abunə ol: Yazılar | Şərhlər | Еmail

Afinada meydan döyüşü

Şərh

Yunanıstan öz tarixinin ən böyük etirazlarından birini yaşayır. Etirazçılar hökümətin səmərəsiz iqtisadi siyasətinə, özəlləşdirmə və büdcə kəsirlərinə etiraz edirlər.Vəziyyət isə Beynəlxalq Valyuta Fondunun bu ölkəyə təklif etdiyi yeni “borclandırma paketinə” görə daha da qızışdı.15 iyun tarixində bütün ölkədə kütləvi tətil keçirilirdi. 16 iyun səhər saatlarından etibarən nisbətən yaşlı nəsil meydanlara, gənclər isə küçələrdə öz etirazlarını bildirməyə başladılar.Polis bu gündə öz qəddarlığı ilə seçildi.Etirazçıları gözyaşardıcı qazlar və rezin güllələrlə dağıtmağa çalışdı. Qarşılığında isə etirazçıların daş və qatıq atəşini gördü. İndymedia.org yoldaşlarımızın köməkliyi ilə sizə ən yeni fotoları təqdim edirik.

Afinan Syngtagma meydanında nümayiş zamanı etirazçılar çevik polisin üzərinə hücum edərkən

 

10 minlərlə insan parlamentin qarşısında büdcə kəsirlərinə və kapitalizmə etiraz edərkən

15 iyun tarixində sloqan qışqırarkən

Turistlər göz yaşardıcı qazdan qaçarkən, etirazçılar polisə qarşılıq verir

Anarxist...Əlində molotovla-Getty

 

Borclarınızı da, götürüb gedin!!!

15-16 iyun aksiyalarının əsas şüarı belə idi. Bir neçə gün bundan qabaq yunanıstanda 200-ə qədər işçi  Maliyyə Nazirliyini işğal etmiş və yoxsulluğa etirazlarını belə bildirmişdilər. Nümayişçilərin birinin verdiyi müsahibə : ” Dünyaya demokratiyanı biz gətirmişik. Amma təəsüf ki, bu idarəetmə kapitalizmin zəncirlədiyi bir ölüm maşınına çevrilib.Ona görə də biz bu dünyaya ən son və ən mütərəqqi idarəetməni, yəni anarxizmi gətirəcəyik. Yalnız o zaman kapitalın qulu olmayacaq və insan kimi yaşamağın necə olduğunu görəcəyik. Dünyadakı bütün humanist insanlarını mübarizəyə çağırırıq.”

Parlament binasının yaxınlığı - Polis vəhşiliyindən yaralanmış nümayişçi

Çəkiclə silahlanmış etirazçı, Syntagma meydanın yaxınlığıdakı küçənin küncündən dönəcək polisləri gözləyir

Nümayişçi etirazçıları dağıtmaq üçün meydana girən polislərin qarşısını əllərini qaldıraraq almaq istəyərkən

 

 

 

 

 

Mənbə : indymedia.org (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:11311