abunə ol: Yazılar | Şərhlər | Еmail

Emil Salamoğlu – SSRİ və müstəqil Azərbaycan

Şərh

SOLFRONT Emil Salamoğlunun Xaçmaz rayonundan hazırladığı fotoreportajı təqdim edir.Ümid edirik ki, bu şəkillər məkanı eyni olub, zamanları arasında isə cəmi 20 il fərq olan eyni 2 ölkə arasındakı uçurumu görməyə çox adam üçün bələdçi olacaq.

 

Sovet Azərbaycanında büdcədən bütün pullar Lenin və Stalin adına mərkəzlərə tikilirdi. 15 respublikanın hər rayonunda onun adına mərkəzlər Lenin adına fonddan xərclənirdi. Həmin fonda vəsaitin hardan daxil olduğu ictimaiyyətə açıqlanmırdı. Deyilənə görə, Lenin mərkəzlərinin tikintisi üçün fonda “uborça”ların, “jek” işçilərinin maaşından tutulan pullar daxil olurdu.

SSRİ demontaj olandan sonra Azərbaycan 20 ildir işıqlı gələcəyə doğru gedir. Artıq Ulu Öndərin uğurlu siyasəti və onu layiqli kursunun davamçısı ölkəmizi dünyanın ən dinamik inkişaf etmiş ölkəsinə çevirib. Azərbaycan inkişaf sürətinə görə dünayda birincidir.

Sovet vaxtı bələdiyyə bütün torpaqları, baxçaları qarış-qarış məmurlara satır, şadlıq evi tikirdilər. Sovet məmurları vətəndaşların obyektini sökdürüb, kompensasiya vermir, sahibkarları müflisləşdirirdi.


Stalin adına tikilən bulaqlarda həmişə korrupsiya daşqını olurdu. Sonuncu belə daşqın nəticəsində Kür və Araz ətrafı zonalarında yaşayanlar su altında qaldı. İmperialist və işğalçı sovet hökumətinin fövqəladə hallar naziri evi su altında qalanların pulunu yeyirdi. Bu isə, indiki pulla təxminən 320 min manat edirdi. Brejnev adına bulaqlar tikilir, Xruşova həsr olunmuş məscidlər inşa edilirdi.

Sovet hökuməti xalqın mülkiyyətini sökür, kompensasiya vermir, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması üçü iş görmürdü. Həmin illərdə “qış bulvar”, “eurovision” kimi layihələrə görə minlərlə insanın evini uçurub yerində komplekslər tikirdilər. Müstəqillik gənclərə ipoteka və s. şərtlərlə mənzil almaq imtiyazları qazandırdı. Dövlətimizin başçısının göstərişi ilə hər bir vətəndaşın mülkiyyəti toxunulmaz elan olunub, kompensasiyalar şəffaf şəkildə ödənilir.

Nəhayət ki, SSRİ Nemət Pənahlının “otur, dur” deməsi ilə dağıldı və Azərbaycan müstəqil oldu. Azadlıq meydanına toplaşan minlərlə etirazçı ölkəni sovet imperiyası, mənfur kommunist rejimindən xilas etdi. O dövrdə Sabir Rüstəmxanlı, X.R.Ulutürk, Tahir Kərimli, Etibar Məmmədov kimi azadlıq aşiqləri Azərbaycanın müstəqlliiyinə nail oldu. Ancaq cəbhə hakimiyyətindəkəki xaos, vətəndaş qarşıdurması, separatçı qüvvələr müstəqilliyimizi təhlükə altına qoydu. 20 faiz torpaqlarımı erməni separatçıları tərəfindən işğal olundu. Bu zaman TANRI xalqın ulu öndərini, dahi lideri, xalqımızın xilaskarı Heydər Əliyev həzrəti-cənablarını Azərbaycana göndərdi. Onun gəlişi ilə ölkəmiz nur saçdı. “Əsrin müqaviləsi”, AŞPA-ya üzv olmaq, atəşkəs kimi uğurlar əldə olundu. Azərbaycan artıq keçid dövrünə keçdi. Sonra onun layiqli davamçısı olan İlham Əliyev ölkəni daha da sürətlə inkişafa apardı.

Stalin və Lenin heç vaxt belə dahiyanə sitatlar gətirə bilməzdilər. Leninin inqilab, siniflərin ləğvi, sosial bərabərlik, ədalət, proletariat diktaturası və s. kimi cəfəngiyyat ideyaları aktuallığını itirdi. İndi dünya Azərbaycanda ulu öndərin fikirlərindən olan kitablar dərsliklərə salınıb. Həmin kitablarda uşaqlarımız tariximizi öyrənir. Şagirdlərə ulu öndər haqda inşa yazdırılmır. Halbuki, sovet rejimi Lenin haqda məcburi inşalar yazdırırdı.

