abunə ol: Yazılar | Şərhlər | Еmail

Migel Urbano Rodrigez – Xaosun caynağındakı dünya

Şərh

Kapitalizmin böhranı o qədər dərindir ki, neoliberalizmin ideoloqları, ABŞ və Avropa İttifaqı liderlərinə qədər hər kəs bu həqiqəti qəbul etmək məcburiyyətindədir. Uçuruma doğru yuvarlanmağı dayandırmaq üçün bir yol tapa bilməmədiklərinə görə dərin bir qorxuya qapılıblar: tunelin sonundakı işığın görünməsi üçün boş yerə çırpınırlar.

ABŞ və Avropa İttifaqı, böyük güc sahibləri mövcud ziddiyyətlərə baxmayaraq, kollektiv bir imperializm üçün imperialistlər arası müharibələrə – 1914- 1918 və 1939 – 1945- ci il müharibələri kimi son qoydular və ABŞ-ın rəhbərliyi altında təbii sərvətləri talan etmək üçün Üçüncü Dünya adlandırılan ölkələrə tərəf istiqamətləndilər.

Ancaq mövcud qlobal vəziyyətin inkişafı Lenin tərəfindən qəti şəkildə təyin olunan imperializmin rolunu rədd edən Toni Neqri və Hardtın mübahisəli kitabında müdafiə etdiyi tezisdə olduğu kimi sərmayə böhranının “qlobal transmilliləşmə” daxilində həllinin mümkün olmayacağını açıq şəkildə göstərdi. ABŞ və Avropa Birliyi (həmçinin Asiya və Latın Amerikasının inkişaf edən ölkələri) arasında nə həll olunmuş nə də gələcəkdə həll oluna biləcək tarixi bir uçurum mövcuddur.

Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Dövlət yaratmaq niyyətindədirlər amma bu hal-hazırda imperialist güc sisteminin çox əlçatmaz bir arzusu olaraq qalır.

Dünyadakı qarışıqlıq bilavasitə məsuliyyət daşıdığı böhranın qarşısında, məhvin astanasında olan sərmayənin çarəsizliyini əks etdirir.

Avropa Birliyi ölkələrində neo-liberal sağın iqtidarın yuxarı eşalonlarına doğru nizamsız yüksəlişi Vaymar əyalətində faşizm kabusunun yüksəlişini yenidən aktuallaşdırır. Ancaq tarix hər zaman təkrarlanmır, yaşlı dünyada (Avropa) radikal sağı iqtidara yerləşdirmək o qədər də real deyil. Raionalizmə qarşı mövqe tutmağın daha irrasional olduğu bir həqiqətdir.

Bu gün birjalardakı pul oyunlarında sərvət yığımı istehsaldan daha çox vacibdir. ”Bazarların” sərmayənin manevrlərində, möhtəkirlərin mövcudluğunu  müəyyən edən rol oynaması Avropa Birliyi ölkələrini iflasa doğru aparan böhranın alovlanmasında müəyyənləşdirici bir hal alıb. İstənilən “qiymətləndirmə qurumunun”  adi bir qərarı dünyanın bir çox bölgəsində çaxnaşmaya səbəb ola bilər.

Londonun yoxsul bölgələri-Birmingem, Mançester və Liverpuldakı şiddət partlayışı Kameron hökümətini qorxuya saldı və hakim sinfin təmsilçisi kimi danışan sosioloq və analitiklər televiziya kanalları və qəzetlərdə çıxış edərək hadisələrə tamamilə başqa şərh verdilər.

Vaşinqtonda nüfuzlu  konqres üzvləri “İngilis fenomeninin” ABŞ-a idxalı və böyük şəhərlərin gettolarında yaşayan zənci və Latın amerikalı gənclərin Facebook və Twitter sosial şəbəkələri vasitəsiylə müraciət ünvanlayaraq bir-birlərini İngiltərədəki azlıqların hərəkətlərini təkrarlamağa təşviq etmələrindən dolayı narahatlıqlarını dilə gətirdilər.

