abunə ol: Yazılar | Şərhlər | Еmail

>Aleksandr Tarasov – Faşizmlər müxtəlifdir

Şərh

Və nə qədər çox irəliləsələr, “adi kapitalizmdən” o qədər az fərqlənirlər

 Bizə müntəzəm olaraq yeritdiklərinin əksinə olaraq, sadəcə faşizm, “ümumiyyətlə faşizm” mövcud deyil – “ümumiyyətlə totalitarizmin” olmadığı kimi (hələ 60 – cı illərdə qərb müəlliflər sübut etmişlər ki, Arendt – Fridrix – Brejinskinin “totalitarizm konsepsiyası” elmi yox, təbliğat xarakteri daşıyır və faktlarla sübut olunmur). Həmişə müxtəlif, tez – tez bir – biri ilə rəqabət aparan – hətta düşmən olan faşizmlərin böyük dəsti  mövcud olmuşdur (və bu gün də mövcuddur), həm də o dərəcədə düşmən ki, bir faşizmin tərəfdarları digərinin tərəfdarlarını tamamilə məhv etməyə can atırlar.

Bu, hələ XX əsrin 30 – cu illərində yaranıb, o zaman elə gəlirdi ki, faşizmin cəmi üç variant: nasizm, italyan faşizmi və frankizm mövcuddur. Bu üç faşizmi  tez – tez “klassik” faşizm, digərlərini isə “qeyri – klassik” faşizm adlandırırlar. “Klassik” faşizmlərin müəyyən ortaq cəhətləri var: onlar – ənənəvi elitalara və “aşağı ictimai təbəqələrə” (işçilərə, kəndlilərə”) ziyan verərək – siyasi hakimiyyətə iddialı olan “orta sinif” hərəkatıdırlar, həm də öz, konservatizmdən fərqlənən ideologiyasını yaratmış və inqilabi sol düşərgəyə qarşı inqilabi  mübarizə metodlarından istifadə edən kütləvi hərəkatdır. Amma sonra “klassik” faşizmlər arasında kəskin fərqlər yaranmağa başlayır. Nasizm şəhər “orta sinfinə” əsaslanırdı; iyerarxik texnokratik hərbi sənaye dövləti qururdu (idealda – nəhəng hərbi zavod); sənaye kapitalı ilə dəstəklənirdi (və hakimiyyətə gətirilmişdi); bütpərəst mistikaya və irqi təmizliyə yönəlmişdi; öz “inqilabını” sürətləndirilmiş modernizasiya üzrə təcrübə kimi nəzərdən keçirirdi; dövləti partiyanın tabeliyinə qoyurdu. İtalyan faşizmi kəndli “orta sinfinə” dayanırdı; paternalist “korporativ dövlət” qururdu; əsasən kənd təsərrüfatının iri kapitalı ilə dəstəklənirdi (və hakimiyyətə gətirilmişdi); katolisizmə və xarici milliyətçiliyə (aralıq dənizi imperalizmi) yönəlmişdi; öz “inqilabını” milli – preventiv – İtaliyanın “bolşevikləşməsinə” yol verməmək məqsədi kimi nəzərdən keçirirdi; partiyanı dövlətin tabeliyinə qoyurdu. Frankizm italyan faşizmindən daha açıq şəkildə kəndli “orta sinfinə”, həmçinin müstəmləkəçi dairələrəhərbçilərə əsaslanırdı; feodal elita tərəfindən dəstəklənirdi (və hakimiyyətə gətirilmişdi); patriarxal – monarxik dövlət qururdu; barışmaz (antimason) katolisizminə yönəlmişdi; öz “inqilabını”, İspaniyanı orta əsrlər dünya imperiyası dövrünə qaytarmağın radikal üsulu kimi nəzərdə keçirirdi.

