abunə ol: Yazılar | Şərhlər | Еmail

Kuba xərçəng peyvəndini istifadəyə verdi

Şərh


 

Kuba dünyanın ilk ağciyər xərçəngi peyvəndini istifadəyə verdi.

 

Yeni dərmanın inkişafına 7000 dən çox alimin cəlb edildiyi, inkişaf etməkdə olan ölkələr arasında ən inkişaf etmiş bio-texnoloji sənayesinə sahib ölkə olan Kuba, dünyanın ilk ağciyər xərçəngi peyvəndini insanlığın istifadəsinə təqdim etdi.

Ancaq bu xəbər siqaret asılılığı olanları sevindirməsin. CimaVax EGF adı verilən peyvənd, təkrarlanan immunizasiyada istifadə edilən peyvəndlərdən fərqli olaraq, qoruma deyil, müalicə məqsədini daşıyır. CimaVax EGF şiş hüceyrələrin tərəfindən çıxarılan və onların böyüməsində açar rolunu oynayan Epidermal Böyümə Faktoru – EBF adlı molekula qarşı bədənin anti-cismi çıxarmasını təmin edir.

CimaVax EGF kimya-terapiya və radio-terapiya kimi digər xərçəng müalicələrinə cavab alına bilməyən yuxarı mərhələ (mərhələ 3-4) ağciyər xərçəngi xəstələrində istifadə ediləcək.

Proyektin baş tədqiqatçısı Dr. Gisela Qonzalez peyvəndin funksiyasını, “Bu peyvənd ilə xəstəliyin yox olması mümkün deyil, amma kritik xəstələrin vəziyyətini əsaslı səviyyədə yaxşılaşdırır” deyə çıxış etdi. İlk klinik işlərdə terminal dövrdəki xəstələrdə sağ qalmanı ortalama 4 ay uzatdığı sübuta yetirilmişdir.

Gənc xəstələrdə daha təsirli olduğu ifadə edilən dərmana dair Dr. Qonzalez bir xəstəsini nümunə verdi: “Xəstələrimdən biri dərmanı qəbul etməyə başlayanda 32 yaşında idi. İndi 35 yaşındadır. Yaşayır, işləyir. Bizi keçən gün ziyarət etdi və uşaq sahibi olmağı düşündüyünü söylədi.”

Dərmanın I faza işləri Kubada, II fazası isə Kuba, Kanada və İngiltərədəki klinikalarda reallaşdırıldı. Bu günə qədər mindən çox xəstənin istifadə etdiyi dərmanın, xərçəng müalicəsində istifadə edilən digər dərmanların əksinə hər hansı əhəmiyyətli əks təsiri görülməyib.

Dərman bütün Küba klinikalarında ödənişsiz olaraq insanların istifadəsinə verilib. Digər ölkələrdə istifadəsinin qarşısında maneə yoxdur. Peru bu mövzuda Kuba hökuməti ilə görüşməyə başlayan ilk ölkə oldu.

Ancaq ABŞda dərmanın tək klinika işləri üçün istifadəsi mümkündür. ABŞ hökumətinin davam etdirdiyi Kubaya qarşı embarqo, həm Amerikan Qida və Dərman dairəsi – FDA təsdiqi ilə dərmanın  istifadəyə girməsinin, həm də xəstə ABŞ vətəndaşlarının Kuba klinikalarında müalicə almasının qarşısında böyük bir maneədir.

 

 

⌠material original xəbərdən SOLFRONT.org üçün tərcümə olunmuşdur⌡

Tərcümə : Elmar Mürsəlov                              (c) SOLFRONT 


Oxşar yazılar:

Baxış sayı:7193