəzifə hətta kapitalizmin ziddiyyətlərini hiss edəcək qədər inkişaf etmiş, amma aşkar imperialist siyasət aparmaq və ya bu yola çıxmaq üçün çox zəif olan köhnə Avropa ölkələri qarşısında da dayanır. Yaxın illərdə bu ölkələrdəki ziddiyyətlər partlayıcı səviyyəyə qədər kəskinləşəcəklər [7], amma bu ölkələrin xalqları qarşısında qalxan problemlər (nəticədə isə, bu problemlərin həlləri) bizim xalqların – iqtisadi cəhətdən geridə qalmış və asılı xalqların problemlərindən fərqlənirlər.

Əsas imperialist istismarı ərazisi üç iqtisadi cəhətdən geridə qalmış qitədir – Asiya, Afrika və Latın Amerikası. Bu qitələrdəki ölkələrdən hər birinin öz xüsusiyyətləri var, qitələrin özünəməxsusluqları ilə fərqləndiyi kimi.

Latın Amerikası az ya da çox bircinslidir və demək olar ki, onun bütün ərazisində mütləq üstünlük şimali amerikan inhisarçı kapitalına məxsusdur. Marionetka və ya (ən yaxşı halda) zəif və qorxaq yerli hakimiyyətlər öz şimali amerikan sahiblərinin sözlərindən çıxmaq gücündə deyillər. ABŞ qitədə demək olar ki, maksimal siyasi və iqtisadi hökmranlığa nail olmuşdur; artıq mövcud olandan əlavə, onlar çox az şey əldə edə bilərlər – və buna görə də vəziyyətin istənilən cür dəyişməsi üsünlüklərin itirilməsi təhlükəsini yaradır. Buna görə də ABŞ siyasəti artıq fəth edilənlərin saxlanmasına yönəlib. Bu gün qitədə ABŞ əməliyyatlarının əsas xətti – istənilən növ azadlıq hərəkatlarının məhv edilməsi üçün qaba gücün istifadəsidir. “Yeni bir Kubaya yol verməmək” şüarı, yankilərin Dominikan Respublikasına qarşı cinayəti kimi [8], daha əvvəl isə – Panamada kütləvi qətl [9] kimi, həmçinin açıq təhlükə kimi həyasız aqressiv hərəkətləri üçün pərdə kimi çıxış edir: yankilər öz ordularını cari nizamın sarsıdıldığı və şimali amerikan maraqların təhlükə altına alındığı istənilən yerdə tətbiq etməyə hazırdırlar. Bu siyasət mahiyyətcə tam cəzalandırılmama şəraitində aparılır: özünü tamamilə diskreditasiya etmiş ADT [10] yankilər tərəfindən rahat örtük kimi istifadə edilir; BMT – nin acizliyi tragikomik cizgilər alıb; bütün Latın Amerikası ölkələri öz xalqları ilə mübarizəyə hazırdırlar. De – fakto cinayət və satqınlıqlar internasionalı yaradılıb.

Eyni zamanda yerli latın amerikalı burjuaziya tam şəkildə imperializmə müqavimət göstərmək bacarığını itirib (əgər onun ümumiyyətlə belə bacarığı var idisə) və onun itaətkar əlaltısına çevrilib. Seçim yoxdur: qitədə inqilab ya sosialist inqilabı olacaq, ya da bu, inqilab yox, karikatura olacaq.

Asiya qitəsində isə vəziyyət fərqlidir. Bir – birini vəz edən avropalı müstəmləkəçilərə qarşı azadlıq mübarizəsi nəticəsində qitədə az və ya çox dərəcədə mütərəqqi rejimlər yaranmışdır ki, onlar gələcəkdə müxtəlif istiqamətlərdə hərəkət edirdilər: bəziləri yalnız milli azadlıq vəzifəsi ilə məhdudlaşmış ilkin məqsədlərin dərinləşdirilməsi istiqamətində getdilər, digərləri isə proimperialist mövqelərinə qayıtdılar.

Asiyada, iqtisadiyyat nöqteyi – nəzərindən, Birləşmiş Ştatlar az şeylə risk edirdilər, amma bir şey əldə edə bildilər. Onlar vəziyyətin dəyişməsində maraqlı idilər, onlar köhnə müstəmləkə derjavalarını aradan qaldırmaq və özü üçün yeni iqtisadi regionlara daxil olmaq üçün mübarizə aparırlar – ya birbaşa, ya da yapon kapitalının köməyi ilə.

Amma həm də siyasi şərtlər (ilk növbədə Hindçin yarımadasında) vardır ki, onlar müəyyənedici şəkildə Asiyada siyasi vəziyyətin xarakteristikasına təsir edirlər və üstün dərəcədə ABŞ imperializminin qlobal hərbi strategiyasını formalaşdırırlar. Bu imperializm Cənubi Koreyaya, Yaponiyaya, Tayvana, Cənubi Vyetnama və Tailanda arxalanaraq Çini əhatəyə almaq istəyir.

