abunə ol: Yazılar | Şərhlər | Еmail

Proqnozlar və inqilab

Şərh


Belə bir alman anlayışı var, Schadenfreude – kədərli sevinc, pərtlik qarışıq qane olma hissi. Bizim səhifələrimizdə verilmiş proqnozlar ard – arda təsdiq olunurlar. Dünya xəbərlər buraxılışı “böhranın ikinci dalğası” ilə doldurulduğu zamandan, burjua nəşriyyatlarının “ciddi” analitikləri kütləvi şəkildə bir və ya iki il əvvəl sol iqtisadçıların dedikləri fikirləri, yeni kəşf kimi və ya əksinə aydın olan bir şey kimi təkrar etməyə başladılar – və bu zaman deməyi unutmuşlar ki, bu ideyaları, təhlil və nəticələri biz deyəndə, onlar bunu inkar edirdilər.

Beləliklə, proqnoz təsdiq olunur. Biz deyirdik ki, əsas hakimiyyətlərin maliyyə siyasəti böhranın dəf edilməsinə deyil, onun uzadılmasına gətirib çıxarır. Belə də oldu. Biz xəbərdarlıq edirdik ki, struktur dəyişiklikləri ilə bağlı olmayan aparıcı iqtisadiyyatların pulla doldurulması pulun dəyərdən düşməsinə və maliyyə alətlərinin səmərəliliyinin azalmasına gətirib çıxaracaq. Məhz bizim dediklərimiz baş verdi. Biz proqnozlaşdırırdıq ki, tez və ya gec Avropada “domino prinsipi”  işə düşəcək – dövlət maliyyəsi böhranı daha zəif ölkələrdən daha güclü ölkələrə, onlar təsərrüfatlarının ölçülərinə proporsional olaraq yayılmağa başlayacaq. Bu gün biz məhz bunu izləyirik – Yunanıstan və Portuqaliyanın ardınca İspaniya, İspaniyanın ardınca – İtaliya gəlir, İtaliyadan sonra isə Fransa təzyiq altındadır. Biz bəyan etmişdik ki, böhranın “ikinci dalğası” qaçılmazdır və o qalxmaqdadır. Neft qiymətlərinin düşməsi, əmlakla bağlı spekulyativ sxemlərin və ümumiyyətlə spekulyasiyaların dağılması, bütün bu proqnozları biz bu gün əminliklə təkrarlaya bilərik, xatırladaraq ki, bütün dünya üzrə səxavətli dövlət xərcləri ilə təmin olunmuş, hökmün təxrə salınması onun yerinə yetməsini nəinki ləğv etmir, əksinə, zəmanət verir ki, o, ən dramatik və amansız şəkildə yerinə yetəcək.

Və nəhayət, ən əsası: böhran hələ iki il əvvəl bizim səhifələrimizdə təsvir edilmiş ümumi qrafikə tam şəkildə uyğundur. 2008 – ci ildə maliyyə böhranı, 2009 – cu ildə iqtisadi böhran, 2010 – cu ildə – sosial, 2011 – ci ildə siyasi böhran. Proses, ard – arda artıq vərdiş edilmiş liberal tədbirlər vasitəsilə qarşısı alına bilməyən yeni mexanizmləri işə salaraq öz daxili məntiqi inkişaf edir. Böhranın şəkli və coğrafiyası, əlbəttə ki, sürprizlər irəli sürür. Siyasi münaqişələrin kəskinliyi daha çox ən az gözlənilən yerdə – Yaxın Şərqdə yüksək oldu.  Amma ərəb inqilabları sadəcə olaraq daha geniş prosesin bir hissəsidir. Tunis və Misirdə partlamış barıt – Avropadan İsrailə qədər yeni yanğınlar başlatdı.

Neoliberal rejimin qlobal səviyyədə çatladığı zamanda, dünya iqtisadiyyatının xilas edilməsinin son “ümidi” Çin və onun mövcud quruluşun ən etibarlı müdafiəçisinə çevrilmiş “kommunist partiyasıdır”.

