abunə ol: Yazılar | Şərhlər | Еmail

Rasizm qoxan demokratiya – Liviya

Şərh

“Müxaliflərin” hücum etdiyi qara dərili Traverqalılar, qaçdıqları Tripolidə də öldürülməyə və təcavüzlərə məruz qalırlar. Tripolinin müxaliflər tərəfindən ələ keçirilməsindən sonra, qara dərililərə qarşı “etnik təmizləmə” hərəkatı başladılmışdır.

 

Taverqanı xəritədən siləcəklərini deyən və şəhərdə etnik təmizləmə edən müxaliflər, binaları yandırır, insanları yük maşınlarına doldurur və naməlum yerlərə aparırlar. İtkin düşmüş taverqalılardan isə uzun müddətdir xəbər yoxdur.Qaçmağı bacaranlar isə Qəzzafi höküməti tərəfindən Əl-Hayşaya və ya Tripoliyə aparılıblar.

 

Əvvəlcədən kəskin irqçiliyə  məruz qalan qara dərililər, özlərinə yaşamaq üçün şaraiti yaradan Qəzzafinin tərəfində idilər. Ancaq indi məruz qaldıqları işgəncələrin səbəbinin bu olduğunu demək yalnış informasiya vermək olardı. Qatı irqçilik nümayiş etdirən müxaliflər, Misrata və Traverqa arasındakı yola, “Qulları, və qara dərililəri “təmizləmə” taboru” yazıları yazılmışdı. Traverqalılara Misratada işləməyə icazə verməyəcəklərini və rahat yaşamağa qoymacaqlarını söz verən NATO – nun müxalifəti, onları getdikləri yerdə də rahat buraxmır.

 

Tripoli qaçqınlarının həyatı

 

Tripolidə  qaçqın kimi yaşayan Traverqalılar, düşərgədən çıxmağa qorxurlar. Traverqalı bir qadın yaşadıqlarını belə ifadə edir “Avqust ayının ortalarında silahlı müxaliflər şəhərimizə daxil olduğu zaman və ətrafı pərən-pərən etdikdən sonra, sadəcə çantamızı və bəzi pal-paltarımızı götürərək qaçdıq. Evlərimizə və əşyalarımıza nə olduğunu bilmirik. İndi isə burda düşərgədəyik. Oğlum xəstədir və şəhər xəstəxanasına aparmağa qorxuram. İndi bizə nə olacağını bilmirik.”

 

Tripoliyə qaçan 10.000 Traverqalının beynəlxalq xaç komitəsinə təhvil verildiyi deyilir, ancaq bu məlumat komitə tərəfindən təsdiq edilməyib. Həmin ərazidə kütləvi qəbirlərin olduğu deyilir.

 

İşgəncə və cinayətlər davam edir

Tripoliyə qaçan qara dərililər burda da rahat yaşaya bilmirlər. Müxaliflər tutduqları insanları divar qarşısında diz çökdürüb qırmanc və çubuqlarla döyür, idarə nöqtələri və xəstəxanalarda sorğusuz sualsız həbs edirlər. Həbs olunanlardan isə bir daha xəbər alına bilmir.

28 Avqust günü Tripolidə 45 yaşındakı Hava Nəqliyyatına Nəzarət işçisi, bazarlıq edərkən əmisiylə birgə həbs olunub və naməlum yerə aparılıb. 29 Avqust günü Beynəlxalq Amnistiya Təşkilatının nümayəndələri Trablus Mərkəz Xəstəxanasında üç adamın bir Traveqalını həbs edib apardıqlarına şahid olmuşlar. Daha əvvəl eyni şəkildə həbs olunan iki adamdan bir daha xəbər alınmayıb.

 

Taverqadakı mühacir düşərgələri də etibarlı deyil. Keçən ay müxaliflər, girdikləri düşərgədən 14 adamı həbs ediblər və həbs olunanlardan bir daha xəbər alınmayıb.

 

Təhlükənin arealı genişlənir

 

Sabhadakılar və Afrikalı Liviyalılar da təhlükə altındadırlar. Beynəlxalq İmmiqrant Təşkilatı, 1,200dən çox Afrikalı immiqrantın yaşadığı Sabhada amnistiya olmayana qədər burdakı immiqrantları qoruyacağını bəyan edib: “Elektrik və yanacaq olmadan, çox az su və qidayla yaşayan immiqrantlar və şəhər sakinlərinin vəziyyəti getdikcə çətinləşir.”

 

Hazırladı : Elmar Mürsəlov                                          (c)SOLFRONT

 

⌠material haber.sol.org.tr saytındakı orijinal xəbərdən SOLFRONT.org saytı üçün hazırlanıb⌡

Oxşar yazılar:

Baxış sayı:9066