Bu ikili vəzifə – Birləşmiş Ştatların əsas strateji marağı (Çin Xalq Respublikasının hərbi mühasirəsi) və amerikan kapitalının, hələ hakim mövqeləri tutmadığı iri asiya bazarlarına daxil olmaq səyləri – Vyetnam ərazisindən kənarda sabitlik görüntüsünə baxmayaraq, Asiyanı müasir dünyada ən partlayış təhlükəsi olan yerlərdən birinə çevirir.

Yaxın Şərq coğrafi olaraq Asiya qitəsinə yaxın yerləşsə də, elə ifadəli xüsusiliyə malikdir ki, münaqişə elə kəskin şəkil alıb ki, bu gün imperialistlərin dəstəklədiyi İsrail və bu regionun mütərəqqi qüvvələri arasındakı “soyuq müharibənin” necə qurtaracağını bilmək mümkün deyil. Bütün dünyanı partlayışla hədələyən daha bir vulkan.

Afrika isə, demək olar ki, yeni müstəmləkəçi müdaxilə üçün toxunulmamış meydandır. Biz burada müstəmləkəçi derjavaları öz əvvəlki mütləq haqlarından imtina etməyə məcbur etmiş dəyişikliklər müşahidə edirik. Amma bu dəyişikliklərin yavaş və qeyri – zorakı yolla baş verdiyi hallarda müstəmləkəçilik dəyişməz olaraq yeni müstəmləkəçiliyə çevrilirdi. İqtisadi hökmranlıq nöqteyi –  nəzərindən, biri digərindən heç nə ilə fərqlənmir. Birləşmiş Ştatların bu qitədə müstəmləkəsi yox idi və indi ABŞ keçmişdə onun bu günkü müttəfiqlərinin qoruq əraziləri sayılan məkanlara daxil olmağa çalışır. Şübhə etmək olmaz ki, amerikan imperializminin strateji planlarında Afrikaya gələcək üçün rezerv saxlanmış ərazi rolunu ayrılıb: şimali amerikan kapitalının əhəmiyyətli dərəcədə sərmayələri yalnız Cənubi Afrika İttifaqında müşahidə edilir, ABŞ kapitalının Konqoya, Nigeriya və digər imperialist derjavalarla sərt rəqabət mübarizəsinin (hələ ki, dinc) olduğu bəzi digər ölkələrə daxil olması hələ indi başlayır.

Bu regionda yankilər hələ çox əhəmiyyətli maraqlara malik deyillər ki, onları, amerikan inhisarlarının iri mənfəətlər əldə etməyi düşündükləri və ya faydalı qazıntıların zəngin yataqlarının tapıldığı Dünyanın istənilən nöqtəsində uydurulmuş aqressiya “hüququ”  ilə pərdələyərək qorumalı olsunlar.

Yuxarıda bütün deyilənlər xalqların azadlıq mübarizələrinin qısa və ordamüddətli perspektivləri məsələsinin qoyuluşunu aktual edir.

Əgər biz Afrikadakı vəziyyəti təhlil etməyə başlasaq, görərik ki, fəal mübarizə bu gün portuqal müstəmləkələrində – Qvineyada, Mozambikdə və Anqolada gedir, özü də Qvineyada hadisələr ilhamlandırıcı şəkildə, digər iki ölkədə isə – dəyişkən uğurla gedir. Konqoda da mübarizə – Lumumbanın ardıcılları və Çombenin sabiq ortaqları arasında davam edir, özü də göründüyü kimi, tərəzinin gözü sonuncuların tərəfinə, özləri haqqında, ölkənin “sakitləşdirilməsinə”ya nail olduqlarını deyənlərin tərəfinə əyilir (halbuki gizli şəkildə partizan müharibəsi hələ də davam edir).

Rodeziyada vəziyyət tamamilə başqa cür görünür: britaniya imperializmi bütün imkanlarından istifadə etmişdir ki, bu ölkədə hakimiyyəti ağdərili azlığa versin, hansı ki, indiki zamanda da hakimiyyəti əlində saxlayır. Böyük Britaniyanın nöqteyi – nəzərindən, münaqişə tamamilə qeyri – legitim xarakter daşıyır, həm də özünəməxsus çevikliyi – daha doğrusu, hər şeyi öz adı ilə çağıraq, riyakarlığı – olan bu derjava formal şəkildə Yan Smit [11] hakimiyyətinin hərəkətlərinə qarşı hiddət nümayiş etdirir. İngiltərənin bu cür riyakar mövqeyi elə Britaniya İttifaqı ölkələrində dəstək tapır ki, onlar həmişə London siyasətinin təsiri altındadırlar, amma Qara Afrika ölkələrinin əhəmiyyətli hissəsi – onların britaniya imperializminin vassalları olub – olmamasından asılı olmayaraq,  bu mövqeni inkar edir.

Rodeziyada vəziyyət, indi qaradərili çoxluğu mobilizasiya edən xalq patriotik qüvvələri silahlı mübarizəyə hazırlığa başlayarsa, qonşu dövlətlər isə onlara kömək göstərərlərsə, partlaya bilər. Hələlik isə Rodeziyanın bütün problemlərini BMT, Britaniya İttifaqı və ya ABT [12] kimi aciz təşkilatlar çərçivəsində həll etmək cəhdi göstərilir.

