abunə ol: Yazılar | Şərhlər | Еmail

Banu Avar – “Ərəb Baharı” və Suriyada qış!

Şərh


Banu AVARın Oktyabr ayında nəşr olunacaq “QAÇIN, Demokratiya Gəlir” Kitabından…

 

Hələb atamın doğulduğu şəhər! Bibim Osmanlının Trablusgarp deputatı (məbusu) Mahmud Naci bəylə evlənmişdi. Beyrut əmim oğlunun doğum yeri. Türkiyədə bir çox adamın ailəsi mənimki kimidir…

Cənub qonşumuz İraqdan sonra indi Suriya yanır! ! Yaxın qardaşlarımızın məmləkəti… Ürəyimiz daralır.

Tunis, Misir, Liviyadan sonra Suriya da CIA əməliyyatında yerini alır… Atəş sərhədlərimizə söykəndi və içəri girir!

Türkiyə, Liviyalılarla İtalyanlara qarşı döyüşmüşdü… İndi NATO əməliyyat mərkəzidir!

Mustafa Kamal, Suriyada imperializmə qarşı müqavimət təşkilatlandırmışdı…

İndi Ankara, ABŞ kəşfiyyatının Suriya üçün əməliyyat mərkəzidir!

Obama rəhbərliyi Türkiyə baş naziri üzərindən Bəşər Əsədə təhdidlərini çatdırır, bir tərəfdən müxalifəti maddi təmin edir… ‘Müxalifləri Türkiyədə ağırlayır. Suriya dövlətini müdafiə edənləri otellərdən atır. Türkiyə bölgədə Amerikanın jandarması və elçisidir …

Türkiyə müsəlman qonşularına qarşı səlib ordularının yanında yer alır!

2008-ci  ilin yazında TRTdə, ‘Suriyanın Rejimi’ adlı bir proqram hazırlamışdım… Suriyanın Böyük Orta Şərq Proyekti çərçivəsində 4 parçaya ayrılmasının planlandığını sənədlərlə izah etmişdim..

Kürdüstan kukla dövlətinin inşası, ancaq Türkiyə, İran və Suriyadan qoparılacaq parçalarla olası idi… Bunun üçün əvvəl narıncı sonra qan rəngi istifadə ediləcəkdi.

Budur, düyməyə basıldı!

* * * *

Martın əvvəlində Suriyada qan axmırdı… Derada da, Lazkiyedə də gündəlik həyat axıb gedirdi… Aprel ayında vəhşilik başladı… Misirdə, Tunisdə, Liviyada olduğu kimi…

Kürt (ya da hamiləlik) müddətini tamamlayan qərbyönümlü ‘müxalif’ təşkilatlara işarə verilmişdi…

Küçəyə eniləcəkdi… Əvvəl sosial şəbəkələrdə yaylım atəş başladı. Məlum ‘Ərəb baharı’ facebookla başladılmışdı…

Qurulan saytlarda Suriya rəhbərliyinə qarşı davamlı nəşr başladıldı. Sosial şəbəkələrdə onlarla videosu var. Maraqlanan Dünya Nizamı proqramımızdan izləsin.

 Günahsız kiçik Suriyalı bir gənc qız! Qılıqlayıcı bir bədən diliylə kameraya danışırdı:

‘Mən hökumət əleyhdarı ifadələrə görə Suriyadan sürgün olunmuş bir ailənin qızıyam. Mən Suriyalıyam amma oranı heç görmədim. Əsəd ailəsinin 40 illik diktatorluğu səbəbiylə bu vəziyyətdəyəm! Sizdən Suriyalı müxalifləri dəstəkləmənizi ‘hirs gününə’ qatılmanızı istəyirəm! Onlar ədalət üçün özünü yaxan Tunisli aktivist Məhəmməd Buazzidən ilham aldılar…

 Mükəmməl İngiliscəsiylə Suriyadakı rejimin dəyişməsi üçün qışqırırdı…

Çevriliş emalatçıları, kiçik qız uşaqlarını da, əli qanlı tətikçiləri də eyni anda istifadə edirdi!

İlk çeviriliş Yuqoslaviyada idi

İlk çeviriliş emalatı Yuqoslaviyada edildi…

Separatist təşkilat OTPOR idi. Başında Branimir Nikoliç var idi. Vəzifəsini tamamladıqdan sonra bir küçə küncündə başına sıxıldı!

OTPOR , qlobal sələmçi Corc Sorosun Açıq Cəmiyyət Vəqfinin davamı idi. Arxasında Amerikanın məşhur kəşfiyyat quruluşları var idi !!!

