abunə ol: Yazılar | Şərhlər | Еmail

99 frank – Mənə ruhunu göstər!

Şərh

99 frank

2007,Fransa

Janr:dram.komediya

Rejissor:Jan Kounen

Rollarda: Jan Dyujarden, Joslin Kivrin, Patrik Mille,Vaina Cokante,Eliza Tovati, Nikolya Marye, Dominik Bettenfeld ,Antuan Basler.

  FİLMƏ BAX

KİTABI YÜKLƏ

  Reklam sənayesinin inkişafına hər il 500 miyard dollardan çox pul xərclənir.BMT-nin araşdırmasına görə bu miqdarın cəmi 10%i bəs edər ki, dünyada aclıqdan əziyyət çəkənlərin sayı 2 dəfə azalsın.

Rozeris & Uiçkraft reklam agentliyində həyat qaynayır: fotoqraf kələm qiyafəsində olan modelin üstünə qışqırır: “Mənə ruhunu göstər!Mənə ehtirası göstər!”,kommersiya direktorları isə gic kimi mərtəbələrdə qaçaraq səy-kriativerlərə yalvarırlar ki, yeni layihə üzərində təcili işləməyə başlasınlar. Bu axmaqlardan biri-Oktav Paranqo, 30 yaşı var, subaydır, müftə pul qazanır və pepsinin reklam sloqanında deyildiyi kimi “həyatdan hər şey götürür”. Kredit kartının bir küncü həmişə “una” bulaşıqdır, rəfiqəsinə birdəfəlik “rədd” cavabı verib(kimə lazımdır hamiləlik və problemlər?)mənəvi dərdlərini isə əyləncə dolu arsızlıq və sürətli alkoqol dozası ilə həll eləyir, o da ki, vaxtı çatanda…

   Əlbəttə ki, bu film haqqında danışdıqda onun əsasında yazıçı Frederik Beqbederin eyni adlı “99 frank” kitabı durduğunu yaddan çıxartmaq olmaz (yeri gəlmişkən,Oktava Paranqo rolunu oynayan Jan Dyujarden yazıçıyla dəhşətli dərəcədə bir-birlərinə oxşayırlar). Əgər roman bizi əsas qəhrəmanın(yetəri qədər xoşagəlməz) daxili dünyasına aparırsa, romanda Oktavın mübarizəsi isə qanlı və mənasız postmodernist farsa dönüşürsə, film bu baxımdan asan və şəffafdır. Təbii ki,əsas süjet xətti saxlanılmışdır, lakin tamaşaçıların seçiminə iki final təqdim edilir: “qismən klassik” və heç də Beqbedersayağı olmayan sosial sonluq.

   Bunula belə, sonluğun uzadılma duyğusunun (əsasda ada hissəsində) yeri var. Eynən filmdə istifadə olunan bir çox ikili kinematoqrafik həmlələrdə olduğu kimi. ”Döyüş kulubu”, ”Qaç,Lola,qaç!”, ”Las-Veqasda qorxu və nifrət” kimi filmlərdən götürülən bu həmlələrin, Həppi tri frends(Nyu-yorkda multiplikasiya qaçdı-tutdusu) estetikasının və xoş qarşılanan Çak Palanikin “Gözəgörünməzlər” kitabından “Mənə ruhunu göstər!” sitatının tanınmasının xüsusi əyləncəsi vardır. Beləcə, bütün bunlar çox təbii alınıb. Üstəlik bu film reklamın necə tələbatların ödənməsi üçün incəsənəti utanmazcasına özünə uyğunlaşdıraraq parazitləşdirdiyinin parodiyasıni da görmək olar.(əgər bunu müəllifin öz ideyası qəbul etsək).

Tərcümə: Nigar Ərəbli                    (c) SOLFRONT 

 

На развитие рекламной инду


Oxşar yazılar:

Baxış sayı:9777