Amma burada da çətinliklər sürətlə artır. Ölkənin iqtisadi artımına nail olmağın əsas vasitələrindən biri olan quraşdırma istehsalları, Qərbdə istehlakçılar yoxdursa, tam gücü ilə işləyə bilməz. Keçmiş  illərdə alman və amerikan dəzgahlarının, afrikan və rus xammalının idxalı hesabına tikilmiş zavodlar öz məhsullarını sata bilmirlər – artıq istehsal gücləri inkişaf motorundan iqtisadiyyat üçün yükə çevrilir. Problemlər artdıqca, “çin möcuzəsinin” faciəvi ictimai bədəli – əhalinin böyük hissəsi üçün təqaüd və sosial sığortanın olmadığı, cüzi əmək haqqı, kəndlilərin torpaqları itirməsi, işçi kvartallarının sıxlığı və yoxsulluğu, xüsusilə də elita və orta sinfin istehlak isteriyası fonunda, daha da aydın olur. Əgər bu vəziyyətdə iqtisadi artım dinamikası sıradan çıxsa, repressiya və nəzarətin effektiv maşını da orada siyasi sakitliyi təmin edə bilməyəcək. Zəhmətkeşlər köhnə bürokratiyaya və yeni burjuaziyaya qarşı öz tələblərini yeridəcəklər.

Liberal mətbuat zəhmətkeş çinliləri, polis və gözətçilərin nəzarəti altında qəpik – quruş üçün işləmək istəməyən “tənbəl” avropalılarla müqayisə etməyi çox sevirlər, amma bu mənzərənin həqiqətlə heç bir əlaqəsi yoxdur. Avropa və ABŞ – da iş yerlərinin kütləvi şəkildə ləğv edilməsi 2000 – ci illərdə deyil, 1980 – ci illərdə müşahidə edilirdi, bu zaman Çin hələ də dünyanın iqtisadi mənzərəsinin arxa planında qalırdı. İş yerləri ya texnoloji yeniliklərə görə yox olurdular, ya da Latın Amerikasına, Maqribə və Üçüncü dünyanın daha çox inkişaf etmiş ölkələrinə köçürülürdü. Yeni əsrin başlanğıcında məhz bu ölkələr daha çox çin rəqabətindən əziyyət çəkirdilər. Çinlilərlə doldurulmuş işçi yerlərinin əsas hissəsi Üçüncü Dünya, Rusiya və daha az dərəcədə Yaxın Şərqin payına düşür. Çinin bu “uğuru” Latın Amerikasında, sonra isə Şimali Amerikada böhranlar və inqilabi yüksəlişlərə gətirib çıxardı. İqtisadi dinamika siyasi mübarizə məntiqini diktə edir.