Amerikan bankirləri, ‘zərbə emalatı’ üçün, hədəf seçdikləri ölkələrdə vətəndaş cəmiyyət təşkilatlarını istifadə edəcəkdilər.

Yuqoslaviyanı yox edəcək hərəkatı, Amerikan səfiri Richard Miles idarə etmişdi.

OTPOR nümayişçilərini təqaüdçü Amerikan generalları yetişdirmişdi… Bunlardan ən tanınmışı Robert Helvey idi. Helveyin ilham aldığı adam Pentaqon çevirilişlərinə, günahsız gənclik müqaviməti maskası taxan Gene Sharp adlı nəzəriyyəçi idi.

Yıxılacaq rejimlərdə ‘vətəndaş itaətsizliyi’ və şiddət ehtiva etməyən müqavimət’ qəliblərinin yaxşı iş görəcəyini söyləmişdi.

CANVAS: Otporun davamı

1 May 2011də Taksim meydanındakı abidədə təhlükəsizlik qüvvələrinin gözləri qarşısında Atatürk heykəlinə qarşı edilən hərəkət, Diyarbakırda qurulan vətəndaş itaətsizlik çadırları, küçələrdə qılınan cümə namazları, Otporvari ya da onun davamı olan CANVASın hərəkat qəlibləri idi.

CANVAS, (Şiddət Ehtiva etməyən Müqavimət və Strategiya Mərkəzi) 50 fərqli ölkədə fəaliyyət göstərir. Vətəndaş cəmiyyət çərçivəsində Amerikan mənfəətləri üçün ‘aktivist’ yetişdirir!

Mərkəzi Belgrad’dadır..Hədəfdəki ölkələrə çeviriliş ixrac edir! Təşkilatın başında dünyanın ən zəngin aktivistləri var : İvan Maroviç və Srdja Popoviç! Canvas, Misir və Suriyadakı üsyançılara “məsləhətçilik” edir..

Çeviriliş ixracatında medianın hər qolu istifadə edilir… Film şirkətləri, veb saytları qurulur. Pul boldur… York Zimmerman Film şirkəti yaxşı bir nümunədir. Sahibi Steve York. Bir cəmiyyətdə gənclərin ABŞ mənfəətləri çərçivəsində istiqamətləndirilə bilməsi üçün filmlər, kompüter oyunları istehsal edir.  Deyir ki:

‘Etdiyimiz filmlər, insanların vətəndaşlara təzyiq göstərən rejimlərə qarşı, ‘şiddət ehtiva etməyən’ fəaliyyətləri üçün təlimatçı bir rol oynayır!’

York, etdiyi filmlərdən, ən məşhur olanının, “Diktatoru devirmək” (Bringing Down A Dictator) adlı film olduğunu söyləyir. Köhnə Yuqoslaviya başçısı Miloseviçi ‘şiddət ehtiva etməyən müqavimətlə’ (bunun nə olduğu müəmmadı..) devirən gənclərin strategiyasını nümunə göstərir. Yəni OTPOR təşkilatını işarə edir.

OTPORun lideri İvan Maroviç idi. Adi bir universitet tələbəsiykən Amerikan kəşfiyyatçılarının diqqətini çəkmişdi. Yuqoslaviyanı qarışıqlığa sürüyən ilk gənclik hərəkatlarını o təşkilatlandırmışdı. İndi haradadırmı? Maroviç, indi, Steve Yorkun gəncləri qiyam qaldırdırma proyektlərində ‘məsləhətçi’ olaraq çalışır.

‘Təzyiq səviyyəsi artdıqca, müqavimət də artar!’ deyir. Sol göstərib sağ vurur… Bu elə bir qurğudur ki haqsızlıqlara baş qaldıran gənclər bir anda özlərini Amerikanın üstüörtülü əməliyyatının içində tapır.

OTPOR, etiraz hərəkatlarında müxtəlif ölkələrə ‘yol xəritəsi’ çəkən təşkilatdır. Əvvəl mələk üzlü gənclər, ictimai ünsiyyət şəbəkələrini istifadə edərək ‘daha çox azadlıq, daha çox haqq’ vs istəyir.

Qısaca ‘Daha çox demokratiya!’ tələbiylə küçəyə çıxılır.

Məlumdur ki, Amerikan senatında, ‘çeviriliş emalatı’ proyektinin adı da ‘demokratiya proyekti” idi!

 Şimal Afrika və Orta şərqdə ‘Ərəb Baharı’ olaraq adlandırılan zərbələr silsiləsində, Demokratiya Proyekti tətbiq edən OTPOR və CANVAS təşkilatlarının barmağı vardı.