Bununla belə zəngin ölkələrdə daxili yoxsulluq və səfalətin artmasına baxmayaraq böhran böyük şirkətlər, banklar və iqtidarlardan yan keçir. “Fortune” jurnalına görə 354 milyarderin sərvəti bir çox inkişaf etmiş Avropa ölkəsinin Ümumi Daxili Məhsulundan çoxdur.

Sözü gedən milyarderlər ABŞ, Almaniya, Fransa və İtaliyada iqtidarda təmsil olunurlar. Onlar hətta Qərbin inkişaf etmiş cəmiyyətlərində siyasi demokratiyanın super yüksəkliyə çatdığını da iddia edə bilirlər. Yalandır. Əlbəttə senzura artıq mövcud deyil. Amma onun yerini vicdanları hiylə yolu ilə müəyyən istiqamətlərə yönləndiməyin kifayət qədər təsirli və azğın bir növ və ya forması alıb. Həqiqətlər və xəbərlər böyük sərmayənin mənafeyinə uyğun olmasına görə seçilib, dəyəri azaldılıb yaxud deformasiyaya uğrayıblar. Məqsəd vətəndaşların şahid olduğu hadisələrin əhəmiyyətini anlamaqda onlara mane olmaqdır.

ABŞ, Avropa, Yaponiya və Latın Amerikasındakı televiziya kanalları və qəzetlər əyləncəyə daha çox; cəmiyyəti narahat edən geniş ictimai problemlərə və tarixin dərinliyində cərəyan edən problemləri anlamağa köməklik edəcək proqramlara daha az vaxt ayırırlar.

Prodüsser və redaktorlar, sərmayənin az ya da çox dərəcədə nümayəndələri tərəfindən ortaya çıxarılan işlər: seks,narkomaniya, cinayət, fantastik ədəbiyyat, elit təbəqənin gündəlik həyatı, şahzadə və ulduzların şəxsi həyatı, cənnət kimi gözəl yerlərdə tətillər, maddi  uğurların ilahiləşdirilməsi və s. mövzuları əhatə edən proqramlardır. İqtdarın əlaltıları tərəfindən qəlibləşdirilmiş, vətəndaşların düşünməsini əngəlləmək, mətbuatın “müqəddəs” vəzifəsidir.

Film və televizordakı hadisələr, musiqi və ədəbi tənqidlər mədəni və demokratik olaraq təqdim edilən cəmiyyətin çürük mahiyyətini çox yaxşı əks etdirir və hakimiyyətin yuxarı pillələrində mövqe tutanlar sərmayənin təkrar istehsalını ən ümdə hədəf olaraq önə sürürlər.

Portuqaliyada qəribə bir mütəfəkkirlər klubu peyda olub; müzakirələr, dəyirmi masa ətrafında təşkil olunmuş görüşlər və  “analitik” donuna girmiş sərmayənin əmrəmüntəzir lakeylərinin ikiüzlülüyü, bəsit mahiyyəti və cahilliyi sözün əsl mənasında dözülməzdir.

Antoniyo Barreto, Medina Carreyra, Maryo Suarez kimi inqilab əleyhdarları; Marselo Rebelo de Souza kimi qənaət liderləri məstedici təsir altında qalan kor zehinlərə gələcəkdən xəbər verir və bu günü açıqlayırlar; insanlıqdan və portuqal xalqından nifrət edən Vasko Pulido Valente kimi kinli köşə yazarları rasionailzm əleyhinə gedərək sistemə xidmət edir, orta əsr cadugərlərinin yolu ilə gedərək mətbuatda ehkamlar tətbiq etməyə çalışırlar.

Baş nazir və onun köməkçisi Portas Napolyonvari davranışlar sərgiləyərək zəhmətkeşlərdən “fədakarlıq”, bir o qədər də anlayış və itaət tələb edərkən bir yandan imperializmin tələblərini ödəyir digər tərəfdən böyük sərmayəyə layihələr verirlər.