Sovet iqtisadiyyatı neft gəlirləri üzərində qurulmuşdu. Qeyri-neft sektoru inkişaf etmirdi. İnsanlar ac idi, kapital 3-5 ailənin əlində cəmlənmişdi. Bazarda bayramqabağı qiymətlər süni şəkildə qaldırılırdı, inhisarçı məmurlar Stalinə qarşı çıxırdılar. Sonra cənab Stalin məmurlara və korrupsiyaya qarşı mübarizəyə başladı. Bu öz nəticəsini verdi.

Sovet hökuməti işğalçı idi, insanlar kölə kimi əsarətdə idi. Beynəlxalq aləmdə totalitar rejim kimi qəbul olunurdu, dünyaya satdığı neftlə burjua cəmiyyəti yaratmışdı. Söz azadlığı, sərbəst toplaşma hüququ yox idi. Bir partiyalı sistem ölkənin siyasi inkişafdan geri salırdı. Həmin dövrdə ziyalılar, yazıçı və şairlər “pornoqrafiya” ədəbiyyatı yaratmışdılar. Ziyalılar “Lenin”, “Stalin” ordeni ilə, bağ-villayla təltif edilirdi.

İnsanlar 20 ildir müstəqil şəkildə yaşayır, iqtisadi – siyasi azadlıqları var. Sahibkarlara dövlət yardım ayırır, vergilərdən azad edir, onlardan rüşvət alınmır. Qafqazın lider dövlətinə çevrilən Azərbaycanda turizm inkişaf edir. Qəbələ, Lənkəran, Quba, Şəki və s. səfalı guşələrimizdə qiymətlər ucuz, müştəri axını izdihamlıdır. Artıq Gürcüstan vƏə Türkiyəni turizmdə qabaqlamışıq. Sovet vaxtı məmurlar hər rayonda istirahət guşəsi yaradır, qiymətlər isə od tutub yanırdı.
 Sovet vaxtı doğum evlərində rüşvət alırdılar, həkimlər orqan mafiyası ilə məşğul idi. Xəstələrə dərman pulla satılırdı, cərrahlar yoxsul xəstəni əməliyyat etmirdi. Özəl klinikalarda müalicə keyfiyyətsiz, qiymət isə baha idi. Çoxları İran və Almaniyaya gedirdi. Sovet vaxtı hər 5 hamilə qadından 4-nün uşağı olmurdu.
20 ildə Azərbaycandakı ANALOQSUZ İNKİŞAF sübut etdi ki, ÖLKƏ 70 İL SSRİ-nin tabeliyində xeyli geri düşüb. İndi sovet vaxtı kimi kütləvi intiharlar, qətllər, işsizlik yoxdur. Sovet vaxtı “Leksus”, “İnfiniti” sürən məmur balaları hər gün bir yoxsul piyadanı, bəzən də bütöv bir ailəni maşınla vurub qətlə yetirirdilər.
SSRİ dağılandan sonra Azərbaycan günəş kimi doğmağa başladı. Dünya bizdən danışır. “Eurovision” qələbəsi göstərdi ki, ordumuz çox güclüdür, Qarabağı da müharibə yolu ilə ala bilərik. İndi “google”da Azərbayca yazanda “Elli və Nikki” adı gəlir. Bizi bu adla tanıyırlar.
 
Sovet insanı hər şeyə laqeyd idi, total şəkildə biganəlik vardı, vətənpərvərlik ruhu ölmüşdü, cəmiyyəti yalnız pul düşündürürdü. Ac və işsiz insanlar televiziya və radiolarda “qazan” verilişlərinə baxır, müğənnilərin konsertlərini dinləyirdi.
Sovet hökuməti həm də irsi monarxiya üzərində qurulmuşdu. Mircəfər Bağırovun oğlu vərəsəlik yolu ilə hakimiyyətə yiyələnmişdi. Xalqı qorxu içində saxlayır, kütləni əzirdi. Beləliklə, hər şey artıq arxada qalıb. AZTV demişkən, müstəqil AZƏRBAYCAN ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN ŞAH ƏSƏRİDİR.

(c) SOLFRONT                           


Oxşar yazılar:

Baxış sayı:18289

Şərhlər

  1. Aqsin Kerimli deyir:

    El bilir ki sen Ilham Eliyevinsen
    Atasinin dogma mulkusen
    Onda menim neyime gereksen
    Azerbaycan… Azerbaycan

  2. David Liberte deyir:

    BU VETENI MILLETI O QEDER ZORLAYIBLAR KI INSAN INSANLIGINI BELE UNUDUB

  3. Tural deyir:

    nə sovetlər yaxşı idi nə də indiki əliyevlər.. 2 quruluşu müqayisə edilərək ya ağ ya qara seçimi qarşısında insanımızı qoymaq lazım deyil axı göy qurşağı deyilən bir şey var təbiyətdə..

  4. Fariz uA deyir:

    Bu hele heçnedi