Misirdə xalqı küçəyə tökən, 6 Aprel Gənclik Hərəkatı idarəçiləri Məhəmməd Adel və Əhməd Maher 2008də əvvəl Amerikaya, 2009da da Belqrada CANVAS mərkəzinə ‘təhsilə’ getmişdilər…

Şimal Afrika və Orta şərq ölkələrində əvvəlcə lisey və universitet şagirdləri öyrədilmişdi… Onlara, xalqı xüsusilə də gəncləri necə ‘vətəndaş itaətsizliyinə çağırmaq’ lazım olduğu öyrədilmişdi.…

Şəhər meydanlarına çıxılacaq, prospektlərdə namaz qılınacaq, bayraqla örtüləcək, nümayişlərdən sonra meydanlar təmizlənəcək, xalqa və polisə şirin görünüləcəkdi.

Dindar seqment üçün fərqli, hip hop gənclik üçün fərqli ‘şüarlar’ hazırlanacaqdı.

Suriyada üsyanın çertyoju çox əvvəl çəkilmişdi. Əvvəl Dəra sonra Şam küçələri qarışacaqdı. İzdiham tələbələrdən təşkil olunacaqdı. Küçələri, meydanları, ‘Azadlıq! Demokratiya!’ deyə qışqıran gənc aktivistlər bürüyəcəkdi…

15 martda Suriyada üsyan başladı. Gənclər küçələrdə idi. Daşıdıqları məzənnələr, atdıqları şüarlarda heç bir anti-imperyalist vurğu yox idi. Nə ABŞ, nə NATO hücumları qınanmırdı. Tək mesaj vardı. ‘Əsəd getsin, demokratiya gəlsin!’

Misirdə Tahrir meydanı hərəkatına liderlik edən Vail Gonim ya da Əsma Məhfuzu xatırladınızmı? Bacarıqlı uşaqlar idi!

Əsma Məhfuz əvvəl facebookdan gəncləri təşkilatlandırmışdı…

Gözündə yaşlarla xalqı cümə namazlarına dəvət etmişdi… Təvazökar evində özünü videoya çəkmiş sonra facebook üzərindən paylaşmışdı. Yayımlanan alovlu nitqində belə demişdi: ‘Hal hazırda saat gecə 10 30. 24 yanvar 2011dir…Sabahgözlənilən gün, 25 yanvar 2011dir… Hamımız sabah üçün çox çalışdıq. Ən gözəli heç birimiz siyasətçi deyilik. Biz Misir xalqıyıq… 14 yaşında uşaqlar belə plakatlar hazırladılar, cümə namazlarından sonra onları dağıtdılar…’

Esma, Facebookda kafi sayda adam yığdıqdan sonra küçələrə çıxmışdı… Misirdə onun kimi onlarla CANVASdan vətəndaş itaətsizlik təhsili almış aktivist vardı!

Sabahısı gün Təhrir meydanında idi. Üzərində təəccüblü rəngdə geyimlər vardı… Avazı çıxdığı qədər qışqıraraq xalqı qızışdırırdı. Soros məktəblərində aldığı təhsilin haqqını verirdi.

Canvasın hazırladığı ‘Ağıllı etiraz necə edilər’ kitabçasında, etiraz gedişlərinin necə hazırlanacağı, sosial şəbəkələrin necə istifadə ediləcəyi, nümayişlərdə necə geyiniləcəyi, polislərlə əlaqə, bibər qazından qorunmaq üçün nələr ediləcəyi mövzusunda məlumatlar vardı…

Məhəllələrdə necə təşkilatlanılar, meydanlara necə adam toplanar izah edilmişdi.

Bu çərçivədə Misirdə Təhrir meydanına 300 min adam dolduruldu…

Meydan boşaldığında Mübarək getmiş onun yerinə isə Pentaqonla yaxından əlaqəli Misir ordusunun əsas adları oturmuşdu.

ABŞ imzalı ‘demokratiya proyekti’ bu idi!

‘Müxalif ol! Varlan!’