Heç nəyə baxmayaraq, Afrikanın ictimai – siyasi inkişafı bizə kontinental inqilabi vəziyyətin yaxınlaşması nəticəsinə gəlməyə imkan vermir. Portuqal müstəmləkəçilərinə qarşı azadlıq müharibəsi şübhəsiz qələbə ilə başa çatacaq, amma Portuqaliya özü dünya imperialist iyerarxiyasında heç bir yer tutmur. İnqilab nöqteyi – nəzərindən, məhz elə toqquşmalar vacibdir ki, onlar bütün imperializm sistemini zərbə altında qoyurlar, halbuki, bunun dərk edlməsi, əlbəttə ki, bizi, üç portuqal müstəmləkəsinin azadlğı uğrunda mübarizəni və orada baş verən inqilabların dərinləşməsini dayandırmağa məcbur etməyəcək.

Yalnız Cənubi Afrika və Rodeziyanın qaradərili əhalisi əsl inqilabi mübarizəyə başladığı zaman Afrikada yeni dövr başlanacaq. Ya da qitənin hər hansı bir ölkəsində məzlum kütlələrin hakim oliqarxiyaya qarşı mübarizəsinin başlanması bu dövrə start verə bilər.

 Hələ ki, qitədə – bir – birinin ardınca – yalnız hərbi çevrilişlər baş verir ki, onların gedişində bir qrup zabitlər digərini və ya hökuməti yerli kastaların və onları riyakarcasına manipulyasiya edən imperialist derjavaların maraqlarına cavab verməyən mülki rəhbərləri devirirlər. Xalq hərəkatı, demək olar ki, yoxdur. Konqoda Lumumbanın xatirəsi ilə ilhamlanmış belə hərəkat qısa zaman üçün yarandı, amma son aylarda o da öz qüvvəsini itirdi.

Asiyada isə, gördüyümüz kimi, vəziyyət partlayıcıdır – və yalnız mübarizənin açıq qarşıdurmaya çatdığı Vyetnam və Laosda yox. Gəlin, amerikanların istənilən anda aqressiya başlada biləcəyi Kambocanı, Tailandı və Malayziyanı və əlbəttə ki, son sözün hələ deyilmədiyi, amma artıq hakmiyyəti mürtəceçilərin ələ keçirdiyi və Kommunist partiyasının məhv edildiyi İndoneziyanı unutmayaq [13]. Və, təbii ki, hələ Yaxın Şərq də var.

Latın Amerikasında silahlı mübarizə bu gün Qvatemalada, Kolumbiyada, Venesuelada və Boliviyada gedir; bu mübarizənin ilk cücərtiləri Braziliyada da ortaya çıxıb. Digər müqavimət ocaqları da alışır və sönür. Praktiki olaraq qitənin bütün ölkələrində belə mübarizə üçün şərait yetişmişdir ki, onun qələbəsi nəticəsində ən azından sosialist istiqamətli hökumətlər yaranmalıdır.

Qitədə demək olar ki, eyni dildə danışılır, yalnız Braziliya istisna təşkil edir, ama braziliyalılarla da ispandillilər dillərinin qohumluğu əsasında asanlıqla danışa bilərlər. Latın Amerikası ölkələrində sinfi vəziyyət o dərəcədə eynidir ki, siniflərin digər ölkələrdəki eyni siniflərlə özünü müəyyənetmə dərəcəsi elə yüksəkdir ki, biz “latın amerikan internasionalı”ndan danışa bilərik. Onları dil, ənənələr, ümumi sahiblər birləşdirir. İstismarın dərəcəsi və forması, həmçinin onların – həm istismarçılar, həm də istismar edilənlər üçün – nəticələri Latın Amerikası ölkələrinin böyük hissəsi üçün praktiki olaraq eynitiplidir. Qitədə sürətlə qiyam üçün şərait yetişir.

Bizim sual verməyə haqqımız var: bu qiyamın meyvələri nə olacaq? Nə tipli olacaq? Biz artıq çoxdandır iddia edirik ki, qitənin müxtəlif ölkələrinin xarakteristikalarının həddən artıq yaxınlığı səbəbindən, Latın Amerikasında mübarizə tez və ya gec qaçılmaz olaraq kontinental şəkil alacaq.  Latın Amerikası bəşəriyyətin azad edilməsi uğrunda böyük döyüşlərin meydanına çevriləcək.

Kontinental miqyasda döyüş nöqteyi – nəzərindən, indi mübarizənin fəal şəkildə aparıldığı ölkələrdəki mübarizə – xüsusi epizodlardan başqa bir şey deyil, amma bu mübarizə artıq öz şəhidlərini vermişdir ki, onların adı bəşəriyyətin tam azad edilməsi uğrunda mübarizənin ilkin mərhələsində öz həyatlarını qurban vermiş qəhrəmanlar kimi Latın Amerikası tarixi kitablarına daxil ediləcək. Tarixdə Qvatemala, Kolumbiya, Venesuela və Peruda inqilabi hərəkatlarda əhəmiyyətli rol oynamış komandante Tursios Limanın [14], rahib Kamillo Torresin [15], komandante Fabrisio Oxedanın [16], komandante Lobatonun [17] və komandante Luis de la Puento Usedanın [18] adları qalacaq.

