abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitskiy – Onların heç nəyi yoxdur…

Şərh

Bu material, Azərbaycanda hazırki kapitalist münasibətləri  və vəhşi kapitalizmi  ictimai-iqtisadi formasiya kimi inkar edən, hələ də keçid dövrünü yaşadığımızı, ölkəmizdə isə feodalizmin mövcudluğunu, bütün günahın “cahil xalqda” olduğunu düşünən və ya iddia edən psevdo ziyalılar üçün SOLFRONT.org saytı tərəfindən maarifləndirmə məqsədilə tərcümə edilmişdir…

Məlum olduğu kimi, Bulqakovun Volandı öz həmsöhbətlərindən iblisin mövcud olmadığını eşidəndə kinayəylə qeyd elədi:”Sizdə də nəyə əl atırsan,yoxdur!” Bizim liberal ziyalılar arasında Rusiya kapitalizminin müzakirəsi də təqribən bu məntiqə əsaslanır.Əgər publisistlərin və blogerlərin yazılarını oxusaq,sosioloqlara və iqtisadi şərhçilərə qulaq assaq,belə bir nəticəyə gəlməli olacayıq ki,əslində heç nə yoxdur.Bizdə nə həqiqi burjuaziya var, nə orta sinif, nə də ki bu gözəl ada layiq liberallar. Hətta əsl “bazarımız” da yoxdur-xüsusilə də kapitalizmimiz.

Yeri gəlmişkən, belə fikirləri bəzi vətənpərvərlərdən, hətta sollardan da eşitmək olar.SSRİ-nin dağılmasından iyirmi il keçsə də hələ də çoxları Rusiyada kapitalizmin qurulduğuna şübhə edirlər.Yazan və boş-boş danışan kütlə həqiqətən də işləyən strukturları  və onların əsasında yaranan sinfi ziddiyətləri təhlil etmək yerinə, pis insanları söyməyi, korrupsiyadan şikayət etməyi, caniləri axtarmağı ya da sadəcə öz ənənələrindən şikayətlənməyi üstün tutur.

Bu mərhəmətli inkar axınında açar söz-“əsl”dir. Bu sifət avtomatik olaraq istənilən real hadisəni hər-hansı stereotipə uyğunlaşdıraraq və dərhal da bu stereotipə uyğun olmadığını inkar edərək  korreksiya edir və qiymətləndir.Yəni elə bil ki, bizdə hər şey var. Kapitalizmin bütün atributları göz qabağındadır. Özəl şirkətlər də, mülkiyyətçilər də, birja da var.Liberal dəyərlərdən danışan intellektuallar və siyasətçilər isə doludur.Amma heç nə əsl deyil, standarta uyğun gəlmir.Belə yanaşmada hadisənin təbiəti məsələsi müvəffəqiyyətlə aradan götürülür.Bizim üçün bunun əslində nə olduğu qətiyyən vacib deyil,fikrimizcə bu hadisənin nə olmadığını başa salmaq və göstərmək çox vacibdir.Bax belə bir neqativ məntiq.

Təxmin etmək çətin deyil ki, reallığın belə pessimist qiymətləndirilməsi 90-cı illərin əvvəllərində cəmiyyətin çox hissəsinə sirayət edən liberal idealizmin digər üzüdür. O vaxtdan çox şey dəyişib, daha liberal dəyərlərə olan ümumi heyranlıqdan danışmalı olmuruq, lakin düşüncə tərzi saxlanılıb.