Aprelin ( Portuqaliyada 1974-cü il 25 aprelində heç bir güc tətbiq olunmadan həyata keçirilmiş hərbi çevrilişdir. Hal-hazırda 25 Aprel Müstəqillik Günü kimi qeyd olunmaqdadır) inqilabçı mirasından geriyə qalanlar Xose Sokratın ilk hökümətinin başlanğıçından bu yana əvvəlki yarım əsrlə müqayisədə daha çox talana məruz qaldı.

Portuqaliyadakı böhran batmaqda olan kapitalizmin daha böyük “əvəzini” verməyə məcbur edilir.

ABŞ-da prezident Barak Obamanın verdiyi bildirişlərdə hakimiyyətinin ilk ayında Venesiya qızılları ( Keçmişdə bir çox ölkədə kəsilmiş və istifadə olunmuş qızıl sikkə) əlindən alınmışdı. Halbuki indi Ağ Evdə qalmaq üçün istənilən güzəştə getməyə hazır görünür.  Onun Konqres qarşısındakı ən son təslimiyyəti islahatçı və humansit maskasından  geriyə qalanları da məhv etdi. Kapitalist dünyanın ən pis vəziyyətdə olan səhiyyə sisteminə ağır zərbə vurmağı və gülünç vergilər ödəyən harınlamış bir hakim sinfin üstünlüklərini qorumağı qəbul etdi.

Asiya, Avropa, Latın Amerikası və Afrikada yüzlərlə ABŞ hərbi bazaları yerləşdirilib. Lakin “terrorizmə qarşı edilən xaç səfərləri” gözlənilən nəticələri vermir. Əfqanıstan və İraq xalqlarına qarşı həyata keçirilən hücumlar onu ortadan qaldırmaq əvəzinə dünya miqyasında terrorizmi daha da artırır. Amerikalı əsgərlər tərəfindən Əfqanıstan və İraqda ağır cinayətlər törədilir. Bu azmış kimi Konqres məhkumlara qarşı işgəncənin tətbiqini qanuniləşdirdi. İşğala qarşı xalq müqavimətinin bir həqiqət olduğu İraqın “sabitliyə qovuşması” boş bir propaqandadan başqa bir şey deyil. 140000 ABŞ və NATO əsgərinin varlığına baxmayaraq Əfqanıstandakı müharibə məğlubiyyətlə başa çatdı.

ABŞ təyyarələrinin Somalini ( hər gün aclıqdan minlərlə insanın öldüyü) və prezident Salehin orta əsr despotizminə qarşı mübarizə aparan Yəmən qəbilələrini bombalanması ənənə halını alıb. Vaşinqton həmişə olduğu kimi qurbanları Əl-Qaidə ilə əlbir olmaqda ittiham edir.

Afrikada AFRİCOM-un qurulması, daimi ABŞ ordusunun varlığı və NATO-nun Liviya xalqına qarşı əməliyyatları imperiyanın strageyasının qloballaşdığını göstərir.

Dövlət terroru ABŞ iqtidarının əvəzedilməz vasitələrindən birinə çevrilib.

İraq, Əfqanıstan və Liviyada imperialist hücumlara qarşı müqavimət göstərən vətənpərvərlərə terrorist damğası vurulur. Bağdad və Kabulun oyuncaq hökümətləri demokratiya və tərəqqi yolunda əfqan və iraq xalqlarına rəhbərlik etməli idilər. Sanksiyaların qurbanı olan İran məhv edilməklə hədələnir. Bununla belə neo-faşist müttəfiq İsrail müasir demokratiya nümunəsi olaraq təqdim edilir.

Ancaq, imperializm kapitalizmin tənəzzül əlamətlərini və məğlubiyyətlərini gətirir.

Kapitalizm heç bir bəşəri mahiyyət daşımır. Yox edilməlidir. Üfüqdə görünən yeganə alternativ sosializmdir.  Amma Afrika, Latın Amerikası, Avropa və Asiyada sərmayənin əzici gücü xalqın müqavimətini daha da artırır. Onlar tarixin mübtədasıdırlar və son zəfər mütləq onların olacaq.

[Məqalə  Center for Research on Globalization dan SOLFRONT üçün tərcümə olunmuşdur]

Tərcümə : Aqşin Kərimli                                      (c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:8495