abunə ol: Yazılar | Şərhlər | Еmail

Wikileaks kanalları: BP–nin Azərbaycan qaz platformasında partlayış baş verib

Şərh

Wikileaks kanalları: BP–nin Azərbaycan qaz platformasında partlayış baş verib

Bu barədə saytımızda Məmməd Süleymanovun yazısı olmuşdu. Daha ətraflı məlumat almaq istəyənlər bu xəbərdən oxuya bilərlər.

Səfirliyin məlumat kanalları enerji şirkətinin Deepwater Horizon fəlakətinə bənzər partlayışdan sonra işçiləri evakuasiya etdiklərini açıqlayır

BP Deepwater Horizon qazma platrormunda partlayış zamanı 11 nəfər həlak olmuşdur və bu, ABŞ tarixindəki ən pis neft sızmasına səbəb olmuşdur. Fotoqraf: Gerald Herbert/AP

BP–nin Meksika körfəzi fəlakəti və Azərbaycanda 18 ay əvvəl baş vermiş az işıqlandırılmış qaz sızması arasındakı oxşarlıqlar ABŞ səfirliyi məlumat kanallarından sızma nəticəsində ortaya çıxmışdır.

Məlumatlar aşkar edir ki, BP–in bəzi qaz sahəsindəki partnyorları şirkətin bu hadisə haqqında belə gizli davrandığı üçün məyus olmuşlar ki, hətta guya məlumatları onlardan gizləmişlər. Onlar həmçinin deyirlər ki, BP bəxtəvərdir ki, hadisədən sonra 212 nəfəri evakuasiya edə bilmişdir, hadisə günlük istehsalı 500000 barrel olan iki sahənin bağlamasına və istehsalın aylar ərzində dayanmasına səbəb olmuşdur.

Bu gecə sızmış digər məlumatlarda deyilir ki, Azərbaycan prezidenti BP–ni onun ölkəsindən 10 milyard neft dolları oğurlamaqda və Xəzər dənizi regionunda nəhəng qaz ehtiyatlarını inkişaf etdirmək üçün öz haqqlarını təmin etmək məqsədilə “yüngül şantajdan” istifadə etməkdə ittiham edir.

Azərbaycanda qaz sızması haqqında kanallar ilk dəfə məlumat verir ki, BP–də partlayış 2008–ci il sentabrda, apreldə Körfəzdə əmələ gəlmiş  dağıdıcı fəsadlarla, həmçinin o zaman şirkətin məlumat verdiyi qaz sızması ilə baş vermişdir.

“Qaz buraxılması üzündən platformada “çoxlu palçıq” var idi ki, bunun təhlili BP–yə partlayış və qaz sızmasının səbəbini tapmağa kömək edəcək. Hadisədən bir neçə həftə sonra yazılan məlumatlarda deyilir ki, BP–nin Azərbaycandakı sonrakı direktoru Bill Schrader etiraf etdi ki, şirkətin səbəbi “heç vaxt bilməyəcəyi” mümkün idi, baxmayaraq ki, “o, mümkün fərziyyələri tədqiq etməyə davam edir”.

Digər məlumata əsasən, 2009–cu il yanvarda BP Azərbaycandakı qaz sızmasına “pis sement işi”nin səbəb olduğunu düşünürdü. Daha sonralar, BP–nin sabiq direktoru Tony Hayward həmçinin Meksika körfəzindəki Deepwater Horizon fəlakətində “pis sement işi”nə görə Halliburton podratçı şirkətini günahlandırmışdır. Körfəzdəki partlayış 11 işçinin ölümünə və tarixdə ən böyük gözlənilməyən dəniz altı neft sızmasına gətirib çıxarmışdır.

BP həm də Körfəzdəki sızmanın miqyası ilə bağlı bütün məlumatın dərhal ABŞ hökuməti ilə paylaşmadığı üçün tənqid edilmişdir.  Xəzər dənizindəki qaz bölgəsi partlayış və sızma zamanı istehsalda idi, halbuki Körfəzdə neft axtarışı üçün qazma işləri gedirdi.

BP Guardian tərəfindən Azərbaycandakı qaz sızmasının səbəbi və sement işinin kimin tərəfindən yerinə yetirildiyinə dair qoyduğu suallara məlumat kanalları haqqında əsas bəyanatlara əsaslanaraq cavab verməkdən imtina etdi.

Kanallar aşkar bəyan edir ki, şirkət möcüzə ilə ayaqda qalmışdır.  “Partlayış potensialını nəzərə alsaq, BP hər kəsi təhlükəsiz şəkildə evakuasiya edərək və qaz odlanmasının qarşını alaraq çox uğurlu hərəkət etdi. Schrader deyir ki, hadisə mətbuatın diqqətini cəlb etməsə də, [Azərbaycan hökumətinin] tam diqqətini çəkmişdi, hansı ki, ‘hər gün $40-50 m’ itirirdi.”

Sızma Azərbaycanın Xəzərdəki ən geniş neft istehsal edən Azəri – Çıraq – Günəşli (ACG) ərazisində baş vermişdi ki, burada həmçinin işlənilməmiş nəhəg qaz yataqları yerləşir.  BP konsorsiumda operator və ən böyük səhmdardır ki, konsorsiuma həm də ABŞ şirkətləri Chevron, ExxonMobil və Hess (sabiq Amerada Hess), həmçinin norveç şirkəti Statoil və Azərbaycan dövlət neft şirkəti Socar daxildirlər.