Bu düşüncə tərzi son dərəcə sadədir və hətta minimal əqli və ya analitik qabiliyyət belə tələb etmir. Qərb ”norma” etalonu olaraq götürülür,Qərbdəkinə uyğun olmayan hər şey isə “qeyri-normal” hesab olunur. Avropa ölkələrinin bugünki rifahlarına necə çatdığını, hansı mərhələlərdən keçdiyini, hansı mübarizələrlə müşayiət olunduğunu heç kim yada salmır.Əgər bizim kütlə biliyə daha çox həvəs göstərsəydi bizdə kapitalizmin də,burjuaziyanın da əsl olduğunu və hətta bəzi şeylərdə Avropadakından daha normal və düzgün olduğunu aşkarca sübut edən bir çox ümumi cəhət müəyyən edərdi, çünki avropalıları nə vətəndaş cəmiyyəti, nə güclü işçi hərəkatı, nə kütlələrin real demokratik hüquqları, nə gizlənmək mümkün olmayan sərt qanun tələbləri dayandırmır.Bütün bu “Qərbin nailiyyətləri” cəmiyyətin kapitala qarşı amansız mübarizəsinin məhsulu idi və buna görə də kapitalın maraqlarına heç kimin etiraz etmədiyi və onu heç nə ilə məhdudlaşdırmayan bir cəmiyyətin buna oxşar bir şey yaradacağına ümid etməyə heç bir əsas yoxdur.Təccüblü deyil ki, bizim liberallar “Avropa demokratiyasının” nailiyyətləri ilə nə qədər fəxr etsələr də, hal-hazırdakı Rusiya siyasəti daxilində heç də demokrat deyillər.Onlar heç də xalqa kapitalla mübarizə etmək və biznes azadlığını məhdudlaşdırmaq üçün istifadə edə biləcəkləri hüquq və imkanları verməyə can atmırlar.Əksinə,onlar inanırlar ki, ölkə əhalisinin razı olub-olmamasından asılı olmayaraq, bu sahibkarlıq azadlığını – ictimai nəzarət və sosial məsuliyyətdən azadlığı nəyin bahasına olursa olsun qorumaq lazımdır.İşçi azadlığının tamamilə ləğvi bahasına biznes üçün azadlıq əldə olunandan sonra demokratiya möcüzəvi surətdə öz-özünə əmələ gələcək(hərçənd hələ heç kim bunun necə baş verəcəyini izah etməyib).

Bir halda ki, belə perspektiv vətəndaşlar arasında coşqun heyranlıq əvəzinə açıq vahimə yaradır, liberal mütəfəkkirlər yararsız ölkədən şikayət etməkdən keçirlər “modernizasiyaya müqavimət göstərən” və öz xoşbəxtliyini anlamayan “yanlış əhali”dən şikayət etməyə.Cənnətə yenə də dəyənəklə salmaq lazımdır, amma heç cür etirazsız təsir edəcək lazımi ölçüyə və çəkiyə malik dəyənək seçmək mümkün olmur.

Bununla belə yadda saxlamaq lazımdır ki,Rusiyanı müqayisə etməyə öyrəşdiyimiz  Avropa ancaq ideoloqların kitablarında və onun oxucularının təxəyyülündə mövcuddur.Bu,demokratiyanın müxtəlif, əksərən uyğun olmayan maraqların döyüş meydanı olduğu ziddiyətli cəmiyyət, öz yaxşı və pis cəhətləriylə, mürəkkəb olmayan, daim dəyişən sosial-iqtisadi sistem deyil, sabit ideal, daimi mükəmməllik obrazıdır.

Təəccüblü deyil ki,”real Rusiyanı” “ideal Avropa” ilə müqayisı etmək cəmiyyətimizin xeyrinə olmur.Reallıq-istənilən reallıq idealla necə müqayisə oluna bilər?Yalnız Rusiya təcrübəsi yox,həm də Avropa təcrübəsi bu nəzəriyyə ilə üz-üzə gələndə dərhal dağılır,ona görə də bizim publisistlər Avropa və Amerikada öz sxemlərinə uyğun gəlməyən gündəlik və siyasi həyat faktlarıyla üzləşdikdə,buna təəccüb və qıcıqlanmaqla reaksiya verirlər.

Bugün Avropanı və Birləşmiş Ştatları bürüyən böhran liberal nəzəriyyə baxımından prinsipcə mümkün deyil.Lakin ideoloqun çıxardığı nəticə aşkarca addımbaşı həqiqətə zidd olan nəzəriyyəsinin düzgün olmadığı deyil, həqiqətin özünün düzgün olmadığıdır, orda nəsə kimsə tərəfindən sındırılıb, ya da korlanıb.Sadəcə günahkarı tapmaq lazımdır,onda hər şey öz qaydasına düşəcək.