Amma xalqın fəal qüvvələrinin mobilizasiyası gedişində yeni liderlər meydana çıxır: Sesar Montes [18] və Yon Sosa [20] Qvatemalada mübarizəni inkişaf etdirmişlər, Fabio Vaskes [21] və Marulanda [22] – Kolumbiyada, Duqlas Bravo [23]  və Ameriko Martin [24] – Venesuelada, ölkənin qərbində və El Baçilyerada [25], burada onlardan hər biri cəbhələrə başçılıq edirlər.

Partizan müharibəsinin yeni cücərtiləri bu və digər ölkələrdə üzə çıxırlar, Boliviyada olduğu kimi; bu cücərtilər bu gün inqilabçını izləyən bütün çətinliklərə baxmayaraq, möhkəmlənəcəklər. Bir çoxları öz səhvlərinin qurbanları kimi məhv olacaqlar, digərləri qarşıdakı amansız döyüşlərdə həlak olacaqlar, amma inqilabi müharibə ocağında yeni döyüşçülər və liderlər doğulacaqlar. Xalq özü – müharibə sınaqlarından keçmiş insanları seçərək, öz sərkərdələrini və rəhbərlərini hazırlayacaq. Əlbəttə, bu zaman repressiyaların gerçəkləşdirilməsi üçün yankilər tərəfindən istifadə olunan marionetkaların da sayı artacaq. Bu gün yankilərin, silahlı mübarizənin getdiyi bütün ölkələrdə öz hərbi məsləhətçiləri var – və məsələn, Peruda bu məsləhətçilər tərəfindən və ya onların birbaşa iştirakı ilə təlimləndirilən ordu kifayət qədər uğurlu şəkildə inqilabi mübarizənin boğulması üzrə əməliyyat həyata keçirdi. Amma əgər silahlı mübarizə ocaqları fövri deyil,  mövcud hərbi və siyasi şəraitin əsaslı surətdə nəzərə alınması ilə yaradılsa, bu ocaqlar praktiki olaraq məhvedilməz olacaqlar, bu isə yankiləri hərbir əməliyyatlar ərazisinə yeni və yeni muzdluları göndərməyə məcbur edəcək. Həmin Peruda hələ dünyaya məlum olmasalar da, yeni döyüşçülər dayanıqlılıq və möhkəmlik nümayiş etdirərək, partizan mübarizəsinin yenidən təşkili üzrə işlər aparırlar. Növbəti fikir qaçılmazdır: hökumət orduları üçün kiçik silahlı qrupları əzməyə kifayət edən cari köhnə silahları ən yeni silahlarla əvəz etməli olacaqlar; amerikan məsləhətçilərinin sayını artırmaq lazım gələcək ki, son nəticədə Birləşmiş Ştatlar artıq nizami qoşunlar göndərməli olacaq – və artan sayda; əks halda onlar ölkələrdə hakmiyyət sabitliyini təmin etməyə müvəffəq olmayacaqlar, hansı ölkələrdə ki, milli ordular partizanlarda müharibə gedişatında dağılırlar. Bu – Vyetnam yoludur; məhz bu yolla digər ölkələr də getməlidir. Latın Amerikası da bu yolla gedəcək – bir fərqlə ki, Latın Amerikasında silahlı hərəkatı müəyyən mənada Koordinasiya Xuntaları yaratmalı olacaqlar ki, onların məqsədi – imperializmə repressiyaları gerçəkləşdirməyə mane olmaq və qoyulmuş məqsədlərə çatmaqda bir – birlərinə kömək etmək olacaq.

Azadlıq uğrunda sonuncu siyasi mübarizələrdə unudulmuş Latın Amerikası qarşısında, Üç Qitə Konfransının onun xalqlarının avanqardının sözlərini, Kuba inqilabının sözlərini gətirdiyi qitə qarşısında çox əhəmiyyətli vəzifə durur: planetdə ikinci və ya üçüncü, ya da eyni zamanda ikinci və üçüncü Vyetnamı yaratmaq.

Son nəticədə, biz xatırlamalıyıq ki, kapitalizmin son mərhələsi olan imperializm – dünya sistemidir və onun üzərində qələbə çalmaq üçün dünya miqyaslı konfrontasiya zəruridir. Bizim mübarizənin strateji məqsədi – imperializmin məhvidir. Bizim, geridə qalmış xalqların və istismar olunan ölkələrin iştirakı qaçılmaz olaraq imperializmin təchizat bazalarının dağıdılmasına, bizim istismar edilən ölkələr üzərində nəzarətin  aradan qaldırılmasına çevrilməlidir: bu gün imperializmin öz kapitalını, ucuz xammalını və ucuz mütəxəssislərini əldə etdiyi ölkələrə, ucuz işçi qüvvəsinin olduğu və yeni kapitalların yönəldiyi ölkələrə – bizim total asılılığımızın qorunmasına kömək edəcək silah və digər vasitələr, hakimiyyət alətlərinin göndərildiyi kimi. Bizim qarşımızda dayanan strateji vəzifənin əsas elementi – xalqların həqiqi azad olunmasıdır ki, çox hallarda bu yalnız silahlı mübarizə yolu ilə mümkündür, Latın Amerikasında isə bu mübarizə qaçılmaz olaraq sosialist inqilabına çevriləcək.

