abunə ol: Yazılar | Şərhlər | Еmail

Gürcüstan hakimiyyətinin “demokratiya” nümayişi

Şərh

26 may 2011 tarixində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən mitinq, və həmin mitinqdə Gürcü hakimiyyətinin xüsusi təyinatlılarının və OMONun dinc əhaliyə qarşı tətbiq etdiyi “öldürücü güc nümayişindən” sizə məlumat vermişdik.Amma günlər keçdikcə həmin həmin günün “nəticələrinin” yalnız döyülən, itgin düşən və öldürülən insanlar yox həm də dəhşətli digər faktlar meydana çıxıb.Gürcü hüquq müdafiəçisi Manana Kobaxidzenin bəyanatını olduğu kimi təqdim edirik

 

Gürcü hüquq mudafiəçisi Manana Kobaxidze bildirib ki, 26 mayda Tbilisidə aksiyanın dağıdılması zamanı xüsusi təyinatlı polislər bir qadını, hadisənin yaxınlığındakı “Rustaveli” teatrında zorlayıblar. Zorlanan qadınların sayının birdən çox, o cümlədən bir neçə kişinin dəyənəklə zorlanması barədə məlumatların olmasına baxmayaraq faktı dəqiqləşdirmək qeyri mümkündür. Təcavüz edilənlər adlarının açıqlanmasını istəmirlər, bir çoxu isə başına gələnləri gizlədir.
Etiraz aksiyasını gözyaşardıcı qaz,rezin güllələr və xüsusi zorakılıqla dağıdan xüsusi təyinatlı polislər isə hadisədən dərhal sonra mükafatlandırılıblar. “Kvela siaxle” (“Bütün xəbərlər”) qəzetinin verdiyi məlumata görə mükafatın həcmi gördükləri işə və tutduqları vəzifəyə uyğun olaraq 300 (180 dollar) 1500 (900 dollar) lari arasında dəyişir.
26 mayda Rustaveli prospektində baş verən hadisələr zamanı bir polis, üç nümayişçi öldürülüb, 68 nəfər itkin düşmüş sayılır. Rəsmilər isə hər hansı şərhdən boyun qaçırırlar.

İndi isə “Mişa”nın “gözyaşardıcı” və “rezin” demokratiyasına şərh verməyi sizə buraxırıq…

Gülər Qasımova                                       (c) SOLFRONT.org

 


Oxşar yazılar:

Baxış sayı:8725