Müxtəlif faşizmlərin tərəfdarları bir – birlərini məhv edirdilər. Avstriyada 1934 – cü ildə əvvəlcə hakimiyyətə italyan faşizminin tərəfdarları – avstrofaşistlər (heymməzhəbçilər) gəldilər, amma artıq iyulda nasistlər üsyan təşkil etdilər və kansler E.Dolfusu qətl yetirdilər, mübarizə isə avstrofaşizmin darmadağın edilməsi və anşlyusla başa çatdı. Macarıstanda italyan faşizminin tərəfdarları – admiral Xortinin rəhbərliyi altında xunqaristlər – 1944 – cü ildə macar nasistləri – Salaşi rəhbərliyindəki nişalistlər tərəfindən hakimiyyətdən devrildilər. Rumıniyada italyan faşizminin tərəfdarları və nasistlər – “yaşıl köynəklilər”, “dəmiryolu süvariləri” Antonesku və Simo – arasında mübarizə – qarşılıqlı kütləvi terrora və rəsmi vətəndaş müharibəsinə gətirib çıxardı.

II Dünya müharibəsindən sonra hakim elitalar öz müharibədən əvvəlki səhvlərini heç vaxt təkrarlamadılar – sosial inqilabla mübarizədə “klassik” faşizm hərəkatının tərəfindən durmadılar; elə gəlirdi ki, bu ekstremist “orta sinif” hərəkatı, hakimiyyətə gələrək, asanlıqla nəzarətdən çıxır. Buna görə də müharibədən sonrakı bütün faşist rejimlər (frankist rejim istisna olmaqla, hansı ki, bürokratikləşərək, tezliklə kütləvi hərəkatla olan əlaqəsini itirdi) artıq “qeyri – klassik” rejimlər idilər.

“Qeyri – klassik” faşizmlər hələ II Dünya müharibəsinə qədər də mövcud idilər. Deyək ki, portuqal salazar faşizmi sonralar geniş yayılmış hərbi faşizmin ilk nümunəsi idi ki, bu zaman ənənəvi konservativ elitalar ordunun əli ilə faşist hakimiyyətini bərqərar edir, sonra artıq “özünə uyğun” şəkildə faşist partiyaları və hərəkatları yaradaraq, cəmiyyətin faşistləşməsinə başlayır. Bu cür faşizmin süni mənbəyi, bir qayda olaraq, onun klerikal, patriarxal, ənənəvi (nasistlərdə olduğu kimi inqilabi deyil) xarakterini müəyyən edir. XX əsrin ikinci yarısında bu cür rejimlərlə on dəfələrlə “üçüncü dünya” ölkələrində yaranmışdı.

Müharibədən əvvəlki “qeyri – klassik” faşizmin digər variantları Şərqi Avropada geniş yayılmış (o cümlədən, limitroflarda) monarxo – faşizmkəndli (bauer, kulak) faşizmi idi. Bu, həmçinin çox dar ictimai bazası olan, kütlələri mobilizasiya etməyi bacarmamış, hakimiyyətə isə “qırmızı təhlükədən” qorxmuş ənənəvi elitaların (amma bəzən dövlət çevrilişləri vasitəsilə) köməyi ilə gəlmiş faşist hərəkatları idilər. Bu partiyaların və rejimlərin italyan və alman təsirinə sürətli şəkildə düşməsi, bir tərəfdən, onların müxtəlifliyini pərdələdi, digər tərəfdən isə onlara müstəqil hadisə kimi inkişaf etməyə imkan vermədi.

Fransada müharibədən əvvəl bir neçə növ faşizm rəqabət aparırdı: italyan faşizminin fransız variantı (“fransizm” və s), nasizmin fransız variantı (Fransa xalq partiyası və digərləri), frankizmin fransız variantı (“kaqulyarlar”) və nəhayət, orijinal aristokrat – elitar, monarxo – faşizmə yaxın olan “Aksyon Fransez” faşizmi.