Və əgər biz imperializmin məhv edilməsini özümüzə məqsəd qoymuşuqsa, biz dəqiq olaraq bilməliyik ki,  imperializmin rəhbər qüvvəsi Amerika Birləşmiş Ştatlarıdır.

Bu ümumi məqsədin gerçəkləşdirilməsi üçün bir taktiki məsələni də həll etmək lazım gələcək: biz rəqibi onun adət etdiyi şəraitdən çıxarmalı, onu elə yerdə döyüşməyə  vadar etməliyik ki, onun adət etdiyi həyat tərzi real gerçəkliklə toqquşma zamanı dağılır. Və rəqibi lazım olduğundan az qiymətləndirmək olmaz: amerikan əsgəri yüksək döyüş keyfiyyətlərinə malikdir, onun texniki və atəş dayağı elədir ki, kimi istəsən qorxuda bilər. Uğurlu müharibə üçün ona yalnız ideoloji motivasiya çatışmır – yəni onun ən qızğın rəqiblərinin – vyetnamlı partizanların tam şəkildə malik olduğu keyfiyyət. Biz amerikan ordusuna yalnız o halda qalib gələcəyik ki, onların əhvalını poza biləcəyik. Bunun üçün biz ard – arda amerikan əsgərlərinə döyüşdə məğlubiyyət gətirməli və müntəzəm olaraq onları məhrumiyyətlər və təhlükələr atmosferində saxlamalıyıq.

Qələbəyə nail olmaq üçün qısaca təsvir edilmiş bu plan xalqlar tərəfindən böyük qurbanlar tələb edir – və bu qurbanları artıq bu gün, dərhal gətirməli olacaqlar; amma mümkündür ki, bu qurbanlar, xalqların, başqalarının  onların yerinə atəşdən şabalıdları daşıyacağına ümid edərək, mübarizədən yayınmağa qərar verdiyi halda gətirəcəkləri qurbanlardan daha az olacaq.

Aydındır ki, azadlıq uğrunda mübarizə yoluna ən sonda çıxmış ölkə silahlı mübarizədən yayınma şansına malikdir, onun xalqı isə imperializmlə uzun və amansız müharibənin səbəb olacağı əzablardan qurtulmuş olacaq. Amma belə bir ehtimal da vardır ki, döyüşün ümumdünya xarakteri səbəbindən bu ölkə nə silahlı mübarizədən, nə də onun nəticələrindən qurtulmağa müvəffəq olmayacaq, xalqın əzabları isə, digər ölkələrdə olduğu qədər ya da ondan da çox olacaq. Biz gələcəyi əvvəlcədən deyə bilmərik, amma yenə də opportunizmə qapılmaq və qızğın şəkildə azadlığı arzulayan, amma eyni zamanda da onun uğrunda vuruşmaq istəməyən və yoxsulun sədəqə gözlədiyi kimi, onu gözləyən xalqın bayraqdarları kimi çıxış edə bilmərik.

Lazımsız qurbanlardan qaçmaq səyi tamamilə ədalətlidir. Buna görə də bizim asılı Latın Amerikası üçün sülh yolu ilə azadlığa nail olmaq imkanının nə qədər real olmasını başa düşmək vacibdir. Biz düşünürük ki, bu sualın cavabı artıq bəllidir: biz mübarizənin başlanması üçün yer və zaman seçimində səhv edə bilərik, amma artıq mübarizə aparmadan azadlığa nail olmaq imkanına dair illüziyalar qurmaq olmaz. Bizim belə illüziyalar qurmağa haqqımız yoxdur. Bu mübarizə daşların gözyaşardıcı qaza qarşı olduğu küçə döyüşləri və ümumi dinc tətillər və iki – üç günə rəhbər oliqarxiyanın repressiv strukturunu dağıtmağa qadir qəzəblənmiş xalqın kortəbii çıxışları olmayacaq; xeyr, mübarizə uzunmüddətli, amansız olacaq, onun ön xətləri partizanların sığınacaqlarından, ailə üzvlərinin repressiyanın asan qurbanına çevriləcəyi döyüşçülərin evlərindən, tamamilə məhv ediləcək kəndli qəsəbələrindən, düşmən bombaları tərəfindən dağıdılmış şəhər və kəndlərdən keçəcək.

Bizi belə mübarizəyə vadar edirlər – bizim bu mübarizəyə başlamağa qərar verməkdən başqa yolumuz yoxdur.

Bu mübarizənin başlanğıcı asan olmayacaq, əksinə, çox çətin olacaq. Oliqarxiya öz müdafiəsi üçün repressiv maşının bütün imkanlarını, qəddarlığını və öz demaqoqiyasını mobilizasiya edəcək. İlkin zamanlarda bizim vəzifəmiz sağ qalmaq olacaq, amma sonra mübarizə aparan partizan dəstəsi və onlar tərəfindən aparılan silahlı təbliğat kimi amillər işləməyə başlayacaq. Bu təbliğatı Vyetnamdakı kimi qəbul etmək lazımdır:  bu, atəşlər və düşmənlə mübarizə vasitəsilə, nəticəsi qələbə olan və ya olmayan, amma müntəzəm olaraq aparılan təbliğatdır.

