abunə ol: Yazılar | Şərhlər | Еmail

Tələbələr daha yaxşı Çili üçün yürüş edir.

Şərh

Tələbələr daha yaxşı Çili üçün yürüş edir.

Çilidə tələbələr daha yaxşı ictimai təhsil sistemi və sosial ədalət üçün etiraz edirlər.

Çilinin Sebastyan Pinera hökuməti çətin vaxtlar ilə üzləşir. Hal-hazırda vətəndaşların 56% – nin seçkiləri dəstəkləməməsi ilə yanaşı, o həm də 1990-cı ildə demokratiyanın qayıtmasından bəri Çilidə görülməyən miqyasda tələbə etirazlarına qarşı mübarizə aparır. Ən axırıncı belə irimiqyaslı etiraz bütün ölkədə yüz minlərlə adamı bir birinə yaxınlaşdırdı. Cini indeksinə müvafiq olaraq yüksək bərabərsizlik səviyyəsinə malik ölkələrdən birində daha yaxşı ictimai təhsil və sosial ədalət tələb etdilər.

Çilidə bu bərabərsizliyin ən aydın əksini təhsil sistemində görmək olar. Neoliberal islahatların nəticəsində Çilidə dövlətin kifayət qədər iştirakı ilə dünyanın ən təcrid olunmuş təhsil sistemlərinin biri inkişaf etmişdir. Təhsilə çəkilən ictimai xərclər inkişaf etmiş ölkələrin 7% ilə müqayisədə ümumi daxili məhsulun 4%-ni təşkil edir. Bu 1980-ci ildən bəri təhsildə artan özəlləşdirmə ənənəsi ilə bağlıdır.

Avqusto Pinoçetin diktaturası təhsilə hüququn üzərindən təhsilin azadlığı prioritetlərinə görə düzərək, təhsili bazara buraxdı, sanki təhsil almaq və satmaq üçün məhsul idi. Concertacion sosial demokratik koalisiyası, 1990-dan 2010-a qədər təhsili bu model ilə idarə etdi. Bu gün Çili tələbələrinin yalnız 10%-i gələcək üçün real imkanlar ilə onları təmin edən məktəblərə giriş əldə edir.

Ən çox tələbələr təhlükəli ictimai məktəblər, qeyri-mükəmməl və ya bəraətverici məktəblər arasında dolaşırlar. Universitet sistemi həmçinin 1980-ci illərdə islah edildi, bu islahatlar daha çox şəxsi universitetler açmağa şərait yaratdı. Təhsil naziri, Joaquin Lavin, öz vəzifəsini tutmaqdan əvvəl universitetə malik olduğunu etiraf etdi.

Bundan fərqli olaraq, ictimai universitetlər getdikcə daha çox zəifləmişdir və bu gün onların əksəriyyətinin elementar əməliyyatlarını maliyyələşdirməyə güclə imkanları yetir. Məsələn, Çili Universiteti, Latın Amerikasında əsas universitetlərdən ən yaxşısıdır, ancaq onun büdcəsinin yalnız 14%-ni dövlət təmin edir. Faktiki olaraq, ailələr Çilidə ali təhsilin 73%-ni maliyyələşdirir, bu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələri üçün orta ədədi göstəricini (16%) çox üstələyir. Bu İndi küçələrə çıxan tələbələrin əsas tələblərindən biridir. Bütün bunlar 20 il ərzində 100 000 $-a çata bilən nəhəng borcları aparır.

Cari təhsil sistemi neoliberalizm, özəlləşdirmə, sosial mobillik vədləri və gözləntiləri üzərində qurulub. Çili cəmiyyəti kiçik bir qrupun rəhbərliyi altında təbəqələşməkdədir. Məsələn, gənc adamlar (15.2%) arasında işsizlik səviyyəsi ölkə üzrə orta göstəricini ikiqat üstələyir.

Bu azarın birinci əlaməti 2006-cı ildə minlərlə orta məktəb tələbəsinin küçələrə çıxması ilə tanınan “pinqvinlərin inqilabı” oldu. Onlar Pinoçetin diktaturası ilə qurulan bütün siyasi partiyalar tərəfindən imzalanan razılaşmadan sonra General de Ley Educacion (LGE) tərəfindən əvəz edilən LOCE-ni təhsildə üzvi qanunu ləğv etməyi bacardılar.

Buna baxmayaraq, qanun tələbələri və müəllimləri qane etməyə müvəffəq olmadı, çünki ictimai təhsil sisteminin heç bir real islahatına təşəbbüs edilməmişdi. Tələbələr və müəllimlər başa düşürlər ki, ictimai təhsili gücləndirmək daha ədalətli cəmiyyət və yaxşı demokratiya yaratmaqda öz töhfəsini verəcək.

Rəqabəti irəli çəkmiş neoliberal islahatlar və özəlləşdirmə müvəffəqiyyətsizliyə uğramışdır, çünki onlar mövcud sosial ziddiyyəti azaltmaq baxımından uğursuz olmuşdur. Bəziləri deyir ki, Çilidə təhsil sistemi böhranda deyil. Amma onlar bərabərsizlik və təhsilin keyfiyyəti barədə heç nə demirlər. Xoşbəxtlikdən, tələbələr daha yaxşı ictimai təhsilin daha yaxşı ölkə demək olduğunu bizə xatırlatmaq üçün səfərbər olublar.

 

Tərcümə: Rəşidə Nəsirova                                     (c) SOLFRONT.org

 

 

Oxşar yazılar:

Baxış sayı:7667