 II Dünya müharibəsindən sonra “qeyri – klassik” faşizm əsasən “asılıfaşizm rejimləri və ya digər terminologiyaya əsasən, “gətirilmiş” faşizm (xaricdən gətirilmiş nəzərdə tutulur) rejimləri ilə təmsil olunurdu. Bir qayda olaraq, bunlar, “birinci dünya” ölkələrinin, qərb demokratiyalarının (daha çox – Vaşinqtonun) göstərişləri və pulları ilə edilmiş hərbi çevriliş yolu ilə (hərbi faşizm) hakimiyyətə gəlmiş, “üçüncü dünya” ölkələrindəki ultrasağ rejimlər idilər. Bu cür rejimlərin yaradılmasının birbaşa səbəbi ya hansına mövcud sol (və ya sadəcə olaraq anti – amerikan) hakimiyyəti (Braziliyada, Qvatemalada, Çilidə və s.) devirmək, ya da solların hakimiyyətə gəlmələrinə yol verməmək idi.

“Asılı” faşizm “demokratik metropoliyadan” asılı olduğuna görə, tez – tez faşist rejimlərində bu və ya digər dərəcədə “demokratik zahiri ədəb” gözlənilirdi: parlament, çoxpartiyalı sistem mövcud idi, “seçkilər” keçirilirdi. Təbii ki, bu, çox və ya az dərəcədə butaforiya idi (Paraqvayda Stressner hakimiyyəti zamanı faşizmin demokratiya ilə “birlikdə mövcudluğu” məsələsi sadə və zərif şəkildə həll olunurdu: ölkədə, dəbdə olan gün – seçki günü istisna olmaqla, həmişə hərbi vəziyyət idi).

Xüsusilə “asılı faşizm” rejiimlərinin sədələşdirilməsi üçün “üçüncü dünya” ölkələrinin güc strukturlarında aktiv şəkildə faşist ideologiyası yeridilirdi. Ordu, polis və xüsusi xidmətlər partiyaların özü olmadan faşist partiyalarının bənzərinə çevrilirdilər. Sonralar, artıq hərbi çevrilişdən sonra, aydın oldu ki, əqidəli faşistlər çili ordusunda, Çilidəki “vətəndaş” faşist təşkilatlarında olduğundan daha çoxdur. Sonralar bu, braziliya polisi və hərbi əkskəşfiyyata münasibətdə də aşkar edildi. “Asılı faşizm”, faşizm anlayışını “təhrif edərək” və onu liberallar üçün daha “dözümlü” edərək,  sağ liberal rejimlərə, hərəkatlara və doktrinalara körpü salırdı. Belə ki, Nikaraquada şimali amerikalılar tərəfindən qurulmuş Somosa rejimi ideoloji olaraq avropa faşizminə meylli idi və hətta uruqvaylı faşistlərə hərbi çevriliş hazırlamağa kömək edirdi – və eyni zamanda regionda ABŞ – ın strateji müttəfiqi kimi çıxış edir və rəsmi olaraq “Ox derjavaları” ilə müharibə şəraitində idi.

Avropada “asılı” faşizmin ilk rejimi müharibədən sonra Yunanıstandakı probritaniyalı rejim idi ki, burada ölkənin almanlardan azad edilməsindən sonra vətəndaş müharibəsi başladı. Britaniyalı leyboristlər Çerçilli Yunanıstanda “monarxo – faşistləri” və “nasist kollaborasionistləri” dəstəkləməkdə ittiham edirdilər, amma 1945 – ci ildə hakimiyyətə gələrkən, özləri həmin “monarxo – faşistləri” və “nasist kollaborasionistləri” dəstəklədilər.