İstismar olunan kütlələrin maarifləndirilməsində əsas məqam onlarda gerillaların məğlubedilməzliği əminliyinin aşılanmasıdır. Beləcə milli ruh doğulur, daha mürəkkəb məsələlərin həlli üçün, daha amansız repressiyalara qarşı güc yaranır.

Nifrət – mübarizənin vacib amilidir: düşmənlərə qarşı barışmaz nifrət insana xüsusi güc verir, onu effektiv, qızğın, dəqiq hərəkət edən seçilmiş məhv etmə maşınına çevirir. Bizim əsgərlərimiz belə olmalıdır; nifrət etməyə qadir olmayan xalq heç vaxt qəddar düşmən üzərində qələbə çalmayacaq.

Müharibəni düşmənin olduğu hər yerdə aparmaq lazımdır: həm onun yaşadığı, həm də onun istirahət etdiyi yerdə; müharibəni total etmək lazımdır. Düşmənə nə kazarmada, nə də ondan kənarda bir dəqiqə də boş vaxt vermək lazım deyil; ola biləcəyi hər yerdə ona hücum etmək lazımdır; düşmən hər yerdə özünü təqib olunan heyvan kimi hiss etməlidir. Yalnız bu cür biz onların ruh yüksəkliyinin aşağı düşməsinə nail ola bilərik.

Bəli, düşmən əvvəlkindən daha çox qəddarlıq edəcək – amma məhz bu onun ruh yüksəkliyinin düşməsinin xarici əlaməti olacaq.

Və o zaman həqiqi proletar internasionalizmi özünü göstərməli olacaq, döyüş bayrağı bütün bəşəriyyətin azad edilməsinin müqəddəs amalı olan beynəlmiləl proletar ordular yaradılmalı olacaq ki, bu zaman Vyetnam, Venesuela, Qvatemala, Laos, Qvineya, Kolumbiya, Boliviya, Braziliyanın – yalnız o ölkələr sadalanıb ki, bu gün orada silahlı mübarizə gedir – azad edilməsi uğrunda ölüm latın amerikalı, asiyalı, afrikalı hə hatta avropalı üçün şanlı və əziz olacaq.

Doğulduğun ölkə üçün deyil, qərib ölkənin azad edilməsi üçün tökülən hər damla qan – dəyərsiz təcrübədir; sağ qalanlar onu mənimsəyəcəklər və onu öz ölkələrinin azad edilməsi üçün istifadə edəcəklər. Beləliklə, istənilən xalqın azad edilməsi öz xalqının azadlığı uğrunda döyüşdə uğurlu döyüş kimi nəzərdən keçiriləcək.

Fikir ayrılıqlarımızı unutmağın və gücümüzü ümumi mübarizəyə verməli olduğumuz vaxt gəlib çatmışdır.

Azadlıq döyüşçüləri arasında bu gün ciddi ziddiyyətlər vardır, bu ümumiyyətlə məlumdur və sirr deyil [26]. Bu ziddiyyətlər elə bir xarakter və kəskinlik almışlar ki, hər bir dialoq və ya, əgər indi mümkündürsə, yüksək barışıqlıq həddən artıq dərəcədə mürəkkəbdir. Amma düşmən hər yerdə bizə zərbə vurur – və bu zərbələr bizi indi yox, sabah birləşdirməlidir. Və bunun zəruriliyini digərlərindən əvvəl dərk edən və bu zəruri ittifaqa hazırlaşmağa başlayan insan xalqların minnətdarlığına layiq olacaq.

Əgər qarşılıqlı mübarizə aparan nəzər nöqtələrinin əsaslandırıldığı aqressivlik və barışmazlıq dərəcəsini nəzərə alsaq, biz, məzlumlar, fikir ayrılıqlarının bu şəkildə ifadə edilməsi ilə razılaşa bilmərik – hətta biz müəyyən hallarda tərəflərdən birinin məsələnin qoyuluşu ilə razılaşsaq da və ya tərəflərdən birinin tezisləri bizə digərinin tezislərindən daha yaxın gəlirsə. Ümumi düşmənə qarşı kəskin mübarizə şəraitində indiki fikir ayrılıqlarının açıq şəkildə ifadə edildiyi şəkil bizim hamımızı zəiflədir; amma bu fikir ayrılıqlarının səviyyəsini nəzərə alaraq, onların onların korrekt tənzimlənməsi ümidləri illüzordur. Tarix ya bu fikir ayrılıqlarını aradan qaldıracaq, ya da onlara həqiqi aydınlıq gətirəcək.

Bizim döyüşən dünyamızda qoyulmuş məqsədlərə çatmaq taktikası və metodlarına dair istənilən fikir ayrılıqları, özgə fikirlərin ümid edə biləcəyi bütün hörmətlə təhlilə məruz qalmalıdırlar. Amma əsas strateji məqsədə – imperializmlə mübarizə nəticəsində onun tamamilə məhv edilməsində – aid məqamda biz əyilməzlik nümayiş etdirməliyik.