Son vaxtlar bizdə milliyətçilər, ya da pravoslav müqəddəsliyin müdafiəçiləri tərəfindən deyil,real qərb cəmiyyətində ümidi boşa çıxmış qatı liberallar və qərbpərəstlər tərəfindən yazılmış yeni növ qərb əleyhinə ədəbiyyatlar yaranıb. Onların reallıqlarının bizim ideal təsəvvürlərimizə uyğun olmaması məhz onların günahıdır.Amma razılaşın ki, bu heç də məntiqi deyil:əvvəlcə onda olmayan və olması mümükün olmayan xüsusiyyətləri insanın ya da cəmiyyətin ayağına yazmaq, sonra da əslində bu xüsusiyyətlərin olmamasına  görə onları qınamaq.

Nə baş verməsindən, hansı faktların üzə çıxmasından,həyat və sosial təcrübəmizin necə olmasından asılı olmayaraq, bazarın heç vaxt yanılmayan, görünməz əliylə idarə olunan qüsursuz kapitalizm,problemsiz cəmiyyət idealı qüvvədə qalır.İndi isə artıq Avropa və Amerika buna uyğun olmadığına görə pislənir.Bu uyğunsuzluğun necə əmələ gəlməsi isə heç kimi maraqlanmır. İş onda deyil ki, sosial-iqtisadi prosesləri analiz etmək,statistikadan baş çıxarmaq,hakim ideologiyanı tənqid etmək çətindir.Sadəcə olaraq belə zehni əməliyyatlar əvvəldən zəruri hesab olunmur.Problemin kökünü Avropanın küçələrini dolduran çoxlu sayda əcnəbilərdə, ərəblərdə, ”qaralarda” görürlər.Bu yerdə bizim liberalizm müvəffəqiyyətlə faşizm və rasizmlə birləşir.Əgər kapitalizm qüsursuzdursa,amma yenə də işləmirsə,deməli günahkar “qaralardır”.Bu izahatdan daha sadə və inandırıcı nə ola bilər?!

Rusiya liberalizminin antidemokratizmi tamamilə üzvi surətdə ifrat sağlarla “dialoq” imkanı açır, xüsusilə faşizm də bugün Üçüncü Reyxin vaxtlarındakı kimi deyil.Bu, yeri gəlmişkən qərb ölkələrinə də aiddir.Belçikada,Hollandiyada,Fransada və artıq Finlandiyada da güc yığan ifrat millətçi partiyalar cəmiyyətə ciddi sosial reformlar təklif etmirlər, sadəcə olaraq bazar iqtisadiyyatını xarici işçi qüvvədən təmizləyə çağırırlar.Bu da kapitalizmin struktur problemlərinə təsir etmədən təcrübədə tamamilə həyata keçirilə bilər.

Bugün Rusiya liberalizmi gizli ümidlə Fransa xalq cəbhəsinə baxır, sakitcə Sandro Mussoliniyə rəğbət bəsləyir və “Həqiqi finlər” partiyasına qibtə edir.Qərb faşistləri onlar üçün hələ özününkülərdən daha sevimlidir, çünki onlar nə də olmasa mədəni avropalılardır-bütün burdan çıxan möhtəşəm nəticələrlə.

Lakin ifrat sağların möhkəm əliylə kapitalizmin “normalarının” bərpa olunacağına ümid etmək şübhəsiz ki,qüsursuz Avropa liberal demokratiyasına olan inam kimi iflasa uğramağa məhkumdur.Ona görə yox ki millətçilərin əli kifayət qədər möhkəm olmayacaq,ona görə ki,problemin mənbəsinə heç nə etmədən heç bir möhkəm əllə qayda-qanun yaratmaq mümkün olmayacaq.Bu mənbə isə elə iqtisadi liberalizmin özüdür.

[Məqalə original yazıdan SOLFRONT.org üçün hazırlanmışdır]

 

 (c) SOLFRONT.org



Oxşar yazılar:

Baxış sayı:9210