“Qeyri – klassik” faşizmin daha bir variantı 60 – cı illərin sonlarında yaranmış “yeni sağlardır” (əvvəlcə Fransada “ГРЕСЕ” qrupu şəklində). “Yeni sağlar” ikiyanlı faşizm təcrübəsindən – parlament demokratiyası şəraitində faşist ideologiyasını sağkonservativ təcrübə ilə birləşdirən mötəbər avropa parlament faşizmindən istifadə edirdilər. “Yeni sağlar” primitiv irqçilik, primitiv universalizm və sosial demaqoqiyadan imtina etməklə faşist nəzəriyyəsini yeniləməyi qərara aldılar. Onlar irqi üstünlük təsəvvürlərini müxtəlif irqlərin ziddiyəti ilə əvəz etdilər, azlıqların (milli və cinsi) və ekologiya məsələlərinin əhəmiyyətini etiraf etdilər, mahiyyətcə tarix və sivilizasiyaya postmodernist nəzər nöqtəsini formalaşdırdılar və faşist doktrinasını faktiki olaraq Hayek və Mizes ruhundakı neoliberalizmdən fərqlənməyən hala saldılar. “Yeni sağların” siyasi baxışları reyqanomika və tetçerizm dövrünün neoliberalizm praktiklərinin baxışları ilə üst – üstə düşürdü. Təsadüfi deyil ki, Pinoçetin rejimi (“asılı faşizm” rejimi) həm də “hərbi tetçerizm” rejimi  kimi xarakterizə olunur. Hətta Tetçer və Pinoçetin açıq şəkildə ifadə etdikləri əsas fikirlər tez – tez bənzər idi (məsələn, hər isi cəmiyyətin mövcudluğunu tanımaqdan imtina edirdilər – bu da, əslində, italyan faşizmi doktrinasının təkrarı idi). Məhz “yeni sağların” ideyalarını neoliberalizmlə birləşdirən partiyalar və hərəkatlar son dövrlərdə Qərbi Avropada seçkilərdə daha çox uğur qazanırdılar: Fransada J.M. Le Penin Milli cəhbəsi, Hollandiyada P.Forteynin partiyası, Avstriyada Y.Hayderin Azadlıq partiyası və s. (nümunəvidir ki, yeri gəlmişkən, Azadlıq Partiyası Liberal İnternasionalın üzvüdür!).

Faşizm yaxın ictimai fenomenlərin dəsti kimi istənilən dəri rəngi və istənilən dinə çox gözəl uyğunlaşır. ANSDP (Almaniya Nasional Sosial Demokrat Partiyası) liderləri alman bütpərəstləri idilər, amma partiyanın rəsmi proqramı (“25 punkt”) “müsbət” (yəni, kilsələrə parçalanmış, ekumenik) xristianlıq lehinə çıxış edirdi, ANSDP partiyasının üzvlərinin çoxu isə protestant və katoliklər idilər; italyan, ispan, latın amerikalı faşizmlər nəzərə çarpan katolik xarakter daşıyırdılar; yunan və rumın faşizmləri barışmaz pravoslavlar idilər, Düvalyenin haiti faşizmi vuduist; yapon faşizmi, bir qayda olaraq, sintoist idilər, müsəlman, induist (vişnuist), yəhudi, buddist (Şri – Lankada) faşist təşkilatları var. Doğrudur, hələ ki ateist faşist hərəkatları olmayıb.

Faşizm, Haitidə, Zairdə Mobutu rejimindən və ideologiyasına tamamilə faşist olan Anqoladakı Holden Robertonun FNLA (Anqola milli azadlıq cəhbəsi) təcrübəsindən göründüyü kimi, ağ irqçiliklə eyniləşdirilməməlidir. Həm də antisemitizm də  mütləq deyil (Mərkəzi Amerikadakı faşist rejimlər proisrail meylli idilər, hələ “Kah” və ya “Kahaye hay” kimi yəhudi təşkilatlarını bir kənara qoysaq). Amma istənilən faşizm üçün barışmaz antikommunizm; militarizm (dar mənada, yəni ordu və ordu nizamının təriflənməsi və onlar mülki həyata keçirilməsi); barışmaz ksenofobiya, irqçilik, milliyyətçilik (yəni, fəal şəkildə kiməsə qarşı: müasir Avropada immiqrantlara, ABŞ və ya CAR – da qaradərililərə, Qvatemala və ya Çilidə hindulara, Şri – Lankada tamillərə və s. qarşı yönəlmiş); nəzəri elitarizm (yəni, ümumi bərabərlik prinsipinin inkar edilməsi); obıvatelsayağı mədəni primitivizm (yəni mədəniyyətin bütün mürəkkəbliyi və tamlığı ilə – və xüsusilə də onun intellektual cəhətdən daha mürəkkəb təzahürlərinin  qəbul edilməməsi) xarakterikdir.

12 yanvar – 7 may 2003

   (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazılanmışdır]


Oxşar yazılar:

Baxış sayı:12315