abunə ol: Yazılar | Şərhlər | Еmail

Yaylı Portağal (Clockwork orange)

Şərh

                                                  FİLMƏ BAX

Müasir  “gicbəsər” sözcüyü şagird Aleks və onun dostlarını çox gözəl xarakterizə edir. Onları nə qurbanın yaşı, nə də cinsi dayandırmır və ələlxüsus da onlara “əxlaq”, “etika”, “qanun” və s. kimi qəribə sözlər heç maraqlı deyil. Belə ki, Aleks öz dostlarından bir qədər fərqlənir: onun öz “mənəvi” tələbatları var, məsələn, Betxovenin musiqisi, onu dinləyərkən, o, özünə “köhnə, əziz ultrazorakılıq” səhnələrini təsvir edir. Amma sonsuz dava, zorakılıq və qarətlərə son gəlir: Aleks həbsxanaya düşür ki, azadlığa daha tez çıxmaq ümidilə özünə sözəbaxan quzu maskası taxır. Və tezliklə onun əlinə əla bir şans düşür: onu bir təcrübə üçün obyekt seçirlər, bu təcrübənin məqsədi – cinayətkarın zorakılıq meylini ən sadə üsullarla: narkotik maddələr, kinoteatr və “köhnə, əziz ultrazorakılıq” səhnələri olan filmlərlə sağaltmaqdır…

“Yaylı portağal” filmi – Stenli Kubrikin digər filmləri kimi çox qeyri – adi filmdir.  İnsanın zorakılıq meyli dəqiq və parlaq yaxmalarla çəkilib, həm də bəzən o qədər cəlbedicidir ki, həqiqi cinayətkarların bu filmin qəhrəmanlarını təqlid etməsi hadisələri məlumdur (buna görə ə Kubrik Böyük Britaniyada “Yaylı Portağal” filminin kirayəsinə qadağan qoymuşdu, bu qaydaya 1999 – cu ildə Kubrikin ölümünə qədər riayət olunub). Amma film daha dərindir – bu, yalnız səthi təbəqədir.  Filmin müəllifləri, cinayətkarlıq problemini yalnız mexaniki yollarla həll etməyə çalışdıqda nəyin baş verdiyini göstəriblər. İnsanda əxlaq prinsiplərinin, onu cinayət yolundan saxlayan daxili özəyin aşılanmasının mürəkkəb pedaqoji prosesi sırf texniki əməliyyatla əvəz olunub.

Aleks qəddarlıqla dolu filmlərə baxır və bu zaman güclü narkotik maddənin təsiri altında olur ki, bu maddə onda ətrafda baş verənlərə qarşı ikrah hissi oyadır. Çox nümunəvi andır: onda yalnız zorakılığa qarşı deyil, həm də gözəlliyə (bu halda Betxovenin musiqisinə) qarşı ikrah hissi yaranır. Nəticədə göründüyü kimi, “pis” olan yalnız metod, silahdır və onu nəyə qarşı çevirəcəyi insanın  özündən asılıdır. Zorakılıq tətbiq etmək imkanından məhrum olmuş Aleks, aqressorun çəkmələrini yalamağa hazır olan qurbana və Aleksin sabiq qurbanlarında da kifayət qədər olan “köhnə, əziz ultrazorakılıqdan” əziyyət çəkən döyülmüş və təqib olunan birinə çevrilir.

Aleksə özünü müdafiə bacarığının qaytarılması da bu problem həll etmir, çünki bütün film ərzində o, eyni insan – daha doğrusu, “qeyri – insan” olaraq qalır. Və həbsxana təcrübəsi, mahiyyətə heç bir ziyan vurmadan, sadəcə olaraq təzahürü dəyişdirirdi. Qeyd edək ki, “Yaylı Portağal” çox nəfis işlənib: filmin çərçivələrini əhəmiyyətli dərəcədə genişləndirən ayrı – ayrı detallar çox gözəl göstərilib. Kafedə və burjua evlərindəki “sənət əsərləri” qəlbsiz, mexaniki seks kultunu özündə ehtiva edir – məgər “aleksləri” müəyyən dərəcədə bunlar yaratmır? Valideynlər və yetkinlik yaşına çatmamışlar üzrə müfəttiş yalnız məsələnin xarici tərəfi ilə və yeniyetmənin davranışının məhz onlar üçün problem yaratması ilə maraqlanırlar – məgər baş verənlərdə onların günahı yoxdur? Hakimiyyət və müxaliflər sevinclə, özlərinə siyasi kapital qazanmaq üçün insan taleyi ilə oynamaq imkanından yapışırlar – onlardan heç biri məsələnin mahiyyəti ilə maraqlanmır.

    (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:12378