BP hadisə haqqında guya məhdud informasiya verdiyinə görə tənqid olunur.  Hadisədən az müddət sonra digər kanalda qeydlər: “ACG operatoru BP ACG qaz sızması haqqında məlumatın yayılmasında həm ictimaiyyətə, həm də öz ACG partnorlarına qarşı müstəsna dərəcədə ehtiyatlı davranırdı.” Amma BP və digər mənbələrlə danışdıqdan sonra səfirlik növbəti mənzərəni canlandırdı. “Deyilir ki, hadisə Mərkəzi Azəri platformu ətrafında qabarcıqların əmələ gəlməsi zamanı baş verdi ki, onlar ətrafda qaz sızması olduğunu siqnal verirdilər. “Bundan qısa müddət sonra Mərkəzi Azəri üçün qaz doldurması zamanı partlayış baş verdi, bu, ətrafa su, palçıq və qaz atdı”. BP–nin keçən ilki illik hesabatı baş vermiş “altsəthi qaz çıxarılmasının əhatəli xülasəsi”nə və yerinə yetirilmiş təmir–bərpa işlərinə aid idi.

Kanal davam edərək deyir: “Heç olmazsa, BP–nin bəzi ACG partnyorları onun bu dövrdəki fəaliyyəti nəticəsində məyus olmuşlar, belə ki, onlar BP–nin bu hadisə haqqında hətta öz ACG partnyorlarına da informasiya axınını məhdudlaşdırmaöa cəhd etdiyini iddia edirlər.  Səbəbi aşkar etmək üçün çox tez olsa da, əgər faktiki olaraq istehsalın dayanması BP–nin texniki səhvinə görə idisə və aylarda davam edirsə (mümkün olduğu görünür), BP–nin Azərbaycandakı reputasiyası ciddi zərbəyə məruz qalacaq”.

BP Azərbaycanın əsas enerji layihələri üçün cavabdehdir və regionda əhəmiyyətli təsirə malikdir.  2006–ci ilin sonunda müzakirələr gedirdi ki, Türkiyə öz şəbəkəsini BP–nin operatoru olduğu Azərbaycanda BP–nin nəhəng Şahdəniz ərazisindən bütün Qafqaz boyu qaz nəql edən yeni boru kəmərinə birləşdirəcək.  Yeni boru xətti xüsusilə də qaz qiymətlərinin artması fonunda Rusiyanın etibarsız qaz təklifindən regionun asılılığını azaldaraq həlledici rol oynayacaq.

Kanala əsasən, BP–nin vəzifəsini tərk edən Azərbaycandakı direktoru David Woodward 2006–ci ilə noyabrda demişdir ki, BP Türkiyənin öz işini 2007–ci ildən əvvəl qurtarması az inanılandır”.  Amma o, əlavə etdi ki, “istisna deyildi ki”, Botas (Türkiyənin dövlət boru şirkəti) işi “tələsik qurtara” bilər ki, tezliklə qaz alınmasına hazır olsun, baxmayaraq ki, boru xətti beynəlxalq standartlara cavab verməyəcək” kanal məlumat verir.  Sonda, BP Türkiyənin qazı Şahdənizdən 2007–ci iyul ayında qəbul etməyə başladığını bildirir.

Kanallar həmçinin BP–nin  xüsusilə Xəzər dənizində neft və qaz avadanlıqlarının kifayət qədər təhlükəsizliyin olmaması barədəki narahatlığını açıqlayır ki, bunun da onları terrorist hücumlarına qarşı həssas etdiyinə inanır. 2007–ci iyulda bir kanal qeyd edir: “BP Azərbaycan prezidenti Bill Schrader US rəsmilərilə şəxsi söhbət zamanı demişdir ki, Azərbaycanın kritik enerji infrastrukturunda xaos yaratmaq üçün `məhlullu bir adam və ya qayıqda altı nəfər kifayətdir`”.

BP rəsmiləri həmçinin  platform ətrafındakı sularda patrul keşiyi çəkən-əsasən Sovet dövründə 1960 və 1970–ci illərdə tikilən – Hərbi və Sahil mühafizə qayıqlarının çatışmazlığından şikayətlənirlər. Burada həmçinin aydın olmur ki, hansı dövlət orqanı və ya hərbi bölmə cavabdeh idi və 2008–ci il avqustunda kanalın qeyd etdiyi kimi, “ofşor böhranına cavab problemli ola bilər”.  Neft şirkəti deyir ki, BP “hökumət və Azərbaycan xalqının davamlı dəstəyi və xeyirxah münasibəti ilə qarşılaşır”.

Neft şirkəti bəyanatda deyir ki, “BP Azərbaycan hökuməti ilə uğurlu və qarşılıqlı faydalı əməkdaşlığını davam etdirir.  Bu kooperasiya iştirak edən bütün tərəflər və daha əsası isə Azərbaycan xalqı üçün mənfəətlə istehsal edirdi və etməkdə davam edir. Azərbaycan hökuməti bizə Məhsulun Bölünməsi Razılaşmaları (MBR) əsasında özünün böyük neft və qaz layihələrinin inkişafını etibar etmişdir ki, bu razılaşmalar Azərbaycanda qanun rolu oynayır.  MBR–nın bu miqyas və ölçüdəki operatorluğu podratçılar və Dövlət arasında kooperasiya və razılaşma tələb edir. BP Azərbaycanda Hökumətin və Azərbaycan xalqının öz öhdəliklərini yerinə yetirmək üçün davamlı təklifi və xeyirxahlığı ilə qarşılaşır. Bu uğurlu partnyorluğun təmin edilməsinin bir hissəsi kimi biz biznesə dair məsələləri bizim partnyorlar, ARDNŞ (SOCAR) və dövlət daxil olmaqla uyğun tərəflərlə görüşür və müzakirə edirik.  Bu müzakirələr məxfidir və beləliklə biz bu məxfiliyi təmin edirik və detalları şərh etmirik”

 


Oxşar yazılar:

Baxış sayı:11941