Hər ölkədə təşkilatın üst təbəqələri dollar zəngini olurdu…

Bununla əlaqədar təəccüblü xəbərlər Aprel 2011də, Vaşinqton Postda yer aldı. Qəzet Amerikanın Suriyalı müxalif qruplara milyonlarla dollar göndərdiyini sənədlərlə açıqladı …

Murdocha aid Fox televiziyasıda, 19 Aprel 2011də Wiki sızıntılara söykənərək etdiyi xəbərdə ‘Amerikanın zərbəçiləri maliyyələşdirdiyi’ açıqlanmışdı. Xəbər belə idi:

‘İndi bilirik ki ABŞ, Suriyadakı müxalif qruplara gizlicə maddi dəstək verir. Ağ Ev, bir tərəfdən Suriya rəhbərliyiylə əlaqələr qurarkən, dəstək verdiyi qruplar Bəşər Əsədi devirməyi məqsəd qoyur. Wikileaks sənədlərini nəşr edən Vaşinqton Posta görə, Corc Buş dövründə bu qruplara və müxalif televiziya kanallarına maddi dəstək verildi. Obama da müxalifləri dəstəkləməyi davam etdirdi.’

Bu xəbər, Amerikadakı fərqli maraq qruplarının savaşına aşkar bir nümunə idi… Onsuz da çox keçmədən Murdochun ipi çəkiləcəkdi. Soros 2011 fevralında düyməni basmışdı, CNNdə, Fareed Zakariaya, Murdochun ‘ictimaiyyətə səhv məlumatlar yaydığından’ danışmışdı..

Amma çox keçmədən Fox tv xəbəri təsdiqləndi…

Amerikan qrantlarının əhəmiyyətli bir qismi Suriyaya qarşı müxalif nəşrlər çap edən medialar yaradılması üçün xərclənmişdi. Məsələn Londondan nəşr edilən Barada tv böyük miqdarda qrant almışdı..

Bu xəbər ortaya çıxanda Suriyalı müxaliflər arasında mübahisə başlamışdı. –

Bir qismi, ‘Müxalifətə Amerikan dəstəyinin ‘pis xəbər’ olduğunu açıqladılar. ‘Bu, Suriya müxalif hərəkatı üçün alçaldıcı ola bilərdi’…

Amerikan qrantı xəbəri, müxalifətin günahsız maskasını cırmışdı… Qarışıqlığın arxasındakı yaşıl dollarlar ortaya çıxınca Əl Cəzirə televiziyası pozulan imici bərpa edəcəkdi:

Ekrana çıxartdığı mütəxəssislər ‘Pul haradan gəlirsə gəlsin, əhəmiyyətli olan demokratiya, insan haqqları azadlıqlar deyilmi!’ şablonunu təkrarladı!

Budur İordaniyadan Orta Şərq mütəxəssisi Lamis Andoni, Əl Cəzirədə ‘Bu insanlar insanları əzən rejimlərin sona çatmasını istəyən nümayişçilərdir. Azadlıq istəyirlər o qədər! İqtidar nə dəyir desin!’ deyirdi.

Bu səslər, ölkələri qucaqlayan vətəndaş şəbəkələrinin səsi idi… İyerarxik bir quruluşda təşkilatlı olaraq hədəf ölkələri əhatə edib iflic edirdilər..

Ən üstdə qərb kəşfiyyat təşkilatları, ən altda ilk addımı atan, küçəni hərəkətləndirən OTPOR ya da CANVAS kimi aktivist təşkilatlar vardı. ‘Şiddətsiz müqavimət’ adı altında kütlələri meydanlara doldururdular..

Hərəkat, əvvəlcə hər ölkəyə virus kimi yayılan Amerikan universitetlərində təşkilatlanır, sosial şəbəkələrdən edilən çağırışlarla küçəyə yayılırdı.

Teoman Əlili yazmışdı. Misirdə Tunisdə və indi Suriyada narıncı təşkilatlanma eyni şəkildə edilirdi… Məktəblərin akademik heyətin içinə sızmış Açıq Sosiallar, vətəndaş cəmiyyət şəbəkələri içindəki şagirdləri qiymətləndirir, liderlərlik xüsusiyyəti olanları təyin edir, sonra onları otporvari müqavimət üçün təhsilə göndərirdilər… Şimal Afrikadan da, Suriyadan da seçilmiş şagirdlər, Serbiyada ‘şiddət ehtiva etməyən müqavimət’ təhsilinə təbii tutulmuşdular. ‘Diktatoru devirmək’ kimi sənədli filmlərdən ilham alırdılar… Pul bol idi. Amerikan senatından təsdiqlənmiş maliyyəylə bəslənirdilər. ‘Ərəb inqilabının fiqurları olaraq səhnədə yerlərini alırdılar..

Arxalarında Rockefeller də, Rothschields də, Obama da, Mc Cain, də vardı! Hər biri fərqli müxalif qrupların arxasında idi!

ardı var…

Tərcümə : Seymur Elyazlı                                       (c) SOLFRONT 


Oxşar yazılar:

Baxış sayı:9520