abunə ol: Yazılar | Şərhlər | Еmail

“Kağıt” filmi və ya “Cırılmağı gözləyən” Kağız”lar

Şərh

Türkiyə kinosunun son illər  yer ayırdığı  mövzulardan biri də  “12 Eylül darbesi”dir.  Bu sıradan “Kağıt”  filmi isə  seyrcisini tarixin məntiqi ardıcıllığını görmək üçün bir neçə il əvvələ aparır. Rejissoru və ssenaristi Sinan Çetin olan bu film  1977-78-ci illəri, xuntanın dövlət çevrilişindən sonra  düşüncə polisinin şübhəliləri necə yerli-yersiz həbs etməsindən, işgəncələr  və bu hadisələr fonunda həvəskar gənc rejissorun faciəsindən danışır. Müəllifin avtobioqrafik  qeydləri əsasında 30 il idi ki,  çəkmək istədiyi bu  filmin 2008-ci ildə çəkilişlərinə başlanmışdır.  “Kağıt”  2 il sonra  mavi ekranlara çıxır.

Filmin fabulası ilə bağlı simvolik  slogan  belədir : “Hangi kağıt hayattan daha değerlidir?”.

Sinan Çetin filmin məqsədi  haqda əlavə qeyd edir : “Saçma sapan yasaklar koyanların hiç yargılanmamasını eleştirdim”.

Sinopsis.

Emrah : Sabah kahvaltısında zeytin yemek yasaklansa ne olurdu?

Müzeyyen xanım : Sabah kahvaltısında zeytin yemeyiz.

 Bəzi tarixlərdə qanunlar baş kəsir .”İstərsə bir kağız bir bir nəfərin ,bir ailənin, bir cəmiyyətin kəlləsini qoparar. Dövlətin kağızının üzü en kəskin qılıncdan daha kəskindir.”

84 dəqiqəlik  sujet xəttində “yönetmen” Emrahla  kiçik məmur “Müzeyyen Hanım”  qarşı-qarşıya qoyulub. Atasının əczaçı görmək istədiyi Emrah həvəskar fotoqraf kimi çalışır. Arzusu aktyor dostlarının köməyi ilə sosial- işçi filmi çəkməkdir. Ancaq çıxılmaz bir vəziyyətə düşüb. Heç cür maliyyə problemini həll edə bilmir, bir “kino” adamı pul ayırmağa hazırdır, hətta masanın üzərinə pulları qoyur və çəkilişlərin başlamasını gözləyir. Çəkilişlər başlayır. Kino da hazır olur. Amma bir “kağıt”ın olması gərəkdir ki, film kinoteatrlarda ekranlara çıxarılsın.

 Heç bir şey etməyən vətəndaş qanun pozmur. Mədəniyyət nazirliyinin yazılmış qanununa görə isə çəkilişdən əvvəl  kino üçün icazə verilə bilər. Kinonun “kağıt”sız çəkilməsi qadağan imiş. İndi “kağıt” bürokratik sədd kimi ən böyük maneədir. Bundan sonra hadisələr başqa axarla cərayan edir. Ailədə faicə yaşanır, evini itirdiyini bildikdə “baba” intihar edir. 70- lərin Türkiyəsində bu qanunların sahibi dövlət aşkar qatilə çevrilir. 12 sentyabr Kenan Evrən çevrilişindən sonra hərbi hakimiyyət  şübhəli  Emrahları  həbs edir.

“Dövlət nədir? Bizə xidmət etməli olan bir vasitə, ütü, su qızdırıcısı kimi bir şey deyilmi? Heç müqəddəs ütü görmüsünüz?”

Sonda heç nə dəyişmir. Arada itirilmiş bir nəsil var.

R.J. Rummel – Death by Government – 1997

“XX əsrdə dövlətlərin qanuni “kağıt”larıyla  öldürülən insanların sayı 268 milyon nəfərdir.”

Dramla cəmiyyətin yaşadığı çətinlikləri işıqlandırmağa çalışan müəllif, göründüyü kimi problemin adını “bürokratiya” qoyub, ona müəyyən məsum sima verir, avtoritar siyasi  rejimin özündən çox, onun yetişdirdiyi sosial xarakteri – sıradan məmurun davranışını özbaşınalıq kimi tənqid edir. Ancaq bu tənqid sol baxışdan mimikriyadır. Arxa planda dayanan dövlətin tənqidinə yönələ bilmir. Təbii ki, qanunlar avtoritar sistemlərin hər dövrdə legitimləşmiş istismar alətidir. Onlar heç bir halda  vətəndaşın xeyrinə deyil, yalnız dövlətə xidmət edir.  Ona görə 1968 – ci il Paris mayının  şüarlarından biri məhz  belə idi .”Qadağan etmək qadağandır”. Eynilə 60- ların Avropası , 70- 80- lərin Türkiyəsi Azərbaycanın bugünüdür.Və “Hər bir qadağa, öz üsyançısını yaradır”  yazılmamış qanundur. Bəlkə də bu səbəbdən hər gün daha çox gözlənilir ki, inqilab “kağız”ları cıracaq .

 

 Scherif Abde                                (c) SOLFRONT 


Oxşar yazılar:

Baxış sayı:8353