Qələbəyə çatmaq planımızı ümumiləşdirək: imperializmi onun əsasının – imperialist dövlət Amerika Birləşmiş Ştatlarının məhv edilməsi vasitəsilə məhv etmək lazımdır. Bunun taktiki yolu bizim xalqların ard – arda və ya bütöv qruplarla, eyni zamanda düşmənin onun üçün sərfəli olmayan, onu əsas təchizat bazalarından – asılı ölkələrdən məhrum etmək üçün ərazisindən kənarda mübarizəyə məcbur edilməsi ilə azad edilməsidir.

Bu, uzunmüddətli müharibəni nəzərdə tutur. Bunu bizə öz müstəsna qəhrəmanlıq nümunəsi ilə, gündəlik faciəvi mübarizə və son qələbəyə çatmaq üçün ölüm dərsləri ilə Vyetnam göstərir.

Orada imperializm əsgərləri – bayağı şimali amerikan həyat tərzinə vərdiş edərək özləri üçün sərfəli olmayan vəziyyətdə qaldılar. Onlar indi düşmən ölkədə mövcud olmalıdırlar; onlar, hər addımlarının – düşmən torpağında addım olduğunu hiss edərək qeyri – əminlik hiss edirlər; ölüm, öz istehkamlarını tərk edənləri gözləyir, hər yerdə və müntəzəm olaraq onlar düşmən əhali ilə qarşılaşırlar. Bu, Birləşmiş Ştatların daxilində cavaba səbəb olmuşdur: imperializm gücünü zəiflədən yeni amil – şimali amerika ərazisində sinfi mübarizə yaranmışdır.

Əgər dünyada iki, üç, çoxlu Vyetnamlar yaransaydı, gələcək necə də yaxın və parlaq olardı – qoy ölüm kvotaları və hədsiz faciələri ilə, amma gündəlik qəhrəmanlığı, imperializmə fasiləsiz zərbələri ilə: onu öz qüvvələrini parçalamağa vadar edən və bütün dünya xalqlarının nifrətindən gizlənməyə mane olan zərbələrlə!

Əgər biz zərbələrimizin daha güclü və dəqiq olması üçün, döyüşən xalqalara istənilən yardımın çox təsirli olması üçün birləşə bilsəydik – gələcək necə görkəmli, necə yaxın olardı!

Əgər dünya xəritəsindəki kiçicik nöqtələrdə öz borcunu yerinə yetirən və mübarizəsinə verə biləcəyi hər şeyi – həyatlarını verən, özünü qurban gətirən bizlər – yaxın zamanda bizim qanımızla suvarılmış və buna görə də bizim olan torpaqda can verəcəyiksə, bilin: biz öz hərəkətlərimizin miqyasını dərk edirik və özümüzü böyük proletariat ordusunun yalnız kiçik bir hissəsi kimi görürük – və bu zaman Kuba inqilabının və onun liderinin verdikləri, onların planetin bu hissəsində tutduqları vəziyyətdən doğan əsas dərsini mənimsədiyimiz üçün qürur duyuruq: “Ortada bəşəriyyətin taleyi dayanırsa, bir insanı və bir xalqı təhdid edən təhlükə nə deməkdir ki?”

Bizim hərəkətlərimiz – döyüş antiimperialist kliçi və  dünya xalqlarının bəşər nəslinin əsas düşməninə – Amerika Birləşmiş Ştatlarına qarşı birləşməsinə çağırışdır. Ölüm bizi harada tutsa da –əgər bizim döyüş kliçimiz həssas ruha çatacaq və yeni əllər silaha sarılacaqsa və pulemyotlar və yeni döyüş kliçləri və qələbə səsləri altında yeni döyüşçülər bizə qəbirüstü mahnılar oxumağa hazır olacaqlarsa – biz onu salamlayırıq.

Tricontinental. Suplemento especial, 16 de abril de 1967. Granma. 17 de abril de 1967.

Ernesto Çe Gevara. Məqalələr. Çıxışlar. Məktublar. M.: Mədəni İnqilab 2006, səh 514 – 530. dərc edilmişdir.

Qeydlər: 

1. Üç qitə konfransı (“Trikontinental”) Havanada 1968 – ci ilin yazında keçirilmişdir, orada Asiya, Afrika və Latın Amerikası xalqlarının həmrəyliyi Təşkilatı (AALAXHT) yaradılmışdır. 1964 – 1965 – ci illər ərzində E.Çe Gevara Konfransın hazırlanmasında və AALAXHT yaradılmasında fəal iştirak etmişdir.

 2. Karib raket böhranı nəzərdə tutulur.

3. Nqo Din Dyem (Nqo Din Zyem) 1 noyabr 1963 – cü ildə ABŞ CIA (Mərkəzi Tədqiqat İdarəsi) tərəfindən təşkil olunmuş hərbi çevrilişdə vəfat etmişdir.

4. KPSS (Sovet İttifaqı Kommunist Partiyası) və Çin Kommunist Partiyası arasındakı qarşıdurma nəzərdə tutulur ki, bu dünya kommunist hərəkatında parçalanmaya səbəb olmuşdur.

