abunə ol: Yazılar | Şərhlər | Еmail

Doqma 95 manifesti və birinci doqma

Şərh


Lars von Trier, Thomas Vinterberg, Kristian Levring və Søren Kragh-Jacobsen danimarkalı rejissorlardır. 13 Mart 1995 ci ildə dördlük adından Lars von Trier və Thomas Vinterberg imzaladılar ki:

1.Çəkiliş yeri  olan  səhnələrə  rekvizit və dekor kənardan gətirilə bilməz (Sujetlə əlaqədar rekvizit lazımdırsa, bu halda çəkilişlər rekvizitin olduğu yerdə aparılmalıdır).
2. Musiqi  təsvirdən  kənar  yazılmalıdır  və əksinə . (sonradan əlavə edilməsi qadağandır .)
3. Çəkiliş əl kamerası ilə aparılmalıdır. Hər bir hərəkət və hərəkətsizliyin çəkilişinə yalnız insan əli üçün əlçatan olduqda icazə verilir (film kamera statik dayandığı yerdə çəkilə bilməz, film baş verdiyi yerdə çəkiliş aparılmalıdır).
4. Film rəngli olmalıdır. Xüsusi işıqlandırmaya icazə verilmir (çəkilişlər üçün işıqlanma kifayət dərəcədə deyilsə, səhnə ixtisar edilməlidir və ya kameraya sadə lampa əlavə qurula bilər).
5. Optik işlər və filtrlər qadağandır.
6. Filmdə səthi fəaliyyət olmalı deyil (Qətllər, silahlı atışma və s. baş verə bilməz).
7. Müvəqqəti zamanla bağlı və coğrafi keçid qadağandır (bu o deməkdir ki, film burada və indi baş verir).
8. Janr filmlərə icazə verilmir.
9. Filmin formatı “Academy 35 mm” olmalıdır.
10.Rejissorun adı qeyd edilməməlidir.

 

Müəlliflər 60-cı illərin antiburjua yeni dalğasının  müəllif – burjua kinosuna çevrilməsindən sonra  bu manifesti  kino adına qurtuluş aksiyası  hesab edirlər. Kino individual iş deyil! “Doqma 95”  avanqard cərəyan kimi Chaplinin müharibə elan etdiyi Hollivuda da tüpürdü beləcə.

Birinci rejissor  Thomas Vinterberg oldu. Danimarkalı kino adamı  “doqma 95”  manifestini imzalayan  müəlliflərdən biri idi. İlk “doqma”  Vinterbergin 1998-ci ildə Kann festivalına təqdim etdiyi və  müsiflər heyətinin xüsusi mükafatına layiq görülmüş “Ad günü məclisi” və ya “Bayram” (“Festen”) filmidir.

Haşiyə. Haradasa mükafatlanma gözlənilməz haldır, bu tip sonrakı doqma qəbul olunmadı. Səbəb isə sadəcə, cəmiyyətlər öz eybəcərliklərini ekranda görməkdən qorxur. Məsələn, “İdiotlar” filmi tənqidçilər tərəfindən xüsusən heç də birmənalı qarşılanmadı.

Filmin sinopsisi dəhşət doğurur:

101 dəqiqəlik filmin fabulası meşşan – burjua ailəsinin daxili psixoloji problemləri üzərində qurulub. Kino 2 gün baş verən hadisələr haqdadır. Ailənin patriarxı – biznesmen Helge təntənəli 60 illik yubileyini keçirir. Yaxın qohumlarla birlikdə böyük ailə şəhərkənarı şəxsi oteldə bir araya gəlir. Qonaqlar üçün  stollara şərab düzülmüş alaqaranlıq zalda axşam süfrəsi açılır. Gecədə bir nəfər, yubilyarın əkiz qızlarından biri Linda iştirak etmir. O, elə bu hoteldə müəmmalı şəkildə intihar etmişdi. Məclis qızışır, tost demək qocanın böyük oğluna tapşırılır. O, seçilmiş kartı açır. İkrah doğuran iyrənc həqiqət pedofil ata haqda söylənilir. Bəlkə də bundan sonra ara qarışmalı idi. Ancaq heç də belə olmur. Keçmiş ailə qroteskləri xatırlandıqca gərginlik hiss olunmadan artır. Mərhum bacısı və özü cinsi istismara məruz qalan oğul, üstəlik, qoca ailə başçısı tərəfindən hədələnir. Sonra bacının suisid öncəsi qeyd etdiyi kağızdan nələrsə oxunur. Bununla da  daxili ailə idilliyası birdəfəlik  dağılır.

Şerif Abde                                                     (c) SOLFRONT

 

TORRENTdən YÜKLƏ

                                                                      


Oxşar yazılar:

Baxış sayı:7339