Hər şeyin nisbətən sakit olduğu yeganə region – postkommunist ölkələridir. Rus elitası narahatdır, neft qiymətlərinin artımına ümid bəsləyir, başa düşür ki, bu ümidlər yerinə yetməyəcək və hakimiyyətdən yapışaraq, onunla nə edəcəyini bilmir. Liberal müxalifət ruh düşkünlüyü yaşayır, demokratiya və “qoyun sürüsü”, yəni, demokratik cəmiyyətdə qərar qəbul edəcək xalqın ünvanına lənətlər yağdırmaq arasında vurnuxur. Qəzəb, panika, çaşqınlıq, Yaxın Şərqdən Rusiyaya gələn dalğanıı izləyərkən, bu insanlar belə hisslər keçirirlər. Bu hissləri ibrətamiz sinxronluqla bütün mümkün milli, imperialist və ifrat sağ nəşriyyatlar, həmçinin “yalnış” inqilablardan gileylənən solların böyük hissəsi keçirir. Çox təəssüf, yoldaşlar, heç bir tarixdə inqilablar, kabinet inqilabçılarının və əhlikef siyasətçilərin ideoloji mövhumatlarının nöqteyi – nəzərindən “düzgün” olmur. İnqilabı qəbul etmək başa düşməkdir ki, tez və ya gec kütlələr özləri tarixi yaratmağa, fəaliyyətin subyekti olmağa və öz qərarlarını qəbul etməyə başlayacaqlar. Bu qərarlar nəzəriyyəçilərin dedikləri və onların bu və ya digər ideologiyanın nəzər nöqtəsindən nə qədər doğru olduğu ilə deyil, mübarizə şərtləri, siyasi böhranın konkret şəraiti, mümkün imkanlarla müəyyən olunur. Buradan, əlbəttə, belə çıxmır ki, sanki kütlələr həmişə haqlıdərlar. Əksinə. Kütlələr həmişə səhv edirlər. Amma ideoloqlardan fərqli olaraq, onlar öz səhvlərindən ibrət götürürlər. Məhz kütlələrin özünü – əziyyətli və ziddiyətli şəkildə – təlimləndirməsi inqilabi prosesin  mahiyyətini təşkil edir. Demokratiyanın mahiyyəti də bundadır. Məhz bu mürəkkəb və bəzən əziyyətli demokratik dinamika sosializmə doğru hərəkət üçün əsas yaradır. Dəstə kütlə olur, kütlə – sinfə, sinif – siyasi qüvvəyə çevrilir. Bu gün bu proses daha böyük dramatizmlə Şimali Afrikada baş verir, amma dünyanın heç bir iri ölkəsi ondan kənarda qalmayacaq. Neoliberalizmin qlobal iqtisadi rejimi kütlələrin görünməmiş qeyri – sinifləşdirilməsinə, köhnə əlaqələrin qırılmasına və möhkəm ictimai təşkilatlanmanın dağılmasına gətirib çıxardı. Amma bu proses də dünya miqyasında əhalinin misli görünməmiş şəkildə proletarlaşdırılmasına gətirib çıxardı. Köhnələrin əvəzinə gəlmiş yeni proletariat, köhnə səhvləri təkrarlayaraq və yenilərini edərək, riyakar cavabların və demaqoqik ideologiyaların tələsinə düşərək, bu tələlərdən çıxaraq və öz maraqlarının və vəziyyətlərinin dərk edilməsinə doğru səy göstərərək, çox şeydə oxşar yolları keçir.

Rusiya bu proseslərdən kənarda qalacaqmı? Təbii ki, yox. İctimai böhran dinamikası artıq  işə düşüb, elitaların fraqmentasiyası üzdədir, milli kapitalizmin vəziyyəti isə rəhbər sinfin böyük hissəsi üçün çıxılmaz kimi qiymətləndirilir. Neft qiymətlərinin, süni şəkildə dünya birjalarında spekulyativ əməliyyatlarla təmin edilən astronomik səviyyəsinə baxmayaraq, vəziyyət sürətli və əyani şəkildə pisləşir. Spekulyativ həyəcan tükəndikcə, yüksək neft qiymətlərinin növbəti dövrü sona çatır.

Təəccüblü deyil ki, dağılma prosesi alternativlərin yaranmasını qabaqlayır. Bu, inqilabi dövrün tipik əlamətidir. İnqilabi qüvvə və inqilabi ideologiya (reform proqramlarından fərqli olaraq) əvvəlcədən hazırlana bilməz, onlar yalnız inqilabın gedişində yetişə bilər. Başqa məsələ var ki, tarix zəmanətli məktublar vermir. Gələcək onu yaradanlardan, düşünənlərdən və fəaliyyət göstərənlərdən asılıdır.

Siyasi böhran proqnozu təsdiqlənir. Və əgər bu böhran artıq bu gün qlobal miqyasda fakta çevrilirsə, irəlidə bizi nə gözləyir? Tarixi təcrübənin bizə yavaşca dediyi cavab yaxşı məlumdur.

Qarşıda – bizi inqilab gözləyir!

 SOLFRONT.org (c)

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9233