5. Conson administrasiyasının sosial reformlar proqramı təntənəli şəkildə ABŞ – nın “Böyük cəmiyyət”ə çevrilməsi proqramı adlandırılmışdır.

6. “Vyetnam probleminin dinc yolla tənzimlənməsinin beş bəndi” Cənubi Vyetnamın Milli Azadlıq Cəbhəsi tərəfindən 22 mart 1965 – ci ildə təklif edilmişdir və 1965 – ci ildə Vyetnam Demokratik Respublikasının milli toplantısı tərəfindən dəstəklənmişdir (“4 bənd”). Onlar nəzərdə tuturdular: vyetnam xalqının azadlıq hüququnun tanınması, birlik və ərazi bütövlüyü; Vyetnamda ABŞ aqressiyasına son qoyulması; Cənubi Vyetnamdan ABŞ onun müttəfiqlərinin ordularının çıxarılması; Vyetnam xalqına öz taleyini, birləşmə məsələsi daxil olmaqla, müstəqil şəkildə həll etmək imkanının verilməsi.

7. 1968 – ci il böhranından iki əvvəl deyilmişdir.

8. ABŞ – ın 1965 – 1966 – cı illərdə Dominikan Respublikasına, qanuni yolla seçilmiş, nəticədə hərbi çevrilişlə devrilmiş prezident Xuan Boşu hakimiyyətə buraxmamaq üçün hərbi müdaxiləsi.

9. Panamada 1964 – cü ildə amerikan dəniz kəşfiyyatı tərəfindən, Panama kanalı ərazisinin qaytarılmasını tələb edən tələbə və gənclərin nümayişinin güllələnməsi.

10. O zamanlar Vaşinqtonun təsiri altında olan Amerikan Dövlətləri Təşkilatı.

11. Əvvəlcə cənubi Rodeziyada rasist rejimin (britaniya müstəmləkəsi), sonralar isə (1965 – ci ildən etibarən) Rodeziyanın (tanınmamış rasist dövlət) lideri.

12. Afrika birliyi təşkilatı (2001 – ci ildən sonra – Afrika İttifaqı).

13. 1966 – cı ildə partizan mübarizəsi müxtəlif intensivlik dərəcəsində bütün sadalanmış ölkələrdə aparılırdı.

14. 13 noyabrda Qvatemala İnqilabı hərəkatının və Üsyançı silahlı qüvvələrinin (FAR)lideri, 2 oktyabr, 1966 – cı ildə həlak olmuşdur.

15. Kolumbiyalı keşiş – partizan, sosioloq, “azadlıq teologiyasının” nəzəriyyəçisi, 15 fevral 1966 – cı ildə döyüşdə həlak olmuşdur.

16. Venesuela Milli Azadlıq Silahlı Qüvvələrinin rəhbərlərindən biri, dövlət agentləri tərəfindən 21 iyun 1966 – cı ildə öldürülmüşdür.

17. Peru Sol inqilabi hərəkatının (MİR) rəhbəri, 7 yanvar 1966 – cı ildə döyüşdə həlak olmuşdur.

18. Peru Sol inqilabi hərəkatının (MİR) rəhbəri, Çenin şəxsi dostu, 23 oktyabr 1966 – cı ildə döyüşdə həlak olmuşdur.

19. 13 noyabr inqilabi hərəkatının və Qvatemala üsyançı inqilabi qüvvələrinin (FAR) banilərindən biri, 80 – ci illərdə Salvadorda vətəndaş müharibəsi zamanı Quasapa partizan cəbhəsinə rəhbərlik edən, indiki zamanda isə – Riqobertul Mençunun yaxın köməkçilərindən olan Xulio Sesar Masias Mayorun ləqəbi.

20. 13 noyabr inqilabi hərəkatının liderlərindən biri, meksikalı sərhədçilər tərəfindən 18 may 1970 – ci ildə öldürülmüşdür.

21. Partizan Milli azadlıq ordusu (MAO) banilərindən biri, 1975 – ci ildə Kubaya emiqrasiya etmişdir.

22. Latın Amerikasının ən iri partizan təşkilatı Kolumbiya inqilabi silahli qüvvələrin – Xalq ordusunun (KİSQ – XO) hazırkı simalarından biri.

23. Milli azadlıq silahlı qüvvələrinin liderlərindən biri, hazırda – “Üçüncü yol hərəkatı” sol təşkilatının lideri.

24. 1971 – ci ildə silahlı mübarizəni dayandırmış Sol inqilabi hərəkatının (MİR) lideri; indiki zamanda – “Demokratik koordinasiya” antiçavist müxalifətin sol liberal koalisiyasının rəhbəri və səlahiyyətli nümayəndəsi.

25. Dağlıq rayon, MİR tərəfindən yaradılmış Esekil Samora adına partizan cəbhəsinin istehkamı.

26. Söhbət dünya kommunist hərəkatı haqqında sovet – çin müzakirəsindən gedir.

(c) SOLFRONT.org

[Məqalə original yazıdan Solfront.org üçün hazılanmışdır] 


Oxşar yazılar:

Baxış sayı:18200

Şərhlər

  1. Turan deyir:

    Ne yaxsi ki siz varsiniz yoxsa bu zombilesdirilmis xalqi gercekerden ki hali edecek