abunə ol: Yazılar | Şərhlər | Еmail

Yunanıstan 24 saatlıq ümummilli tətil elan etdi

Şərh

Yunanıstanda növbəti dəfə hökumətin sərt iqtisadi reformlarına qarşı ümummilli tətil keçirilir. Ölkənin bütün həmkarlar ittifaqı tərəfindən elan edilmiş  tətil 24 saat ərzində ölkənin, demək olar ki, bütün sahələrinin fəaliyyətini iflic vəziyyətə salacaq.  Tətil zamanı bərə, dəmir yolu və aviasiya nəqliyyatının fəaliyyəti tam dayanmışdır. Nəqliyyat günün bir hissəsində tətilçiləri mitinq yerinə çatdırmaq üçün fəaliyyət göstərirdi. Tətildə həmçinin, məmurlar, sosial xidmət işçiləri, məktəb və bank həmkarlar ittifaqı üzvləri də iştirak etmişlər. Təhsil ocaqları bağlıdırlar, dövlət qurumları fəaliyyətini dayandırıb. Bu gün həmçinin KİV işçiləri də tətil edirlər. Cümə axşamı heç bir qəzet və digər mətbu nəşrlər çıxmayacaq.

Tətilçilər və polis Afinanın mərkəzində toqquşmuşlar. Əsl döyüşlər parlament binasının qarşısındakı Sintaqma meydanında gedir. Manifestasiyalar digər yunan şəhərlərində də gedir.

Xatırladaq ki, hökumət iyun ayında nəqliyyatın bir hissəsinin özəlləşdirilməsi barədə qərar qəbul etmişdir ki, bu da nəqliyyat işçilərinin narazılğına səbəb olmuşdur. Dövlət isə bunun 1 milyard euro-ya yaxın mənfəət gətirəcəyini düşünür. Həmçinin tətilçilər Aİ və BVF kredit yardımını əldə etmək üçün dövlət xərclərinin ixtisarına qarşı çıxırlar.

www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:9014