abunə ol: Yazılar | Şərhlər | Еmail

Dortmund Nasistlərə qarşı

Şərh

Almaniyanın Dortmund şəhərində Neonasistlərin etmək istədiyi mitinq, şəhər əhalisi tərəfindən etirazla qarşılandı.Ümumi sayları 750 nəfər olan faşistlərə qarşı 10 min Dortmundulunun iştirak etdiyi mitinqdə “Dortmundda nasistlərə yer yoxdur!” şüarı səsləndirildi.

Alman faşistlərin mitinqi Dortmundun əsasən immiqrantlar yaşayan bölgəsində keçirilirdi. Qatar vağzalı tərəfdə həmkarlar ittifaqlarının təşkil etdiyi mitinqdə danışan Dortmund Şəhər Bələdiyyə sədri  Ullrich Sierau “Dortmundda nasist istəmirik” dedi.
Anti-faşist mitinqə qoşulan Sol Partiya (Die Linke) millət vəkili isə bunları dedi:

“Baş verən hadisələr yoxsulluqla bağlıdır.İşsizliklə milliyətçilik düz mütənasibdir.Sağçılar immiqrant və ya gəlmələrin onların işlərini aldıqlarını və şəhəri çirkləndirdikləri propoqandasını edirlər.Buna qarşılıq olaraq, biz öz “insani” propoqandamızı etməli və cəmiyyəti düzgün şəkildə məlumatlandırmalıyıq. Əgər bunu edə bilsək bu nasistlərin təşkilatlanmağına böyük əngəl yaradacaq. Onların bu mitinqi Dünya Sülh Günündə etmələri də təsadüfi deyil. Beləliklə onlar hər zaman öz xalqının maraqlarından çıxış eetdiklərini və imperializmə qarşı olduqlarını dəfələrlə deyiblər. Amma fakt faktlığında qalır ki, ikinci dünya müharibəsi zamanı ən böyük vəhşiliyi nasistlər etmişdi.Ona görə də, hamımız nasistlərə qarşı gücümüzü birləşdirib mübarizə aparmalıyıq.”

Nasistlərə qarşı keçirilən mitinqlərdə polislə sol qruplar arasında döyüşlər getdi. Polis hər zaman olduğu kimi insanlığın yox vəhşilərin yanında olduğunu bir daha isbatladı.Mitinqlərdə gözyaşardıcı qazlardan v su panzerlərindən istifadə olundu. 270 dən çox insan isə həbs olunub.


Oxşar yazılar:

Baxış sayı:6947